Məhkəmə qərarları › İş №2(001)-3749/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3749/2024

21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3749/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi İcra Şöbəsi və Azərbaycan Respublikasıını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “çıxarışın etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə hər hansı formada daxil olması və müdaxilənin qadağan edilməsi, vurulmuş maddi ziyanın ödəliməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 adına Azərbaycan Respublukası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterində xx.xx.2019-cu ildə Bakı şəhəri Adil Məmmədov küçəsi b. 10, məhəllə 10, **********25-05301-083003 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh 20.000 manat maddi zərərin (ziyanın) "xxxx" MMC-in xeyrinə tutulması və Cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixdə saxlanca verilmiş Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, bina 10-na hər hansı formada daxil olması və müdaxiləsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək həmin iş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon İcra Şöbəsini 3-cü şəxs qismində işə cəlb edilməsini, cavabdeh X1 adına Azərbaycan Respublukası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2019-cu ildə Bakı şəhəri, Adil Məmmədov küçəsi b10, məhəllə 10, **********25-05301- 083003 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh 20.000 manat + 60.000 manat maddi zərərin (ziyanın) ümumilikdə, 80.000 manatın "xxxx" MMC-nin xeyrinə tutulması, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi bina 10-da daxil olması, tikinti-quraşdırma-söküntü işləri aparmasının qanunsuz hesab edilməsi və hər hansı müdaxiləsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, A.Məmmədov küçəsi 10 saylı bina "xxxx" MMC tərədindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binası olmaqla MMC-nin mülkiyyətindədir. xx.xx.2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 960/18 nömrəli cinayət işi üzrə hökmlə "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 900 km.sahəsi olan qeyr-yaşayış sahəsini 2.572.37 manat qiymətləndirərək dövlət nəfınə müsadirə etmişdir. Daşınmaz əmlak hərracadan satılaraq zərərçəkmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəymiş ziyan ödənilməlidir. Həmin hökm xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2019cu il tarixdə icra vərəqəsi verilmişdir. Bununla belə Binəqədi rayon İcra Şöbəsi xx.xx.2021ci il tarixdə qeyri-yaşayış sahəsinə baxış keçirərəkən məlum olmuşdur ki, Cavabdeh həmin sahəni zəbt etmişdir. Binəqədi İcra Şöbəsi xx.xx.2022-ci il tarixdə qeyri-yaşayış sahəsini boşaldaraq Akt tərtib etmiş və "xxxx" MMC-nə saxlanca vermişdir. Lakin cavabdeh yenidən heç bir qanuni əsaslar olmadan həmin qeyr-yaşayış sahəsinin giriş qapısını sındıraraq daxil olmuş 900 kv sahəni yenidən zəbt etmişdir. Cavabdeh qeyri-yaşayış sahəsində olan əşyaları dağıtmış, yararsız hala salmış, icra məmurları sahədən çıxararkən bəzi əşyaları özü ilə aparmışdır. Beləliklə vurulmuş maddi ziyan:

1. "xxxx"MMC-nə məxsus Profesional kompyuter-1 ədəd-qiyməti – 2000 manat,

2. Ofıs mebel dəsti – 240 manat,

3. Mətbəx mebeli dəsti – 3400 manat,

4. Divan 1 ədəd – 1000 manat, 5 Kreslo – 2 ədəd – 400 manat,

6. Paltar asılqanı – 200 manat,

7. Şkaf - 1 ədəd – 200 manat,

8. Printer 1 ədəd – 500 manat,

9. arakəsmələr – 1250 manat,

10. elektrik sobası – 1 ədəd – 300 manat,

11. Mətbəx dəsti (nabor) – 300 manat,

12. Ofis üçün qablar – 300 manat,

13. ”Avro-Qrand”MMC-nə məxsus sənədlər (mühasibatlıq və s.)

14. Qeyr-yaşayış sahəsinin sanitar uzeli, işıqlandırma, elektrik xəttlərinin və digər kommunal xəttlərin dağıdılması-5000 manat,olmaqla ümumilikdə "xxxx"MMC-nə 20.000 manat maddi ziyan vurulmışdur. Məhkəmə hökmünün icrası ilə əlaqədar xx.xx.2024-cü ildə qeyr-yaşayış sahəsi hərracdan satılmalı və vergi borcu ödənilməli idi. Lakin cavabdeh qeyr-yaşayış sahəsinə yenidən girdiyinə, əşyaları və arakəsmələri dağıtdığına görə hərrac baş tutmamışdır. Cavabdehin Binəqədi rayon İcra Şöbəsinə təqdim etdiyi çıxarışın surətindən görünür ki, cavabdeh xx.xx.2019-cu ildə “mülkiyyət “hüquqları əldə etmişdir. Halbuki həmin qeyr-yaşayış sahəsi xx.xx.2018-ci ildə hökümlə dövlət nəfinə müsadirə edilmişdir. Bu səbəbə və əsaslara görə cabvabdehin adına xx.xx.2019-cu ildə qeydə alınmış çıxarış məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi icra olunmur. Əmlak Azərbaycan Respublikasının Vergilər Nazirliyinin nəfinə müsadirə olunub. Cavabdeh əmlakı təhvil vermir, möhür vurulub onu sındırıb içəri daxil olur və təmir işləri aparır. Xanlar Cəfərovun Azərbaycan Respublikasının Vergilər Nazirliyinə vergi borcu olduğundan və ödənilmədiyindən 9 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin bildirdi ki, qeyri yaşayış sahəsi 900 kv/metr cavabdeh tərəfindən zəbt olunub və 1 il sonra çıxarış əldə edib. Sahə dörd dəfə tərəflərindən bağlanıb, sonra cavabdeh qapını sındırıb daxil olub. Bunun nəticəsində də, MMC-nə ümumilikdə 80.000 manat məbləğində maddi ziyan dəymişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 iyun 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, borc məsələsi bu iddiaçı şirkətin problemidir, onun qeyd edilən sahəyə çıxarışı var, dövlət orqanı tərəfindən verilib, onun mülkiyyətindir. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var, onun xeyrinə çıxarılıb. Müsadirə olunması barədə məlumatı yoxdur. Onun əmlakına aid deyil bu məsələ. Xanlar Cəfərovun borcu varsa ödəsin və ya onun şəxsi əmlaklarına yönəlsin. O, həmin sahəni pul ödəyərək almışdır. İcra şöbəsində onun izahatı yoxdur. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda Cavabdeh teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini göstərib işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 iyul 2024-cü il tarixli iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikasıını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, iddia ərizəsi ilə tanış olmuş, lakin Azərbaycan Respublikasının Vergilər Nazirliyinə heç bir aidiyyatı yoxdur. Qanuni qüvvəyə minmiş qərar mövcuddur. Hazırkı iddia predmeti onların hüquqi maraqlarına toxunmur. Mülki iş materiallarında olan: - "xxxx" MMC-nin 21 iyun 2016-cı il tarixli Kooperativ Binada qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsindən görünür ki, MMC-nin direktoru X8, digər tərəfdən Cavabdeh ilə müqavilə bağlayaraq, ünvan 1 ünvanında yerləşən tikintidə olan İddiaçı MMC-nə məxsus yaşayış binasında qeyri-yaşayış sahəsini alıcıya satmağa, alıcı isə həmin qeyri-yaşayış sahəsini almağa və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - Göstərilən 3-cü mərtəbədə 930 kv/metr qeyri-yaşayış sahəsi son variantında daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 21 iyun 2016-cı il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən .”AVRO Qrand” MMC-nə məxsus binanın 3-cü mərtəbəsi, ümumi sahəsi 930 kv/metr qeyri-yaşayış sahəsinin ümumi dəyəri iki milyon (2.000.000) manat məbləğində alıcı Cavabdeh tərəfindən ödənilmişdir. - Cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin məhkəmə qərarına əsasən sənəd üzrə 930 kv/metr olan qeyri-yaşayış sahəsindən azalaraq istifadəsində olan 777.6 kv/metr qeyri-yaşayış sahəsinin sənədləşməsinə və Çıxarış verilməsinə etiraz etməmiş və gələcəkdə bununla bağlı heç bir iddiası və tələbinin olmayacağını qeyd etmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1934/2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, sahəsi 930 kv.m olan qeyri-yaşayış sahəsinə dair Dövlət Reyestrindən çıxarışın verilməsi cavabdehin - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair (məcburetmə haqqında) iddianın təmin edilməsi haqqında qərar qəbul edərək, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən 930 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə Cavabdeh adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 562443 nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 777.8 kv/metr qeyri yaşayış sahəsi xx.xx.2019-cu il tarixdən xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 1(101)-960/2018 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 (iki milyon beş yüz yetmiş iki min üz yüz altmış yeddi) manat dəyərində ünvan 1 ünvanında yerləşən 900 kv/metr sahəsi olan qeyri-yaşayış obyekti müsadirə olunaraq X6 vergi ödəməkdən yayındığı məbləğində zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəymiş maddi ziyanın ödənilməsi yönəldilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin rəisinə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, X4 adına ünvan 5 ünvanında yerləşən 21 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində olan 900 kv.m, sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)-379/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı xx.xx.2018-ci il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən 21 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində olan 900 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-960/18 nömrəli, 18.01 2019-cu il tarixli icra vərəqəsi nəzərə alınaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. - Binəqədi rayon İcra Şöbəsi rəisinin xx.xx.2023-cü il tarixli Binəqədi rayon Polis İdarəsinin rəisinə və digərlərinə ünvanlandığı məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )-960/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü əsasında verilən xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Binəqədi rayonu Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 (iki million beş yüz yetmiş iki min üç yüz altmış yeddi) manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda “Avro-Qrand" MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 900 kv.m sahəsi olan qeyriyaşayış obyektinin müsadirə olunaraq X6 vergi ödəməkdən yayındığı məbləğində zərərçəkmiş - hüquqi şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-960/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü əsasında verilən xx.xx.2019-cu il tarixli icra sənədinin icra üsuluna uyğun icrasının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə dövlət nəfinə müsadirə edilmiş daşınmaz əmlakın tamlığının, salamatlığının yoxlanılması və saxlancının müəyyən edilməsi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 900 kv.metr sahəsi olan qeyri-yaşayış obyektinə tərəflərin iştirakı ilə baxış keçirilməsi ilə bağlı icra hərəkətləri 15 dekabr 2022-ci il tarixə təyin edilmişdir və qanunvericiliyə uyğun olaraq həmin qeyri-yaşayış sahəsi qeyd edilən tarixdə icra sənədi üzrə gələcəkdə həyata keçiriləcək icra tədbirləri ilə bağlı iş üzrə borclu tərəfin saxlancına təhvil verilmişdir. Həmçinin mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı mütəxəssisin dəvət edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ünvana baxış keçirilməsi baş tutmuşdur. Baxış zamanı və əldə edilən sənədlərdən nəzərdən keçirilərkən icra sənədi üzrə bağlı Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda "Avro Qrand” MMC tərəfindən inşa edilən yaşayış binasında yerləşən və müsadirə predmeti olan 900 kv.ın sahəsi olan qeyri-yaşayış sahəsinin həqiqətən inşa edilmiş binanın qeyri-yaşayış üçün nəzərdə tutulan 3-cü mərtəbəsində yerləşməsi öz təsdiqini tapmışdır. Əlavə olaraq bildiririk ki, vətəndaş Cavabdeh adına verilmiş 777,6 kv/metr sahədən ibarət qeyri- yaşayış sahəsinə aid Çıxarış əsasında tərtib edilmiş Texniki Pasporta əsasən qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbədə yerləşməsi qeyd edilmişdir ki, bütün bunlar isə vətəndaşa verilən qeydiyyat sənədlərində mülkiyyətin yerləşməsinə aid texniki göstəricilərdə qeyri-dəqiqlik və uyğunsuzluğun mövcud olmasını göstərir. Eyni zamanda yaşayış binasının birinci mərtəbəsinin qeyri-şəxslərin faktiki sahibliyində olması müəyyən edilir. ‘‘Avro Qrand” MMC tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda isə inşa edilən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hazırda MMC-nin balansında və mülkiyyətində olması, lakin, qeyri-şəxslər tərəfindən zəbt edildiyi bildirilir. Bütün bunlarla bağlı tərəflərin mülkiyyət hüquqlarının qorunması və müdafiəsi ilə bağlı AR DİN Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisindən həmin ünvanda ictimai-asayişi təmin etmək üçün nəzarətin gücləndirilməsi məqsədi ilə ərazi sahə rəisinə (müvəkkilinə) və polis nəfərlərinə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. - Binəqədi rayon İcra Şöbəsi rəisinin xx.xx.2024-cü il tarixli Binəqədi rayon Polis İdarəsinin rəisinə və digərlərinə ünvanlandığı məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )-960/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü əsasında verilən xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Binəqədi rayonu Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 (iki million beş yüz yetmiş iki min üç yüz altmış yeddi) manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda “Avro-Qrand" MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 900 kv.m sahəsi olan qeyriyaşayış obyektinin müsadirə olunaraq X6 vergi ödəməkdən yayındığı məbləğində zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-960/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü əsasında verilən xx.xx.2019-cu il tarixli icra sənədinin icra üsuluna uyğun icrasının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə dövlət nəfinə müsadirə edilmiş daşınmaz əmlakın tamlığının, salamatlığının yoxlanılması və saxlancının müəyyən edilməsi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 900 kv.metr sahəsi olan qeyri-yaşayış obyektinə tərəflərin iştirakı ilə baxış keçirilməsi ilə bağlı icra hərəkətləri 15 dekabr 2022-ci il tarixə təyin edilmişdir və qanunvericiliyə uyğun olaraq həmin qeyri-yaşayış sahəsi qeyd edilən tarixdə icra sənədi üzrə gələcəkdə həyata keçiriləcək icra tədbirləri ilə bağlı iş üzrə borclu tərəfin saxlancına təhvil verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə vətəndaş Cavabdeh və digərləri tərəfindən yenidən edilən qanunsuz müdaxilələrin qarşısının alınması məqsədi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin rəisindən və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin rəisindən həmin ünvanda ictimaiasayişi təmin etmək üçün nəzarətin gücləndirilməsi məqsədi ilə ərazi sahə inspektoruna və polis nəfərlərinə müvafiq göstərişlərin verilməsi təkrarən xahiş olunmuşdur. - “Avro-Qrand" MMC-nin direktoru X5, “Avro-Qrand" MMC-nin hüquqşünası X9 və “Avro- Qrand" MMC-nin işçisi X11 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-960/2018-ci il saylı, xx.xx.2018-ci il tarixli hökmü əsasında Binəqədi Rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində “Avro-Qrand" MMC-nin saxlancına təhvil verilmiş qeyri yaşayış sahəsinə daxil olmuş Cavabdeh və özbaşınalıq edərək bir qrup şəxslə MMC-nə məxsus sənədləri, kompyuter və printeri, kreslo və divan dəstini, ofis mebellərini, mətbəx mebelini götürmüş və ofisdə mövcud olan arakəsmə hissəsini sökmüşdür. Bununla da MMC-nə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını tədqiq edib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməli, digər hissələrdə isə iddia tələbi rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 33-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 2-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin cavabdeh X1 adına Azərbaycan Respublukası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterində xx.xx.2019-cu ildə Bakı şəhəri Adil Məmmədov küçəsi b. 10, məhəllə 10, **********25-05301-083003 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi hissəsi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı MMC maddi ziyana düşməsinin əsasını Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-960/2018-ci il saylı, xx.xx.2018-ci il tarixli hökmü əsasında Binəqədi Rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində “Avro-Qrand" MMC-nin saxlancına təhvil verilmiş qeyri yaşayış sahəsinə daxil olmuş Cavabdeh və özbaşınalıq edərək bir qrup şəxslə MMC-nə məxsus sənədləri, kompyuter və printeri, kreslo və divan dəstini, ofis mebellərini, mətbəx mebelini götürmüş və ofisdə mövcud olan arakəsmə hissəsini sökmüşdür. Bununla da MMC-nə xeyli miqdarda ziyan vurması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Beləliklə də, Mülki Məcəllənin 21-ci, 1096-cı və 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Hazırki işdən görünür ki, iddiaçı ”AVRO-Qrand” MMC-nə məxsus Profesional kompyuter-1 ədəd-qiyməti – 2000 manat, ofıs mebel dəsti – 240 manat, mətbəx mebeli dəsti – 3400 manat, divan 1 ədəd – 1000 manat, kreslo – 2 ədəd – 400 manat, paltar asılqanı – 200 manat, şkaf - 1 ədəd – 200 manat, printer 1 ədəd – 500 manat, arakəsmələr – 1250 manat, elektrik sobası – 1 ədəd – 300 manat, mətbəx dəsti (nabor) – 300 manat, ofis üçün qablar – 300 manat, ”Avro-Qrand”MMC-nə məxsus sənədlər (mühasibatlıq və s.) qeyr-yaşayış sahəsinin sanitar uzeli, işıqlandırma, elektrik xəttlərinin və digər kommunal xəttlərin dağıdılması-5000 manat, "xxxx" MMC-nə 20.000+60.000=80.000 manat olmaqla maddi ziyan vurulmasını qeyd etsə də, qeyd edilən ziyanın cavabdeh tərəfindən vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. O, yalnız sübut kimi akt təqdim etmişdir ki, həmin akt da, MMC-nin əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, iddiaçının tələbinin əsası bilavasitə sübutetmə ilə bağlıdır. Belə ki, dəymiş ziyanın cavabdeh tərəfindən vurulmasını sübut etmə vəzifəsini iddiaçı daşıyır. Xüsusi ilə qeyd edilməlidir ki, mülki hüquq pozuntusunu müəyyən edən normalara əsasən, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin maddi ziyanla bağlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixdə saxlanca verilmiş Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, bina 10-na hər hansı formada daxil olması və müdaxiləsinin qadağan edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 21 iyun 2016-cı il tarixli Kooperativ Binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən MMC-nin direktoru X8, digər tərəfdən Cavabdeh ilə müqavilə bağlayaraq, ünvan 1 ünvanında yerləşən tikintidə olan İddiaçı MMC-nə məxsus yaşayış binasında qeyri yaşayış sahəsini alıcıya satmağa, alıcı isə öz nəvbəsində həmin qeyri-yaşayış sahəsini almağa və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 21 iyun 2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən .”AVRO Qrand” MMC-nə məxsus binanın 3-cü mərtəbəsi, ümumi sahəsi 930 kv/metr qeyri-yaşayış sahəsinin ümumi dəyəri iki milyon (2.000.000) manat məbləğində alıcı Cavabdeh tərəfindən ödənilmiş və ona maliyyə arayışı verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, sahəsi 930 kv.m olan qeyri-yaşayış sahəsinə dair Dövlət Reyestrindən çıxarışın verilməsi cavabdehin - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair (məcburetmə haqqında) iddianın təmin edilməsi haqqında qərar qəbul edərək, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1934/2019-cu il tarixli qərarı ilə iddiası təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən 930 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə Cavabdeh adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmış və həmin qərar icra edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 562443 nömrəli çıxarışı ilə, ünvan 3 ünvanında yerləşən 777.8 kv/metr qeyri yaşayış sahəsi xx.xx.2019-cu il tarixdən xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin rəisinə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, X4 adına ünvan 5 ünvanında yerləşən 21 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində olan 900 kv.m, sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Göründüyü kimi hazırki iş üzrə ünvan 3 ünvanında yerləşən 777.8 kv/metr qeyri yaşayış sahəsi Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz halıdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən 777.8 kv/metr qeyri yaşayış sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına reyestrdə qeydə alındığı üçün, o, mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Digər tərəfdən saxlanca məhz cavabdehin mülkiyyətində olan sahədə yerləşən əşyaların verilməsi də heç bir mötəbər sübutla təsdiq olunmur. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixdə saxlanca verilmiş Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, bina 10-na hər hansı formada daxil olması və müdaxiləsinin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 20.000+60.000=80.000 manat maddi zərərin (ziyanın) "xxxx" MMC-in xeyrinə tutulması və Cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixdə saxlanca verilmiş Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, bina 10-na hər hansı formada daxil olması və müdaxiləsinin qadağan edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar