Məhkəmə qərarları › İş №2(001)-39/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-39/2021

09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-39/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə ilk iddia ərizəsi və X2 İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X1 Gülnaz Qələndər qızına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qız 01 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X5 01 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə ilk iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmiş, həmçinin 09 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, X2 İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 09 iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə ilk iddia ərizəsi və X2 İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə ilk iddiası və X2 İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiası baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilk iddia üzrə İddiaçı qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı X2 İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddia üzrə iddiaçı X4 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar