Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-396/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 avqust 2021-ci il tarixli borc müqaviləsinə əsasən ona borclu olduğu 11300 manat məbləğində pulun, həmçinin 126 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13 avqust 2021-ci il tarixdə borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona borca 13000 manat məbləğində pul vermişdir. O isə öhdəsinə götürmüşdür ki, pulu bu ilin sonunadək hər ay 1000 manat ödəniş etməklə, noyabrın sonunda isə 5000 manat pul ödəməklə ona geri qaytaracaq. Həmin puldan ona cəmi 1500 manat qaytarılmışdır. Cavabdeh ondan borca götürdüyü pulun qalan hissəsini bu günə kimi ona qaytarmamışdır. Cavabdehdən hər dəfə pulunu tələb etdikdə, cavabdeh pulun qaytarılmasından yayınmışdır. Cavabdeh ona qayarılmalı olan pulu qaytarmaq istəmir. Cavabdehin ona 11300 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə həmin borcu konteyner alınması məqsədilə versə də, cavabdeh sözünün üstündə dayanmamışdır. Cavabdeh dostunun əmisi oğludur. Şəxslə bağlı Xətai RPİ-nin 37-ci PŞ-nə şikayət etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 396/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli 1148 saylı borc müqaviləsindən görünür ki, borcverən (İddiaçı) 13000 manat məbləğində pul vəsaitini borc alana (Cavabdeh) qaytarılmaq şərtilə borca verir. Müqavilənin 1.2-ci maddəsinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz borc kimi borcalana verir. Müqavilənin 3.1-ci bəndinə əsasən borcalan borc məbləğini ilin sonunadək hər ay 1000 manat ödəniş etməklə, noyabrın sonunda isə 5000 manat ödəməklə geri qaytarır.
8. Müqavilədə borclu Cavabdeh tərəfindən yazılan qeyddən görünür ki, o, borcunu 13000 manat olmaqla, nəğd şəkildə aldığını öz yazısı və imzası ilə təsdiq etmişdir.
9. İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, sonuncuya borc məbləğini 5 gün ərzində qaytarılmaı təklif edilmiş, əks təqdirdə barəsində Binəqədi Rayon Məhkəməsinə borc tələbinə dair iddia ilə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. Ödəniş qəbzlərindən görünür ki, X1 22-229455-14 saylı hesabına ümumilikdə 1700 manat pul yüklənmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 1148 saylı borc müqaviləsi bağlanmış və İddiaçı 13000 manat məbləğində pulu borcalan Cavabdeh faizsiz olmaqla, ilin sonunadək hər ay 1000 manat ödəniş etməklə, noyabrın sonunda isə 5000 manat ödəməklə geri qaytarılması üçün borca vermişdir.
12. Cavabdeh müqavilədə öz yazısı və imzası ilə borc məbləğini nağd şəkildə qəbul etdiyini bildirmiş və təsdiq etmişdir.
13. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13000 manat borcdan cavabdeh tərəfindən 1700 manat ödənildiyini təsdiq etməklə, qalıq qalmış 11300 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
14. 1700 manat məbləğində ödənişin edilməsi iş materiallarında olan və iddiaçının arvadına məxsus bank hesabına edilən (1000+300+200+200) ödənişlərlə bağlı qəbzlərlə ilə öz təsdiqini tapır.
15. İddiaçı tərəfindən hazırki iddianın məhkəmədə qaldırılması üçün 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
18. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
19. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
20. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
25. 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
26. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
27. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
28. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh 13000 manat məbləğində pul vəsaitini qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ödəniş qəbzlər ilə cavabdeh tərəfindən 1700 manat ödənişin iddiaçının arvadı X1 hesabına ödənilməsi öz təsdiqini tapır və iddiaçı həmin məbləği qəbul etdiyi etiraf edir. Odur ki, qalıq qalmış 11300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
29. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tətbiq edilən prosessual normalar:
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
34. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
35. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
36. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
37. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:
38. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11300 (on bir min üç yüz) manat məbləğində pul vəsaiti, 126 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 11300 (on bir min üç yüz) manat məbləğində pul vəsaiti, 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev