Məhkəmə qərarları › İş №2(001)-3951/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3951/2021

03.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3951/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 iyun 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10480 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 04 fevral 2021-ci il tarixədək özünə məxsus ünvan 1 ünvanında yaşamışdır. Cavabdeh onun arvadı olmuş, aralarındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 30 dekabr 2020-ci il tarixdə cavabdeh gizlin olaraq ona məxsus pensiya kartını oğurlayaraq bankomatdan 480 manat pulunu çıxarmış, daha sonra isə ona məxsus, evdə saxladığı 10000 manatı gizlin oğurlayaraq anasının evinin təmirinə xərcləmişdir. Bu barədə məlumatı o, cavabdehin telefon nömrəsi üzrə mobil operatordan çıxarışa nəzər yetirdikdən sonra əldə etmişdir. Belə ki, həmin nömrələrdən birinə cavab verən şəxs usta olduğunu, cavabdehin ona anasının evini təmi etmək üçün və materiallara görə 7500 manat pul verdiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, cavabdeh ondan oğurladığı puldan 2000 manatı “X3 Style”nin hesabına keçirmişdir. 2019-cu ildə qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, 41 saylı evin 75 saylı mənzilinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi məqsədi ilə onunla icra hakimiyyəti arasında razılaşma protokolu tərtib edilmiş və həmin protokola əsasən, ona kompensasiya olaraq 30500 manat pul verilmişdir. Həmin mənzil yataqxananın tərkibində olmaqla cavabdehlə rəsmi nikaha daxil olmamışdan əvvəl, 1992-ci ildə ona verilmişdir. O, aldığı 30500 mana tkompensasiyanı yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci mədən, 8-ci korpus, ev 800 ünvanında saxlamışdır. Cavabdeh də həmin mənzildə yaşamqla məhz həmin puldan 10000 manatını oğurlamışdır. 04 fevral 2021-ci il tarixdə cavabdeh və anası onu döyərək xəsarət yetirməklə evdə qovmuşlar. Hazırda o, məcburiyyətdən öz avtomobilində yaşayır. Bütün bu hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(001)- 1966/2021 saylı qətnaməsinə əsasən, İddiaçı ilə X1 arasında 03 may 2007-ci il tarixdə bağlanmış nikahın pozulması qərara alınmışdır. - 18 noyabr 2019-cu il tarixli “razılaşma protokolu”ndan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 102 saylı Mənzil-Kommunal İstismarı Şöbəsi tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, 41 sayl ıbinanın 75 sayl ımənzilinə görə əşyaların daşınması və 1 aylıq kirayə haqqı üçün 30500 manat pul verilmişdir. - “X3 Style” MMC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqavilədən və həmin tarixli “xxxx”ndan görünür ki, İddiaçı tərəfindən MMC-yə 750 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdeh tərəfindən ondan 10000 manat pulun oğurlanmasını, 450 manat pulun ona məxsus pensiya kartından çıxarılmasını iddia etsə də, bunu təsdiq edəsi hərhansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı izahatında cavabdehin oğurluq əməlləri ilə bağlı “102” xidmətinə məlumat verdiyini göstərsə də, müraciəti ilə əlaqədar polis və ya prokurorluq orqanlarında edilmiş hər-hansı prosessual hərəkətlə də bağlı sübut təqdim etməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bak ışəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar