Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3969/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “əsassız hesablanmış cərimə və faiz borclarının silinməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən əsassız hesablanmış 2000 manat cərimə və faiz borcunun silinməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat rüsumun cavabdehdən onun xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məlum olmuşdur ki, heç vaxt idarə etmədiyi Daevoo BS090 markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtobusa dair BDYPİ tərəfindən ona yol hərəkəti qaydalarının pozulmasına görə müxtəlif vaxtlarda cərimələr və cərimələrə görə faiz borcları tətbiq edilmişdir. Həmin cərimənin məbləğindən xəbəri olmadığı üçün cərimə və faiz borcları 2000 manata çatmışdır. Bu səbəbdən də heç vaxt idarə etmədiyi Daevoo BS090 markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtobusun cərimə meydançasına yerləşdiriləcəyi və barəsində inzibati tənbeh ediləcəyi barədə BDYPİ tərəfindən qərar qəbul edilmişdir. Həmçinin hesablanmış cərimə və faiz borclarını ödəməsə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıla bilər. Onun həmin avtobusu idarə etmədiyini "xxxx" MMC-nin rəhbərliyi və şahidlər təsdiq edə bilərlər. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə mülki məhkəmə qaydasında baxıla bilməz. Belə ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin inzibati xəta barədə protokolundan və inzibati tənbeh vermə barədə qərarından narazıdır və hesab edir ki, cavabdeh tərəfindən onun idarə etmədiyi nəqliyyat vasitəsinə görə inzibati qaydada cərimələnməsi əsassız olmuşdur. Yəni nəticə etibarı ilə iddiaçı inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hüquqi nəticəsini arzulayır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Odur ki, məsələyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya Polis orqanının narazı olduğu qərarından inzibati xətalara dair işlər üzrə icraat qaydasında şikayət vermək hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “əsassız hesablanmış cərimə və faiz borclarının silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3969/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3969/2024
24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver