Məhkəmə qərarları › İş №2(001)-3973/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3973/2021

21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3973/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Xankı̇ şi oğlunun Cavabdeh Azər-Yurd A MMC qarşı 19.06.2006-cı il tarixli mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən müqavilədə göstəriləndən 12,9 m2 az sahə verdiyi üçün artıq alınan 4592,4 ABŞ dolları və əldən çıxmış fayda olaraq 17049,62 ABŞ dolları olmaqla cəmi 21642 ABŞ dollarının ödəniş tarixinə manatla ekvivalentinin Azər-Yurd MTKnın hüquqi varisi Azər-yurd A MMC-dən və onun mülkiyyətçisi X1 tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Xankı̇ şi oğlu cavabdeh Azər-Yurd A MMC qarşı 19.06.2006-cı il tarixli mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən müqavilədə göstəriləndən 12,9 m2 az sahə verdiyi üçün artıq alınan 4592,4 ABŞ dolları və əldən çıxmış fayda olaraq 17049,62 ABŞ dolları olmaqla cəmi 21642 ABŞ dollarının ödəniş tarixinə manatla ekvivalentinin Azər-Yurd MTK-nın hüquqi varisi Azər-yurd A MMC-dən və onun mülkiyyətçisi X1 tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Xankı̇ şi oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 19.07.2006-cı il tarixdə Azər-Yurd A MMC-nin hüquqi sələfi, nizamnamə əsasında fəaliyyət göstərən Azər-Yurd MTK ilə mənzil tikintisi haqqında müqavilə bağlamış, MTK-nın təqdim etdiyi standart müqaviləni rədd etdiyi üçün şifahi razılaşmalarının nəticələri bu müqavilədə tam göstərilmişdir. Müqaviləyə əsasən MTK-nın Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsinin cənub başlanğıcında, 3137-ci məhəllədə tikməkdə olduğu 16 mərtəbəli yaşayış binasında 1-ci keçidində, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 101 m2 olan 2 otaqlı 27 nömrəli mənzili satması, o, isə mənzili alması barədə qarşılıqlı öhdəlik götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin sahəsinin hər kvadratmetri 356 şərti maliyyə vahidi 1 ABŞ dolları qiymətləndirilməklə 101 m2 sahəsi olan mənzilin ümumi qiymətinin 36000 ŞMV məbləğində dəyərləndirilməsi barədə razılıq əldə edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə bağlandığı vaxtdan 3 gün ərzində ümumi dəyərin 16,5 faizindən az olmamaqla ilk haqq ödənilməli idi. 2 gün ərzində o, MTK-ya 6000 ŞMV (ABŞ dolları) ödəmişdir. Qalan məbləğ müqavilənin 3.4. bəndinə əsasən tikinti başa çatanadək MTK-ya hissə-hissə, yaxud tam ödənilməli idi. Müqavilənin 2.2. bəndində MTK tikintini 01.01.2007-ci il tarixədək başa çatdırmağı və mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. MTK qeyri-müəyyən səbəblərə görə tikintini gecikdirdiyi üçün o, həmin məbləği dərhal ödəmək istəmirdi. Lakin, MTK-nın o vaxtkı rəhbəri X2 ona bəslədiyi dostluq münasibətinə və tikintini bir neçə aya tam başa çatdırıb mənzili təhvil verəcəyinə 100 faiz təminat verəcəyini ona dediyindən, o da, MTKya daha 10 ay vaxt verərək 2007-ci ilin oktyabr ayının sonuna qədər binanın inşasını başa vurub dövlət komissiyasına təhvil veriləcəyi halda 101 m2 sahəsi nəzərdə tutulan mənzilinin çıxarışını ilin sonuna kimi ala biləcəyi halda qalan 30000 ABŞ dollarını da dərhal ödəyəcəyini, əks halda borcunu mənzilinin çıxarışını alanda bağlayacağını demişdir. Lakin MTK sədri tez-tez zəng vuraraq borcu ödəməyini xahiş etdiyindən 02.05.2007-ci il tarixdə poçtla MTK sədri K.Y.Hüseynova məktub göndərərək 30000 ABŞ dollarını banka depozitə qoymasını, il başa çatmamış pulunu götürəcəyi halda müqavilə şərtlərinə uyğun olaraq deposit faizindən mərhum olacağını, odur ki, şifahi razılaşdıqları kimi, tikintini 31.10.2007-ci il tarixə kimi dövlət komissiyasina təhvil veriləcəyi halda ödədiyi məbləği dərhal qaytarmağı, yaxud mənzilin ümumi sahəsi ona 101 m2-dən aşağı təhvil veriləcəyi halında ödəyəcəyi, artıq məbləğin müqavilənin 2.3. və 5.3-cü maddələrinin tələblərinə uyğun olaraq ödəniş tarixindən etibarən mövcud bank kommersiya kredit faizlərini əlavə etməklə qaytarılması öhdəliyinin onun üzərində qalacaqdır. İki gün sonra MTK sədri K.Y.Hüseynov zəng edərək məktubu almasını, onun şərtinə razı olduğunu demişdir. O, K.Y.Hüseynovu günün sonuna iş yerində görüşə dəvət etmiş, həmin vaxtadək məbləği hazırlamış, 04.05.2007-ci il tarixdə K.Y.Hüseynov möhürünü də götürüb onun ofisinə gəlmişdir. O, 30000 ABŞ dollarını K.Y.Hüseynova vermiş, sonuncu qəbz yazıb imzalayıb möhürləyərək ona vrmişdir. Lakin MTK sədrinin vədi boşa çıxmış, binanın tikintisi illərlə yubadılmışdır. Pulunu geri istədikdə isə sədr gözləməyi, həmin mənzili başqasına satıb pulunu aldıqdan sonra verəcəyini demişdir. K.Y.Hüseynov həm də onun qızının ailəsi üçün həmin binada 3 otaqlı daha bir mənzil almaq istəyən yağlı müştərini əldən buraxmamaq üçün onunla real razılaşmalarını əks etdirən müqavilə imzalamışdır. Həmin müqaviləni 2.3-cü bəndində göstərilir: Təbii fəlakət nəticəsində tikinti müddəti 6 ayadək uzadıla bilər. Əgər tikinti işləri 6 aydan artıq uzanarsa alıcı MTK-ya ödədiyi məbləği ondan ödəniş tarixindən etibarən mövcud bank kommersiya kredit faizlərini əlavə etməklə, mövcud qanunvericiliyə uyğun şəkildə qaytarılmasını tələb edə, 5.1.-ci bəndində alıcı ilk ödəməni üç iş günündən artıq müddətə gecikdirərsə MTK bu müqaviləni alıcıya qeydə alınmış yazılı məlumat verməklə birtərəfli qaydada ləğv edə bilər. Müqavilənin 5.3cü bəndində göstərilir: Mənzil alıcıya təhvil verilərkən yenidən ölçülür, müqavilədə göstərilən ölçünün fərqi artıq-əskik olarsa, bu fərq son hesablaşmada nəzərə alınır. Əlbəttə, bu bənd mənzilin müqavilədə göstərilən vaxtda təhvil verilməsi vaxtı hər kvadratmetr üçün ödənilən, yaxud ödənməli olan məbləğə aiddir. Bina 2011-ci ilin ortalarında dövlət komissiyası tərəfindən qəbul olunmasa da binada mənzillərini təmir edib yaşayanlar var idi. O, 2012-ci ilin ilk günlərində mənzilinə baş çəkərkən mənzilin giriş qapısının açıq olmasını, mənzilin tullantılarla dolu olmasını, pəncərələrin salınmadığını görmüşdür. Otaqlarda hərəkət etmək mümkünsüz olduğundan o, çətinliklə mənzilin ümumi sahəsini ölçmüş, 101 m2 deyil, 86 m2 olmasını müəyyən etmişdir. O, MTK-nın bu binadakı ofisinə rəhbərlik edən K.Y.Hüseynovun qardaşı V.Y.Hüseynova mənzilin ölçülərinin düz gəlmədiyini demiş, V.Y.Hüseynov onların ölçüləri divarların çölündən çölünə ölçmələrini ona bildirmişdir. O, Gəray adlı komendanta giriş qapısına etibarlı qıfıl alıb quraşdırmasını, otaqları təmizlətməsini tapşırmış, MTK-nın iş icraçısı Əli Aslanovdan pəncərələrin quraşdırılmasının və şüşələnməsinin tezləşdirilməsini xahiş etmişdir. Sonra aylarla gəlibgetsə də, nə qıfıl salınmış, nə də pəncərələr quraşdırılmışdır. 17.06.2011-ci il tarixdə o, MTK-nın sədri K.Y.Hüseynova daha bir yazılı xəbərdarlıq məktubu ünvanlayaraq müqavilənin 1.3.-cü bəndinə əsasən mənzilin tam olaraq mayak üsulü ilə suvanmalı olmasını, lakin mənzilin kilidinin çıxarılmasını, içərisinin antisanitar vəziyyətə salınmasını, divarlarına əyri-üyrü suvaq vurulmasını, bayır qapısının deformasiyaya və zədələnmələrə uğramasını, pəncərələrin tarazsız, səliqəsiz qoyulmasını, yanlarının açıq qalmasını, paket şüşələrinin salınmadığını bildirib, mənzilin 10 gün müddətində müqavilə şərtlərinə uyğun qaydaya ona rəsmi aktla təhvil verilməsini tələb etmişdir. Əks təqdirdə bütün çatışmazlıqları öz xərci ilə aradan qaldıracağı və həmin xərclərin gələcəkdə MTK-nın xidmət xərcləri ilə əvəzləşdirəcəyini bəyan etmişdir. Bundan əlavə, müqavilədə mənzilin ümumi sahəsinin 101 m2 olduğu göstərilmiş, lakin faktiki sahəsinin 15 m2 az olmasını, 15 m2 görə 5475 ABŞ dollarının ondan 04.05.2007-ci il tarixdə aldıqlarını, şifahi razılıqlarına əsasən tikintini yekunlaşdırıb 31.10.2007-ci il tarixə kimi dövlət komissiyasina təhvil vermədikləri halda ödədiyi məbləği dərhal qaytarmağı, yaxud mənzilin ümumi sahəsinin ona 101 m2 aşağı təhvil veriləcəyi halında ödədiyi artıq məbləğin müqavilənin 2.3. və 5.3cü bəndlərinin tələblərinə uyğun olaraq ödəniş tarixindən etibarən mövcud bank kommersiya kredit faizlərini əlavə etməklə qaytarılması öhdəliyini onların üzərində qalacağını bildirmişdir. MTK həmin məktubu alsa da cavab verməmişdir. Məcbur qalıb bütün işləri o, öz vəsaiti hesabına görmüşdür. 08.08.2012-ci il tarixdə poçtla 5 mötəbər dövlət təşkilatına çoxmərtəbəli yaşayış binalarında mənzillərin ümumi sahələrinin necə müəyyən edilməsi barədə yazılı sorğu göndərmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəisi N.Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini R.Abdullayev, Bakı Şəhər İcra Hakimiyyətinin Bakımənzilkommunlayihə Layihə İnstitutunun direktoru C.Ə.Quliyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri E.Hüseynzadə, həmin komitənin Bakı Dövlət Layihə İnstitutunun direktoru İ.İsbatov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini H.Musayev onun sorğusuna rəsmi normativ sənədlərin müvafiq maddələrinə istinad etməklə cavab məktubu göndərmişlər. Bütün cavablarda yekun rəy məzmunca eyni olmuşdur. Yəni, yaşayış binalarında mənzillərin ümumi sahələri blokların, lociyaların, balkonların, terrasların, tamburların sahələri nəzərə alınmamaqla hesablanır, plintus nəzərə alınmamaqla suvanıb rənglənmiş divarlar arasında döşəmə səviyyəsində müəyyənləşdirilir. 2012-2013-cü illərdə cavabdehin görməli olduğu yarımçıq işləri də tamamlamaqla o, mənzilini müasir qaydada təmir etdirmişdir. Dövlət komissiyası tərəfindən qəbul olunmamış binadakı hazır, təmirli mənzilini qanunu pozaraq istismar edə bilmədiyindən bu məsələni də rəsmi qaydada araşdırmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin rəhbərliyinə sorğu göndərmiş, Agentliyin rəis müavini T.Hüseynli göndərdiyi cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.12.2008-ci il tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaların 3.6.3-cü bəndinə əsasən tikintisi başa çatmış obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilməsi ona bildirilmişdir. Bu rəsmi cavabdan sonra o, mənzilini təyinatı üzrə istismar etməmiş, lakin təmirin deformasiyaya uğramaması üçün vaxtaşırı mənzilin havalandırılmasını və temperaturuna nəzarəti diqqətdə saxlamışdır. Nəhayət 2020-ci ilin sonlarına yaxın bina dövlət komissiyası tərəfindən qəbul olunmuş və DƏDRX tərəfindən ona 30.11.2020-ci il tarixdə tərtib edilmiş çıxarış və mənzilin texniki pasportu verilmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən mənzil alıcıya təhvil verilərkən yenidən ölçülür, müqavilədə göstərilən ölçünün fərqi artıq-əskik olarsa, bu fərq son hesablaşmada nəzərə alınır. Əlbəttə, bu şərt mənzilin ona müqavilədə göstərilən vaxtda təqdim ediləcəyi vaxt artıq-əskik kvadrat metrin ilkin dəyəri ilə hesablanmalı idi. Lakin hələ pulu tam ödəməzdən, mənzil ona rəsmi təhvil verilməzdən əvvəl onu ölçmüş və artıq alınmış məbləği tələb etmiş, ödənilməyəcəyi halda şərtini də rəsmi məktubları ilə yazılı şəkildə qoymuşdur. Rəsmi sənədlərdə mənzilinin ümumi sahəsi 101 m2 deyil, 88,10 m2 göstərilmişdir. Bu, müqavilədə göstərilən rəqəmdən 12,9 m2 azdır. Onun mənzilinin yerləşdiyi bina Yasamalın ən əlverişli, şəhərin mərkəzinə yaxın yerindədir. İndi bu rayonda yeni tikilmiş analoji yaşayış binalarında təmirsiz mənzilin ümumi sahəsinin 1 m2 bazar dəyəri 1500-2000 manatdır. Bu da müqavilədə şərtləşdirilən ***-**** şərti maliyyə vahidi - ABŞ dolları deməkdir. MTK sədri K.Y.Hüseynov müqavilə üzrə ona satdığı 2 otaqlı mənzilin ümumi sahəsinin 101 m2 olmasını təkid etməklə onu aldatmış, 12,9 m2 4592,4 şərti maliyyə vahidi məbləğində (12,9 x 356) pulu ondan artıq almış, sonra tələb etsə də qaytarmamışdır. Həmin məbləğ bugünkü analoji binalardakı təmirsiz mənzillərin hər kvadratmetri üçün ***-**** şərti maliyyə vahidi olduğunu nəzərə aldıqda (882+1176:2x12,9) 13274,1 sərti maliyyə vahidi (ABŞ dollarının manatla məzənnəsi) bugünkü məzənnə ilə 22565,97 manat təşkil edir. Bu məbləğ üzərinə heç bir faiz əlavə edilməyən məbləğdir, yalnız analoji binalardakı hazırki məzənnəyə aiddir. Artıq alınmış ilkin məbləğə qaytarılmayan 14 il üçün müqavilədə göstərildiyi kimi, bank kommersiya kredit faizi hesablanarsa, bu daha böyük rəqəmə gətirib çıxarar. Bu rəqəm aşağıdakı rəsmi internet ünvanında hazırkı vaxtda 15-30 faiz civarında olması qeyd edilib. Əgər bankların vətəndaşlardan qəbul etdikləri əmanətlərə verilən depozit faizi ilə hesablanarsa yekun rəqəm çox böyük alınardı. Uzun illərdən bəri o, artıq pulunu bir illik depozit müqaviləsi ilə ən əlverişli banka yerləşdirir, il tamam olduqda əsas pulunu və yığılan depozit faizini alaraq yenidən cəmi məbləği banka yatırdırdı. Beləliklə vəsaiti aktiv dövriyyədə olur, həm banka, həm də ona əlavə mənfəət gətirirdi. Belə əlverişli banklardan biri Amrahbank SKB idi. Həmin bank iki il əvvəl bağlanmış və bu gün artıq pulu olmadığından banka depozit yerləşdirmir. 2007-ci ildən bəri banklarda ən aşağı illik depozit faizi 12 faizdən az olmayıb, bu gün də belədir. MTK sədri xahiş və tələbi ilə mənzilin 101m2 metrinin tam dəyərini 04.05.2007-ci ildə ondan almışdır. Sədrin onu aldadaraq artıq aldığı 12,9 m2 pulu (12,9 x 356 $) 4592,4 ABŞ dollarının manatla məzənnəsi 7807 manata bərabərdir. Həmin hesabla 4592,4 ABŞ dollarının bu günkü manat ekvivalenti ilə 04.05.2007-ci ildə banka depozit kimi yatırsaydı və hər ilin sonunda depozit faizini əlavə etməklə bankla yeni illik müqavilə bağlasaydı MTK-ya artıq ödədiyi məbləğ bu gün yığılaraq 21642 şərti maliyyə vahidinə (ABŞ dolları) və ya 36791 manata çatardı. Yəni, MTK direktorunun tələbi ilə ondan 04.05.2007-ci ildə məcburən aldığı 4592,4 ABŞ dollarının bu günkü tarixə 7807 manat ona qaytaracağı öz pulunun, 17049,62 ABŞ dollarının bugünkü tarixə manatla ekvivalenti 28984 manat isə ona çatası əldən çıxmış faydadır və mülki qanunvericiliyin tələbinə görə ona qaytarılmalıdır. Müqavilənin 5.4-cü bəndinə əsasən tikinti müddətində MTK-nın mülkiyyətçisi, yaxud rəhbərliyi dəyişilərsə, yaxud MTK ləğv olunarsa bu müqavilədən irəli gələn və MTK üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyət MTK-nin əvvəlki və yeni mülkiyyətçilərinin üzərində qalır. Onlar alıcının ödədiyi vəsait üçün bütün mülkiyyətləri ilə cavabdehdirlər. Ona görə də 19.06.2006-cı il tarixdə bağladıqları mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən müqavilədə göstəriləndən 12,9 m2 az sahə verdiyi üçün artıq alınan 4592,4 ABŞ dolları və bu günkü tarixə əldən çıxmış fayda olaraq 17049,62 ABŞ dolları olmaqla cəmi 21642 ABŞ dollarının ödəniş tarixinə manatla ekvivalentinin ona qaytarılmasının cavabdeh Azər-Yurd Mənzil Tikinti Kooperativinin hüquqi varisi Azər-yurd A Məhdud Məsuliyyətli Cəmiyyətindən və onun mülkiyyətçisi X1 onun xeyrinə tutulması barədə ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə 31.05.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında cavabdeh Azər-Yurd A MMC-nin vəkili və nümayəndəsi Vəkil Şirinbala oğlu iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər arasında 19.07.2006-cı il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış və satıcı öz öhdəliklərini tam icra edərək mənzili iddiaçıya təhvil vermişdir. İddiaçı da müqavilə ilə müəyyən olunan məbləği alıcıya ödəmişdir. DƏDRX tərəfindən iddiaçıya məxsus mənzilin sahəsi düzgün hesablanmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh Azər-Yurd A MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Azər-Yurd A MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Azər-Yurd A MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azər-Yurd MTK ilə alıcı İddiaçı arasında bağlanmış 19.07.2006-cı il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, MTK Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsinin cənub başlanğıcında 3137 məhəllədə tikməkdə olduğu 16 mərtəbəli yaşayış binasının 1-ci keçidində, sahəsi 101 m2 olan 2 otaqlı 27 nömrəli mənzili satmış, alıcı isə həmin mənzili almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən MTK tikintini 01.01.2007-ci il tarixədək başa çatdıraraq mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən təbii fəlakət nəticəsində tikinti müddəti 6 ayadək uzadıla bilər. Əgər tikinti 6 aydan artıq uzanarsa alıcı MTK-ya ödədiyi məbləği ödəniş tarixindən etibarən mövcud bank kommersiya kredit faizlərini əlavə etməklə, mövcud qanunvericiliyə uyğun şəkildə qaytarılmasını tələb edə bilər. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, tərəflər mənzilin ümumi sahəsinin hər kvadratmetri 356 şərti maliyyə vahidi məbləğində (1şmv=1ABŞ dol.) qiymətləndirilməklə mənzilin ümumi qiymətinin 36000 ŞMV məbləğində dəyərləndirilməsi barədə razılaşmışlar. Müqavilənin 5.3-cü bəndinə əsasən mənzil alıcıya təhvil verilərkən yenidən ölçülür, müqavilədə göstərilən ölçünün fərqi artıq-əskik olarsa, bu fərq son hesablamada nəzərə alınır. Müqavilənin 5.4-cü bəndindən müəyyən olunur ki, tikinti müddətində MTK-nın mülkiyyətçisi, yaxud rəhbərliyi dəyişərsə, yaxud MTK ləğv olunarsa bu müqavilədən irəli gələn və MTK üzərinə düşən öhdəliklərin yerinə yetrilməsi üçün məsuliyyət MTK-nın əvvəlki və yeni mülkiyyətçilərinin üzərində qalır. Onlar alıcının ödədiyi vəsait üçün bütün mülkiyyətləri ilə cavabdehdirlər. Müqavilənin 4.1-4.2-ci bəndlərinə əsasən müqavilə imzalandığı tarixdə qüvvəyə minir, 31.12.2008-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.10.2020-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi 3137-ci məhəllə ev- mənzil 27 (yeni qaydada: AZ 1138, Bakı şəhəri Yasamal rayonu X4 37, M5, m5) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 15.09.2021-ci il tarixli 10/2916 saylı rəyindən müəyyən olunur ki, Azər-Yurd A MTK ilə alıcı İddiaçı arasında bağlanmış 19.07.2006-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən alıcıya təhvil verilən Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 3137-ci məhəllə 27 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu X4 37, M5, m5) faktiki sahəsi 88,1 m2 təşkil edir. Azər-Yurd A MTK ilə alıcı İddiaçı arasında bağlanmış 19.07.2006-cı il tarixli müqavilədə mənzil təhvil verilərkən hesablama qaydası göstərilmədiyindən, həmin mənzilin sahəsinin müqavilə bağlanarkən qüvvədə olan qaydalara uyğun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək mümkün olmamışdır. Azər-Yurd A MTK ilə alıcı İddiaçı arasında bağlanmış 19.07.2006-cı il tarixli müqavilədə mənzil təhvil verilərkən hesablanma qaydaları göstərilmədiyindən, Azər-Yurd A MTK ilə alıcı İddiaçı arasında bağlanmış 19.07.2006-cı il tarixli müqavilə ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 31.10.2020-ci il tarixli çıxarışda Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 3137-ci məhəllə 27 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu X4 37, M5, m5) sahəsinin ölçülərində fərqin yaranmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azər-Yurd MTK ilə İddiaçı arasında bağlanmış 19.07.2006-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən MTK Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsinin cənub başlanğıcında 3137 məhəllədə inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci keçidində, sahəsi 101 m2 olan 2 otaqlı 27 nömrəli mənzili İddiaçı satmış, müqavilə bağlayarkən tərəflər bu müqavilənin 31.12.2008-ci il tarixədək qüvvədə olması şərtini müəyyən etmiş, alıcı və satıçı müqavilə üzrə öhdəliklərini icra etmiş, yəni satıcı mənzili inşa edib təhvil vermiş, alıcı isə müqavilə ilə müəyyən edilən məbləği ödəmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, mənzil İddiaçı təhvil verildikdən sonra sonuncu mənzili təmir etmiş, mənzilə dair mülkiyyət hüquqlarını müəyyən edən çıxarış almışdır. Azər-Yurd MTK ilə İddiaçı arasında 19.07.2006-cı il tarixdə bağlanmış və 31.12.2008-ci il tarixədək qüvvədə olan müqavilənin 5.3-cü bəndinə əsasən tərəflər mənzil alıcıya təhvil verilərkən yenidən ölçülməsi, müqavilədə göstərilən ölçünün fərqi artıq-əskik olarsa, bu fərq son hesablamada nəzərə alınması şərtini müəyyən etsələr də, müqavilədə mənzil təhvil verilərkən hesablama qaydası göstərilmədiyindən, həmin mənzilin sahəsinin müqavilə bağlanarkən qüvvədə olan qaydalara uyğun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə mümkün olmamışdır. İddiaçı mənzili təhvil alarkən müqavilənin bu şərtinin yerinə yetirilməsini, yəni təhvil aldığı mənzilin MTK-nın nümayəndəsi ilə birlikdə sahəsinin ölçülməsinə dair tərtib olunan hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçı mənzilə dair mülkiyyət hüquqları qeydə alındıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən aparılan ölçülərə əsasən mənzilinin ölçülərinin 88,10 m2 olmasını müəyyən edərək artıq ödədiyi 4592,4 ABŞ dollarının, əldən çıxan faydaya görə 17049,62 ABŞ dollarının MTK-nın hüquqi varisindən və cavabdeh kimi iddia ərizəsində qeyd etmədiyi K.Y.Hüseynovdan tələb edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1.-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2.-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3.-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Həmin Məcəllənin 59.4.-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Həmin Məcəllənin 59.5.-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Məhkəmə qeyd edir ki, qüvvədə olan MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi barədə aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının tələbi, mənzilə dair mülkiyyət hüquqlarını qeydə alarkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən mənzilin sahəsinə dair aparılan hesablamalar 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsaslandığından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələblərinin yalnız mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alınması mükün olduğundan, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi olmadığından, onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edildiyindən, 19.07.2006-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən tərəflər öhdəliklərini yerinə yetirdiklərindən, alıcının müqavilənin 2.3-cü bəndi ilə müəyyən olunan hüququnun yaranması üçün müqavilə ləğv edilmədiyindən, əksinə bu müqaviləyə 31.12.2008-ci il tarixdə müddətinin bitməsi ilə bağlı xitam verildiyindən, öz pul vəsaiti üzərində sərəncam vermək hüququ iddiaçıya aid olduğu üçün daşınmaz əmlak əldə etmək və ya pul vəsaitini depozitə qoymaq iddiaçının seçimi olduğundan, özünün seçiminə görə fayda əldə edə bilməməsi halı belə, müqavilə öhdəliklərini icra edən Azər-Yurd MTK-nın iddiaçının əldən çıxardığı faydaya görə məsuliyyət daşımadığından iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbləri təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Xankı̇ şi oğlunun Azər-Yurd A MMC qarşı 19.06.2006-cı il tarixli mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən müqavilədə göstəriləndən 12,9 m2 az sahə verildiyi üçün artıq alınan 4592,4 ABŞ dolları və əldən çıxmış fayda olaraq 17049,62 ABŞ dolları olmaqla cəmi 21642 ABŞ dollarının ödəniş tarixinə manatla ekvivalentinin Azər- Yurd MTK-nın hüquqi varisi Azər-yurd A MMC-dən və onun mülkiyyətçisi X1 tutulmasına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar