Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3791/2021 06.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.900 manat məbləğində pulun, vurulmuş zərərin əvəzi olaraq 8.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə və barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. İddiaçı və Cavabdeh təsdiq edirlər ki, iddiaçının istifadə və sahibliyində olmaqla Xəzər rayonu Türkan qəsəbəsi, Türkan bağları adlanan ərazidə yerləşən torpaq sahəsində yaşayış evinin inşası üçün iddiaçı tərəfindən cavabdehə verilmiş ümumilikdə 10.000 (on min) manat pulun 7.600 (yeddi min altı yüz) manat hissəsi materialların alınması ilə birlikdə evin inşasına sərf edilmiş, nəticədə Cavabdeh İddiaçı 2.400 (iki min dörd yüz) manat borcu yaranmışdır.
2. İddiaçı və Cavabdeh təsdiq edirlər ki, yaranmış borcun 1.150 (bir min bir yüz əlli) manat hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.
3. Cavabdeh hazırda ödənilməmiş qalan 1.250 (bir min iki yüz əlli) manat məbləğində borcu İddiaçı hər ayın 21-i tarixinədək 250 (iki yüz əlli) manat ödəməklə, 5 ay ərzində qaytarmağı öhdəsinə götürür;
4. İddiaçı mövcud olan 1.250 (bir min iki yüz əlli) manat borcun bu sazişin 3-cü bəndində göstərilən qaydada ödənilməsinə razılıq verir;
5. Tərəflər razılaşırlar ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə, bu Sazişin təsdiq edilməsi barədə məhkəmənin qərardadı icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir;
6. Bu Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır. Sazişin bağlanması zamanı suiistifadə, zorakılıq və aldatma hallarına yol verilməmişdir. Saziş təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır;
7. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
8. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir.
9. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır.
10. Tərəflər barışıq sazişi qüvvəyə mindikdən sonra iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iddiaçı və cavabdehin təqdim etdiyii barışıq sazişini, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş və bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında 30 iyun 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri:
1. İddiaçı və Cavabdeh təsdiq edirlər ki, iddiaçının istifadə və sahibliyində olmaqla Xəzər rayonu Türkan qəsəbəsi, Türkan bağları adlanan ərazidə yerləşən torpaq sahəsində yaşayış evinin inşası üçün iddiaçı tərəfindən cavabdehə verilmiş ümumilikdə 10.000 (on min) manat pulun 7.600 (yeddi min altı yüz) manat hissəsi materialların alınması ilə birlikdə evin inşasına sərf edilmiş, nəticədə Cavabdeh İddiaçı 2.400 (iki min dörd yüz) manat borcu yaranmışdır.
2. İddiaçı və Cavabdeh təsdiq edirlər ki, yaranmış borcun 1.150 (bir min bir yüz əlli) manat hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.
3. Cavabdeh hazırda ödənilməmiş qalan 1.250 (bir min iki yüz əlli) manat məbləğində borcu İddiaçı hər ayın 21-i tarixinədək 250 (iki yüz əlli) manat ödəməklə, 5 ay ərzində qaytarmağı öhdəsinə götürür;
4. İddiaçı mövcud olan 1.250 (bir min iki yüz əlli) manat borcun bu sazişin 3-cü bəndində göstərilən qaydada ödənilməsinə razılıq verir;
5. Tərəflər razılaşırlar ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə, bu Sazişin təsdiq edilməsi barədə məhkəmənin qərardadı icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir;
6. Bu Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır. Sazişin bağlanması zamanı suiistifadə, zorakılıq və aldatma hallarına yol verilməmişdir. Saziş təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır;
7. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
8. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir.
9. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır.
10. Tərəflər barışıq sazişi qüvvəyə mindikdən sonra iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Fuad Abdıyev