Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-388/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinə və Bakı şəhəri 32 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.-da yerləşən 119 saylı evin 24 sayıl mənzilinə dair 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisində Cavabdeh4 ilə bağlanmış 40-1907 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin, həmin mənzilə dair Cavabdeh2 və Cavabdeh4 adına aparılmış qeydiyyat barədə çıxarışların ləğv edilməsi və Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış, müəssisəyə dair xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılaraq, həmin müəssisədən ona çatası payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11 oktyabr 2023-cü il tarixli, 2(001)-5263/2023 saylı qərardadına əsasən, iddia ərizəsinin “Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış 01 avqust 2015ci il tarixli “Müəssisədəki payın bağışlanma müqaviləsi”nin etibarsız sayılaraq, həmin müəssisədən ona çatası payın müəyyən olunması” hissəsi baxılmamış saxlanmışdır. Beləliklə, Bakı şəhəri 32 saylı notariat ofisi və Cavabdeh3 qarşı yönələn tələb olmadığından, onlar cavabdehlər sırasından çıxarılmışlar. Hazırki iddia tələbi ondan ibarətdir ki, İddiaçı Cavabdeh4, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.-da yerləşən 119 saylı evin 24 saylı mənzilinə dair 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisində Cavabdeh4 ilə bağlanmış 40-1907 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin, həmin mənzilə dair Cavabdeh2 və Cavabdeh4 adına aparılmış qeydiyyat barədə çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzil Bakı şəhəri XDS-in İcarə Komitəsi tərəfindən verilmiş 30 yanvar 1979-cu il tarixli, 173276 seriyalı order əsasında iddiaçının mərhum atası X13 məxsus olmuşdur. İddiaçı həmin mənzildə anası və atası ilə birlikdə yaşamış, 1998-ci ildə ailə quraraq oradan köçmüş, lakin atası vəfat etdiyi günədək həmin evə gəlib-getmiş, evdən istifadə hüquqlarını həyata keçirmişdir. Atası vəfat etdikdən sonra qardaş və bacıları onu həmin evə gəlib-getməyə qoymamışlar. O, mənzilin hüquqi statusunun müəyyənləşdirilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, mənzil 06 oktyabr 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında bacısı Cavabdeh2 adına ilkin olaraq qeydiyyatdan keçmiş, sonradan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu R.Z.Zülfüqarov tərəfindən təsdiq edilmiş 11 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasıdna Cavabdeh4 adına qeydə alınmış, hazırda sonuncunun mülkiyyətindədir. Cavabdeh2 mənzilin alğı-satqı müqaviləsini onlardan xəbərsiz, Binəqədi Rayon Məhkəməsində həmin mənzilə dair mübahisə getdiyi zaman həyata keçirmişdir. Müqavilə bağlanarkən notarius mərhum X10 birinci dərəcəli vərəsəsi kimi iddiaçını da məlumatlandırmalı olduğu halda, bunu etməyərək, müqaviləni təsdiqləmişdir. Hazırda iddiaçı həmin alğı-satqı müqaviləsinin, eləcə də, mənzillə bağlı bacısı Cavabdeh2 və Cavabdeh4 verilmiş çıxarışların ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tədqiq edilən sübutlar: - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 01 fevral 2016cı il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin - Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 23 iyul 2017-ci il tarixli, 905996 nömrəli arayışında göstərilmişdir ki, X11, X9, X14, X20, Cavabdeh2 və X5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - 18 dekabr 2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 16 yanvar 2018-ci il tarixli, ******* nömrəli arayışında göstərilmişdir ki, X11, X9, X14, X20, Cavabdeh2, X5, X7 və X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 119 saylı evin 24 saylı mənzili 06 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Mübahisələndirilən mənzilin alğı-satqısı barədə müvafiq notariat işi materiallarından görünür ki:
1. X20 ilə Cavabdeh2 arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli “Barışıq sazişi”ndən görünür ki, X20 atası X13 məxsus ünvan 1 ünvanındakı evin bacısı Cavabdeh2 adına rəsmiləşdirilməsinə o halda razılıq verməyi öhdəsinə götürmüşdür ki, mənzil Cavabdeh2 adına rəsmiləşdirildikdən sonra qeyd olunan əmlakın alğı-satqısı zamanı X3 İlahə Əli qızından 50000 manat pul alır; Cavabdeh2 mənzilə dair çıxarış aldıqdan sonra həmin evin alğı-satqısı zamanı 50000 manat pulu X15 verməyi öz öhdəsinə götürür.
2. Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 119 saylı evin 24 saylı mənzilinin 113852 manata Cavabdeh4 satılması barədə Cavabdeh2 və Cavabdeh4 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 11 oktyabr 2021-ci il tarixli ərizə ilə müraciət etmişlər.
3. Notarius R.Z.Zülfüqarov "xxxx" ASC-nin ASAN 5 şöbəsinin müdirinə 11 oktyabr 2021-ci il tarixdə məktub ünvanlayaraq, Cavabdeh4 oğu tərəfindən notariat qaydasında təsdiq ediləcək mənzil alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 113852 manat məbləğində pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra məktubu əsasında 66188 manatının Cavabdeh2, qalan 47664 manatın isə X15 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
4. X9, X20, X5, X7, X14, X4 notariusa ərizə təqdim edərək, mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər.
5. 11 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh4 arasında alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 119 saylı evin 24 saylı, ümumi sahəsi 104,48 kv.metr olan mənzilini Cavabdeh4 113852 manata satmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 119 saylı evin 24 saylı mənzili 12 oktyabr 2021-ci il tarixdə Cavabdeh4 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2-1(103)- 1731/2023 saylı qərarından görünür ki:
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.-da yerləşən 119 saylı evin 24 saylı mənzilinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil Bakı şəhəri XDS-in İcarə komitəsi tərəfindən verilmiş 30 yanvar 1979-cu il tarixli, 173276 seriyalı order əsasında mərhum atası X13 məxsus olmuşdur. İddiaçı da həmin evdə yaşamışdır. 1998-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə ünvan 3 ünvanda yerləşən evə köçüb yaşamağa başlamışdır. Lakin, ata evindən çıxmağına baxmayaraq, atası vəfat etdiyi günədək həmin evə gəlib-getmiş, istifadə hüquqlarını həyata keçirmişdir. Atası vəfat etdikdən sonra bacıqardaşları atasından qalmış evə gəlib-getməyə qoymamışlar. İddiaçının rəsmi müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubundan ona məlum olmuşdur ki, həmin mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına ilkin hüquqi qeydiyyatdan keçmiş və sonradan 5 saylı ASAN Xidmət Mərkəzində xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına qeydiyyatdan çıxmış və hazırda onun xüsusi mülkiyyətindədir. Cavabdeh2 həmin mənzilə görə Binəqədi rayon Məhkəməsində mübahisə getdiyi zaman iddiaçıdan xəbərsiz və məlumatsız mənzilin özəlləşdirilməsini həyata keçimişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
3. Bakı şəhər XDS İK-nın 26 yanvar 1979-cu il tarixli, 150/7 nömrəli qərarının arxiv surətindən görünür ki, iddiaçının mərhum atası Ə.Nağıyevə 9 nəfər ailə tərkibində verilmiş mənzil orderində iddiaçı Sənəm Nağıyevanın (Rəcəbova) adı da mövcuddur. Lakin, AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 15 yanvar 2018-ci il tarixli arayışından görünür ki, iddiaçının adı həmin mənzildə qeydiyyatda olan şəxslər sırasında yoxdur. İddia ərizəsindən, habelə, hazırki məhkəmə iclasında məhkəməyə verdiyi izahatından da göründüyü kimi, iddiaçı ərə getdikdən sonra 2013-cü ildən evdən qeydiyyatdan çıxaraq köçmüş, atası evinə atası ölənədək gəlib-getmiş, yaşamamışdır.
4. Konkret halda da, məhz birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sorğusu əsasında əldə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, mənzil cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının bacısı Cavabdeh2 adına qeydə alınarkən qanunun tələbləri çərçivəsində həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən aparılan həmin qeydiyyat qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur.
5. Bundan sonra, cavabdeh tərəfindən digər üçüncü şəxs Cavabdeh4 adına aparılan qeydiyyata gəldikdə isə, həmin qeydiyyat mənzilin birinci mülkiyyətçisi Cavabdeh2 ilə aralarında notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin hüquqi nəticələrindən irəli gəlmişdir.
6. Beləliklə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Maddə 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İşin müəyyən edilən hallarından belə məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.-da yerləşən 119 saylı evin 24 saylı mənzil 30 yanvar 1979-cu il tarixli, 173276 seriyalı order əsasında iddiaçının mərhum atası X13 məxsus olmuşdur. Həmin mənzil 06 oktyabr 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının bacısı Cavabdeh2 adına mülkiyyət hüquqları qeydiyyatdan keçmiş, sonradan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində 11 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi təsdiq olunaraq mülkiyyət hüquqları Cavabdeh4 adına qeydə alınmış, hazırda mənzil sonuncunun mülkiyyətindədir. İddiaçı Cavabdeh2 mənzilin alğı-satqı müqaviləsini ondan xəbərsiz, Binəqədi Rayon Məhkəməsində həmin mənzilə dair mübahisə getdiyi zaman həyata keçirdiyinə, müqavilə bağlanarkən notariusun mərhum X10 birinci dərəcəli vərəsəsi kimi iddiaçını məlumatlandırmamasına əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.-da yerləşən 119 saylı evin 24 saylı mənzilinə dair Cavabdeh4 ilə Cavabdeh2 arasında 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisi tərəfindən təsdiq olunmuş 40-1907 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydə alınmasının ləğv olunması tələbi ilə çıxış edir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.-da yerləşən 119 saylı evin 24 sayıl mənzilinə dair 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisində Cavabdeh4 ilə bağlanmış 40-1907 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin, həmin mənzilə dair Cavabdeh2 və Cavabdeh4 adına aparılmış qeydiyyat barədə çıxarışların ləğv edilməsi ilə bağlı müraciət etsədə tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə aşağıdakılara görə iddianı əsaslı saymır. Belə ki, iddiaçının əsas arqumenti ondan ibarətdir ki, mübahisəli müqavilə balanan zaman ona heç bir məlumat verilməmiş, mənzilə mülkiyyət hüquqları qeydə alınan zaman onun hüquqarı nəzərə alınmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan normada müqavilə azadlığı üç istiqamətdə müəyyən olunmuşdur: 1) fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaması; 2) onların müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi; 3) Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin bağlanması. Məcəllədə nəzərdə tutulmayan müqavilənin bağlanması yalnız Mülki Məcəlləyə zidd olmadıqda yolveriləndir. Bununla yanaşı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsi Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilmişdir. Təsədufi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanmışdır ki, “...İlk növbədə qeyd edilməlidir ki, Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (Mülki Məcəllənin 422.1-ci maddəsi). Tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda Məcəllənin 422.2-ci maddəsindəki şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv, Məcəllənin 422.4-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Tərəflərdən birinin tələbi ilə müqavilənin ləğv edilməsi barədə müvafiq məhkəmə qərarının qüvvəyə mindiyi andan müqavilə ləğv edilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.”. Göründüyü kimi Mülki Məcəllədə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin prosedur qaydaları dəqiq müəyyən edilmiş və Məcəlləyə zidd olan qydaların tətbiqinə qanunvericilikdə yol verilmir. Bu baxımdan məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.-da yerləşən 119 saylı evin 24 saylı mənzilinə dair 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisində Cavabdeh4 ilə bağlanmış 40-1907 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasların mövcudluğuna dair iddiaçı heç bir sübut təqdim edə bilməmiş, iddianı formal mülahizələrlə əsaslandırmışdır. Məhkəmə onu da vurğulayır ki, iddia tələbinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəsilində müəyyən olunmuş əqdlərin etibarsızlığı baxımından yanşadıqda da iddia uğursuzdur. Qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində və ya Məcəllədə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Hazırkı halda alğı-satqı müqaviləsi üzrə bütün mühüm şərtlər yerinə yetirilmiş, müqavilə tərəflərin tam sərbəst iradələri əsasında bağlanmışdır. Bir sözlə mübahisələndirilən əqdin məzmunu qanuni olmaqla yanaşı onu bağlayan şəxslər hüquq və fəaliyyət qabiliyyətli olmuş, əqddə iradənin və iradə ifadəsinin bir birinə uyğun gəlməklə əqdin qanunla müəyyən edilmiş formasına əməl olunmuşdur. İddia tələbinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.-da yerləşən 119 saylı evin 24 sayıl mənzilinə dair Cavabdeh2 və Cavabdeh4 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışların ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələbin uğurluluğu iddianın 40-1907 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin qanuni olması ilə bağlıdır. Məhkəmə həmin müqavilənin qanuni hesab etdiyindən sözügedən mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydləri də qanuni hesab edir. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının eyni əsaslara istinad edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.-da yerləşən 119 saylı evin 24 saylı mənzilinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2-1(103)-1731/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “...Konkret halda da, məhz birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sorğusu əsasında əldə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, mənzil cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının bacısı Cavabdeh2 adına qeydə alınarkən qanunun tələbləri çərçivəsində həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən aparılan həmin qeydiyyat qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur.”. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh4 Cavabdeh2, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.da yerləşən 119 saylı evin 24 sayıl mənzilinə dair 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisində Cavabdeh4 ilə bağlanmış 40-1907 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin, həmin mənzilə dair Cavabdeh2 və Cavabdeh4 adına aparılmış qeydiyyat barədə çıxarışların ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev