Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3747/2023 26.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı X3 cavabdehlər X7, X2, Cavabdeh3 İsva oğlu, Cavabdeh2, Cavabdeh5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi 32 saylı notariat ofisinin xüsusi notariusu X11 cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi və pul tələbinə” dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən hazırda yaşadığı Abşeron rayonu, Abşeron rayon Gənclər şəhərciyindəki 1 saylı binanın, 3-cü mənzilinə dair ipotekanı qəbul edən X1 əsassız verilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ- №8701159 nömrəli etibarnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini və ipoteka qoyan Cavabdeh3 34000 manat tutularaq 25500 manatının onun hesabına, 8500 manatın isə cavabdeh X4 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, iddia ərizəsində 5 cavabdeh qeyd edilsə də, onlardan birinə qarşı tələb irəli sürülmüş, bir cavabdehə münasibətdə isə onun xeyrinə pul tutulması tələb edilmiş, digərlərinə qarşı isə cavabdeh olsalar da tələb irəli sürülməmişdir. Bundan başqa tələbdə iddiaçının eyni zamanda evə dair mübahisə açmasa da Cavabdeh2 tərəfindən verilən etibarnaməni mübahisələndirməsi, satıcıdan pul tələb etməsi, cavabdehin xeyrinə müəyyən vəsaitin tutulmasını tələb etməsi, o cümlədən müəyyən vəsaitin atasına qaytarılması barədə tələbi məhkəmə üçün qeyri-müəyyən qalmışdır. Yəni iddiaçının nə iddia ərizəsinin əsaslandırılmasından, nə xahiş etdim hissəsindən onun arzuladığı hüquqi nəticə məhkəmə üçün müəyyən edilmir. Halbuki Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən iddiaçı (qanunda digər istisnalar olmaqla) özünün mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxs hesab olunur, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Eyni zamanda iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb konkret olaraq iddia ərizəsində göstərilməlidir. Bununla yanaşı iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı münahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. Bundan əlavə iddia ərizəsi məhkəmə tərəfindən cavabdeh qismində cəlb edilmiş şəxslərə göndərilməli və həmin şəxslər iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməlidirlər. Halbuki iddia ərizəsində göstərilən cavabdehlərin birindən başqa heç birinə qarşı tələb yönəldilməmişdir və nəticədə cavabdehlərin niyə məhkəmə icraatına cəlb edildiyi və onlardan nə tələb edildiyi məlum deyildir. Bundan başqa etibarnamənin etibarsızlığını tələb etməklə hansı hüquqi nəticə eldə edilməsinə çalışıldığı, ümumiyyətlə qeyd edilən mənzilə dair hansı hissədə mübahisə yarandığı məhkəmə üçün aydın olmamışdır. Bununla yanaşı prosessual qanunvericilik iddiaçının üzərinə işdə iştirak edən şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya fin nömrəsi və.s) da iddia ərizəsində göstərmək vəzifəsini həvalə etmişdir. Lakin nə iddia ərizəsindən, nə əlavə edilmiş sənədlərdən cavabdeh qismində cəlb edilən Cavabdeh5 şəxsiyyətini eyniləşdirmək mümkün olmamışdır. Odur ki, yuxarıda göstərilən hallar iddi ərizəsinin qeyri-mümkünlüyünü şərtləndirdiyindən, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. - 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Beləliklə hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah edilməlidir. Eyni zamanda Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinin tələbi baxımından ödənilmiş 168 manat məbləğində dövlət rüsumu da qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılmalı və ya nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada müraciət edildiyi zaman nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 151.1, 152.1.1, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı X3 cavabdehlər X7, X2, Cavabdeh3 İsva oğlu, Cavabdeh2, Cavabdeh5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi 32 saylı notariat ofisinin xüsusi notariusu X11 cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi və pul tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş 168(bir yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumu nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət edilmədiyi halda qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3747/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3747/2023
26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver