Məhkəmə qərarları › İş №2(001)-3974/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3974/2020

03.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3974/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borca görə 8700 manat, faizə görə 1600 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borca görə 8700 manat, faizə görə 1600 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı əsas borca görə 8700 manat, faiz borcuna görə 1600 manat tələbindən imtina etməsini, mülki iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin ona izah olunmasını bildirib, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin maraqlarına toxunmadığından qəbul edilərək iddiaçının iddia tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiadan imtina qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borca görə 8700 manat, faizə görə 1600 manat tələbinə dair iddia ərizəsi mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar