Məhkəmə qərarları › İş №2(001)-3864/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3864/2022

25.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3864/2022 25.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılması, əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıyev küçəsi 10 nömrəli evin, 13 nömrəli mənzilini bu günki bazar qiymətinə münasib qiymətləndirilərək satılıb 50%-nin Cavabdeh və 50%-nin onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində göstərilməli olan məlumatların və iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısı Mülki-Prosessual Məcəllənin müvafiq olaraq 149-cu və 150-ci maddələrində təsbit edilmiş, eyni zamanda, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə tərtib edilməsi, iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi müəyyən edilmişdir. İddiaçı isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Bu da öz növbəsində iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdəhakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin forması və məzmunu baxımından düzgün tərtib olunmamasını nəzərə alıb hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılması, əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar