Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3883/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20:20 radələrində Cavabdeh1 MMC-nin mülkiyyətində olan “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 dairəsi ərazisində yol nişanının tələbinə riayət etməyərək yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində onun xüsusi mülkiyyətində olan “Mercedes Benz C200” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 MMC-nin mülkiyyətində olan “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində xx.xx.2025-ci il tarixli TP715066 nömrəli İnzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən də görünür ki, mülkiyyətində olan avtomobilə ziyan vurulmuşdur. “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 izahatında Xırdalan dairəsindən Sumqayıt istiqamətinə gedən yola çıxarkən yoldan sağa dönən “Mercedes Benz C200” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşduğunu bildirmişdir. Hadisə zamanı “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 həmin nəqliyyat vasitəsini Cavabdeh1 MMC tərəfindən verilmiş yol vərəqinə əsasən idarə etdiyi müəyyən edilmişdir. Ancaq yol vərəqinin qüvvədə olan qanunvericiliyə əsasən tərtib və təsdiq edilmədiyi, hadisə günü reys qabağı tibbi müayinədən və texniki yoxlamadan keçmədiyi aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hadisə törədilən zaman “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 MMC tərəfindən sığorta etdirilmədən istismara buraxılmışdır. X2 hadisə yerində sığortanın olmasını bildirmiş və bu səbəbdən də, hadisə yerinə onun tərəfindən sığorta şirkəti çağırılmamışdır. İnzibati iş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin qeydiyyat sistemindən çıxarışından da müəyyən edilir ki, Cavabdeh1 MMCnin mülkiyyətində olan “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki baxış müddəti xx.xx.2023-cü il tarixdə başa çatsa da, sonradan texniki baxışdan keçirilməmişdir. Hadisə zamanı ona məxsus nəqliyyat vasitəsinin sükanı arxasında onun oğlu X8 olmuşdur və X6 ona bildirmişdir ki, nəqliyyat vasitəsinə dəyən ziyanı ödəyəcəkdir. Həmçinin o, məhkəmədə iddia irəli sürməmişdən əvvəl Cavabdeh1 MMC ilə əlaqə saxlayaraq nəqliyyat vasitəsini düzəltdirməyi və ya dəymiş ziyanın əvəzini ödəməyi tələb etmişdir. Cavabdeh isə öz növbəsində ödəməyəcəyini bildirmişdir. Hadisə nəticəsində ona məxsus nəqliyyat vasitəsinə aşağıdakı ziyan dəymişdir. 1. Arxa sağ qanad -130 manat; 2. Arxa sağ işıq lövhəsi (fara) - 120 manat; 3. Arxa sağ plata - 30 manat; 4. Arxa sağ nikel - 30 manat; 5. Arxa bufer təmiri - 50 manat; 6. Dəmirçi işi - 150 manat; 7. Malyar (rəngsaz) işi - 250 manat; Tərəfindən dəymiş ziyanı əks etdirən fotoşəkillər iddia ərizəsinə əlavə edilmişdir. Nəticədə ona dəymiş ziyanın məbləği 760 manat həcmindədir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1099.1 və 1108.1-ci maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh1 MMCdən və X3 müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı ona yəni, İddiaçı məxsus avtomobilə vurulmuş ziyanın əvəzinə 760 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, mülkiyyətində olan “Mercedes Benz C200” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 850 manat məbləğində maddi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, əvvəllər digər Cavabdeh1 MMC-də sürücü vəzifəsində işlədiyini və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqinə əsasən idarə etdiyini, avtobusun istismara yarasız olduğunu, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin digər Cavabdeh1 MMC tərəfindən ödəniləcəyi ona bildirilsə də, sonradan Cavabdeh1 MMC tərəfindən dəymiş zərərin ödənilməsindən imtina edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan cavabdeh X7 tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində idarə etdiyi “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Binəqədi istiqamətindən Xırdalan dairəsindən Sumqayıt tərəfə gedən yola çıxarkən o, yoldan sağa dönərkən “Mercedes Benz C200” minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Toqquşma zamanı xəsarət alan olmadığını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən 01-31 mart 2025-ci il tarixləri üçün Cavabdeh2 verilmiş 1342 saylı şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün verilmiş yol vərəqindən görünür ki, Cavabdeh2 yol vərəqi əsasında “DAEWOO” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürmək icazəsi verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1 MMC-dir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes” minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 850 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan AD seriyalı 077986 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C200” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan "xxxx" MMC-nin 03 sentyabr 2025-ci il tarixli, CVN/S 07- 298/25 saylı hesabatından (mütəxəssis rəyi) görünür ki, aparılmış hesablama və təhlillərə əsasən “Mercedes Benz C200” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 785 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində Xırdalan dairəsi ərazisində “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 yol nişanlarının tələblərinə riayət etməyərək idarə etdiyi nəqliyyat vasitəsilə “Mercedes Benz C200” minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz C200” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 850 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CVN/S 07-298/25 nömrəli mütəxəssis rəyi ilə təsdiq olunur ki, “Mercedes Benz C200” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 785 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 idarə etdiyi “DAEWOO BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmamışdır. Həmin nəqliyyat vasitəsi Cavabdeh1 MMC-nin mülkiyyətindədir. Cavabdeh2 həmin avtobusu ona verilmiş 1342 saylı şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqi əsasında idarə etmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki qanunvericiliyin tələbinə görə hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir, iddia tələbi Cavabdeh1 MMC-yə qarşı qismən təmin edilməli, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/S 07-298/25 saylı mütəxəssis rəyində müəyyən edilmiş 785 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq, İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh2 qarşı təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən dəymiş ziyana görə 785 (yeddi yüz səksən beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh2 qarşı təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3883/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3883/2025
03.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver