Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3786/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X39 oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X4, X18, Müstəqil tələb irəli sürməyən (Məmmədova) X5 nümayəndəsi və vəkil X13 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı (maraqlı şəxslər qismində X10, X7, X21, X19, X14, X22, X15, X16, X20, X29, X11, X23, X24, X17 maraqlı şəxslər qismində cəlb edilməklə) “miras əmlak üzərində payın müəyyən edilməklə, vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən tərəfindən ötürülmüş vaxtın üzürlü sayılması ilə ona düşən 1/6 payın müəyyən edilməklə, vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri 20 saylı Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən (Məmmədova) X5 nümayəndəsi və vəkil X25 izahatında bildirmişdir ki, hazırki mülki işin məhkəmənin icraatında olan iddiaçı X3 iddiası üzrə mülki işə birləşdirilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmənin icraatında müxtəlif iddiaçıların eyni cavabdehə qarşı, eyni predmet barəsində iddiaları üzrə iki iş var. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında e-2(001)-3253/2025 saylı mülki iş vardır və həmin mülki iş üzrə iddiaçı X12 cavabdehlər Bakı şəhəri 20 saylı Notariat Ofisinə, X8, X1, X9, İddiaçı və X6 qarşı miraz əmlak üzərində 1/6 hissədə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak onun və digər vərəsələr (cavabdehlər) arasında bölünərək, ona 1/6 hissədə pay hüququnun tanınması və bununla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi həm hazırki mülki iş, həm məhkəmənin icraatında digər mülki iş üzrə iddia tələbləri eyni miras əmlak barədə vərəsələrin payının müəyyən edilməsi barədədir. Eyni zamanda hazırki mülki iş üzrə maraqlı şəxs kimi cəlb edilmiş şəxslərin bəziləri, birləşdirilməsi nəzərdə tutulan iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, eyni məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə iş vardır və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı (maraqlı şəxslər qismində X10, X7, X21, X19, X14, X22, X15, X16, X20, X29, X11, X23, X24, X17 maraqlı şəxslər qismində cəlb edilməklə) “miras əmlak üzərində payın müəyyən edilməklə, vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair 2(001)-3786/2025 saylı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)-3253/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə e-2(001)-3253/2025 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3786/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3786/2025
14.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver