Məhkəmə qərarları › İş №2(001)-3924/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3924/2021

23.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3924/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsini və əlavə olunmuş sənədləri 23 aprel 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Atatürk pr., 3078A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının E korpusunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.metr olan 4 otaqlı, 19 saylı mənzilin dəyərinin əvəzi olaraq 350000 manat pul vəsaitinin Cavabdeh1 və 100000 manat pulun Cavabdeh2 MMC-dən, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin cavabdehlərdən alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materialları ilə müəyən olunur ki, cavabdehlərdən Pirizadə X1 Muxtar Respublikasının Babək rayonunda qeydiyyatdadır, Cavabdeh2 MMC-nin hüquqi ünvanı isə “ünvan 3i pulun tutulması olduğundan hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara onların seçimindən asılı olaraq hazırki iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon və ya Babək Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 və İddiaçı2 izah olunur ki, onlar hazırki iddia tələbi ilə onların seçimindən asılı olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və ya Babək Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar