Məhkəmə qərarları › İş №2(001)-3836/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3836/2021

20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3836/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil2, Cavabdeh X5 nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3 nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, X7 və Cavabdeh3 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən ona dəymiş 10.000 manat məbləğində maddi və mənəvi ziyanın, Cavabdeh3 11.000 manat məbləğində pulun və cavabdeh X4 mənzildə aparılmış təmir işləri üzrə ödənilmiş 15.000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 1 otaqdan ibarət, 236 saylı mənzili 11 iyul 2015-ci il tarixdə müqavilə əsasında Cavabdeh1 MTK-dən 28.169 manata almışdır. Həmin vaxtdan mənzil onun istifadəsindədir, sahibliyində olan mənzildə onun tərəfindən təmir işlərinin 80%-i başa çatdırılıb, bütün kommunal xidmətlər öz adınadır və hal-hazırda sözügedən məzildə yaşayır. Həmin vaxt, Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı “mənzilə dair maneələrin aradan qaldırması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin onun bu ərizə barədə heç bir məlumatı olmamışdır, çünki, həmin iş üzrə onu cavabdeh qismində cəlb etməmişlər. Məlumat alandan sonra o, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 25 aprel 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Eyni zamanda, Cavabdeh1 MTK Cavabdeh2 və ona qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. O da müstəqil üçüncü şəxs qismində Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması barədə” müstəqil tələb irəli sürmüşdür. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4246/2019 nömrəli, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində onun cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Eyni zamanda, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia tələbləri təmin edilməmişdir. Elə həmin qətnamə ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, ona və Cavabdeh3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-297/2020 nömrəli, 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativi və onun tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4246/2019 saylı, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı 15 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən o, kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-68/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı ilə onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-297/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, mübahisəli mənzili 28.169 manata almışdır. Hal-hazırda sözügedən məzildə yaşayır. Bununla əlaqədar, o, mənzil üçün Cavabdeh1 MTK-yə 28.169 manat məbləğində pul ödəmiş və mənzildə əsaslı təmir işləri aparmağa başlamışdır. Bundan başqa, Cavabdeh1 MTK tərəfindən sözügedən mənzilin satış qiymətinin 28.169 manat məbləğində olmasına baxmayaraq, o, mənzili evin sahibi Cavabdeh3 ona 39.000 manat məbləğində vəsait ödəməklə almışdır. Məbləğin 24.000 manatı bilavasitə Cavabdeh3, digər 15.000 manatı isə evin sahibi Cavabdeh3 Cavabdeh1 MTK-yə olan borcunun bağlanılması məqsədilə 5.000 manatını birbaşa, qalan 10.000 manatı isə 10 ay ərzində hissə-hissə olmaqla Cavabdeh1 MTK-yə ödəmişdir. Bununla əlaqədar Cavabdeh3 etibarnamə üzrə qanuni nümayəndəsi - onun anası X3 ona çatan məbləğin tam ödənilməsi barədə ərizə vermişdir. Beləliklə, mənzilin alınması ilə bağlı o, ümumi 39.000 manat məbləğində pul ödəmişdir (15.000 manat - cavabdeh “Yeni Yasamal MTK- yə, 24.000 manat - Cavabdeh3). Eyni zamanda evin sahibi Cavabdeh3 2011-2015-ci illər ərzində 13.169 manat Cavabdeh1 MTK-ya ödəmiş və 15.000 manat məbləği miqdarında borclu qalmışdır. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 MTK ilə müqavilə bağladıqdan sonra mənzildə təmir işlərini aparmağa başlamış və sahibliyində olan mənzildə təmir işlərinin 80%-ni başa çatdırmışdır. Mənzildə aparılan təmir işləri ilə əlaqədar 15.000 manat məbləğində pul xərcləmişdir. Məhkəmə qərarları əsasında mənzil Cavabdeh2 istifadəsində qaldığına görə, təmirə 15.000 manat xərclədiyi pul məbləği ondan alınmalıdır. Bundan başqa, hesab edir ki, Cavabdeh1 MTK-nın qanunsuz hərəkətləri ilə bağlı ona xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Ona dəymiş maddi və mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, iddiaçı mübahisəli mənzili 2015-ci ildə almış və ödənişlərini etmişdir. Həmin vaxt mənzilin heç nəyi olmamışdır. Mənzildə 3 il, 2015-2018-ci illərdə təmir işləri aparılmışdır. Sonradan Sevil xanım gələrək mənzilin onun adına olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-297/2020 saylı qətnaməsi ilə Cavabdeh1 MTK tərəfindən 28.180 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilsə də, lakin mənzil 39.000 manata alındığından Cavabdeh3 qalan 11.000 manatı iddiaçıya ödəməlidir. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi (vəkili) Vəkil1 iddianı cavabdeh X7 aid hissədə qismən qəbul edərək bildirdi ki, evin təmirinə çəkilmiş 7.000-8.000 manat məbləğində xərcin əvəzinin iddiaçıya ödənilməsinə razıdırlar. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X12 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən mənzilin alınmasına görə Cavabdeh3 hər hansı məbləğdə pul ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X9 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, mübahisəli mənzili 2009-cu ildə almışdır. Sonradan ona məlum olmuşdur ki, ev başqa şəxslərə satılmışdır. O, hələ də mübahisəli mənzilə köçə bilməmişdir. İddiaçı həmin mənzilin təmirinə xərc çəkib, bu səbəbdən edilmiş təmirin əvəzini ödəməyə etiraz etmir. Lakin, iddiaçının tələb etdiyi məbləğlə razı deyil. Hesab edir ki, evə daha az məbləğdə xərc çəkilmişdir. Onların mütəxəssisləri tərəfindən həmin evə baxış keçirilmiş və həmin evdəki təmirin məbləği 7.000-8.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləği isə ödəməyə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh3 arasında bağlanmış 02 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi” haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşmiş birincinin tikilməkdə olan binasında 236A saylı 1 otaqdan ibarət, sahəsi 71.3 kv.m olan mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin haqqını, 28.164 manat məbləğində pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 02 sentyabr 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişi, 16 yaşayış mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərindən 13.430 manatı alıcı Cavabdeh3 tərəfindən ödənilmişdir. 11 iyul 2015-ci il tarixdə X1 (09 iyul 2015-ci il tarixli etibarnaməyə əsasən etibar edilən şəxs) Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə ünvanladığı ərizənin surətindən görünür ki, ünvan 1 ünvanında inşa olunan Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsus binada 71.3 kv.m sahəsi olan 236 A saylı mənzil 02 sentyabr 2011-ci il tarixli müqavilə ilə onun adına sənədləşdirilmişdir. Hal-hazırda mənzili satmaq qərarına gəlmiş və xahiş etmişdir ki, onun adına olan müqaviləni ləğv edib İddiaçı adına sənədləşdirilməsində köməklik göstərilsin.Ərizənin davamında qeyd edilmişdir ki, mənzilin sənədlərinin əsli təhvil verilmiş, ona çatan məbləğ tam olaraq almışdır. Bu mənzillə bağlı heç bir iddiası və maddi tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 11 iyul 2015-ci il tarixli “yaşayış binasında mənzil tikintisi” haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş birincinin tikilməkdə olan binasında 236A saylı 1 otaqdan ibarət, sahəsi 71.3 kv.m olan mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin haqqını, 28.164 manat məbləğində pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 11 iyul 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1nə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 18.430 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 12 avqust 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1nə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 2.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 10 oktyabr 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişində yerləşən bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 11 noyabr 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1nə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 11 dekabr 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 09 yanvar 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 10 mart 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil -Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 2.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 10 aprel 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1nə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.750 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı 236 saylı mənzilin təmirinə çəkilən xərc barədə aktdan görünür ki, təmirə çəkilmiş xərc 17.377,5 manat təşkil edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(006)- 4246/2019 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, İddiaçı və Cavabdeh3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilin Cavabdeh3 satılmasına dair 02 sentyabr 2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilin İddiaçı satılmasına dair 11 iyul 2015-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin Cavabdeh2 təhvil verilməsi öhdəliyinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin, Cavabdeh3 və İddiaçı üzərinə qoyulması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən, Cavabdeh3 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh2 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil- Tikinti Kooperativinə və Cavabdeh2 qarşı Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməməsi, ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları ilə bağlı məhkəmə xərcləri onların özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-297/2020 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativi və müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4246/2019 saylı, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı, 15 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Cavabdeh1 MTK-dan 28.180 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, birinci iş üzrə - iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı “mənzilə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-dan pay haqqını ödəməklə aldığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-ci mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət 236 saylı mənzilə girişinə, təmir işləri aparmağına, eləcə də mənzilin giriş qapısının qoyulmasına maneəçiliyin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İkinci iş isə yuxarıda qeyd olunan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4246/2019 saylı mülki işdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, mübahisəli mənzilə dair MTK ilk dəfə, yəni 24 dekabr 2009-cu il tarixdə Cavabdeh2 ilə müqavilə bağlayıb, həmin mənzil üçün pay haqqı sonuncu tərəfindən tam ödənildiyindən və buna görə həmin əmlakın qanuni sahibi Cavabdeh2 olduğundan həmin daşınmaz əmlakla bağlı bütün hüquqlar ona keçmişdir və MTK-nın əmlak üzərində heç bir hüququ qalmamaqla yanaşı, əmlakı özgəninkiləşdirmək səlahiyyəti də olmamışdır. Mübahisəli yaşayış sahəsi MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində digər fiziki şəxslərə verilmiş, bu isə əsl mülkiyyətçi olaraq Cavabdeh2 iradəsinin ziddinə baş vermişdir. Onunla bağlanan müqavilə qüvvədə olduğu təqdirdə digər şəxslərlə müqavilə bağlanmış və mənzil həmin şəxslərə qanunsuz olaraq satılmışdır. İlkin olaraq Cavabdeh2 ilə bağlanan müqavilə qüvvədə olduğu halda, Cavabdeh3 və İddiaçı ilə bağlanan müqavilələr əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(102)-68/2021 saylı qərarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-297/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 236 A saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 15.055,5 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 15 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 1 otaqdan ibarət, 236 saylı mənzilə dair MTK ilk dəfə, yəni 24 dekabr 2009-cu il tarixdə Cavabdeh2 ilə müqavilə bağlamışdır. Daha sonra isə MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində həmin mənzilə dair MTK ilə Cavabdeh3 və İddiaçı arasında müqavilələr bağlanmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(006)-4246/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası təmin edilərək, mübahisəli mənzilin Cavabdeh3 satılmasına dair 02 sentyabr 2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və eyni tarixli maliyyə arayışı, habelə həmin mənzilin İddiaçı satılmasına dair 11 iyul 2015-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş və Cavabdeh2 mübahisəli mənzilə sahiblik və istifadə hüquqları tanınmış, həmin mənzilin Cavabdeh2 təhvil verilməsi öhdəliyi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin, Cavabdeh3 və İddiaçı üzərinə qoyulmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda mübahisəli mənzilin qanuni sahibi Cavabdeh2dır. Bundan əlavə o da müəyyən olundu ki, mənzil iddiaçının istifadəsində olarkən onun tərəfindən təmir etdirilmişdir. Hazırda iddiaçı MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində ona dəymiş 10.000 manat məbləğində maddi və mənəvi ziyanın Cavabdeh1 MTK-dan tutulmasını, mənzilə görə əlavə ödədiyi 11.000 manat məbləğində vəsaitin Cavabdeh3 onun xeyrinə tutulmasını, habelə mənzildə aparılmış təmir işlərinə görə 15.000 manat məbləğində pulun Cavabdeh2 tutulmasını xahiş edir. Cavabdeh3 iddianı qəbul etməyərək, ona hər hansı məbləğdə pulun ödənilmədiyini bildirir, Cavabdeh2 isə iddianı qismən qəbul edərək, mənzildə aparılmış təmirə görə 7.000-8.000 manat məbləğində vəsait ödəməyə razı olduğunu bildirir. Məhkəmə iddia tələbinin “MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində ona dəymiş 10.000 manat maddi və mənəvi ziyanın Cavabdeh1 MTK-dan tutulması” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və Cavabdeh1 MTK-dan vurulmuş mənəvi zərərə görə 1.000 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Cavabdeh1 MTK-nın qeyri-qanuni hərəkətləri nəticəsində mənzilin qanunsuz olaraq bir neçə şəxsə satılması, iddiaçının ümid etdiklərindən məhrum olması, cavabdehin hərəkətlərinə görə iddiaçı məhkəmədə mənzilə dair iddia irəli sürmək, bunun üçün məhkəmə xərcləri çəkmək, bununla bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və nəticədə iddiaçının həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Məhkəmə maddi ziyanın tutulması ilə əlaqədar isə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın dəydiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə, iddia tələbinin bu hissəsinin təmin edilməməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin “mənzildə aparılmış təmir işlərinə görə 15.000 manat məbləğində pulun Cavabdeh2 tutulması” hissəsi ilə əlaqədar isə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin iddiaçı tərəfindən təmir edilməsi və yaşayış üçün əlverişli şəraitə salınması, lakin mübahisəli mənzilin hazırda Cavabdeh2 sahibliyində və istifadəsində qalması nəticəsində Cavabdeh2 əsassız olaraq varlanmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin Cavabdeh2 tutulması hissəsində əsaslı hesab edir. Təmirə çəkilmiş xərclərin dəyərinə gəldikdə isə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli, mənzilin təmirinə çəkilmiş xərcə görə 15.000 manat məbləğində vəsait Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı mübahisəli mənzili Cavabdeh3 39.000 manata aldığını, 24.000 manatını Cavabdeh3 şəxsən özünə, 15.000 manatını isə Cavabdeh1 MTK-ya ödədiyini, məhkəmə qətnaməsi ilə isə yalnız Cavabdeh1 MTK-dan 28.180 manat məbləğində pulun tutularaq ona ödənilməsinin qət edildiyini bildirərək, əlavə ödədiyi 11.000 manat məbləğində pulun Cavabdeh3 onun xeyrinə tutulmasını xahiş etsə də, mənzilin 39.000 manat məbləğinə alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-297/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisəli mənzilin iddiaçı tərəfindən 28.180 manata Cavabdeh1 MTK-dan alınması müəyyən edilmiş və Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 11 iyul 2015-ci il tarixli müqavilə etibarsız hesab edilərək MM-nin 337.5-ci maddəsinə əsasən məhz həmin məbləğdə - 28180 manat pul vəsaitinin İddiaçı qaytarılmalı olduğu qənaətinə gəlinmişdir. Həmin qətnamənin aid olduğu işdə izahatı alınmış MTK-nin direktoru Cahangir Alışov da izahatında mənzilin İddiaçı məhz 28180 manata satmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən İddiaçı xeyrinə mənəvi zərərə görə 1.000 manat məbləğində pul vəsaiti tutulmalı, Cavabdeh2 İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 15.000 manat məbləğində pul vəsaiti tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 5 manatı Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən, 8 manatı isə Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən İddiaçı xeyrinə mənəvi zərərə görə 1.000 (bir min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 5 (beş) manatı tutulsun. Cavabdeh2 İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 8 (səkkiz) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar