Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3814/2021 16.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə bağladığı alqı-satqı müqavilələri əsasında ünvan 1, 1-ci bina, 1-ci giriş, 28 saylı mənzilə və ünvan 1 ünvanında 4 saylı evin qarşısında yerləşən, mərtəbə -1, 49 saylı qaraja mülkiyyət hüququ almaq üçün Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən protokoldan çıxarışların verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Mənzil Tikinti Kooperativlə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 28 saylı mənzili və ünvan 1 ünvanında 4 saylı evin qarşısında yerləşən, mərtəbə -1, 49 saylı qarajı almışdır. Mənzil və qarajı aldığı tarixdən uzun müddət ərzində Cavabdeh Mənzil-Tikinti Kooperativi onun hüquqlarını pozmuş, vəzifəsi olan mənzilinə və qarajına dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, binanı istismara verərək dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən tədbir görülməmişdir. Aldığı mənzilin müqaviləsinin 2.1-ci maddəsinin 5-ci abzasına, qarajın müqaviləsinin 3-cü abzasına görə verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (“payçının hesabına orderin və kupçanın verilməsi və s) Cavabdeh MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. Aldığı mənzil və qaraj üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün Cavabdeh MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət etsə də, sonuncular təhviltəslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. Cavabdeh MTK tərəfindən binada tikinti işləri tam görülməyib, bəzi işlər yarımçıq qalıb. Pilləkən qəfəsinin çöl pəncərələri quraşdırılmayıb, zirzəmidə tamamlama-bəzək işləri tam başa çatdırılmayıb. Qısa müddət keçməsinə baxmayaraq binanın fasadında suvaq və rəng qatının aşınması nəticəsində binanın fasadı pis vəziyyətə düşmüş, fasadın estetik görünüşü pozulmuşdur. Qeyd olunan çatışmamazlıqlar tikinti zamanı MTK tərəfindən tikintidə mövcüd İnşaat Norma və Qaydalarının tələblərinə əməl olunmamasını göstərir. Bundan əlavə, mənzil alınan zaman MTK tərəfindən təqdim olunan baş planda göstərilməyən ikimərtəbəli tikili sonradan məhəllənin həyətində tikilmişdir ki, bu da Cavabdeh MTK tərəfindən “Payçı”ların hüquqlarının kobud surətdə pozulmasıdır. Yaşadığı bina Azərbaycan Respublikasının Prezidenti X3 19 fevral 2019-cu il tarixdə imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanından sonra 2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. Bina qeydiyyata alındıqdan sonra mənzilinə və qaraja dair çıxarışların alınması üçün dəfələrlə şifahi, sonradan isə 13 yanvar 2021-ci il tarixdə cavabdehə yazılı müraciət edərək çıxarışların alınması üçün protokoldan çıxarışları və digər lazimi olan sənədlərin verilməsini tələb etmişdir. Cavabdeh ondan heç bir qanuna uyğun olmayan, mənbəyi bəlli olmayan 3.465 manat məbləğində kommunal xərci pulu tələb etmişdir. Alqı-satqı müqavilələrinin 5.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, yaşayış binasının (su, qaz, kanalizasiya, işıq, lift, zibilin daşınması və.s sahələrdə olan xidmətləri) istismarı ilə bağlı bina istismara verildikdən sonra “Payçı” ilə “İcraçı” arasında əlavə olaraq istismar müqaviləsi bağlanacaq. Keçən dövr ərzində onun ilə Cavabdeh MTK arasında heç bir istismar müqaviləsi bağlanmamışdır. Buna rəğmən MTK hər hansı bir işlərin görülməsinə baxmayaraq özünün müəyyən etdiyi və hansı bir sübuta söykənməyən 3.465 manat məbləğində pul vəsaitini ondan qanunsuz olaraq tələb edir. Cavabdeh heç bir əsas olmadan müqavilələr əsasında aldığı mənzilə və qaraja görə heç bir borcu olmadığı təqdirdə çıxarışlarını almaq üçün protokoldan çıxarışları və digər lazımı sənədləri vermək üçün ondan qeyri-qanuni əsası olmayan kommunal pulu adı ilə pul tələb etmiş və çıxarışı əldə etmək üçün lazım olan sənədləri verməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh Mənzil-Tikinti Kooperativi (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 19 fevral 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 2, blok 2, mərtəbə 14, ümumi sahəsi 114,01 kv.m yaşayış sahəsi, 3 otaqlı, 76 nömrəli yaşayış mənzilini payçıdan qəbul edir və sahə fərqinin (68.83 kv.m) ödəmək şərti ilə payçıya yuxarıda qeyd olunan ünvanda yaşayış evi 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 181,84 kv.m yaşayış sahəsi, 4 otaqlı, 28 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürür. Təhvil verilən 3 otaqlı mənzilin tam dəyəri 74.107 manatın ödənildiyi nəzərə alınaraq, payçı öz növbəsində yaşayış mənzilinin sahə fərqinin 1 kv.m üçün 640 manat olmaqla, ümumilikdə icraçıya 20 fevral 2011-ci il tarixədək 43.411 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Mənzilin tam qiyməti 117.518 manat təşkil edir. Müqavilənin 2.1.6-cı bəndinə əsasən MTK verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürmüşdür; Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 19 fevral 2011-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də bina 1, 1-ci blok, 9-cu mərtəbə, 181,84 kv.m sahəsi olan 4 otaqlı 28 saylı mənzili MTK-dan almışdır. Payçı İddiaçı 1 ədəd 4 otaqlı mənzil üçün borcu yoxdur; Cavabdeh Mənzil-Tikinti Kooperativi (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 27 may 2015-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 4 qarşısındakı mərtəbə -1, 49 saylı qarajı payçıya verməyi öz öhdəsinə götürür. Payçı isə öz növbəsində ümumilikdə icraçıya 15.000 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.4-cü bəndinə əsasən MTK verilmiş qarajın üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürmüşdür; Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 27 may 2015-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai33/Ə.Naxçıvanı küçəsi 3068-ci məhəllə, ev 4, qarşısındakı, mərtəbə -1, 49 saylı qarajı MTK-dan almışdır. Payçı İddiaçı 1 ədəd qaraj üçün borcu yoxdur; İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə ünvanlanmış 13 yanvar 2021-ci il tarixli ərizənin surətindən görünür ki, payçı kimi MTK ilə bağlanmış müqavilələrə uyğun pay haqqının tam ödənildiyini nəzərə alaraq mənzilə və qaraja aid protokoldan çıxarışlarının verilməsi xahiş edilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli, 529 saylı məlum fərmanına uyğun olaraq onların binası da dövlət tərəfindən istismara qəbul edilmişdir. 01 sentyabr 2015-ci il tarixdən yuxarıda göstərilən ünvanda yaşamaqla lift, blokların və həyətin işıqlandırılması, zibillərin daşınması, blokların və həyətin təmizlik işləri, binanın ümumi əmlaklarının saz vəziyyətdə saxlanılması xərcləri və sair Cavabdeh MTK-nın göstərdiyi xidmətlərdən istifadə edilir. Bu xidmətlərdən istifadə nəticəsində 63 ay ərzində sizin xidmət haqqı olaraq Cavabdeh MTK-ya 3.436,65 manat borc yaranmışdır. Hətta qarajdan istifadə etdiyin halda xeyli borc yaranmışdır. Bu borcun ödənilməsi ilə bağlı tərəflərindən ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsindən yayınılıb. Bunun nəticəsində Cavabdeh MTK-nın müvafiq təşkilatlara (“xxxx” ASC-yə, Vergilər Nazirliyinə, “Lİft servis”, Məişət İstismar Xidməti və sair) xeyli borcu yaranmışdır. Yuxarıdakıları nəzərə alaraq Cavabdeh MTK-nin ona göstərdiyi xidmət haqqı borcunu ödəyib protokoldan çıxarışı Cavabdeh MTK-nın komisiyasından almaq təklif edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə 19 fevral 2011-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 2, blok 2, mərtəbə 14, ümumi sahəsi 114,01 kv.m yaşayış sahəsi, 3 otaqlı, 76 nömrəli yaşayış mənzilini payçıdan qəbul edir və sahə fərqinin (68.83 kv.m) ödəmək şərti ilə payçıya yuxarıda qeyd olunan ünvanda yaşayış evi 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 181,84 kv.m yaşayış sahəsi, 4 otaqlı, 28 nömrəli mənzilini payçıya verməyi və yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürür, təhvil verilən 3 otaqlı mənzilin tam dəyəri 74.107 manatın ödənildiyi nəzərə alınaraq, payçı öz növbəsində yaşayış mənzilinin sahə fərqinin 1 kv.m üçün 640 manat olmaqla, ümumilikdə icraçıya 20 fevral 2011-ci il tarixədək 43.411 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 19 fevral 2011-ci il tarixli arayışa əsasən payçı İddiaçı qeyd olunan mənzil üçün borcu yoxdur. Bundan başqa İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə aralarında bağlanmış 27 may 2015-ci il tarixli müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 4 qarşısındakı mərtəbə -1, 49 saylı qarajı payçıya verməyi və qarajın üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürür, payçı isə öz növbəsində ümumilikdə icraçıya 15.000 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Cavabdeh Mənzil- Tikinti Kooperativi tərəfindən verilmiş 27 may 2015-ci il tarixli arayışa əsasən payçı İddiaçı qeyd olunan qaraj üçün borcu yoxdur. Hazırda iddiaçı müqavilələr üzrə öhdəliklərini yerinə yetirdiyini bildirərək, cavabdehdən mübahisəli mənzilə və qaraja mülkiyyət hüququ almaq üçün Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən protokoldan çıxarışların ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır; 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir; 109-4.1 və 109-4.1.3-ci maddələrinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvünün hüququdur; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında 19 fevral 2011-ci il tarixli və 27 may 2015-ci il tarixli müqavilələr üzrə iddiaçı tərəfindən müqavilələrdə göstərilən yaşayış sahəsinə və qaraja görə pay haqqı tam ödəniş edilmiş, lakin iddiaçının qeyd olunan yaşayış sahəsinin və qarajın üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hazırda iddiaçıya bunun üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışının verilməsi lazımdır. Bundan başqa, iddiaçının kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququ da vardır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh verilmiş yaşayış mənzili və qaraj üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi də öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməklə təmin edilməli, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 28 saylı mənzilin və ünvan 1 ünvanında 4 saylı evin qarşısında yerləşən, mərtəbə -1, 49 saylı qarajın İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokollarından çıxarışlarının İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 28 saylı mənzilin və ünvan 1 ünvanında 4 saylı evin qarşısında yerləşən, mərtəbə -1, 49 saylı qarajın İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokollarından çıxarışlarının İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Cavabdeh Mənzil-Tikinti Kooperativindən 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3814/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3814/2021
16.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver