Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3799/2021 16.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə və s.» tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri xx xxxxx 2021-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 149.2-ci maddəsin əsasən, iddia ərizəsinə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı və s. göstərilməlidir. Hazırki halda İddiaçı iddia ərizəsində cavabdehlərin adlarını qeyd etməklə onların yaşayış yerlərini göstərməmiş, buna dair sübutu əlavə etməmiş, iddia ərizəsində qoşma göstərilməmişdir. Digər tərəfdən, iddia tələbi olaraq İddiaçı evə köçürülməsi, cavabdehlərin ona ya bağ sahəsini qaytarmaları, ya da ev qaytarmaları kimi anlaşılmaz olaraq göstərilmişdir. Bundan başqa, MPM-in 150.0 və 150.0.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilməlidir. İddiaçı qanunun həmin tələbinə də riayət etməmiş, dövlət rüsumunun ödənilməsi barədə sübutu ərizəyə əlavə etməmişdir. MPM-in 152.1, 152.1.1, 152.1.5-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə və s.» tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3799/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3799/2021
16.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver