Məhkəmə qərarları › İş №2(001)-3854/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3854/2021

26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3854/2021 26.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz açılmış qapıların hörülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan sahəyə baxan və Cavabdehnə aid tikilinin pəncərəsindən qanunsuz açılan qapıların texniki normaya uyğun bağlanması və binanın uçma ehtimalının, qəzalı vəziyyətdə olmasının yoxlanılması, ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş mahiyyəti üzrə həll edilənədək, Cavabdehnə məxsus olmaqla ünvan 1 ünvanında yerləşən tikilidə açılmış qapıların bağlanması və mülkiyyətində olan sahədən Cavabdeh X1 edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3854/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilmiş, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər İddiaçı mülkiyətində olmaqla ünvan 2 ünvanında yerləşən sahədən və onun üzərində yerləşən qeyri-yaşayış binasından istifadə edilməsi Cavabdeh X1 edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. Həmçinin, İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3854/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Bundan sonra Cavabdeh nümayəndəsi və vəkili X10 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3854/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3854/2021 saylı, 28.10.2021-ci il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili X7 şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3854/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi rədd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh şikayətini, ona əlavə edilmiş sənədləri və ümumilikdə mülki işi araşdırıb, belə qənaətə gəlir ki, hazırki mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-537/2021 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iddiaçı Cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “servitut yüklülüyünün qoyulması” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(007)-2774/2020 saylı qərardadına əsasən icraata götürülmüşdür. İddiaçı da Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi də icraata qəbul edilmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı (Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz açılmış qapıların hörülməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(001)-3854/2021 saylı qərardadına əsasən icraata götürülmüşdür. Bununla bağlı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı vəsatəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.05.2021ci il tarixli, 2(007)-537/2021 saylı qərardadına əsasən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə qəbul edilmiş məhkəmə aktı qüvvəyə minənə qədər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir; 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə məhkəmə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki işlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki işin biri-biri ilə əlaqəli olmasını, o cümlədən hər iki iddia üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin istifadə edilməsi ilə bağlı məsələlərin mübahisələndirildiyini nəzərə alıb, ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin təmin edilməsi baxımından hesab edir ki, həmin mülki işlərə birgə baxılmalı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)- 537/2021 nömrəli mülki iş ilkin olaraq icraata qəbul edildiyindən həmin mülki işlə bir icraatda birləşdirilib birgə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3854/2021 nömrəli mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə o halı da qeyd edir ki, iddia ərizəsində bu barədə hər hansı məlumat əks olunmadığından, iddia ərizəsinə hər hansı sübut əlavə edilmədiyindən, habelə tərəflər məhkəmə iclasında iştirak etmədiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsində olan mülki iş barədə məlumat olmamış və belə bir halın mövcud olması yalnız Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3854/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərardadından şikayət verildikdən sonra müəyyən edilmişdir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 43-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı (Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz açılmış qapıların hörülməsi” tələbinə dair iddiası üzrə 2(001)-3854/2021 nömrəli mülki iş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “servitut yüklülüyünün qoyulması” tələbinə dair ilk, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(007)-537/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilib birgə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar