Məhkəmə qərarları › İş №2(001)-3982/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3982/2022

07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3982/2022 07.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və X2 qarşı “vərəsələyin qəbul müddətinin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və X2 qarşı “vərəsələyin qəbul müddətinin uzadılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 miras “KHAZAR LX minik” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur. O, atası X3 miras qalmış əmlaka dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmişdir. İddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətin buraxılmasına görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin imkan xaricində olması və buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Bu səbəbdən ona atasından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməlidir. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, o, İddiaçı ona və digərlərinə qarşı mirasın qəbul etmə müddətinin uzadılması tələbinə dair mülki iş üzrə iddia tələbini qəbul edir. Həmçinin miras payının qəbul edilməsi müddətinin uzadılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, digər cavabdeh şəxslər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Ermənistan, Meqri rayonunda anadan olmuşdur. - Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 138200 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması səbəbindən vəfat etmişdir. - ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/q2023/13 nömrəli məktubdan görünür ki, VVA avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən 04.12.202-ci ildə vəfat etmiş X5 övladı X1 adına Zəngilan rayonu Mincivan İN-də xx.xx.1983-cü il tarixli 16 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. - Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 179 nömrəli məktubdan görünür ki, Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən bildirilib ki, müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. -1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. -1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat Ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. -1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. -1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Beləliklə, müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə İddiaçı atası X6 Bakı şəhərində vəfat etmişdir. İddiaçı mərhum atası X5 vəfatından təxminən 2 il keçdikdən sonra KHAZAR LX minik” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmişdir. Bakı şəhəri 20 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 179 nömrəli məktubu ilə xx.xx.2020-ci ildə vəfat etmiş X3 miras KHAZAR LX minik” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi üçün Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən müddətin ötürülməsi səbəbindən vərsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, miras qoyanın qanun üzrə vərəsəsi İ.Hüseynova tərəfindən miras əmlak faktiki qəbul edilmiş və idarə olunmuşdur. Məhkəmə qeyd edir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir, mirası əmlakın yalnız müəyyən hissəsini (qismini) qəbul etmək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbulundan imtina etmək olmaz. Mirasın nədə ifadə edilməsminin və harada olmasından asılı olmayaraq ərizəçi evi miras əmlakın bir hissəsi kimi qəbul etdiyindən o bütün mirasın hamısını tam və bütöv halda qəbul etmiş hesab olunur. Qanunvericilik mirasın qəbul edilməsinin iki üsulunu müəyyən edir: formal üsulunu; qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat Ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Qeyri-formal üsulun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu; miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində sahiblik edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, miras qoyan V.Əhmədov və vərəsəsi Cavabdeh2 miras qoyanın ölümündən sonra miras əmlakını faktiki qəbul edərək mirasın saxlanılması xərclərini çəkmişdir. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, yəni miras qoyanın əmlakını lazımi səviyyədə saxlayır, miras qoyanın əmlakı ilə bağlı vergi ödəmək, sığorta haqqı və ödənişlər verir, miras qoyanın həyətyanı təsərrüfatını şəxsən aparmış, (həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq) və bunun üçün başqa şəxsin əməyindən istifadə etmək. Avropa Məhkəməsi qeyd edir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmçinin Avropa Məhkəməsi hesab edir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddiaçı miras qoyan V.Əhmədov vəfat etdikdən sonra əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmiş sayılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, mərhumun ölümündən sonra İddiaçı vərəsəlik şəhadətnaməsinin alınması üçün Notariat Ofisinə qanunla müəyyən edilmiş müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hüquqdan yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən həmin hüququn məzmununu və imtinanın nəticələrini aydın şəkildə dərk etməlidir. İddiaçının 3 ay ərzində mirası qəbul etməməsi və ya ondan imtina etməməsi (vərəsənin susması) onun bu hüquqdan imtinası kimi qiymətləndirilə bilməz, çünki bu bilikli olmayıb. Mülki Məcəllənin 9.3-cü maddəsinə görə qanunu bilməmək qanunun tətbiq edilməməsinə əsas verə bilməz. Bu müddəa qanunu bilməməyi üzrlü səbəb hesab etməyi məhkəməyə qadağan etmir. Məhkəmə qanunu bilməməyi işin digər halları ilə birlikdə qiymətləndirərək müddətin ötürülməsinin üzrlü səbəbi hesab edə bilər. Hazırkı işin digər halları (qətnamə əsasında çıxarışın alınması) məhkəməyə imkan verir ki, mirasın qəbulu müdətinin ötürülməsini üzrlü səbəb hesab etsin. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən gecikdirmişdir. Ona görə də mirasın qəbul edilməsi üçün müddət üzrlü hesab edilməklə 3 (üç) ay uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 mirasının qəbul edilməsi üçün İddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilsin. İddiaçı mirası qəbul etməsi müddəti 3 (üç) ay uzadılsın. 3 (üç) aylıq müddət qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilmiş dövət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar