Məhkəmə qərarları › İş №2(001)-387/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-387/2022

11.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-387/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı Rövşan oğlunun, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Rövşan oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq və qeyriyaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rövşan oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq və qeyriyaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 22.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlərlə mediasiya qaydasında razılığa gələrək barışıq sazişi bağladıqlarını bildirirərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılıb, iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Rövşan oğlu iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək iddia tələbinin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçının ərizənin qaytarılmasına dair müraciətini, cavabdehin mübahisənin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alan məhkəmə hesab edir ki, MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Rövşan oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq və qeyriyaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar