Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3910/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi-pul” tələbinə dair (açar sözlər: reqress hüququ, pul tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi-pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi-pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1880 manat məbləğində pul və 40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə cavabdeh iddiaçıya müraciət edərək bankdan kredit götürə bilməsi üçün ona zamin durmağını xahiş etdi. O bildirdi ki, narahat olmasın, vaxtlı-vaxtında krediti ödəyəcək, ona problem yaranmayacaq. Münasibətləri olduğu üçün ona inanıb, zamin durmağa razılıq verdi. Lakin cavabdeh bir müddət ödəniş etdikdən sonra ödənişləri dayandırdı. Beləliklə də, "xxxx" ASC cavabdehə və ona qarşı iddia irəli sürdü və məhkəmə, hər ikisindən müştərək qaydada 3781,7 manat əsas borcun, 353,9 manat faiz borcunun, 246,73 manat cərimənin, 14,5 manat gecikdirilmiş vaxt üçün, mediasiya üçün ödənilmiş 60 manatın ve 5,55 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi haqqında qətnamə qebul etdi. Həmin qətnamə icra edilərkən cavabdehdən deyil, yalnız ondan pul tutulmağa başlandı. Cavabdehə görə bu günədək onun əmək haqqından cəmi 1880 manat pul tutulmuşdur. O, cavabdehdən həmin pulu tələb edərkən zərəri ödəyəcəyinə söz versə də, yenə də müxtəlif bəhanələr getirir və vurduğu ziyanı ödəmir. Odur ki, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbinin etirafı barədə ərizə təqdim edərək bildirdi ki, kredit müqaviləsinin öhdəliyinin icrası kimi iddiaçı zamin durmuş, daha sonra işlərində ptoblrmlər yarandığından ödənişlər etməmiş, nəticədə iddiaçıdan tutulmuşdur. Həmin məbləğin ödənilməsindən imtina etmir, lakin məbləğin ödənilməsi üçün 7-8 ay müddət tələb olunur. İddianın təmçin edilməsini xahiş edir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3781,7 manat əsas borcun, 353,9 manat faiz borcunun, 246,73 manat cərimənin, 14,5 manat gecikdirilmiş vaxt üçün, mediasiya üçün ödənilmiş 60 manatın ve 5,55 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 10000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq kreditorla İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. - "xxxx" MMC-nin A-027 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən bu günədək MMC-də suvarma üzrə nəzarətçi vəzifəsində çalışır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən işçidən hər ay 164 manat tutulma icra olunur. 2023-cü ilin may ayından etibarən bu günədək işçidən 1880 manat məbləğində tutulma həyata keçirilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, cavabdehin iddianın etirafı barədə ərizəsini və işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə cəmi 1880 manat məbləğində pul ödənilməklə, o, zaminlik müqaviləsindən irəli gələn vəzifələrini icra etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, zamin (İddiaçı) icra sənədi üzrə ödədiyi pulun ona qaytarılması üçün borcluya (Cavabdeh) qarşı reqres tələb irəli sürməsi və Mülki Məcəllədə nəzərdə tutulan digər hüquqlarından istifadə etməsi qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar iddiaçıdan tutulmuş 1880 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Сavabdeh Cavabdeh 1880 (min səkkiz yüz səksən) manat məbləğində pul və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-3910/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3910/2024
21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver