Məhkəmə qərarları › İş №2(001)-3983/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3983/2021

04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3983/2021 04.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X9, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin(əvvəlki adı ilə İddiaçı1) Cavabdeh1 qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 112151.73 avro məbləğində pulun ödənişinin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 12144.73 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi verilən zaman iddiaçı olan İddiaçı1 sonradan təşkilati –hüquqi formasının dəyişməsi ilə yenidən təşkil edilmiş və onun hüquqi varisi “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbi baxımından həmin tərəfi hüquqi varisi ilə əvəz etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı1ndə (X7) həkim-cərrah vəzifəsində işləmişdir. O, 2006-cı ildə X1 burnunda tibbi əməliyyat aparılmışdır. Əməliyyat uğursuz olmuşdur, fəsadlarla nəticələnmişdir. M.Hüseynova ona dəymiş ziyanın İddiaçı1 tərəfindən ödənilməsi üçün 01.05.2008-il tarixdə Xətai Rayon Məhkəməsinə və 25.06.2015-ci il tarixdə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 05 mart 2009-cu il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) X1 İddiaçı1nə qarşı iddiası qismən təmin olunmuş, İddiaçı1ndən maddi zərərə görə 77.652,07 avronun, mənəvi zərərə görə 5.000 manatın, məhkəmə xərclərinə görə 519 manat 80 qəpik pul iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə maddi zərərin məbləğini müəyyən edərkən, həm çəkilmiş xərcləri əsas götürmüş, həm də dörd əməliyyat üçün gələcəkdə çəkilməsi gözlənilən xərcləri (o cümlədən, Almaniyaya getmə, orada qalma, qidalanma, tərcüməçi xidmətlərindən istifadə etmə xərcləri) nəzərə almışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2009-cu il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin 05 mart 2009-cu il tarixli qətnaməsi qismən - maddi və mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilərək İddiaçı1ndən dəymiş maddi ziyana görə 9.762 Avro, mənəvi ziyana görə 10.000 manat məbləğində pul, ödənilmiş məhkəmə görə 519 manat 80 qəpik məbləğində pulun tutularaq X3 lməsi, onun gələcəkdə Almaniya Federativ Respublikasında aparılacaq cərrahiyyə əməliyyatları ilə bağlı xərclərin tələb edilməsinə dair hissədə iddia tələbinin baxılmamış saxlanılması qət edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.12.2009-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Ə.Mirzəliyev, Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2009-cu il tarixli qətnaməsi maddi zərər tələbinə hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.Bakı Apellyasiya Məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Dadaşov) Xətai Rayon Məhkəməsinin 05 mart 2009cu il tarixli qətnaməsi İddiaçı1ndən 77.652 avro və 519 manat 80 qəpik pulun tutularaq X3 ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.09.2010-cu il tarixli qərarı ilə (sədrlik edən hakim V.İbayev) F. Apellyasiya Məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Nəticədə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1605 saylı 04.05.2010-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı1ndən maddi ziyana görə 77.652 avro, mənəvi ziyana görə 10.000 manat, məhkəmə xərclərinə görə 519 manat 80 qəpik pul X1 xeyrinə tutulmuşdur.Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) X1 iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı1ndən dəymiş zərərin əvəzi hesabına 113.753,9 avronun iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov) Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, dəymiş zərərin əvəzi olaraq 18.658 manat 19 qəpik pulun İddiaçı1ndən tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 2016-cı tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2016-cı tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Məmmədov) Nəsimi rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, üzrə yeni qətnamə qəbul edilərək, dəymiş zərərin əvəzi olaraq 34.499,73 avro və 1.624,93 manat pulun İddiaçı1ndən X1 xeyrinə tutulması qət edilmişdir. (qətnamə qanuni qüvvəsini almışdır və icraya yönəlmişdir).Nəticədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-944 saylı 07.08.2018ci il tarixli icra vərəqəsi əsasən "İddiaçı1” Şirkətindən 34.499,73 avro və 1.624,93 manat pul tutulmuşdur.Yuxanda qeyd edilmiş səbəblərdən Cavabdeh1 hərəkətii nəticəsində "İddiaçı1” Şirkətindən X10mn xeyrinə tutulmuş pul vəsaitləri R Dəmirçalovdan reqres qaydasında tutulmalıdır.Xətai Rayon Məhkəməsini 05.03.2009-cu il tarixli qətnaməsində qeyd edilmişdir ki, zərərvuran, yəni İddiaçı1, şirkətlə əmək münasibətlərində olan Cavabdeh1 'ərəfındən M.H.Hüseynovanın üzərində aparılan əməliyyatlar nəticəsində yaranmış və zərərçəkənin həyatı üçün təhlükəli olan fəsadların həkimin təqsiri üzündən baş vermədiyini və məsuliyyətdən aza olunmasını təsdiq edə biləcək yetərli sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.Əksinə işin materialları ilə müəyyən olunur ki, iddiaçının səhhətində müşahidə olunan fəsadlar cavabdeh tibb müəssisəsində aparılan əməliyyatların nəticəsi olaraq əmələ gəlmiş və həmin əməliyyatlar zamanı tətbiq olunmuş müalicə üsul və vasitələrlə səbəbli əlaqəlidir.Məhkəmə iclasında tədqiq olunan X5 M.H.Hüseynova barəsində 50/06, 360/06, 455/06 saylı tibbi kartlar üzrə hər əməliyyatdan sonra tərtib olunan 03.02.2006-cı il tarixli 10.063.2006-cı il tarixli, 22.08.2006-cı il tarixli ümumi anesteziyanın protokollarında aparılan əməliyyatların fəsadsız nəticələndiyi göstərilsə də, iş üzrə keçirilən məhkəmə tibb ekspertizaların rəyləri və işin digər materialları ilə M.H.Hüseynovanın burnunda İddiaçı1 həkimi tərəfindən aparılan əməliyyatların fəsadlarla nəticələndiyi müəyyən edilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinin məzmunundan da göründüyü kimi, cərrahiyyə əməliyyatları nəticəsində vurulmuş ziyanın onun təqsiri üzündən baş vermədiyini sübuta yetirdikdə ərərvuran məsuliyyətdən azad edilir. Qanunverici cərrahiyyə əməliyyatının nəticəsində baş verə biləcək fəsadlara görə həmin əməliyyatı həyata keçirən tibb işçisini əvvəlcədən məsuliyyətdən azad etməmişdir, və zərərvuran şəxsin öz təqsirsizliyini sübut etdiyi hallar istisna olmaqla, heç bir hal ilə o cümlədən, öz sağlamlığını bərpa etmək üçün tibbi müəssisəsinə müraciət edən şəxsin hər hansı tibbi üsulun tətbiqinə dair razılığı ilə şərtləndirməmişdir.” (səh. 12 abz 14). Bakı Apelyasiya Məhkəməsinin 08.07.2009-cu il tarixli qətnaməsində qeyd edilmişdir ki, Belə ki, plastik əməliyyat, yəni pasiyentin üzünün yaxud bədəninin qüsurlarının korreksiyası müvafiq tibb müəssisələrinin müvafiq mütəxəssisləri tərəfindən əhaliyə göstərilən tibbi xidmətlərin növlərinə aiddir. Bununla əlaqədar olaraq, işin və ya xidmətin qüsurları nəticəsində, habelə işə yalnış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs, təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı M.H.Hüseynova plastik əməliyyatlardan sonra yaranmış nəticələr onun sifətinin korreksiyası üzrə Cavabdeh1 tərəfindən keyfiyyətsiz xidmətin göstərilməsinə sübutdur, ona görə də, bunun nəticəsində pasiyentin sağlamlığına vurulmuş ziyan Mülki Məcəllənin 1129.2-ci maddəsi ilə müəyyən olunmuş qayı ödənilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 04.05.2010-cu il tarixli qətnaməsində qeyd edilmişdir ki, Məhkəmə araşdırmaları zamanı, cavabdeh İddiaçı1, şirkətlə əmək münasibətləri olan həkim Cavabdeh1 tərəfindən M.H.Hüseynovanm üzərində aparılan nəticəsində yaranmış və zərərçəkənin həyatı üçün təhlükəli olan fəsadların həkimin təqsiri üzündən baş vermədiyini sübut edə bilməmiş, əksinə iş materialları ilə iddiaçının səhhətində müşahidə olunan fəsadların cavabdeh tibb müəssisəsində aparılan əməliyyatların nəticəsi olaraq əmələ gəldiyi və həmin nəticə ilə əməliyyat zamanı tətbiq olunmuş müalicə üsul və vasitələr arasında səbəbli əlaqə olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X5 M.H.Hüseynova barəsində 360/06, 455/06 saylı tibbi kartlar üzrə hər əməliyyatdan sonra tərtib olunan 03.02.2006-cı il tarixli 10.063.2006-cı il tarixli, 22.08.2006-cı il tarixli ümumi anesteziyanın protokollarında aparılan əməliyyatların fəsadsız nəticələndiyi göstərilsə də, iş üzrə keçirilən məhkəmə tibb ekspertiza rəyləri və işin digər materialları ilə M.H.Hüseynovannın burnunda İddiaçı1 həkimi tərəfindən aparılan əməliyyatların fəsadlarla nəticələndiyi müəyyən edilmişdir Əməliyyatı həyata keçirmiş həkimin uğursuz, ağır fəsadlarla nəticələnən əməliyyatlardan sonra xəstəni yenidən iki dəfə əməliyyat etməsi və öz hesabına Moskva şəhərində müayinəyə göndərməsi və Sona M.LTD MMC-də həyata keçirilmiş əməliyyat xərclərini ödəməsi təsdiq edir ki, həkim Cavabdeh1 onun həyata keçirdiyi əməliyyat nəticəsində iddiaçının sağlamlığına ziyan vurduğunu dərk etmişdir. Həkimin fəsadlarını aradan qaldırmaq üçün sonradan daha təcrübəli mütəxəssislərə müraciət etməsi və ya xəstəyə həmin mütəxəssislərə müraciət etməyi tövsiyə etməsi onun bu əməliyyatı həyata keçirmək üçün lazımi peşəkarlıq səviyyəsinin olmadığını göstərir. Nəsimi Rayon Məhkəməsinin 22.01.2016-cı tarixli qətnaməsində qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05.03.2009-cu il tarixli 2(011)-209/09 qətnaməsi ilə müəyyən edilmişdir ki, M.Hüseynovanın burnunda İddiaçı1 ilə əmək münasibətlərində olan həkim Cavabdeh1 tərəfindən aparılan əməliyyatlar fəsadlarla nəticələnmişdir. İddiaçının səhhətində müşahidə olunan fəsadlar cavabdeh tibb müəssisəsində aparılan əməliyyatların nəticəsi olaraq əmələ gəlmiş və həmin əməliyyat zamanı tətbiq olunmuş müalicə üsul və vasitələrlə səbəbli əlaqəlidir. Vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi İddiaçı1 üzərinə düşür. Ali Məhkəməsinin 27.12.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, X1 üzərində İddiaçı1 nəzdində fəaliyyət göstərən Leyla Şıxlinskaya klinikasında həkim Cavabdeh1 tərəfindən tibbi əməliyyat aparılmışdır. Lakin əməliyyat uğursuz olmuş, həkimin səhvi nəticəsində iddiaçının səhhətində ciddi fəsadlar yaratmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları aşağıdakı kimi olmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil A.Musayeva iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddiasını müdafiə etmişdir. Bundan başqa o, məhkəmə iclaslarında bildirmişdir ki, iddia tələbinin hüquqi əsası hüquqi şəxsin işçisinin vurduğu zərərə görə reqres tələbidir. Cavabdehin səhvi ucbatından xəstəyə zərər dəymiş və bununla bağlı çoxsaylı məhkəmə icraatları olmuş və nəticədə qəbul edilmiş yekun məhkəmə aktlarına əsasən icra qaydasında tələblərində qeyd edilmiş məbləğdə pul ödənilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil A.Hüseynov iddia tələbini qəbul etmədiyini bildirmişdir. Etirazını onunla əsaslandırmışdır ki, əvvəla hazırki mübahisənin predmeti 2 məhkəmə qətnaməsinə əsasən iddiaçıdan tutulmalı olan məbləğlərin cəmidir. Halbuki mübahisəyə bir dəfə baxılmış və tərəflər barışaraq icraata xitam verilmişdir. Onun hüquqlarını müdafiə etdiyi şəxs bir əmələ görə 2 dəfə məsuliyyət daşımalı deyildir. Bu səbəbdən əvvəlki məhkəmə iclaslarında iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Bundan başqa cavabdehin nümayəndəsi hüquqlarını müdafiə etdiyi şəxsin məsuliyyətinin olmamasını onunla əsaslandırmışdır ki, qeyd edilən məhkəmə icraatları zamanı cavabdeh proseslərə cəlb edilməmiş, ümumiyyətlə proseslərdən məlumatı olmamışdır. Mübahisənin yaranmasına səbəb cavabdehin öz ərizəsi ilə işdən çıxmağı olmuşdur. Belə ki, cavabdeh məşhur həkim olmaqla güclü xəstə(müştəri) bazasına malikdir, onun işdən çıxmağı iddiaçı da qıcıq yaratmış və bundan sonra məhkəməyə müraciət edilmişdir. Halbuki, onların arasında bu problem heç vaxt səsləndirilməmişdir. Bundan başqa nümayəndə bildirmişdir ki, iddiaçı ikinci məhkəmə icraatı zamanı məsuliyyətsizlik edərək Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmiş, sanki məqsədyönlü şəkildə qətnamənin nəticəsi ilə barışmış və prosessual imkanlarından lazımınca istifadə etməmişdir. Halbuki, onun tərəfi məhkəmə icraatlarında iştirak etsəydi və ya apellyasiya məhkəməsinin məlum qətnaməsindən şikayət verilsəydi mübahisənin aqibəti bu formada yekunlaşmazdı. Bundan başqa cavabdeh iddiaçının işçisi olmaqla tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur. Lakin iddiaçı ilə onunla tam maddi məsuliyyət bardə müqavilə bağlanmamışdır. İddiaçının nümayəndəsinə həmin hala dair sual verilsə də, iddiaçı cavablamaqdan imtina etmişdir. Odur ki, iddia tələbinin bir aylıq əmək haqqı miqdarında təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla bağlı yazılı etirazını məhkəməyə təqdim etmiş və həmin etiraz aşağıdakı qaydada əsaslandırılmışdır: Cavabdeh X2 qarşı İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 112151,73 avro məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 12144,73 manat pulun İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 həkim-cərrah vəzifəsində işləyərkən pasient X3 maddi və mənəvi ziyan vurmuşdur., işçisinin təqsirinə görə qanunla məsuliyyət daşıdığına görə pasientə dəymiş həmin ziyan məhkəmə qaydasında İddiaçı1ndən məcburi qaydada tutulmuşdur. Buna görə də mülki qanunvericiliyin reqres tələblərini tənzimləyən normalarına əsasən həmin pul məbləği Cavabdeh1 tutulmalıdır. İddia tələbi hüquqlarını müdafiə etdiyim şəxsə qarşı aşağıda qeyd olunan xüsusatlar nəzərə alinmaqla rədd edilməlidir, iddia tələbində reqress tələbi üçün əsas götürülən Bakı Apelyasiya Məhkəməsinin 2(103)1605/2010 saylı, 07.05.2010-ci tarixli qətnaməsi ilə bağlı cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik icra edilmişdir. Belə ki, Binəqədi rayon məhkəməsinin 12 sentyabr 2012-ci il, tarixli, 2(001)-1893/2012 saylı, barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi haqqında qərardadında Cavabdeh1 oğlu barışıq sazişi bağlandığı və notariat qaydada olunduğu andan ödəniş olaraq 40000 manat ödəməyi, Cavabdeh1 İddiaçı1nə cəmi, 40.000 manat ödədikdən sonra Bakı Apelyasiya Məhkəməsinin 29103)-1605/2010 saylı, 07.05.2010-cu il tarixli qətnaməsinə əsasən reqress qaydada pul tələbinin və vurulmuş maddi zərərin ödənilməsi barədə Dəmirçalov Rafiq Məhəmməd oğluna qarşı gələcəkdə İddiaçı1 trəfindən heç bir iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. İddiacinin əsaslandığı Bakı Apelyasiya məhkəməsinin 2(103)-944/2018 saylı , 07.02. 2018-ci il tarixli qətnaməsi ilə bağlı qeyd edilən hallar nəzərə alınmaqla reqress tələbini mümkünsüz hesab edilməlidir. Bakı Apelyasiya məhkəməsinin 2(103)-944/2018 saylı , 07.02. 2018-ci il tarixli qətnaməsinin mövcudluğu və həmin qətnamədə cavabdehin vaxtilə çalışdığı İddiaçı1nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia tələbi ilə Dəymiş zərərin əvəzi olaraq 34499,73 (otuz dörd min dörd yüz doxsan doqquz Avro yetmiş üç sent) Avro alınacaq günə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla və 1624,93 (min altı yüz iyirmi dörd manat doxsan üç qəpik) manat cavabdeh İddiaçı1ndən iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir Həmin qətnamədə həkim olaraq adı keçən Cavabdeh1 prosesə cəlb edilməmiş , məhkəməyə dəvət olunmamış, qətnamə onun maraqlarına toxunduğu halda iştirakı təmin edilməmişdir. Bu isə MPM-in 4-cü Maddəsini Müdafiə üçün məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Bakı Apelyasiya məhkəməsinin 2(103)-944/2018 saylı , 07.02. 2018-ci il tarixli qətnaməsi ilə tanışlıq zamanı İddiaçı1 özünün də məhkəmə baxışında xəbərdar olmasına baxmayaraq iştirak etməməsi Cavabdeh1 qarşı reqress tələbini istisna etməlidir. Bakı Apelyasiya məhkəməsinin 2(103)-944/2018 saylı , 07.02. 2018-ci il tarixli qətnaməsi məhkəmə aktlarının məcburiliyi tələbinə əsasən cavabeh rafiq Dəmirçaıova münasibətdə preyudisiallıq yarada bilməz. İddia tələbindən də göründüyü kimi Cavabdeh1 və İddiaçı1 arasında əmək müqaviləsi mövcud olmuşdur.ƏM-in 198-ci maddəsində işçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti müəyyən edərək göstərmişdir ki .Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Tərəflərin tam maddi məsuliyyət barəsində razılaşmaya dair iddiaçı hec bir sübut təqdim edə bilməmişdir İddia ərizəsindən, tədqiq edilmiş sübutlardan, tərəflərin izahatlarından müəyyən edilmiş işin xülasəsi belə olmuşdur: 1) İddiaçı tibb klinikası olmaqla tibbi xidmətlər göstərən müəssisə, cavabdeh isə ilk dəfə 02.03.2005-01.12.2009-cu illər ərzində İddiaçı1ndə(Leyla Şıxlinskaya klinikası) həkim vəzifəsində işləmişdir. 2) X8 adlı şəxs həkim Cavabdeh1 hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin cavabdeh İddiaçı1ndən tutulması ilə bağlı məhkəməyə müraciət etmiş və 05 mart 2009-cu il tarixli, 2(011)-209/09 saylı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qərara alınmışdır. Həmin qətnamədən verilmiş şikayətlərin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 04.05.2010-cu il tarixli, 2(103)-1605/10 saylı qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi 05 mart 2009cu il tarixli, 2(011)-209/09 saylı qətnaməsi İddiaçı1ndən 77652 avro məbləğində pulun Ödənişin icra edildiyi gün üçün müəyyən edilmiş məzənnə üzrə manatla və 519.8 manat məhkəmə xərclərinin tutularaq M.Hüseynovaya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmin icra vərəqəsi 27 iyul 2011-ci il tarixli inkasso sərəncamı ilə icra edilmiş və 77652 avro və 9971.65 manat İddiaçı1ndən tutulmuşdur. Bundan sonra 13.01.2012-ci ildə İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 106833.62 manat İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli,2(001)-1893/2012 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı1nə 40000 manat məbləğində pul vəsaitini ödədikdən sonra, Bakı Apellyasiya Məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsinə əsasən reqres qaydasında pul tələbinin və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair Cavabdeh1 qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini və iddiasından imtina edəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən 40000 manat pul vəsaiti İddiaçı1nə mədaxil edilmişdir və bununla bağlı 01 avqust 2012-ci ildə DAZ N 080641 nömrəli kassa mədaxil orderinin qəbzi vardır. 3) İddiaçı Hüseyn qızının cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və İddiaçı1nə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(006)-79/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdeh İddiaçı1ndən dəymiş zərərin əvəzi hesabına 113753.9 avro icra vaxtı manata olan məzənnə ilə iddiaçı X1 xeyrinə tutulmuşdur. Həmin qətnamədən verilən şikayətlərin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-944/2018 saylı, 07.02.2018-ci il tarixli qətnaməsi qəbul edilmiş və cavabdeh İddiaçı1ndən 34499.73 avro alınacaq günə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla və 1624.93 manat tutularaq İddiaçı X3 ödənilməsi müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və 02.09.2019-cu il tarixdə icra məmurunun inkasso sərəncamı ilə İddiaçı1ndən 34499.73 avro Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla və 1624.93 manat pul vəsaiti tutulmuşdur. Göründüyü kimi hazırki mübahisədə iddiaçının iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə ilə bağlı tərəflər arasında barışıq olmuş və iş üzrə icraata xitam verilmişdir, ikinci hissə isə 02.09.2019-cu il tarixdə icra məmurunun inkasso sərəncamı ilə İddiaçı1ndən tutulmuş 34499.73 avro Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatın və 1624.93 manatın reqres qaydasında Cavabdeh1 tutulmasından ibarətdir Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı icraata xitam vermişdir. Odur ki, məhkəmə hazırki iddia ərizəsinə yalnız 34499.73 avronun Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla və 1624.93 manatın reqres qaydasında Cavabdeh1 tutulması hissəsində hüquqi qiymət vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını deliktdən irəli gələn öhdəlik münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrində qeyd edilmişdir: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin hallarından göründüyü kimi yuxarıda qeyd olunan məhkəmə qətnamələri əsasında Cavabdeh1 təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində üçüncü şəxsə zərər vurduğu müəyyən edilmişdir. Həmin məhkəmə qətnamələri preyudisial əhəmiyyət daşıyır. Bu baxımdan cavabdehin təqsirinin dərəcəsi və.s hallar hazırki mübahisədə araşdırılmamışdır. Üçüncü şəxsə vurulmuş zərər işəgötürən tərəfindən ödənilmişdir və hazırda təqsirkar şəxsdən reqres qaydasında tələb edilir. Məhkəmə hesab edir ki, iddiaçının reqres qaydasında tələb hüququ əsaslı olsa da, lakin tələb olunan məbləğ Mülki Məcəllənin 114.1-ci maddəsinə uyğun hesablanmamışdır. Belə ki, həmin normada qeyd olunmuşdur ki, vurulmuş zərəri ödəmiş şəxsin ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ vardır. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçı hazırki tələbində 34499.73 avro məbləğində pulun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tələb etsə də, həmin məbləğ artıq 2019-cu ilin 23 aprelində inkasso sərəncamı ilə icra edildiyindən, cavabdehdən tutulmalı olan 34499.73 avro məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.2019-cu il üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq ödənilməlidir. Bundan başqa məhkəmə cavabdehin iddiaçı ilə əmək münasibətlərində olduğu üçün əmək haqqı miqdarında maddi məsuliyyət daşıması ilə bağlı etirazına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 191.1-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 198-ci maddəsinə əsasən Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Sadalanan normalardan göründüyü kimi əmək qanunvericiliyi işçinin işəgötürənə, işəgötürənin işçiyə vurduğu zərərə görə maddi məsuliyyət məsələsini həll etmişdir. Lakin hazırki mübahisə işçinin üçüncü şəxsə vurduğu ziyanla bağlı olmaqla, üçüncü şəxsin tələbi ilə işəgötürəndən tutulan məbləğin işçidən reqres qaydasında alınması ilə bağlıdır. Odur ki, hazırki məsələyə əmək qanunvericiliyinin normaları deyil, mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. Bundan başqa cavabdehin nümayəndəsinin yuxarıda qeyd edilən məhkəmə icraatı zamanı cavabdehin prosesə cəlb edilməmiş olması və iddiaçının apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq kassasiya şikayəti verməməsi barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır(MPM 15.2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 34499.73 avro məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.2019-cu il üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 1624.93 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 34499.73( otuz dörd min dörd yüz doxsan doqquz avro, yetmiş üç sent) avro Mərkəzi bankın 23.04.2019-cu il üçün müəyyən etmiş olduğu məzənnəyə uyğun olaraq manatla və 1624.93(bir min altı yüz iyirmi dörd manat, yetmiş üç qəpik)manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə(əvvəlki adı ilə İddiaçı1) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliye

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar