Məhkəmə qərarları › İş №2(001)-381/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-381/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-381/2023 13.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X2 Cavabdeh olan 15000 manat borcunun onun tərəfindən ödənilmiş hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı 79500 manat maddi və mənəvi ziyanın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının ilk tələbi olunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci ildə əvvəllər Alik kimi tanıdığı Cavabdeh ilə bağladığı şifahi müqavilə əsasında ondan 15000 manat borc almış, bacısı X2 razılığı ilə sonuncunun ünvan 1 ünvanında yerləşən evini Cavabdeh girov qoymaq məqsədilə lazım olan sənədləri Cavabdeh adından Xuraman Quliyevaya və onun övladlarına imzalatdırıb Bakı şəhəri 9 saylı notariat ofisində həmin evin girov qoyulmasını sənədləşdirmiş, xx.xx.2008-ci ildə 15000 manat maliyyə vəsaitini borc aldığı barədə Cavabdehla bağladığı müqavilənin şərtinə əsasən əsas borcun hər ay 5% qədər, yəni 750 manatı ona 3 ay müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürsə də, lakin öhdəliyinə əməl edə bilməmiş, müqavilə ilə tanış olduqdan sonra borcun 40000 manat yazılmasını müəyyən etmiş, cavabdehdən soruşduqda cavabdeh ona həmişə müştəriyə pul verəndə özünü sığortalamaq məqsədi ilə borc verdiyi pulun üç mislini müqavilədə göstərməsini demiş, bir il ərzində o hər ay götürdüyü 15000 manat əsas borcdan 750 manat faiz ödəmiş, lakin işsiz olduğundan faizləri və əsas borcun qalığını ödəyə bilməmiş, cavabdeh ödənilən faizdən əlavə ondan 7700 manat ödəməli olmasını, lakin faizləri dayandırıb ona 12000 manat ödədiyi halda evini qaytaracağını bildirmiş, iddiaçı bu təkliflə razılaşmış, razılaşmaya qədər cavabdehdən borc aldığı 15000 manatı X5 və X6 vasitəsilə hissə-hissə, sonuncu dəfə isə poçt vasitəsilə Cavabdeh xx.xx.2012-ci ildə 7000 manatı göndərməklə cavabdehə cəmi 14700 manat ödəmişdir. Cavabdeh iddiaçının və X2 məlumatı olmadan, onlardan xəbərsiz xx.xx.2009-cu ildə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə onların iştirakı olmadan işə baxaraq girov qoyulan evi hərraca çıxarmış, X2 Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(004)-1485/09 saylı ilkin qətnaməsindən 9 il 9 ay ötdükdən sonra şikayət versə də, cəzaçəkmə müəssisəsində olan İddiaçı məhkəmə iclasında iştirakı təmin edilməmiş, iddiaçı bacısının X2 mülkiyyətində olan mənzilə görə 60000 manatı bacısı Quliyeva Xuramana ödəmişdir. Ona görə də Cavabdeh cəmi 79500 manat maddi və mənəvi ziyana görə pul vəsaitinin İddiaçı xeyrinə tutulması xahiş olunur. Daha sonra İddiaçı Cavabdeh qarşı iddia tələbini dəyişərək üçüncü şəxs X2 Cavabdeh olan 15000 manat borcunun onun tərəfindən ödənilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasında Cavabdeh məhkəmədə iddia ilə bağlı izahat verərək bildirmişdir ki, İddiaçı tərəfindən ona 15000 manat pul verilmişdir. Həmin pulun verilməsini Cavabdeh belə izah etmişdir ki, 2006-cı ildə iddiaçıya 15000 manat borc pul vermişdir. Bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə baxışı zamanı Cavabdeh 15000 manat pulun alınmasını etiraf etdiyindən, iddia tələbinin dəyişdirilməsi üçün əsaslar həmin məhkəmə baxışı gedişində əmələ gəldiyindən, tərəfimizdən məhkəməyə iddianın dəyişdirilməsi barədə iddia ərizəsi təqdim edilir. Mülki işin materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, hazırki mülki iş üzrə Cavabdeh bu iş üzrə üçüncü şəxs X7 ilə xx.xx.2008-ci il tarixdə borc müqaviləsi bağlayaraq, sonuncuya 40000 manat borc pul vermişdir. Lakin İddiaçı əvvəlki iddia ərizəsində qeyd etmiş, o cümlədən məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, 2008-ci ildə onunla Cavabdeh arasında razılaşma olmuşdur ki, Cavabdeh Xuramana deyil, İddiaçı 15000 manat borc pul verir. Lakin Cavabdeh yazılı borc müqaviləsində 15000 manat yox, 40000 manat borc vəsaiti qeyd edir, müqavilələri İddiaçı bacısı üçüncü şəxs Xuraman Quliyevaya imza etdirir və notariata təqdim edir. Sonradan müqavilələrlə tanış olarkən İddiaçı məlum olur ki, Cavabdeh borc müqaviləsində borc məbləğini 40000 manat göstərmişdir. İddiaçı Cavabdeh nə üçün faktiki ona verdiyi 15000 manat pulu borc müqaviləsində 40000 manat qeyd edilməsi məsələsinə aydınlıq gətirilməsini tələb etdikdə, Cavabdeh İddiaçı əmin etmişdir ki, borc verilən 15000 manat pulunu riskdən sığorta etdirməsi üçün həmin məbləği 2-3 qat artıq göstərilir ki, gələcəkdə pul ödənilmədikdə, həmin pulun özünü və faizlərini ala bilsin. Sonradan İddiaçı bacısı X2 real borcu olan 15000 manatı Cavabdeh ödəmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı 15000 manat pulu qəbul etdiyini, lakin həmin pulun təyinatı kimi Xuraman Quliyevanın borcundan ödənilmədiyini, Altaydan aldığı 15000 manat pulun İddiaçı 2006-cı ildən olan borcu olmasını bildirmişdir. Cavabdeh İddiaçı qəbul etdiyini etiraf etdiyi 15000 manat borcun onların öz aralarında olan borcun olmasını təsdiq edən hər hansı bir sübutu Cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, əgər Cavabdeh qeyd etdiyi kimi o, 2006-cı ildə İddiaçı 15000 manat borc vermişdirsə, əvvəla, bununla bağlı hər hansı müqavilə, əqd, əlyazma və s. olmamışdır. Digər bir tərəfdən Cavabdeh iddia edir ki, 2006-cı ildə İddiaçı verdiyi borc pulu sonuncu ona 2012-ci ilədək qaytarmışdır. Eyni zamanda hazırki mülki işdə olan sənədlərdən görünür ki, xx.xx.2008-ci ildə Cavabdeh ilə X7 arasında 40000 manat məbləğində borc müqaviləsi bağlanmış, borcun təminatı kimi X.Quliyevaya məxsus daşınmaz əmlak Cavabdeh ipotekaya qoyulmuşdur. 2009-cu ilin yanvar-fevral aylarında cavabdeh E.X10 məhkəməyə verərək, sonuncudan 40000 manat pulun ödənilməsini və ödəməni ipotekada olan Xuraman Quliyevaya məxsus fərdi yaşayış evinə yönəldilməsini və evin açıq hərracdan satılmasını tələb etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddia tam təmin olunmuşdur. Cavabdeh hazırkı mülki işin məhkəmə baxışı iclasında bildirir ki, bundan sonra 2012-ci ilədək İddiaçı ona olan 15000 manat şəxsi borcunu könüllü şəkildə ödəmişdir. Necə ola bilər ki, Cavabdeh İddiaçı 2006-cı ildə sənədsiz, müqaviləsiz, qeydiyyat aparılmadan 15000 manat borc pul verir, həmin pul İddiaçı tərəfindən ona ödənilib qaytarılmır, bundan 2 il sonra Cavabdeh İddiaçı vasitəsilə deyil, özü İddiaçı doğma bacısı Xuraman Quliyevaya guya 40000 manat borc verərək onunla borc müqaviləsi bağlayır, bir ildən sonra Xuraman Quliyevanı məhkəməyə verir, lakin İddiaçı buna baxmayaraq ona olan təminatsız 15000 manat borcu 2012-ci ilə kimi ona qaytarır. Bunlar Cavabdeh məhkəmədə söylədiyi həqiqətə uyğun olmayan yalan və uydurmalarıdır. Cavabdeh İddiaçı 2006-ci ildə 15000 manat borc pul verməmişdir, yalnız 2008-ci ildə İddiaçıla danışıb sonuncuya 15000 manat pul vermək adı ilə İddiaçı bacısı X.Quliyevanı aldadaraq borc müqaviləsində 40000 manat qeyd edib, İddiaçı vasitəsilə X.Quliyevanı müqaviləyə imzalatmışdır. Sonradan İddiaçı üçüncü şəxs Xuraman Quliyevanın borcundan Cavabdeh 15000 manat və 2008-2009-cu ilədək 12 ay arıdıcıl olaraq hər ay 750 manat olmaqla 9000 manat pul ödəmişdir. Xuraman Quliyevanın borcundan ödənilən pulun 15000 manatını Cavabdeh qəbul etsə də, ona ödənilən digər pul vəsaitlərini aldığını etiraf etməmişdir. Beləliklə də, İddiaçı üçüncü şəxs kimi borclu X2 öhdəliyini icra etmiş, onun borcunun 15000 manatını Cavabdeh ödəmişdir. Ona görə də üçüncü şəxs X.Quliyevanın Cavabdeh olan borcunun 15000 manatının İddiaçı tərəfindən Cavabdeh ödənilmiş hesab olunmalıdır. İddiaçı 2018-ci lin avqustundan xx.xx.2022-ci il tarixədək cəzaçəkmə müəssisədə cəza çəkdiyinə görə Cavabdeh onun bacısının evini məhkəmə qaydasında öz mülkiyyətinə keçirdiyindən xəbərsiz olmuş, yalnız cəzadan azad edidikdən sonra bu məsələlərdən bacısı X.Quliyevadan xəbər tutmuşdur. Bu səbəbdən Cavabdeh qarşı mülki iddianı 2022-ci ilin sentyabrında məhkəmədə irəli sürmüşdür. Ona görə də üçüncü şəxs X2 Cavabdeh olan 15000 manat borcunun iddiaçı tərəfindən ödənilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin dəyişdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verib, iddia ərizəsinin dəyişdirilməsinə dair ərizədə, yalnız iddianın premetinin dəyişdirməsini, iddiaçının tələbləri arasında əlaqənin olmasını, iddiaçının hüquqlarının pozulmasını məhkəmə iclasında bilməsini, hazırkı tələbə iddia müddətinin təbiq edilmədiyini, ümumi iddia müddətinin 10 il olmasını, iddiaçının 2018-ci ilin avqust ayından, xx.xx.2022-ci il tarixədək cəzaçəkmə müəsisəsində olmasını bildirib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, bacısının evini sənədləşmə ilə Alik kimi tanıdığı Elsaldarın adına keçirmiş, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında yerləşən notariat kontorunda cavabdehin tanışı vasitəsi ilə tərtib olunan sənədləri aparıb evdə bacısı Xuraman xanıma imzalatmış, bacısı sənədləşmədə iştirak etməmiş, Elsaldardan o, 40000 manat deyil, 15000 manat almış, iki gün sonra sənədlərə baxarkən borcun 40000 manat yazılmasını görmüş, Elsaldara zəng edib soruşarkən Elsaldar ona bilmirsən faizə görə belə yazılır, mən səndən 15000 manatı tələb edəcəyəm demişdir. Bundan sonra o, cavabdehə poçt vasitəsi ilə pul vermişdir. O, borcu gecikdirdiyindən cavabdehə bir neçə il faiz vermişdir. O, 14700 manat cavabdehə pul ödəmişdir. Cavabdeh ona 14000 manatı tam qaytardığı halda mənzili geri qaytaracağını dediyindən 2012-ci ildə 7000 manatı poçt vasitəsi ilə cavabdehə göndərmişdir. 2016-cı ildə işçiləri Fərid Səmədovun, Elgiz İsmayılovun iştirakı ilə pulu aparıb evində ona vermişdir. Daha sonra 2018-ci ildə o, həbs edildikdən sonra cavabdeh onun bacısına qarşı məhkəmədə iddia qaldıraraq bacısından evi alanda, həmin vaxt bacısı tələb etsə də o, məhkəməyə çağırılmamışdır. O, cəzaçəkmə müəssisəsindən ərizə yazsa da qəbul edilməmişdir. O, 2022-ci ilin aprel ayında azad edildikdən sonra məhkəməyə müraciət etmiş, poçt vasitəsi ilə göndərdiyi, şahidlərinin iştirakı ilə pulun cavabdehə niyə verildiyini bildirmişdir. Ərizəni bacısının imzası ilə qanuni şəkildə o, cavabdehlə bağlamışdır. Həmin vaxt o, cavabdehə qarşı olan şikayətlərlə bağlı polis idarəsinə də dəvət olunmuş, lakin o, cavabdehdən şikayət etməmiş, bu barədə cavabdehə də demiş, cavabdeh ona çox sağol demişdir. O, aldığı 15000 manat əvəzinə 14700 manat ödəmiş, danışıqlarına görə 3-5 min artıq ödəməli idi. Cavabdeh verdiyi 15000 manata görə onun bacısından 60000 manatlıq evi almışdır. Cavabdeh faizə pul verməklə məşğul olmuş, sənədsiz borc verməmişdir. Onun cavabdehə əlavə borcu olmamış, o, 2009-cu ildə bacısının əvəzinə məhkəmədə iştirak etməmiş, bacısını məhkəməyə verdiyi halda o, borca görə cavabdehə niyə əlavə başqa pul qaytarmalı idi. Bacısının ona verdiyi 3 aprel taixli etibarnaməni o, özündə ya maşında, ya da cibində saxlamış, məhkəməyə təqdim etməmiş, ola bilər həmin etibarnaməni Elsaldara məhkəməyə təqdim etmək üçün vermiş, xatırlıyır ki, Elsaldar ona etibarnamə lazım olmasını demiş, o da etibarnaməni alıb ona vermişdir. O, həmin məhkəmədə iştirak etməmiş, əgər isbatı varsa o, heç bir şey istəmir. Ona görə də iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılır ki, xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddiaçı Cavabdeh Şahmardan oğlunun cavabdeh X3 qarşı borc tələbinin ipoteka ilə yüklü edilmiş əşyaya yönəldilməsinə, ipoteka ilə yüklü edilmiş əşyanın açıq hərracdan satılmasına dair iddia tələbinə dair mülki işə baxaraq iddianın təmin edilməsi ünvan 2 ünvanında yerləşən 19 m2 yaşayış sahəsi 29,7 m2 ümumi sahəsi olan iki otaqlı evin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğin cavabdeh X2 iddiaçı Cavabdeh olan 40000 manat borcunun ödənilməsinə yönəldilməsi, ünvan 2 ünvanında yerləşən evin satışından əldə olunan artıq məbləğin cavabdeh X3 qaytarılması qət edilmişdir. Cavabdeh X7 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2327/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2 apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə uyğun olaraq, ev Cavabdeh xüsusi mülkiyyətinə keçmiş, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər X2, X12 və X13 ünvan 2 ünvanında yerləşən evə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin bu evdən çıxarılması qət edilmişdir. Nəhayət, xx.xx.2022-ci il tarixdə cavabdehlər X7, X16 və X4 rayon İcra şöbəsinin icra məmurları tərəfindən adı çəkilən fərdi yaşayış evindən çıxarılmış, ev təhvil verilmiş və qətnamənin icrası başa çatmışdır. İddiaçı Cavabdeh Şahmardan oğluna qarşı bu iddia tələbi ilə çıxış etməsini onunla izah etmişdir ki, guya o, bacısı X2 adı çəkilən evinin hərracdan satılaraq onun əlindən çıxmasına görə bacısına 60000 manat pul ödəmişdir, ona görə də hesab edir ki, belə iddia tələbi ilə çıxış edə bilər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 Kaman oğlu iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbləri nədən yaranıb, 2009cu ildə borc və ipoteka müqavilələri bağlanıb, Yasamal Rayon Məhkəməsi qətnamə çıxarıb, yuxarı istansiya məhkəmələrinin qətnaməsi ilə həmin qətnamə qüvəsinə minib. Hazırda məhkəmə qətnamələri təftiş olunur. Lakin qanuni qüvvəsini alan qətnamə ilə müəyyən olunan faktlar yenidən araşdırla bilməz. İddiaçı qeyd edir ki, bacısına görə 60000 manat pul ödəyib həmin məbləği tələb edir. Lakin qanuni qüvvəsini alan məhkəmə qətnamələri var. Mülki iş Yasamal Rayon Məhkəməsindən tələb mülki işdən görünür ki, qətnamə çıxan günün tarixində iddiaçıya bacısı etibarnamə vermişdir. Altay Yasamal Rayon Məhkəməsində prosesdə iştirak etmiş, məhkəməyə etibarnamə təqdim etmişdir. Altaya verilən borcla Xuramana notarial qaydada verilən borc ayrı-ayrı məsələlərdir. Xuramana aid borcla bağlı məsələyə məhkəmələr qiymət verib. Altaya münasibətdə isə cavabdeh qeyd etdi ki, borc verərkən Altayın sənədlərini almışdır. Altayın bacısı ilə mübahisə olduğu halda Altay öz borcunu ödəməməli idi? İddiaçının özünün cavabdehə borcu olmuş, ona görə 2012-ci ildə 7000 mantı göndərmişdir. Cavabdeh 2006-cı ildə Altaya verdiyi 15000 manat borcu 2012-ci ilə qədər almışdır. Həmin müqavilə sadə yazılı formada bağlanmış və 2012-ci ildən bəri 10 il müddət keçdiyindən müqavilə məhv edilmişdir. Həmin müqavilənin Xuraman xanımla olan müqavilə ilə heç bir əlaqəsi yoxdur. 2008-ci ildə Xuraman xanımla müqavilə bağlanmış, 2009-cu ildə məhkəmə mübahisələri başlamışdır. İddiaçı ya iddianın əsasını, ya da predmetini dəyişə bilər, hazırkı tələbində iddiaçı iddiasının həm əsasını, həm də, predmetini dəyişmişdir. Əvvəlki ərizəsində iddiaçı iddia ərizəsinin əsası bacısına görə ödədiyi 60000 manatı və əlavə xərclərə görə cəmi 79000 manatı tələb edirdi. Sonrakı ərizəsinin əsası kimi qaytarılmış borcun bacısına olan borc olaraq ödənilmiş hesab edilməsini xahiş edir. Ərizə MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun deyildir. İddiaçı iddia müddətini də ötürmüşdür. Ona görə də iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib, vəkili və nümayəndəsi Vəkil1 Kaman oğlunun izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, İddiaçı 2006-cı ildə aldığı öz borcuna görə poçt vasitəsi ilə ona 7000 manat göndərmişdir. Həmin borcla bağlı sənəd olmuş, saxlamadığından təqdim edə bilmir. O, Altaya verdiyi borca görə Altayın sənədlərini şəxsiyyət vəsiqəsini və hərbi biletini almışdır. Sonra o, şəxsiyyət vəsiqəsini qaytarmış, hərbi bilet isə ondadır. 2006-cı ildə o, Altaya 15000 manat borc vermiş, sonuncu məbləği 2012-ci ildə Altay ona qaytarmışdır. Altay aldığı 15000 manat borcun hamısını ona qaytarmış, sonuncu ödəmə 2012-ci ildə olmuşdur. Borc üzrə əvvəl aparılan birinci ödənişin vaxtını o, xatırlamır. 2008-ci ildə Altay ondan əlavə borc istəmiş, o borcu girovsuz vermədiyini demişdir. Altay girovu bacısı qoyacağını demiş, o da Altaya girovu bacısı qoyacaqsa pulu da bacısına verəcəyini, sonra “Altaya bacısından pulu alacağını nə edəcəyini özün bilərsən” demişdir. Bundan sonra o, Xuramana əlbəəl 40000 manat vermişdir. Altaya verdiyi borcla Xuramana verdiyi pullar ayrı-ayrı borclardır. Girov qoyulduğu üçün o, əvvəlki borc qaytarılmadığı halda yenidən borc vermişdir. Xuraman notariusu məhkəməyə vermiş onun iddia ərizəsi rədd edilmişdir. Əlində Altaya borc verməsinə dair notarial qaydada sənəd olmadığından həmin borcun tələbi ilə məhkəməyə müraciət etməmiş, Altayın borcu qaytaracağından arxayın olmuşdur. Altay həmişə borcu qaytaracağını demişdir. Məhkəmə iclasında üçüncü şəxs X7 izahatında göstərmişdir ki, Elsaldarın notariusda ona 40000 manat borc verməsinə dair dedikləri yalandır. Əgər onun Elsaldara 40000 manat borcu var idisə niyə mübahisələndirməyib, niyə borcu ondan Elsaldar tələb etməyib. O, Altaya bir aylıq etibarnamə vemişdir. O, Xətai rayonunda 55 saylı məktəbdə müəllimə işlədiyi vaxt həmin vaxt Altay gələrək ona etibarnamə verməsini demişdir. Bu işlərin hamısını Altay və Elsaldar görmüş, o, Elsaldarı ilk dəfə icra məmurunun yanında görmüşdür. Elsaldar bir dəfə olsun ondan pulunu tələb etməmiş, ona zəng etməmişdir. Elsaldar pulu artıqlaması ilə bütöv istədiyi üçün 7000 manat poçt vasitəsi ilə göndərilmişdir. Altaya məhkəmədə iştirak etmək, ipoteka qoymaq üçün etibarnamə vermiş, etibarnamə verdiyi tarixi xatırlamır. Sonradan məhkəmənin qurtarmasını etibarnaməyə ehtiyacın olmamasını bilmişdir. Altaydan aldığı məlumata əsasən bilmişdir ki, etibarnaməni işin içinə qoymaq üçün ondan Elsaldar almış, işin içinə etibarnamə elə getmişdir. Dəqiq bilmir, araşdırmaq lazımdır. Ola bilər ya Altay, ya da Elsaldar yalan danışır. Altayın məhkəmə iclasında iştirak etmədiyini bilir. Altay onun evini öz işlərini həll etmək üçün Elsaldara girov qoyub pul götürmüşdür. O, məhkəmə iclaslarında iştirak etməmiş, 2019-cu ildə evdən çıxarılma ilə bağlı məhkəməyə müraciət edərkən o, Elsaldarı tanımışdır. Qətnamədən şikayət versə də, qətnamə ləğv edilməmişdir. O, məhkəmə qərarlarını qanunsuz hesab edir, bu qərarları ictimailəşdirmişdir. Qərarların icrası ilə bağlı Altayın ödədiyi vəsaitlə bağlı məsələ onun qardaşı ilə arasında olan söhbətdir, bu barədə hesab edir ki, məhkəməyə məlumat verməli deyildir. Altay onun əvəzindən heç bir vəsait ödəməmişdir. xx.xx.2022-ci ildə o, mənzilindən çıxmışdır. Müqavilə faktiki olaraq Altayla bağlanmış, onun Elsaldara borcu olmamışdır. O, məhkəmədən evinin qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Mddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərpoçt MMC-nin X3 ünvanladığı xx.xx.2021-ci il tarixli 103-3-24/2563 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək göndərilmiş pul köçürmələri siyahısına əsasən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2012-ci il tarixdə 7000 manat ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(004)-1485/09 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X3 qarşı borc tələbinin ipoteka ilə yüklü edilmiş əşyaya yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əşyanın açıq hərracdan satılması dair iddiası təmin edilərək ünvan 2 ünvanında yerləşən 19 m2 yaşayış sahəsi, 29,7 m2 ümumi sahəsi olan iki otaqlı evin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğin cavabdeh X2 iddiaçı Cavabdeh olan 40000 manat borcunun ödənilməsinə yönəldilməsi və ünvan 2 ünvanında yerləşən evin satışından əldə olunan artıq məbləğin cavabdeh X3 qaytarılması qət edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1485/09 saylı mülki işində olan Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən xx.xx.2009-cu il tarixdə təsdiq edilmiş etibarnamənin əslindən müəyyən olunur ki, həmin mülki iş üzrə cavabdeh X1 Altay Əhliman oğluna məhkəmə orqanlarında ona aid olan bütün hərəkətləri etməyi xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək etibar etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-8210/2018 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək X2, X12 və X13 ünvan 2 ünvanında yerləşən evə istifadə hüquqlarına xitam verilməsi, X2, X12 və X13 həmin mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-2327/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(004)-1485/09 saylı qətnaməsi X3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-3692/2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçılar X2, X12, X11, X8 və X13 cavabdehlər Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna və maraqlı şəxs Cavabdeh qarşı ipoteka müqaviləsi ilə bağlı digər mübahisələr tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3137/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-3692/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. 3 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli seriya AZ-1 arayış №2453 Forma B-dən müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx.xx.2018-ci il, Penitensiar xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza çəkmiş və Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilərək İmişli rayonu Bəhram təpə qəsəbəsi ünvanına getmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddiaçı Cavabdeh ilk əvvəl bacısına, sonuncunun mənzilinə görə ödədiyi 60000 manat daxil olmaqla maddi və mənəvi ziyana görə cəmi 79500 manatın tutulmasını xahiş etsə də, daha sonra iddiasının predmetini dəyişərək üçüncü şəxs X2 Cavabdeh olan 15000 manat borcunun onun tərəfindən ödənilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ● ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ● üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin məhkəmə iclasında qaytarılmasını etiraf etdiyi 15000 manat borcun X.Ə.Quliyevanın borcu olaraq iddiaçı tərəfindən cavabdehə ödənilməsinin müəyyən edilməsini xahiş etsə də, bu halı təsdiq edə bilən sübutunu, yəni qaytarılması etiraf olunan 15000 manatın qanuni qüvvəsini alan məhkəmə aktları ilə X.Ə.Quliyevanın Cavabdeh olan borcu olaraq müəyyən edilmiş 40000 manat borcun bir hissəsi olmasını təsdiq edən sübutlarını məhəkəmyə təqdim etməmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı 2006-cı ildə 15000 manat, 2008-ci ildə iddiaçının bacısı olan X.Ə.Quliyevaya 40000 manat borc verməsini, iş üzrə X.Ə.Quliyeva isə Cavabdeh borc almadığını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı borclu olan bacısının əvəzinə üçüncü şəxs qismində icranı həyata keçirməsini iddia etsə də, kreditor olan cavabdeh borcun həmin borc olmasını qəbul etmədiyindən, iddiaçı isə bunun əksini sübuta yetirə bilmədiyindən, qanuni qüvvəsini alan məhkəmə aktları ilə X2 Cavabdeh olan 40000 manat borcunu ödəmədiyi üçün ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə tutma yönəldilməsi qət edildiyindən, bu barədə məhkəmə aktı icra mərhələsində icra olunduğundan iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə cavabdehin iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddiaçı üçüncü şəxs olaraq borclunun öhdəliklərini kreditor olan cavabdeh qarşısında icra etməsini sübuta yetirə bilmədiyindən, məhkəmə iddiaçının bu tələb üzrə hüququnun pozulmaması qənaətinə gəlib, pozulmayan hüquqa iddia müddətinin tətbiqinin mümkün olmaması səbəbindən iddia müddətinin tətbiqi barədə ərizəni təmin etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X2 Cavabdeh olan 15000 manat borcunun onun tərəfindən ödənilmiş hesab edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar