Məhkəmə qərarları › İş №2(001)-3774/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3774/2023

29.11.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3774/2023 29.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktına dair ərizə ilə, daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmağı, ata qrafasında X6 milliyyəti azərbaycanlı, ana qrafasında X3 miliyyəti azərbaycanlı olmasının müəyyən edilməsi, doğum qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sonradan doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizə ilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Bakı şəhəri Maraqlı şəxsndən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpasının mümkün olmadığı qeyd edilmişdir. Hazırda onun doğum haqqında şəhadətnaməsinin olmaması gələcəkdə müəyyən dövlət qurumlarına sənəd təqdim edilməsinə, müəyyən sənədləşmə işlərinin həyata keçirilməsinə maneçilik törədəcəkdir. Göründüyü kimi, onun doğum haqqında akt qeydinin bərpa edilməsinı zərurəti yaranmışdır və ona müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı qızıdır. Ərizəçi Ermənistan Respublikasının Qafan rayonunda andan olmuş, atası X6, anası X1r. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun uzaq qohumudur. Ərizəçi Ermənistan Respublikasının Qafan rayonunda andan olmuş, atası X6, anası X1r. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə, Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim etmədiyinə görə müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi Binəqədi RPİ-nin Q və ŞVŞ tərəfindən xx.xx.2005-ci il tarixdə AZE02567213 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsinin verilməsi barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunması imkanları xaricindədir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixli “ŞƏRQ” qəzetində “Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş ərizəçiyə məxsus doğum şəhadətnaməsinin itdiyi üçün etibarsız sayılması barədə” elan yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulması, atasının X6, anasının X3, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməklə, doğum qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulması, atasının X6, anasının X3, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməklə, doğum qeydi bərpa edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar