Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3891/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülki işlər (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh1, Cavabdeh Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 5200 manat və Cavabdeh1 7080 manat məbləğində pul vəsaitinin, həmçinin mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 3000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Opel Astra" markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X2 məxsusdur. 2020-ci ilin iyun ayının 6-da "Opel Astra” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınması üçün Cavabdeh2 ilə razılıq əldə olunmuş, razılığa əsasən sonuncu 24 ay müddətinə hər ay 440 manat ödəniş etmək şərti ilə həmin avtomobili ona satmışdır. Cavabdeh2 borc məbləği tam ödənilədək avtomobili idarə etmək məqsədilə ona etibarnamə vermişdir. O, 2020-ci ilin noyabr ayınadək, yəni 5 ay vaxtlı-vaxtında avtomobilə görə Cavabdeh2 ödəniş etmişdir. 2020-ci ilin noyabr ayında Cavabdeh2 ona zəng edərək görüşmək istədiyini demiş və görüş zamanı ona təcili pul lazım olduğunu bildirmişdir. Cavabdeh2 ona ödənilən pulu Samir adlı şəxsə ödəməsini ondan istəmiş və o, bununla razılaşmışdır. Daha sonra Cavabdeh1 ona zəng edərək maşının sənədləşməsinə əlavə pul xərcləndiyindən avtomobilin aylıq ödənişinin 440 manat yox, 472 manat olduğunu bildirmiş, o isə bununla razılaşmamış və aralarında narazılıq yaranmışdır. O, 2022-ci ilin mart ayına qədər, yəni 15 ay müddətində Cavabdeh1 ödəniş kartına hər ay 472 manat olmaqla, cəmi 7080 (15 x 472 manat) manat ödəniş etmişdir. 2022-ci ilin mart ayında Cavabdeh1 müraciət edərək maddi çətinlik səbəbindən avtomobili satmaq istədiyini bildirmiş, sonuncu isə avtomobilə görə 7 ay ödəniş etdikdən sonra satmasına razı olduğunu bildirmişdir. Həmçinin Cavabdeh1 ona Mehman adlı tanışının avtosalonu olduğunu və avtomobili həmin salona qoymasını bildirmişdir. Razılaşmaya əsasən o, avtomobili 10.600 manata satılması üçün Mehmanın işlədiyi avtosalona vermişdir. 2022-ci ilin mart ayında, yəni 1 ay sonra avtomobilin Cavabdeh1 tərəfindən satıldığını öyrənmiş, lakin bununla bağlı ona məlumat verilməmişdir. O, Cavabdeh1 ona çatası məbləği tələb etdiyi zaman, Cavabdeh1 maşının özünə məxsus olduğunu və maşından ona çatası pulun olmadığını bildirmişdir. Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş və göstərilən xüsusatlar mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "pul" tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2280 manat əsas borc, 3500 manat məbləğində olan avtomobilin təmir xərcləri, 600 manat məbləğində olan cərimələr, 2625 manat məbləğində borc və ödənilmiş 111 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9116 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli şifahi razılığa əsasən o, “Opel Astra minik” markalı, **-LC-*** nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün cavabdeh İddiaçı verməyi, sonuncu isə ona 30 ay ərzində hər ay 472 manat məbləğində, ümumilikdə 14160 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq razılaşma ilə müəyyən edilmişdir ki, əgər cavabdeh ödənişləri vaxtında icra etməsə və nəqliyyat vasitəsinin texniki baxışını keçirməsə, o zaman nəqliyyat vasitəsi cavabdeh tərəfindən tam yararlı şəkildə ona geri qaytarılacaqdır. Lakin razılaşmalarına baxmayaraq cavabdeh nəqliyyat vasitəsini 15 ay ərzində idarə edib qazanc əldə etdiyi halda öz öhdəliklərini vicdanlı şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsi 15 ay ərzində idarə edilmiş və bu müddət ərzində ona sadəcə 4800 manat məbləğində pul vəsaiti ödənilmişdir. Halbuki razılaşmada 2023-cü ilin mart ayına qədər, yəni 15 ay müddətinə cavabdeh tərəfindən 7080 manat məbləğində pul ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh ona 2280 manat məbləğində olan borcu ödəməlidir. Əlavə olaraq 15 ay ərzində cavabdeh nəqliyyat vasitəsinin texniki baxışını vaxtında həyata keçirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. 2021-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər cavabdeh qanunvericiliyin tələblərini pozduğuna görə 600 manat məbləğində cərimə edilmişdir. İddiaçı tətbiq olunan cərimələrin hamısını o özü şəxsən ödəmişdir. Bu səbəbdən də cərimələrin dəyəri də ona ödənilməlidir. Beləliklə cavabdeh 15 ay ərzində nə qanunvericiliyin tələblərinə riayət etmiş, nə də nəqliyyat vasitəsinin texniki baxışını vaxtında həyata keçirtmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək razılaşma üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən 2023-cü ilin mart ayında nəqliyyat vasitəsini cavabdehdən geri tələb etmişdir. Cavabdeh nəqliyyat vasitəsini gecə saatlarında təhvil verdiyindən o, ancaq səhər aşkar etmişdir ki, cavabdeh nəqliyyat vasitəsini qərəzli olaraq yararsız vəziyyətə salmışdır. Sözügedən nəqliyyat vasitəsini təmir etmək məqsədilə avtoservisə müraciət etmiş və orada ona bildirilmişdir ki, nəqliyyat vasitəsinin təmir xərcləri 3500 manat təşkil edir. Təmir xərclərini ödəmək üçün maddi imkanı olmadığından nəqliyyat vasitəsini satmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən 2023-cü ilin aprel ayında 10600 manat dəyəri olan nəqliyyat vasitəsini 6300 manata satmışdır. Bundan başqa o, cavabdehə 2625 manat məbləğində borc vermişdir. Belə ki, cavabdeh ona yazıb bildirmişdir ki, uşağının qaraciyərində ciddi problemlər aşkarlanmışdır və bu səbəbdən uşağın müalicəsi üçün ona təcili pul lazımdır. O da uşağa kömək etmək üçün cavabdehin hesabına pul köçürtmüşdür. Lakin bir müddətdən sonra məlum olmuşdur ki, uşaq xəstə deyil və müalicəyə ehtiyacı yoxdur. Qeyd edilənlərə əsasən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Laçın Rayon Məhkəməsinin 2(047)-838/2024 saylı, xx.xx.2025-cü il tarixli qərardadı ilə Laçın Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair 2(047)-838/2024 saylı mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair 2(001)-3891/2024 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı iddiasını müdafiə edərək təmin edilməsini, Cavabdeh1 iddiasının təmin edilməməsini xahiş edərək bildirdi ki, ilkin olaraq avtomobilə görə Cavabdeh2 3000 manat ödəniş etmiş, qalan pulu da 24 ay müddətinə hər ay 440 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin 5 ay ödəniş etdikdən sonra Cavabdeh2 ona təcili olaraq pul lazım olduğunu, avtomobili satmaq istədiyini bildirmişdir. O isə ona 1-2 gün vaxt verilməsini, həmin vaxt ərzində pul tapacağını bildirmişdir. Sonra Cavabdeh2 ona zəng vuraraq maşını Samir adlı şəxsə satdığını, ödənilməyən qalıq pulu Samirə verməsini bildirmişdir. O həmin vaxt Samiri tanımırdı. Telefonla danışarkən Cavabdeh1 bildirdi ki, hazırda Naxçıvandadır, bir neçə günə gələcəkdir. Sonra da Samirlə özü telefonla danışmış və birinci ayın ödənişində Cavabdeh1 vaxt istəmişdir. Ödəniş edən zaman Samir ona 440 manat yox, 27 ay müddətinə 472 manat ödəniş etməli olduğunu bildirmişdir. Səbəbini soruşduqda Samir ona maşının sənədləşməsinə əlavə pul xərcləndiyindən avtomobilin aylıq ödənişinin 472 manat olduğunu bildirmişdir. O, Cavabdeh2 zəng vuraraq məsələni izah etdi, sonuncu isə ona narahat olmamasını, ödənişi əvvəlki qaydada ödəməsini bildirərək sonunda həll edəcəklərini bildirdi. Lakin bununla Cavabdeh1 razılaşmadığına görə 15 ay müddətində 472 manatdan ödəniş etdi. Daha sonra maşını satmaq istədiyini ona bildirmişdir, o da razılaşmışdır. 2-3 həftə bazara getməsinə baxmayaraq avtomobili sata bilməmişdir. Bundan sonra Samir ona Mehman adlı tanışının avtosalonu olduğunu və avtomobili həmin salonda sata biləcəyini bildirdi. O bu fikirlə razılaşaraq həmin avtosalona gedərək avtomobili Mehmana vermişdir. Maşını təhvil verən zaman avtomobilin dəyərinin çox hissəsini ödədiyini, avtomobil onların adına olmasına baxmayaraq faktiki olaraq ona məxsus olduğunu bildirmişdir. Bir müddətdən sonra avtomobilin satıldığını bilmiş, bu zaman Samir ilə əlaqə saxlamış, Samir isə ona veriləcək pulunun olmadığını bildirmişdir. Daha sonra bildirdi ki, aralarında olan razılığa əsasən maşını kreditə götürmüş, pulunu ödədikdən sonra maşın ona qalmalı idi. O, həmin avtomobillə iki dəfə qəza keçirdib. Cavabdeh1 sığorta pullarını maşını təmir etmək üçün ona vermişdir. Maşın onda olan müddətdə o, taksi kimi istifadə etməklə gəlir əldə etmişdir. Bundan başqa Cavabdeh1 onun 554 manat məbləğində cərimələrini ödəyib, o isə həmin məbləği ona qaytarmışdır. Cavabdeh1 ona qarşı iddiası isə əsassızdır. Qeyd edilənlərə əsasən onun tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməsini, Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmənin iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2021-ci ilin iyul ayında iddiaçı ilə anası gəlib maşına baxmışlar. Aralarında olan razılaşmaya görə İddiaçı 2900 manat ilkin ödəniş edib, qalan pulu isə 24 ay müddətinə hər ay 440 manat olmaqla ödəniş etməli idi. Lakin iddiaçı ona 5 ay ərzində cəmi 576 manat ödəniş etmişdir. Ödənişi isə 38 manat, 28 manat, 12 manat olmaqla, hissə-hissə ödəmişdir. Bununla bağlı məhkəməyə bank çıxarışı təqdim etmişdir. O həmin vaxt avtomobili iddiaçıdan almamışdır. Lakin o cavabdehə ödəniş edə bilmədiyi təqdirdə avtomobilin satılmasını və hər kəsə düşəcək pulun götürülməsini təklif etmiş, o isə bununla razılaşaraq dekabr ayında anası ilə maşını gətirmişdir. Avtomobili təhvil verən zaman avtomobilin bəzi nasazlıqları var idi, özünün də bundan məlumatı var idi. Avtomobilin təmir xərclərini o, özü qarşılamışdır. Daha sonra Yusif bir nəfər qazi ilə gələrək maşını almaq istədiyini bildirdi. O isə ona onunla işləmək istəmədiyini, avtomobili başqasına satdığı təqdirdə onunla razılaşmasını bildirdi. Beləliklə o Samirlə razılaşaraq avtomobili ona satmışdır. Bundan sonra baş verən hadisələrdən xəbəri olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmənin iclasında iştirak edən cavabdeh (iddiaçı) Cavabdeh1 onun tərəfindən verilmiş iddia tələbini müdafiə edərək, İddiaçı iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh2 ona zəng vuraraq maşın almaq istəyib-istəmədiyini soruşmuş, o da razılaşaraq maşını almışdır. Qısa müddət sonra Vətən ona zəng vuraraq maşını icarəyə götürmək istəyən olduğunu bildirmiş, İddiaçı ilə danışaraq belə razılığa gəlmişlər ki, o, maşını iddiaçıya 30 ay müddətinə aylıq 472 manatdan verir. Əlavə də bildirmişdir ki, əgər ödənişləri vaxtlı-vaxtında etməsə, maşın geri alınacaq. Hətta İddiaçı dedi ki, vaxtından əvvəl ödəniş edəcək, gecikdirməyəcək. O, 2021-ci ilin dekabr ayının əvvəlində maşını Yusifə verdi. Elə birinci ayın ödənişindən gecikmələr başladı. Sonradan ödənişləri 2 ay ödəmirdi, 3-cü ay ümumi borcu ödəmək əvəzinə 300 manat, 200 manat ödənişlər edərək vaxt uzadırdı. Görəndə ki, ödənişi edə bilmir, İddiaçı bildirdi ki, əgər maşınla pul qazanıb, ödəniş edə bilmirsə maşını geri qaytarsın. O isə dedi ki, aya 1500-2000 manat pul qazanır, sadəcə olaraq uşağı xəstədir deyə pulu tam ödəyə bilmir. Bir də dedi ki, özünün harasa borcu var, barəsində icra tədbirləri görürlər, ona görə ora da ödənişlər edir ki, həbsə düşməsin, amma buna baxmayaraq onun pulunu ödəyəcəyini bildirdi. Lakin bügun-sabah deyərək ödəniş etmədi, sentyabr ayına qədər vaxtı uzatdı. Sentyabr ayında texniki baxışın vaxtı idi, cərimələr gəlirdi. Yusifə dedi ki, nə aylıq verir, nə də ki maşını texniki baxışdan keçirir. O isə narahat olmamasını, hamısını bir yerdə həll eləyəcəyini, onsuz da maşını sürmədiyini bildirmişdir. Lakin o, sonradan sms radar proqramından görürmüş ki, İddiaçı maşını üstündə “taksi” işarəsi ilə sürür. O, Yusifə maşını idarə etdiyi halda niyə yalan danışdığını, cərimələrin yazıldığını bildirmişdir. Yanvarın 16-sı görüşdükdə cərimələrin gəldiyini, ödənişlər etmədiyini bildirərək Yusifə maşını qaytarmasını demiş, o isə maşını almaq istədiyini bildirmişdir. Ondan maşını neçəyə satmasını soruşduqda ümumi borclarla birlikdə 8100 manat demiş, razılaşmışlar. Yusif bir həftəyə pulu verəcəyini bildirmiş, daha sonra demişdir ki, maşının cəriməsinə görə texniki baxışdan keçə bilmir, ondan cərimələrin pulunu və əlavə 200 manat borc istəmişdi. O isə cərimələri özünün ödəyəcəyini bildirərək Yusifdən maşını texniki baxışdan keçirməsini istəmişdir. O, cərimələrin hamısını ödəmişdir. Bir həftə sonra yenə Yusifə zəng çatmadı. Görəndə ki, artıq alınmır, pul ödəmək istəmir, əlavə cərimələr gəlir, ona maşını qaytarmasını, əks təqdirdə maşına həbs qoyduracağını bildirmişdir. O da fevral ayının axırı axşam saatlarında maşını gətirdi. O, mexanika maşın sürə bilmədiyi üçün Yusifdən maşını sürməsini istəmiş, həmin vaxt maşından səs gəlmişdir. Yusif ona demişdir ki, 30-40 manatlıq xərci var, həm də maşından ona borcu qaldığına görə bildirmişdir ki, 2800-3000 manata yaxın alacağı var, pulu alıb borcunu ödəyəcək.Yusifə maşını aparıb Mehman adlı tanışının yanında saxlamasını demiş, səhəri gün maşına baxanda görmüşdür ki, maşın tam yarasız, bərbad vəziyyətdədir. Maşına baxan usta bildirmişdir ki, maşın ümumiyyətlə yağsız sürülüb. Bunların hamısı qəsdən edilmiş hərəkətdir, əgər Yusif maşını özününkü bilsəydi belə etməzdi. Yoxlatdırdıqda məlum olmuşdur ki, maşının təxminən 3000-3500 manat xərci var. Yusifə maşını düzəltdirməyi və gecikən aylara görə pulunu verməsini dedikdə 2-3 günə zəng vuracağını, borcunu bağlayacağını, maşını düzəltdirib yaxşı vəziyyətdə təhvil verəcəyini bildirmiş, ondan sonra yenə 20-25 gün telefonlara cavab verməmişdir. Buna görə də o, maşını satmağa məcbur olmuşdur. Maşın o qədər yararsız vəziyyətdə idi ki, alan şəxs evakuatorla apardı, sonra da zəng vuraraq maşını almağa peşiman olduğunu bildirdi. Daha sonra bildirdi ki, İddiaçıla aralarında şifahi razılaşmaya əsasən maşını ona icarəyə vermişdi. Lakin şərtləri belə idi ki, əgər vaxtı-vaxtında pulu ödəsə, maşın sonda ona qalacaq. Bundan başqa öz iddia tələbi ilə əlaqədar olaraq bildirdi ki, onun iddiası bir neçə hissədən ibarətdir. Birinci cavabdehin ona maşına dəymiş ziyana görə 3500 manat borcu var. Belə ki, cavabdeh İddiaçı 9500-10000 manat sata biləcəyi maşını ona yararsız vəziyyətdə qaytarıb və o, 3000-3500 manat ziyana düşüb. O, maşını təmir etdirməyib, sadəcə olaraq təmir etdirsəydi, o qədər xərc çəkməli idi. Ona görə maşını daha ucuz qiymətə satdı. İkinci tələb olaraq 15 ay ərzində maşını istifadə etdiyinə görə ona qalan 2280 manat borcdur. 15 ay ərzində hər ay 472 manat ödəniş etməli olsa da cəmi 4800 manat ödəniş edib. Üçüncü tələb olaraq onun yerinə ödədiyi cərimələrdir. Dördüncü tələb isə ondan istədiyi borc pullardı. İddiada 2625 manat tələb etsə də həmin hissədən 800 manat və 440 manat çıxılmalı, qalan pul isə ona ödənilməlidir. Beləliklə İddiaçı iddia tələbinin rədd edilməsini, onun iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Mülki işin materialları:
9. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə araşdırılma aparılmış, cinayət işi üzrə əməldə hər hansı cinayət hadisəsi olmadığına görə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.
10. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ümumilikdə 442 (64+45+64+64+96+64+45) manat məbləğində cərimələri ödəmişdir.
11. “Elektron notariat” X1 çıxarışdan görünür ki, X3 mülkiyyətində olan "Opel Astra" markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 tərəfindən İddiaçı xx.xx.2027-ci il tarixinədək səlahiyyət vermişdir.
c) Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
20. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
21. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. 119.1-ci. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
ç) Məhkəmənin mövqeyi:
23. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməməli, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilməlildir.
24. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iki iddia tələbi mövcuddur.
25. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 5200 manat və Cavabdeh1 7080 manat məbləğində pul vəsaitinin, həmçinin mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 3000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəlcə 2020-ci ilin iyun ayının 6da "Opel Astra” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınması üçün Cavabdeh2 ilə 24 ay müddətinə hər ay 440 manat ödəniş etmək şərti ilə razılıq əldə olunmuş, ilkin olaraq 3000 manat ödəniş etmiş, sonuncu həmin avtomobili ona satmış, borc məbləği tam ödənilədək avtomobili idarə etmək məqsədilə ona etibarnamə vermişdir. O, 2020-ci ilin noyabr ayınadək, yəni 5 ay vaxtlı-vaxtında avtomobilə görə Cavabdeh2 2200 manat ödəniş etmişdir. Sonra Cavabdeh2 ona pul lazım olduğunu bildirmiş, ona ödənilən pulu Samir adlı şəxsə ödəməsini ondan istəmiş və o, bununla razılaşmışdır. Cavabdeh1 ona avtomobilin aylıq ödənişinin 472 manat olduğunu bildirmiş, o, 2022-ci ilin mart ayına qədər, yəni 15 ay müddətində Cavabdeh1 ödəniş kartına hər ay 472 manat olmaqla, cəmi 7080 (15 x 472 manat) manat ödəniş etmişdir. 2022-ci ilin mart ayında Cavabdeh1 müraciət edərək maddi çətinlik səbəbindən avtomobili satmaq istədiyini bildirmiş, sonuncu isə avtomobilə görə 7 ay ödəniş etdikdən sonra satmasına razı olduğunu bildirmişdir. Həmçinin Cavabdeh1 ona Mehman adlı tanışının avtosalonu olduğunu və avtomobili həmin salona qoymasını bildirmişdir. Razılaşmaya əsasən o, avtomobili 10600 manata satılması üçün Mehmanın işlədiyi avtosalona vermişdir. 2022-ci ilin mart ayında, yəni 1 ay sonra avtomobilin Cavabdeh1 tərəfindən satıldığını öyrənmiş, lakin bununla bağlı ona məlumat verilməmişdir. O, Cavabdeh1 ona çatası məbləği tələb etdiyi zaman, Cavabdeh1 maşının özünə məxsus olduğunu və maşından ona çatası pulun olmadığını bildirmişdir. Bundan başqa iddiaçı cavabdehlərlə aralarında olan razılaşmanın kredit müqaviləsi olduğunu bildirmişdir. Belə ki, pulunu tam ödədikdən sonra maşın ona qalmalı idi.
27. Cavabdeh2 isə iddianı qəbul etməyərək bildirmişdir ki, aralarında olan şifahi razılığa əsasən iddiaçı maşına görə ilkin olaraq 2900 manat ödəmiş, qalan pulu isə 24 ay müddətinə hər ay 440 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin 5 ay ərzində cəmi 576 manat pul ödəmiş, dəfələrlə istəməsinə baxmayaraq pulu ödəmədiyindən maşını satmalarını təklif etmiş, iddiaçı maşını onun yanına gətirəndə vurulmuş vəziyyətdə olmuş, o təmir etdirmişdir. Daha sonra iddiaçıya bildirmişdir ki, maşını başqa şəxsə satar, o da gedib onunla razılaşar. Ona görə də maşını Cavabdeh1 satdı.
28. Cavabdeh1 məhkəmədə bildirmişdir ki, iddiaçı ilə maşını 30 ay müddətinə hər ay 472 manat ödəmək şərtilə icarəyə vermişdir. Lakin şərti belə olmuşdur ki, əgər iddiaçı pulu vaxtı-vaxtında ödəsə maşın onda qalacaqdır. Lakin iddiaçı müntəzəm ödənişlər etməmiş, 15 ay maşından istifadə etmiş və ona cəmi 4800 manat ödəniş etmişdir. Maşınla iki dəfə qəza etmiş və hətta həmin hadisələrə görə ödənilmiş sığorta xərclərini də maşını düzəltmək üçün iddiaçıya vermişdir. Lakin iddiaçı sonda maşını yararsız halda gətirib ona qaytarmışdır.
29. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərlə aralarında olan razılaşmanı kredit müqaviləsi kimi, Cavabdeh1 isa iddiaçı ilə aralarında olan razılaşmanı icarə müqaviləsi kimi qiymətləndirmişdir. Cavabdeh2la iddaçı arasında olan münasibətlər isə nisyə alqısatqı müqaviləsinə oxşayır, belə ki, ilkin olaraq ödəniş edilmiş, qalan pulun isə hissə-hissə ödənilməsi razılaşdırılmışdır.
30. Məhkəmə qeyd edir ki, tərəflər arasında hər hansı bir yazılı müqavilə olmamışdır.
31. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan isə görünür ki, X4 mülkiyyətində olan "Opel Astra" markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 tərəfindən İddiaçı xx.xx.2027-ci il tarixinədək səlahiyyət vermişdir.
32. İddiaçı iddia ərizəsində avtomobilə dair cavabdehlərlə əlaqələrinin 2020-cil ildə yarandığını qeyd etsə də iş materiallarından görünür ki, tərəflər arasında münasibətlər 2021-ci ildən yaranmışdır.
33. İş materialları ilə müəyyən olunur ki, İddiaçı 2021-ci ilin iyul ayında aralarında olan razılaşmaya əsasən "Opel Astra" markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh2 2900 manat ilkin ödəniş etmiş, 24 ay hər ay 440 manat ödəniş etmək barədə razılığa gəlmiş, lakin iddiaçı 5 ay ərzində cəmi 576 manat ödəniş etmişdir. Ona görə də tərəflərin razılaşmasına əsasən Cavabdeh2 maşını Cavabdeh1 vermiş və bundan sonra onunla iddiaçı 30 ay müddətinə hər ay 472 manat ödəmək şərtilə iddiaçı ilə razılaşmışlar. Lakin iddiaçı 15 ay ərzində avtomaşından istifadə etməsinə baxmayaraq aralarında olan razılaşmaya əməl etməmiş, cəmi 4800 manat ödəniş etmişdir.
34. İddiaçı Cavabdeh2 cəmi 5200 manat, Cavabdeh1 isə 7080 pul ödədiyini bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh2 3476 (2900+576) manat, Cavabdeh1 isə cəmi 4800 manat ödəmişdir ki, bunun əvəzində cəmi 20 (5+15) müddətində maşını idarə etmişdir.
35. Eləcə də iddiaçının özünün və cavabdehlərin izahatlarından müəyyən oılunmuşdur ki, maşın onun istifadəsində olan zaman iddiaçı iki dəfə qəza törətmiş, hətta həmin qəzaya görə ödənilən sığorta xərclərini Cavabdeh1 ona vermiş və maşını təmir etdirmişdir. Bundan başqa tərəflərin izahatlarından o da məlum olmuşdur ki, iddiaçı cəmi 20 ay müddətində maşından istifadə edərək qazanc əldə etmişdir.
36. Eləcə də məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin aralarında olan razılaşmalar iddiaçının təqsiri ucbatından, yəni vaxtlı-vaxtında ödəniş etməməsindən pozulmuşdur. Belə ki, iddiaçı aralarında olan razılaşmalara zidd olaraq avtomobili idarə etməsinə baxmayaraq müntəzəm ödənişlər etməmişdir. Buna dair də məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
37. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi pul tələbinə dair hissədə təmin edilməməlidir.
38. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərə görə cavabdehlərdən 3000 manat pulun tutulmasına dair hissədə də təmin edilməməlidir.
39. Belə ki, qanunvericiliyin tələblərinə görə iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
40. Hazırkı halda iddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur.
41. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi təmin edilməməlidir.
42. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir.
43. Bundan başqa iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "pul" tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2280 manat əsas borc, 3500 manat məbləğində olan avtomobilin təmir xərcləri, 600 manat məbləğində olan cərimələr, 2625 manat məbləğində borc və ödənilmiş 111 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9116 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli şifahi razılığa əsasən o, “Opel Astra minik” markalı, **-LC-*** nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün cavabdeh İddiaçı verməyi, sonuncu isə ona 30 ay ərzində hər ay 472 manat məbləğində, ümumilikdə, 14160 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin razılaşmalarına baxmayaraq cavabdeh nəqliyyat vasitəsini 15 ay ərzində idarə edib qazanc əldə etdiyi halda öz öhdəliklərini vicdanlı şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsi 15 ay ərzində idarə edilmiş və bu müddət ərzində ona sadəcə 4800 manat məbləğində pul vəsaiti ödənilmişdir. Halbuki razılaşmada 2023-cü ilin mart ayına qədər, yəni 15 ay müddətinə cavabdeh tərəfindən 7080 manat məbləğində pul ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh ona 2280 manat məbləğində olan borcu ödəməlidir. Əlavə olaraq 15 ay ərzində cavabdeh nəqliyyat vasitəsinin texniki baxışını vaxtında həyata keçirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. 2021-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər cavabdeh qanunvericiliyin tələblərini pozduğuna görə 600 manat məbləğində cərimə edilmişdir. İddiaçı tətbiq olunan cərimələrin hamısını o özü şəxsən ödəmişdir. Bu səbəbdən də cərimələrin dəyəri də ona ödənilməlidir. Sözügedən nəqliyyat vasitəsini təmir etmək məqsədilə avtoservisə müraciət etmiş və orada ona bildirilmişdir ki, nəqliyyat vasitəsinin təmir xərcləri 3500 manat təşkil edir. Təmir xərclərini ödəmək üçün maddi imkanı olmadığından nəqliyyat vasitəsini satmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən 2023-cü ilin aprel ayında 10600 manat dəyəri olan nəqliyyat vasitəsini 6300 manata satmışdır. Bundan başqa o, cavabdehə 2625 manat məbləğində borc vermişdir.
45. Məhkəmə iclasında cavabdeh İddiaçı iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və eləcə də bildirdi ki, Cavabdeh1 onun yerinə cərimələrə görə cəmi 554 manat ödəmişdir ki, onu da qaytarmışdır.
46. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən, yalnız cərimələrə görə ödənilmiş 554 manat hissəsində təmin edilməlidir. Belə ki, cavabdeh həmin məbləğdə cərimələrin iddiaçı tərəfindən ödənildiyini, lakin onun həmin pulku qaytardığını demiş, lakin pulu qaytarmasına dair sübut təqdim etməmişdir.
47. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh1 cavabdehdən ona maşına dəymiş ziyana görə 3500 manat pul tələbini onunla əsaslandırmışdır ki, maşını təmir etdirməmişdir, sadəcə etdirsəydi təxminən həmin məbləğdə vəsait sərf etməli idi. 9500- 10000 manata sata biləcəyi maşını 3000-3500 manat aşağı qiymətə satmağa məcbur olub. Məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı maşına həmin məbləğdə təmir xərclərinin sərf edilməsinə dair sübut təqdim etməmişdir.
48. Bundan başqa məhkəmə iddiaçının cavabdehin ondan 2625 manat borc almasına dair dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçı buna dair də məhkəməyə sübut təqdim edə bilməmişdir.
49. Məhkəmə eləcə də iddia tələbinin cavabdehin ona 15 ay müddətində cavabdehin maşını idarə etdiyinə görə borclu qaldığl 2280 manat pulun qaytarılmasına dair dəlilini də əsassız hesab edir. Ona görə ki, tərəflərin arasında pul ödənilməsinə dair əsaslandırılmış hər hansı bir sənəd, müqavilə mövcud deyildir.
50. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair iddiası qismən, cərimələrə görə ödənilmiş 554 manat hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
51. Hazırki işdən görünür ki, İddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmiş, iddiaçı Cavabdeh1 isə iddiasını qismən əsaslandıra bilmişdir.
52. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
53. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
54. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
55. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də İddiaçı iddia tələbi təmin edilməməli, iddiaçı Cavabdeh1n iddiası qismən təmin edilməlidir.
56. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə diar iddia ərizəsi təmin edilməməli, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "borc" tələbinə diar iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İddiaçı 554 manat manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
58. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "borc" tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı 554 (beş yüz əlli dörd) manat tutularaq iddiaçı Cavabdeh1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydda verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova