Məhkəmə qərarları › İş №2(001)-40/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-40/2023

13.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-40/2023 13.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlə Cavabdeh1 və Cavabdeh2 qarşı göstərdiyi hüquqi yardıma görə 5000 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 5000 manat olmaqla cəmi 10030 manatın xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək hər il üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasına, 12 saylı PB-nə işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan, böhtan və təhqiredici məlumatlarla əsassız və qanunsuz şikayət verdiyinə, Cavabdeh2 etibarnaməsini ləğv etdirməsinə, əsassız məhkəmə iclasından kənarlaşdırılmasına onun barəsində məlumatları yayılmasına görə böhtan, təhqiredici, yalan məlumatın təkzib edilməsinin Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsinə, Cavabdeh1 10000 manat təzminatın tutulmasına dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh1 Cavabdeh İddiaçı qarşı 3254 manatın 2017-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək hər il üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq hesablanaraq ödənilmiş 53 manat dövlət rüsumu ilə birlikdə tutulmasına dair qarşlıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlə Cavabdeh1 və Cavabdeh2 qarşı göstərdiyi hüquqi yardıma görə 5000 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 5000 manat olmaqla cəmi 10030 manatın xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək hər il üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasına, 12 saylı PB-nə işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan, böhtan və təhqiredici məlumatlarla əsassız və qanunsuz şikayət verdiyinə, Cavabdeh2 etibarnaməsini ləğv etdirməsinə, əsassız məhkəmə iclasından kənarlaşdırılmasına onun barəsində məlumatları yayılmasına görə böhtan, təhqiredici, yalan məlumatın təkzib edilməsinin Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsinə, Cavabdeh1 10000 manat təzminatın tutulmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 3254 manatın 2017-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək hər il üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq hesablanaraq ödənilmiş 53 manat dövlət rüsumu ilə birlikdə tutulmasına dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Müəllimlər institutunun Qazax filialı (hüquq varisi Bakı Dövlət Universitetinin Qazax filialı) xx.xx.2012-ci il tarixdən iddiaçı X19 metodist vəzifəsindən azad etmişdir. Qazax Rayon Məhkəməsində 3 ay ərzində baxılan işə bərpa və çarəsizlikdən məcburi buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair mülki iş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X16, ərinin və qohum-qardaşının vəkilə ödəmək üçün pul vəsaiti olmadığına görə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixdə göndərdiyi iş materialını xx.xx.2013-cü il tarixdə alıb, 1 ay ərzində baxmaq, həll etmək və qətamə çıxarmaq əvəzinə, Azərbaycan Respublikası MPM-nın 172.2-cı maddəsinin tələbinə zidd olaraq 10 ay sonra həll edib, mahiyyəti üzrə baxılmasını xx.xx.2013-cü, xx.xx.2013-cü, xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixlərə məhkəmə iclasını təyin etmişdir. Cavabdeh Qazax filialı bu mülki işin Qazax Rayon Məhkəməsindən alınmasına və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə nail olmuş, amma bu mülki işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə hüquqdan vicdansızcasına sui-istifadə etməklə ardıcıl surətdə maneçilik törətmək məqsədilə mülki işin məhkəmə aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməyə göndərilməsi barədə əsassız və qanunsuz vəsatət vermişdir. Bakı şəhəri 33 saylı poçt şöbəsinin rəisi vəzifəsində işləyən dostu X32 8 il bundan əvvəl, xx.xx.2013-cü il tarixdə poçtun mətbəxində özünün həmyerlisini, iddiaçının tanımadığı və ilk dəfə gördüyü Cavabdeh1 onunla tanış etmiş və onun bacısının əsassız və qanunsuz çıxarıldığı əvvəlki işinə bərpa olunmasına onun nümayəndə kimi kömək etməsini xahiş etmişdir. Həmin gün xx.xx.2013-cü il tarixdə Cavabdeh1 öz adından Bakı şəhəri 4 notariusda təsdiq olunmuş etibarnaməni və 1 ay ərzində bacısının xeyrinə heç bir hüquqi iş görə bilmədiyindən X8nın xx.xx.2013-cü il tarixdə ona verdiyi Qazax rayon notariusda təsdiq olunmuş etibarnaməsini də iddiaçıya vermiş, özünün və bacısının işləmədikləri üçün pullarının olmadığını və habelə ataanasının pensiya pulu ilə dolandıqlarını bildirmiş, bacısının əvvəlki işinə bərpa olunmasına nail olunduqdan sonra alacağı əmək haqqının məbləğindən asılı olmayaraq, yarısını ona verəcəklərinə söz vermişdir. Nərimanov Rayon Məhkəməsinin tələbi ilə xx.xx.2013-cü il tarixdə Kəmalə Nağıyeva şəxsən də Qazax rayon notariusda təsdiq olunmuş etibarnaməni 10 il müddətinə iddiaçıya vermiş, işləmədikləri uçun pullarının olmadığını bildirmiş və qardaşı Cavabdeh1 ona verdiyi sözünü təsdiq etmiş, işin sonunda alacaqları əmək haqqının yarısını ona verəcəyinə və onun köməyini layiqincə qiymətləndirəcəyinə söz vermişdir. Qətnamənin iddiaçının xeyrinə qəbul olunması və icrası ilə əlaqədar X3 özü, əri və qohum-qardaşı imkansız olduqları üçün nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin heç bir manatını ödəməmişdilər. xx.xx.2013-cü il tarixli etibarnamədə Kəmalə Nağıyeva digər səlahiyyətlə yanaşı məhkəmə aktından şikayət verilməsini, icra sənədini təqdim etməyi və geri çağırmaqla məhkəmə aktının məcbur icrası tələblərini, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verməyi, qət olunmuş əmlakın və ya pul məbləğinin alınmasını, bütün dövlət, bələdiyyə, QHT, təhqiqat, istintaq, prokuroruq, məhkəmə orqanlarında ona aid olan mülki işlərin, cinayət işlərinin aparılmasını, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Nərimanov Rayon Məhkəməsi haqlı olaraq iddiaçının etirazına əsasən cavabdeh Qazax filialı aidiyyətlə bağlı verdıyi vəsatətini xx.xx.2013-cü il tarixli ədalətli, əsaslı və qanuni qərardad tam əsassız və qanunsuz hesab etmişdir. Cavabdeh Qazax filialı Nərimanon Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli əsaslı və qanuni qərardadından əsassız və qanunsuzuz şikayət vermiş, iddiaçının nümayəndəsini süni süründürməçiliyə məruz qoymuşdur. Nərimanov Rayon Məhkəməsi xx.xx.2013-cü il tarixli qərardadı ilə haqlı olaraq, iddiaçının etirazına əsasən xx.xx.2013-cü il tarixi qərardaddan cavabdeh Qazax filialının aidiyyətlə bağlı verdiyi əsassız və qanunsuz şikayətini rədd etmiş, amma, şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası onun etirazına əsasən xx.xx.2013-cü il tarixli qərardadı ilə cavabdeh Qazax filialının apellyasiya şikayətini rədd etmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013cu və xx.xx.2013-cü il tarixli qərardadlarını dəyişdirmədən saxlamışdır. Cavabdeh Qazax filialı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadından əsassız və qanunsuz kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi iddiaçının etirazına əsasən xx.xx.2014-cü ıl tarixli qərardad ilə cavabdehin kassasiya şikayətini rədd etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadını dəyişdirmədən qanuni qüvvədə saxlamışdır. X16 qardaşı Cavabdeh1 əvvəllər hər gün, hər vaxt, gündüz, gecə, hətta qeyri-iş günlərində də eyni məzmunlu təkrar suallarla telefonda onu tez-tez narahat edərək məhkəmə proseslərində nələr baş verdiyini və nə baş verəcəyini ona danışmağını tələb etmiş və hətta ünvanını poçtdan öyrənərək ondan icazəsiz və xəbərsiz evinə daxil olmuşdur. Buna görə də o, X12 və Cavabdeh2 xahiş etmişdi ki, işə bərpa mülki işinin xeyrinə həll olunmasına mane olan Cavabdeh1 ona zəng etməsini və evinə gəlməsini qadağan edir. X16 və Cavabdeh2 tapşırıqları ilə Cavabdeh1 bir müddət ona zəng etməmiş, evinə gəlməmiş və işlərinə mane olmamışdır. Lakin, Cavabdeh1 işə düzəlmək üçün rüşvət verdiyi 10000 manat pul vəsaitinin geri almasına hüquqi yardım etməyi üçün X25 ondan çox xahişlər etmişdir. İddiaçının Cavabdeh1 yazığı gəldiyi üçün kömək etmiş, onun zərərçəkmiş qismində tanınması, pul vəsaitini geri alınması üçün hüquqi yardımlar göstərmişdir. Cavabdeh1 pulunu hissə-hissə almış, pul vəsaitini geri almasına hüquqi yardım etməyinə görə ona 2 dəfəyə 500 manat olmaqla cəmi 1000 manat vermişdir. Nərimanov Rayon Məhkəməsi qanunvericiliklə əsaslandırılmamış çıxardığı xx.xx.2014-cü il 2(005)-233/14 saylı qərəzli qətnaməsi ilə iddiaçı Kəmalə Nağıyevanın cavabdeh Qazax filialına qarşı əmək müqaviləsinin ləğv olunması haqqında əmrin etibarsız hesab edilməsi və əvvəlki vəzifə üzrə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddianı təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK 2(103)-5560/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayətini qismən təmin etmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-233/14 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv etmiş, lakin iddiaçının sonradan aldığı 3/126 saylı xx.xx.2012-ci il tarixli 3-cü əmrin əvəzinə bundan əvvəl aldığı 3/94 saylı xx.xx.2012-ci il tarixli 2-ci əmri Qazax Rayon Məhkəməsində mübahisələndirdiyinə görə cavabdeh-Qazax filialına qarşı əmək müqaviləsinin ləğv olunması haqqında əmrin etibarsız hesab edilməsi və əvvəlki vəzifə üzrə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair ondan əvvəl onsuz verdiyi iddia tələbini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2014-cü il tarixli qətnaməsindən kassasiya şikayətini o, hazırlamış, lakin iddiaçı Kəmalə Nağıyevanın özünün, ərinin və qohum-qardaşının pul vəsaiti olmadığı üçün vəkil orderi ala bilmədiyinə görə Ali Məhkəməyə kassasiya şikayətini ordersiz vermiş və şikayət geri qaytarılmışdır. Odur ki, yeni tələb ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə yeni iddia ərizəsi vermişdir. Nərimanov Rayon Məhkəməsi 2(005)-3089/15 saylı xx.xx.2015-ci il tarixli qərəzli, əsassız və qanunsuz qərardadı ilə iddiaçı- Kəmalə Nağıyevanın cavabdeh Qazax filialına qarşı işə bərpa və carəsizlikdən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia əzəsinin baxılmamış saxlanılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardad ilə iddiaçının nümayəndəsinin şikayəti təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ləğv edilmiş məcburi göstərişlərlə geri qaytarılmışdır. Nərimanov Rayon Məhkəməsi 2(005)-5488/15 saylı xx.xx.2015-ci il tarixli qərəzli qətnaməsi ilə iddiaçı Kəmalə Nağıyevanın cavabdeh Qazax filialına qarşı əmək müqaviləsinin ləğv olunması haqqında əmrin etibarsız hesab edilməsi və əvvəlki vəzifə üzrə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasını yenə də təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1267/16 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, iddiaçı Kəmalə Nağıyevanın cavabdeh Qazax filialına qarşı əmək müqaviləsinin ləğv olunması haqqında xx.xx.2012-ci il tarixli 3/126 saylı əmrin etibarsız hesab edilməsi və əvvəlki vəzifə üzrə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının, hər gecikdirilmiş gün üçun əmək haqqının azı bir faizi məbləğində ödəncin və dəymiş maddi-mənəvi ziyana görə təzminatın ödənilməsi, ləkələnmiş şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun müdafiəsi tələbinə dair verdiyi əsaslı və qanuni iddianı qismən təmin etmiş, cavabdeh Qazax filialında laborant vəzifəsinə bərpa edilməsi, xx.xx.2012-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməsi və mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Qazax filialı qərəzli olaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən formal mülahizələrdən ibarət kassasıya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi onun etirazına əsasən xx.xx.2016-cı il tarixli 2(102)- 112/16 saylı qərarı ilə cavabdeh Qazax filialının kassasıya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi iş üzrə 2(103)-1267/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və habelə icraya yönəldilmişdir. Onun çoxsaylı şikayətlərindən, gedib tələb etdikdən sonra Qazax rayon İcra şöbəsi xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar çıxarmış, dərhal icra olunması üçün xx.xx.2016-cı tarixdə 2170 saylı bildirişi borclu cavabdeh Qazax filialına təqdim etmiş, lakin icra olunmamışdır. Yasamal Rayon Məhkəməsi tələbin hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verildiyini və X16 vəfat etdiyini nəzərə almayaraq, 2(004)-4605/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə məhkəmə əmrinin çıxarılmasından imtina etmişdir. Cavabdeh2 xx.xx.2017-ci il tarixdə vəfat etmiş X16 birinci növbəli vərəsəsi olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və o pul vəsaitinin borcludan məcburi tutulmasını, onun bank hesabına köçürülməsini tələb etməyi və habelə gələcəkdə ona hüquqi yardımlar göstərməsi üçün xx.xx.2017-ci il tarixdə notariat ofisində təsdiq olunmuş etibarnaməni 20 il müddətinə ona vermiş, amma pul verməmişdir, etibarnamə xx.xx.2037-ci ilədək qüvvədədir və digər səlahiyyətlərlə yanaşı məhkəmə aktından şikayət verilməsini, icra sənədini təqdim etməyi və geri çağırmağı, məhkəmə aktının məcburi icrası tələblərini, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verməyi, qət olunmuş əmlakın və ya pul məbləğinin alınmasını, bütün dövlət, bələdiyyə, QHT, təhqiqat, istintaq, prokurluq və məhkəmə orqanlarında ona aid olan mülki işlərin və cinayət işlərinin aparılmasını və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etdiyini yazmış və imzalamışdır. O, 4 il ərzində Bakı və Qazax şəhərlərində notariat kontorlarına, Asan xidmətə, Bakı və Qazax şəhərlərində cavabdehlərin ünvanlarına, məhkəmələrə, icra şöbəsinə və s. taksi ilə gedib-gəlməsinə, yazışmalara, kirayədə yaşayış sahəsinin icarəsinə, qətnamənin icra olunmasına və s. görə 5000 manat pul vəsaiti xərcləmişdir. Hələ də gedib-gəlir və printeri sıradan çıxdığı üçün imkansız olduğuna görə xx.xx.2015-ci il tarixdə 280 manat dəyərində printeri hər ay 24 manat ödəməklə 12 ay müddətinə kreditlə almış və yollarda daşıdığı kompyuter avadanlığı sıradan çıxdığı üçün imkansız olduğuna görə xx.xx.2017-ci il tarixdə 1532 manat dəyərində kompyuteri hər ay 250 manat çətinliklə ödəyir. X25, əri Cavabdeh2 və qardaşı Cavabdeh1 heç biri heç vaxt onunla heç bir məhkəmələrdə iştirak etməmişdir. X3 xəstə olduğu, habelə müalicə olunduğu üçün işə başlaya bilməmiş, xəstəlik vərəqəsini təqdim etmiş, xx.xx.2012-ci il tarixdən başlayaraq işə bərpa edildiyi 21(31).12.2016-cı il tarixədək 51 aylıq məcburi iş buraxma müddəti üçün əmək haqqını və mənəvi zərərin əvəzi olaraq 1000 manat pul vəsaitini xx.xx.2016-cı il tarixdən ala bilməyib xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı dostu X24 və onun həmyerlisi Cavabdeh1 X8na və Cavabdeh2 inandığına görə məhkəmə iclaslarının vaxtında iştirak etməsi üçün 16 dəfə borca 200 manat, cəmi 3200 manat pul götürmüş, X4 məqsədilə, X16 xeyrinə mülki işin uğurla həll edilməsinə nail olmağı üçün xx.xx.2013-cü ildə xx.xx.2017-ci ilədək ona 3200 manat pulu borc vermişdir. O həmin 3200 manat borc pulu X13 2017-ci il tarixdə qaytarmışdır. Amma, kreditlə aldığı noutbuk kompyuter avadanlığının aylıq 250 manat borcunu xx.xx.2017-ci il tarixdə mağazaya ödəyə bilmədiyi üçün xx.xx.2017-ci il tarixdə ondan yenidən borc istəmiş, 250 manat borcu almışdır. Buna görə də X13 250 manat pul borcu qalmışdır. Onun tələblərindən və zənglərindən sonra borclu cavabdeh Qazax filialı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli 2(103)-1267/2016 saylı icra sənədini tam icra etməmiş, yəni xx.xx.2012-ci il tarixdən başlayaraq işə bərpa edildiyi xx.xx.2016-cı il tarixədək 51 aylıq məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq və mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin tutularaq X3na ödənilməsini təmin etməmiş, yalnız formal olaraq işə bərpa edilmə haqqında xx.xx.2016-cı il tarixli 3/71 saylı əmrdən çıxarışı Qazax rayon İcra şöbəsinə təqdim etmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1267/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin dərhal tam icra olunmadığına və borclu tərəfindən gecikdirildiyinə görə məcburi qaydada dərhal icra olunması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq X3nın işə bərpa edildiyi 21(31).12.2016-cı il tarixədək 51 ay x 105 manat = 5355 manat + 1% 13815,85 manat = 19171 manat pul vəsaiti X3na cavabdeh Qazax filialı tərəfindən ödənilməli olduğuna görə borclunun bank hesabından dərhal tutulması və onun bank hesabına köçürülməsi barədə məhkəmə əmrinin verilməsinə dair xx.xx.2017-ci il tarixli ərizəni Yasamal Rayon Məhkəməsinə təqdim etmişdir. Yasamal Rayon Məhkəməsi məhkəmə əmri çıxarmamışdır. O, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)-1267/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin məcburi qaydada dərhal icra olunmasını və habelə hər gecikdirilmiş gün üçün əlavə 1% ödənc verilməsini Qazax rayon İcra şöbəsindən və borclu cavabdeh Qazax filialından dəfələrlə tələb etmişdir. Lakin, icra sənədi dərhal və tam icra edilmədiyi üçün cavabdeh Qazax filialına qarşı 51 aylıq əmək haqqının, habelə hər gecikdirilmiş gün üçün əlavə 1% ödəncin hesablanması və dərhal məcburi icra olunması tələbinə dair xx.xx.2017ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsində iddia tələbi üzrə 4 ay ərzində dəfələrlə baxılmış, xx.xx.2017-ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-4849/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə 1-ci növbəli vərəsə Cavabdeh2 nümayəndəsinin iddia tələbi baxılmamış saxlanılmış, bir ayın 105 manat əmək haqqı, 13815,85 manat 1% əlavə ödənc və 5000 manat ona ödənilməmişdir. Göstərilən mötəbər faktlara və səbəblərə əsasən 4 il ərzində iddiaçı Kəmalə Nağıyevanın nümayəndəsi kimi göstərdiyi hüquqi yardıma görə zəhmətinin, əziyyətlərinin, maddi və mənəvi ziyanın əvəzində əməyinin və habelə zəhmət haqqının müəyyənləşdirilməsi və etibarnaməni qəsdən ləğv elətdirən cavabdehlərdən alınıb ona verilməsi barədə ədalətli, əsaslı və qanuni qətnamə qəbul edilməsinə dair iddia ərizəsini Yasamal Rayon Məhkəməsinə 2017-ci ildə vermişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-8299/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə X16 Azərbaycan Müəllimlər institutunun Qazax filialında qanunsuz çıxarıldığı əvvəlki işinə, laborant vəzifəsinə bərpa edilməsi və habelə əmək haqqının ödənilməsi ilə əlaqədar 4 il ərzində göstərdiyi hüquqi yardıma görə maddi və mənəvi ziyanın əvəzində nümayəndəyə zəhmət haqqının ödənilməsi tələbinə dair xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olan, xx.xx.2017-ci il tarixli iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin dövlət rüsumunun qəbzi əlavə edilmədiyi üçün geri qaytarılması qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-8299/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə xx.xx.2017-ci il tarixli qərardaddan verdiyi şikayət təmin edilməmiş, baxılması üçün Bakı Ağellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli 2(103)-12648/17 saylı qərardadı ilə iddiaçının şikayəti dövlət rüsumunun qəbzi əlavə edilmədiyi üçün təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli 2(103)-12648/2017 saylı qərardadı ilə xx.xx.2017-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti dövlət rüsumunun qəbzi və vəkil orderi əlavə edilmədiyi üçün geri qaytarılmışdır. 4 il ərzində çəkdiyi zəhmətin, əziyyətlərin, maddi ziyanın əvəzində 5000 manat zəhmət haqqının, habelə mənəvi ziyanın əvəzində 5000 manat kompensasiya olmaqla cəmi 10000 manat ödənilməsinə dair əsaslı və qanuni tələblərinin tam təmin edilməsi barədə ədalətli, əsaslı və qanuni qətnamə qəbul edilməlidir. Cavabdeh Qazax filialı iddiaçı X16 xx.xx.2012-ci il tarixdə əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa olunmasına dair əsaslı və qanuni iddiasına qarşı 5 il ərzində vicdansızcasına mübahisə etmiş, işə düzgün və tezliklə baxılmasına və həll edilməsinə, habelə qətnamənin icra olunmasına ardıcıl surətdə maneçilik törətmiş, dövlət adından çıxarılmış və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1267/2016 saylı icra sənədinin dərhal icra olunmasını tam təmin etmək əvəzinə qətnamənin icrasına maneçilik törətmiş, o isə məhkəmədə məcburi icra olunmasını və hər gecikdirilən gün üçün əlavə 1% ödənilməsini tələb etdikdən sonra hissə-hissə cəmi 6250 manat ödəmiş, lakin nümayəndəyə iş vaxtının itirilməsinə və göstərdiyi hüquqi yardıma görə zəhmət haqqı 5000 manat ödəməmişdir. Cavabdeh1 tamahkarlıqla zəhmətsiz gəlir əldə etmək və əsassız varlanmaq məqsədilə, əsassız və qanunsuz olaraq tələb etdiyi pulunu ala bilmədiyi üçün il ərzində çəkdiyi zəhmətini, əməyini itirmiş, onu təhqir etmək, şərəf-ləyaqətini və işgüzar nüfuzunu ləkələmək və zəhmət haqqı almaqdan məhrum etmək üçün qəsdən bilə-bilə yalan xəbərçilik etmiş, barəsində qeyri-insani, şantaj və şər-böhtan xarakterli fabrikasiya metodu ilə mülahizələrdən ibarət tam əsassız və qanunsuz ərizə yazmış, Sabunçu RPİ-nin 12 saylı PB-nə vermiş və Cavabdeh2 ona 20 il müddətinə verdiyi etibarnamə Cavabdeh1 hədə-qorxusu ilə ləğv etmiş və onun 4 il ərzində çəkdiyi zəhmətini, əməyini itirmiş, onu təhqir etmiş və zəhmət haqqı almaqdan məhrum etmişdir. O, həmin əsassız və qanunsuz ərizəyə qəti etirazını bildirmiş, xx.xx.2017-ci il tarixli izahat yazmış və 12 saylı PB-nin təhqiqatçısı Ramin Güləliyevə izahatımı vermiş və göstərdiyi xüsusatlara, mötəbər faktlara və səbəblərə əsasən Cavabdeh1 əsassız və qanunsuz ərizəsində göstərilən iddiaçı X16 işə bərpa və çarəsizlikdən işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsində X29 Xidmətinin iştirakı ilə məhkəmə baxışı davam etdirildiyinə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X16 Cavabdeh1 2-ci növbəli vərəsəsi olduğu və 1-ci növbəli vərəsələri mövcud olduğundan 2-ci növbənin vərəsəliyi mülki qanunvericilik istisna etdiyi üçün miras əmlakdan ona miras pay düşmədiyinə görə onun qeyri-insani, şər, şantaj və böhtan xarakterli formal mülahizələrdən ibarət ərizəsi tam əsassız, qanunsuzdur və rədd edilməsi barədə ədalətli, əsaslı və qanuni qərar çıxarılmalıdır. Bu mülki iş üzrə cinayət hadisəsi olmadığına və əməldə cinayət tərkibi olmadığına görə cinayət təqibi başlanıla bilməz. Odur ki, bu mülki iş üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Digər tərəfdən bu mülki işə görə ona heç bir manat da pul vəsaiti verilməmiş, amma il ərzində 5000 manat məbləğində pul vəsaiti xərcləmiş, bank hesabına köçürülmüş 6250 manatdan bank öz faizini tutmuş, 3000 manat X16 dəfninə və başdaşına ödənilməsi üçün onun əri 1-ci növbəli vərəsə Cavabdeh2 verilmiş və 3200 manat bu mülki işə görə onun aldığı qaytarılmışdır və onun bank hesabında heç bir manat da pul vəsaiti qalmamışdır. Sabunçu RPİ-nin 12 saylı PB-nin təhqiqatçısı Ramin Güləliyev qərəzli olaraq, bu mülki iş üzrə başlanılmış cinayət təqibinə xitam verilməsi barədə və hər hansı bir qərar çıxarmamış, rəsmi cavab, qərar, məlumat vermədən, özünün qulluq mövqeyindən irəli gələn hüquqi dəlillərlə əsaslandıraraq, qeyriaşkar üsullarla iş materialını Sabunçu RPİ-nin istintaq şöbəsinə göndərmişdir. Cavabdeh1 12 saylı PB-nin təhqiqatçısı Ramin Güləliyevin qərəzli hərəkətindən (hərəkətsizliyindən) sui-istifadə edərək, 4 illik əməyini və zəhmətini itirərək Yasamal Rayon Məhkəməsinin icraatındakı mülki işdən onu kənarlaşdırmaq və borclu cavabdeh Qazax filialı tərəfindən ödənilməmiş pul məbləğlərini təkcə özünün alması üçün Cavabdeh2 verdiyi etibarnaməsini ləğv etdirməyə məcbur etmişdir. Bununla da cavabdeh X35 özü-özünə sübut edib ki, bu mülki işə görə 4 il ərzində xərclədiyi 5000 manat məbləğindən qalan 1800 manat məbləğində borcu vermək istəmədiyi və ona çatası pul məbləğini tamahkarlıqla zəhmətsiz gəlir əldə etmək və əsassız varlanmaq məqsədilə yalnız öz payını artırmaq üçün bacısı X5 iradəsinin həyata keçirilməsinə maneçilik törətmiş və Cavabdeh2 İddiaçı verdiyi etibarnaməsini məcburən ləğv elətdirmişdir. Buna görə və həm də daşları tərpənmiş böyrəklərindən müalicə aldığı üçün xx.xx.2017-ci il tarixə saat 15:30a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmiş və Yasamal Rayon Məhkəməsinin son qərardadını xx.xx.2017-ci il tarixdə ala bilmişdir. Cavabdeh2 da məhkəmənin xx.xx.2017-ci il tarixli iclasında iştirak etməmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 4849/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə qətnamənin məcburi icra olunması, hər gecikdirilən gün üçün əlavə 1% ödənilməsi və 4 il ərzində çəkdiyi zəhmətin əvəzində zəhmət haqqının alınıb ona verilməsinə dair iddia tələbi baxılmamış saxlanılmışdır. Cavabdehlər Bakı Dövlət Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının iddiaçı X16 xx.xx.2012-ci il tarixdən əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa olunmasına dair əsaslı və qanuni iddiasına qarşı 1 ay əvəzinə 5 il ərzində vicdansızcasına mübahisə etdiyini, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə, habelə qətnamənin icra olunmasına ardıcıl surətdə maneçilik törətdiyini nəzərə alaraq, iddiaçı X16 nümayəndəsi İddiaçı iş vaxtının itirilməsinə və göstərdiyi hüquqi yardıma görə əmək haqqı əvəzində 5000 manat məbləğində pul vəsaitinin cavabdehlər Bakı Dövlət Universitetindən və Bakı Dövlət Universitetinin Qazax filialından tutulub, ona ödənilməli idi. Cavabdeh- Qazax filialı da həmin mülki iş üzrə nümayəndəyə və vəkilə göstərdiyi hüquqi yardıma görə xərcləri və əlavə 1% ödənci ödəməyib. Odur ki, cavabdeh Qazax filialına qarşı 5000 manat zəhmət haqqının və Cavabdeh1 və Cavabdeh2 qarşı ona vurulmuş maddi-mənəvi ziyanın əvəzində 10000 manat ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə xx.xx.2017-ci il tarixdə müraciət etmiş, lakin dövlət rüsumunun qəbzi əlavə edilmədiyinə və Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü iddia tələbləri ayrı icraatda verilməli olduğuna görə iddia ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi Abbas Hüseynov qərəzli olaraq, həmin mülki iş üzrə onu telefonla çağırmış, 2017-ci ilin iyul ayında bir neçə dəfə qəbul etmiş, iş materialını və təhqiqatçının hər hansı bir qərarını ona göstərmədən söhbətlər etmiş, heç nə yazmamış və ona da heç nə yazdırmamış, ləğv edilmiş etibarnamənin iş materialına əlavə olunduğunu bildirsə də, ona göstərməmiş, başlanılmış cinayət təqibinə xitam verilməsi barədə və hər hansı bir qərar çıxarmamış, ona verməmiş və heç bir rəsmi cavab, məlumat vermədən, özünün qulluq mövqeyindən irəli gələn hüquqi dəlillərlə əsaslandıraraq, qeyri-aşkar üsullarla iş materialını Bakı şəhəri Nəsimi RPİ-nin istintaq şöbəsinə xəlvətcə göndərmişdir. Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Rasim Məmmədov qərəzli olaraq, həmin mülki iş üzrə başlanılmış cinayət təqibinə xitam verilməsi barədə hər hansı bir qərar çıxarmamış, ona verməmiş və telefonla eynən müstəntiq Abbas Hüseynov kimi ona əsassız zənglər etmişdir. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Tağı Tağıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmış, qərəzli olaraq bu mülki işi cinayət hadisəsi adlandırmış, barəsində məcburi gətirilmə, axtarış və polisin nəzarətinə vermə, sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməklə ölkədən çıxışıma məhdudiyyət qoyulma barədə əsassız və qanunsuz qərarlar çıxarmışdır. Nəsimi RPİ-nin İŞ-də toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı xx.xx.2020-ci il tarixdə çıxarmış, ona verilməmişdir. O, təhqiqatçı Ramin Güləliyevin, müstəntiq Abbas Hüseynovun, müstəntiq Rasim Məmmədovun və Tağı Tağıyevin qərəzli, əsassız və qanunsuz hərəkətlərindən prokurora şikayət vermişdir. Ona görə də Cavabdeh1 Sabunçu RPİ-nə, 12 saylı PB-nə və Nəsimi RPİ-nə tamahkarlıqla zəhmətsiz gəlir əldə etmək və əsassız varlanmaq məqsədilə, iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan, böhtan və təhqiredici məlumatlarla əsassız və qanunsuz şikayət verdiyi və Cavabdeh2 təzyiqi ilə ona verdiyi etibarnaməni ləğv etməsini, məhkəmənin xx.xx.2017-ci il tarixli iclasından iddiaçının kənarlaşdırmalarını və onun mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunmalı olduğunu nəzərə alaraq, iddiaçı X16 nümayəndəsi İddiaçı 4 il ərzində iş vaxtının itirilməsinə və göstərdiyi hüquqi yardıma görə zəhmət haqqı əvəzində 5000 manat, dövlət rüsumuna görə 30 manat və mənəvi ziyana görə 5000 manat olmaqla cəmi 10030 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya ödənilməsinə, Cavabdeh1 12 saylı PB-nə iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan, böhtan və təhqiredici məlumatlarla əsassız və qanunsuz şikayət verdiyi və Cavabdeh2 20 il müddətinə verdiyi etibarnaməni onun təzyiqi ilə həmin şikayətə əsasən ləğv etdiyini, məhkəmənin xx.xx.2017-cı il tarixli iclasından onu əsassız kənarlaşdırdığını, həmin şikayətin və ləğv edilmiş etibarnamənin Bakı şəhəri Sabunçu RPİ-nə, Nəsimi RPİ-nə, Nəsimi rayon prokurorluğuna, Bakı şəhər prokurorluğuna, AR Baş Prokurorluğuna, Yasamal rayon məhkəməsinə və bütün Azərbaycana yayıldığını nəzərə alaraq, böhtan və təhqiredici yalan məlumatın təkzib edilməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tapşırılması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyib, ilk iddia ərizəsinin və məhkəməyə təqdim etdiyi etirazının məzmunu ilə eyni məzmunlu izahat verib Cavabdeh1 zəhmət haqqını verməkdən imtina etmək məqsədilə gec verdiyi qərəzli, əsassız və qanunsuz qarşılıqlı iddia ərizəsindəki halların Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-27/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmədiyini və habelə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini 20 gün əvəzinə 6 il ötürməklə verdiyini nəzərə alaraq, iddia müddəti tətbiq edilməklə rədd edilməsinə, zəhmət haqqının əvəzində 5000 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 5000 manat olmaqla cəmi 10030 manat məbləğində pul vəsaitinin xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək hər il üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsinə, vəzifə səlahiyyətlərindən suiistifadə edərək xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq, sui-qəsd nəticəsində onda posttravmatik stress pozuntusu yarandığına, səhhətinə çox pis təsir etməsinə nail olduğuna görə Cavabdeh1 10000 manat məbləğində təzminat pulunun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh1 Azərbaycan Müəllimlər İnstitutunun Qazax Filialında laborant vəzifəsində işləmiş bacısı mərhum X25 işdən azad edilməsi barədə əmrdən şikayət vermək üçün Elxanın tanışı D.Quliyev vasitəsi ilə cavabdeh İddiaçı ilə tanış olmuş, cavabdeh həmin vaxt ona nümayəndə qismində məhkəməyə ərizə yazıb onları təmsil edə biləcəyini bildirmiş, bunun üçün 500 manat pul istəmişdir. Cavabdeh1 həmin pulu məhkəmə prosesi ərəfəsində verə biləcəyini bildirmiş və cavabdeh bununla razılaşmışdır. Bacısının işə bərpa edilməsi ilə bağlı iddia tələbinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış və məhkəmə iddianı təmin etməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qarşı tərəf həmin qətnamədən kassasiya şikayəti vermişdir. Həmin ərəfədə cavabdeh vəkil olmadığı üçün məhkəmədə iştirak edə bilməyəcəyini, 500 manat müqabilində bu işə vəkil tapa biləcəyini demiş, Elxan həmin məbləği yaşadığı Bakı şəhəri Binəqədi rayonunda yerləşən evində ona vermişdir. Lakin Ali Məhkəmədə işə baxılarkən məhkəmə prosesi zamanı vəkil iştirak etməmiş, bu barədə cavabdehdən soruşduqda sonuncu prosesdə özünün çıxış edəcəyini bildirsə də, məhkəmə prosesində iştirak etməmişdir. Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnaməyə əsasən bacısına məcburi işburaxmaya görə ümumilikdə 5254 manat əmək haqqı və mənəvi zərər görə 1000 manat təzminat ödənilməsi qət edilmişdir. X8 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, icra sənədi icra edilərkən onlara əgər bank hesabı varsa pulu hesaba köçürə biləcəkləri deyilmişdir. Cavabdeh onlara Azərbaycan Beynəlxalq Bankı ASC-də özünə məxsus bank hesabı olmasını, əgər həmin pullar oraya köçürülərsə, o bu vəsaiti onlara təqdim edə biləcəyini demişdir. Onlar etiraz etməmiş və pulların İddiaçı məxsus hesaba köçürülməsinə razılıq vermişlər. Həmin ilin martın 13-də ilkin olaraq cavabdehin hesabına 1018 manat pul köçürülmüş, 03 və 14 aprel tarixlərdə də İddiaçı hesabına hər dəfə bu qədər vəsait mədaxil edilmişdir. Buna baxmayaraq cavabdeh onlara bu barədə heç bir məlumat verməmiş, Elxan bu barədə maraqlandıqda bildirilmişdir ki, artıq mart və aprel ayının pulları İddiaçı bank hesabına köçürülmüşdür. Elxan cavabdehlə görüşəndə hələ pulun hesabına köçürülmədiyini demişdir. Elxan isə onun yalan danışdığını, pulun artıq hesabına köçürüldüyünü bildirmişdir. Elxanın etirazından sonra cavabdeh aprel ayında bank vasitəsilə bacısının əri Cavabdeh2 ünvanına 1000 manat pul göndərmişdir. Lakin sonradan o, 6254 manatın may ayının sonuna kimi İddiaçı hesabına köçürülməsini Əsgərdən soruşduqda o, əvvəlcə pulun köçürülmədiyini bildirsə də, onun təkidindən sonra etiraf etsə də qalan 3254 manatı cavabdeh qaytarmaqdan imtina etmişdir. Cavabdehin Elxana və Cavabdeh2 qarşı qaldırdığı iddia tələbi tamamilə əsassızdır, formal mülahizələrdən ibarətdir, cavabdeh həmin vaxt zəhmət haqqını əldə etmiş, həmçinin göstərdiyi dəlillərlə bağlı hər hansı bir sübut da əlavə etməmişdir. Ona görə də cavabdeh İddiaçı 3254 manatın 2017-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək hər il üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq hesablanıb ödənilmiş 53 manat dövlət rüsumu ilə birlikdə Cavabdeh1 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edib qarşlılqı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 57. İ.Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-4849/2017 saylı qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdehlər Bakı Dövlət Universitetinə və Bakı Dövlət Universitetinin Qazax filialına qarşı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1267/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin dərhal icra olunması və habelə hər gecikdirilmiş gün üçün əlavə 1% ödənc verilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-8299/2017 saylı qərardadından müəyyən olunur ki, İddiaçı cavabdehlər Bakı Dövlət Universitetinə, Bakı Dövlət Universitetinin Qazax filialına, Cavabdeh1 və Cavabdeh2 qarşı göstərilmiş hüquqi yardıma görə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-8299/2017 saylı qərardadından müəyyən olunur ki, İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-8299/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməyərək şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)- 12648/2017 saylı qərardadından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-8299/2017 saylı qərardadından verdiyi şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 12648/2017 saylı qərardadından müəyyən olunur ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Apellyasiya Məmhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)- 1267/2016 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X25 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5488/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək X16 tutduğu vəzifədən azad edilməsi barədə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının xx.xx.2012-ci il tarixli 3/126 saylı əmrinin etibarsız hesab edilməsi, onun Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında laborant vəzifəsinə bərpa edilməsi, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən xx.xx.2012-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçı X20 ödənilməsi, cavabdeh Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialından mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X20 ödənilməsi qət edilmişdir. X36, İddiaçı və X26 tərəfindən tərtib olunaraq imzalanmış, xx.xx.2017-ci il tarixdə Qazax rayonu notariat ofisinin reyestrində 7E-1932 nömrəsi ilə qeyd edilmiş aktın surətindən müəyyən olunur ki, onlar xx.xx.2017-ci il tarixdə saat 16:04 radələrində Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh2 yaşadığı evə getmiş, İddiaçı X3nın xx.xx.2012-ci ildən 1(31).12.2016-cı ilədək 51 aylıq amak haqqından yalnız 6250 manatın Bakı şəhəri Yasamal Rayon Məhkəməsində məcbuetməyə dair iddia qaldırdıqdan sonra hissə-hissə köçürüldüyünü həmin puldan 3000 manat Cavabdeh2 bankla göndərdiyini, 3200 manatı isə bu mülki işə görə borc aldığı şəxsə qaytardığını demiş, Cavabdeh2 3000 manat pulu bankdan aldığını təsdiq etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin son qərarı ilə 51 aylıq əmək haqqı məbləği tam dəqiqləşdirildikdən, hesablandıqdan və köçürüldükdən sonra İddiaçı ilə hesablaşacaqlarını bildirərərk razılaşmışlar. X11 xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı Asan xidmət notariat ofisinin reyestrində 7E- 41637 nömrəsi ilə qeyd edilmiş ərizəsinin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanda yaşayan, X43 qəzeti redaksiyasında hüquq şöbəsinin müdiri varifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının hüququ pozulmuş digər vətəndaşları ilə yanaşı ona da hüquqi yardımlar etmişdir. Buna görə də o, X16 mülki işi ilə əlaqədar olaraq İddiaçı həqiqətən 4 il ərzində 3200 manat məbləğində pulu borca verməklə kömək etmişdir. Çünki Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında X17 əvvəlki işinə bərpa olunması və əmək haqqının alınmasına dair mülki işinə məhkəmələrdə baxılmasında İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndə kimi iştirak etmişdir. İddiaçı deməsinə görə X25 özü və qohum-qardaşı pulu olmadığı üçün ona nəğd pul verməmiş, amma həmin işin sonunda X25 alacağı əmək haqqını onunla yarı böləcəyinə söz vermişdir. X16 əvvəlki işinə bərpa olunması və əmək haqqının alınmasına dair mülki işini onun xeyrinə uğurla həll edilməsinə nail olması, məhkəmə iclaslarında vaxtında iştirak etmək üçün taksi ilə hərəkət etməsi, yazışması, qətnamənin icra olunması üçün Bakı Qazax və Ağstafa şəhərlərinə dəfələrlə getməsi-gəlməsi üçün xx.xx.2013-cü ildən xx.xx.2017-ci ilədək İddiaçı o, 16 dəfǝyǝ hər dəfə 200 manat olmaqla, cəmi 3200 manat məbləğində pulu borca vermişdir. İddiaçı 3200 manat borcunu ona xx.xx.2017-ci il tarixdə qaytarmışdır. Lakin, 250 manat məbləğində pul borcu qalmışdır. Belə ki, X16 mülki işindən əlavə İddiaçı kreditlə aldığı noutbuk kompyuter avadanlığının aylıq 250 manat borcunu xx.xx.2017-ci il tarixdə mağazaya ödəyə bilmədiyi üçün xx.xx.2017-ci il tarixdə ondan borca pul istəmiş, o, 250 manat pulu borca vermişdir. İddiaçı iyul ayının kredit pulunu ödəmişdir. Odur ki, İddiaçı ona 250 manat məbləğində pul borcu qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 082-42706 saylı məktubundan müəyyən olunur ki, İddiaçı Nəsimi RPİ-nin İstintaq şöbəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə əlaqədar istintaq müddətində sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməklə, ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 082-42923 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 ərizəsi əsasında Nəsimi RPİ-nin İstintaq şöbəsində toplanmış material üzrə ibtidai araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nəsimi RPİ-nin xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 şikayət ərizəsi əsasında toplanan material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Nəsimi RPİ-nin xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, İddiaçı şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Nəsimi RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Nəsimi RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Nəsimi RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Nəsimi RPİ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Nəsimi RPİ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Nəsimi RPİ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Nəsimi RPİ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Nəsimi RPİ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Nəsimi RPİ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-294/2021 saylı qərarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-c maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-294/2021 saylı xüsusi qərarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı xüsusi qərarın təsviri hissəsində göstərilən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi X27 yol verdiyi qanun pozuntuları barədə təsirli tədbirlərin görülməsi üçün hazırkı xüsusi qərarın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-27/2022 saylı qərarından müəyyən olunur ki, İddiaçı əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət təqibindən imtina olunduğundan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Ağstafa rayon Dağ-Kəsəmən kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1993cü il tarixli Vİ-JQ № 298331 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 ilə X25 xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrəsi ilə qeyd edilmişdir. X2 Ağstafa rayon notariat ofisinə yazdığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, X9, X14, X15 və X18 mərhum X16 vərəsələridir. Ağstafa rayon Dağ-Kəsəmən kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli AZ-İ 849541 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 xx.xx.2017-ci il tarixdə Ağstafa rayon Dağ-Kəsəmən kəndində ölmüşdür. Ağstafa rayonu notariat ofisində xx.xx.2017-ci il tarixdə reyestrdə 2V-36 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)- 1267/2016 saylı qətnaməsinə əsasən Qazax rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarına, xx.xx.2016-cı il taixli bildirişinə və Bakı Dövlət Universitetinin Qazax filialının xx.xx.2016-cı il tarixli 3/71 saylı əmrindən şıxarışına əsasən mərhum X20 verilmiş 1000 manat nəğd pul vəsaitindən və 2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 51 aylıq çarəsizlikdən məcburi işburaxma müddəti üçün əmək haqqından ibarət miras əmlakdan X9 pay almaldır. Gəncə Asan xidmət mərkəzi notariat ofisində xx.xx.2017-ci il tarixdə reyestrdə 7E- 5807 nömrəsi ilə qeyd edilmiş X10 razılıq ərizəsinin surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli 2(103)-1267/2016 saylı icra sənədinin tam icra edilməsi, yəni xx.xx.2012-ci il tarixdən başlayaraq X3 işə bərpa edildiyi xx.xx.2016-cı (xx.xx.2016-cı) il tarixədək 51 aylıq işsizlikdən məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq və mənəvi zərərin əvəzi 1000 manat məbləğində pul vəsaitinin Qazax rayon İcra şöbəsi tərəfindən borclu Bakı Dövlət Universitetinin Qazax filialının bank hesabından məcburi qaydada tutularaq xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X16 vərəsəsinə, etibarnamə üzrə nümayəndə vasitəsilə ödənilməsini təmin etmək üçün atası Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə onun heç bir etirazı olmamışdır. Ağstafa rayonu notariat ofisində xx.xx.2017-ci il tarixdə reyestrdə 7E-1031 nömrəsi ilə qeyd edilmiş X6 ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2017-ci ildə vəfat etmiş mərhum anası X16 adına miras qalan pula dair vərəsəliyi qəbul etməmiş, mirasdan atası Cavabdeh2 xeyrinə imtina etmiş, bununla əlaqədar məhkəməyə müraciət etməyəcək, gələcəkdə də heç bir iddiası və tələbi olmayacaqdır. Ağstafa rayonu notariat ofisində xx.xx.2017-ci il tarixdə reyestrdə 7E-1032 nömrəsi ilə qeyd edilmiş X7 ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2017-ci ildə vəfat etmiş mərhum anası X16 adına miras qalmış pula dair vərəsəliyini qəbul etməmiş, mirasdan atası Cavabdeh2 xeyrinə imtina etmiş, bununla əlaqədar məhkəməyə müraciət etməyəcək, gələcəkdə də heç bir iddiası və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2281 saylı məktubunun surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Fuad İsmayılov tərəfindən müayinə olunmuş İddiaçı posttravmatik stress pozuntusu F43.1 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddia ərizəsində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan ilk İddiaçı cavabdehlərin onun barəsində müxtəlif orqanlara işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan, böhtan və təhqiredici məlumatlarla müraciət etmələrini bildirsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hər iki tərəf dövlət orqanlarına müraciət etmək hüquqlarından istifadə etmiş, həmin müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilmiş, belə müraciətlər isə şəxsin işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan, böhtan və təhqiredici məlumatlar olaraq qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, İddiaçı ona Cavabdeh2 tərəfindən verilən etibarnamənin sonuncuya təsir nəticəsində ləğv edilməsini iddia etsə də, bu halı təsdiq edəcək hər hansı bir sübuta malik deiyldir. Yuxarıda istinad olunan maddi hüquq normasının tələbinə əsasən isə etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma isə əhəmiyyətsizdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, İddiaçı 4 il ərzində iş vaxtının itirilməsinə və göstərdiyi hüquqi yardıma görə zəhmət haqqı əvəzində cavabdehlərin ona 5000 manat verməli olduqlarını iddia etsə də, bu halı da təsdiq edəcək hər hansı bir sübuta malik deyildir. Belə ki, ilk iddiaçı şəxsən cavabdehlərə hansı hüquqi xidməti göstərməsini, tərəflər arasında bu barədə razılaşmanın olmasını, cavabdehlərin bu iddiaçı qarşısında öhdəliklərinin yaranmasını müəyyən edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə İddiaçı mənəvi ziyan, təzminat tələbi ilə bağlı qeyd edir ki, İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsinə, bunların cavabdehlərin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehlərin hərəkətləri ilə vurulması iddia edilən və İddiaçı tərəfindən cəmi 15000 manat dəyərində qiymətləndirilmiş mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia ərizəini bu hissədə də, əsassız hesab edib təmin etmir. Məhkəmə ilk İddiaçı iddia tələbləri ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlir ki, iddia ərizəsində istinad etdiyi halları iddiaçı sübuta yetirə bilmədiyindən ilk iddia ərizəsi tam həcmdə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib qeyd edir ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etdiyi tələb üzrə subyektiv hüquqa malik olmadığından qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Belə ki, araşdırma zamanı müəyyən olumuşdur ki, Cavabdeh1 mərhum X8nın mirası qəbul edən yeganə vərəsəsi olan əri X1 rayonu notariat ofisi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş reyestr nömrəsi 2V-36 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-1267/2016 saylı qətnaməsi ilə Qazax rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarına, xx.xx.2016-cı il taixli bildirişinə və Bakı Dövlət Universitetinin Qazax filialının xx.xx.2016-cı il tarixli 3/71 saylı əmrindən şıxarışına əsasən mərhum X20 verilmiş 1000 manat nəğd pul vəsaitindən və 2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 51 aylıq çarəsizlikdən məcburi işburaxma müddəti üçün əmək haqqından ibarət miras əmlakı qəbul etmişdir. Məhkəmə ilk İddiaçı qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 irəli sürdüyü tələb üzrə subyektiv hüququ olmadığından, mövcud olmayan hüququn pozulması, pozulmayan hüquqa iddia müddətinin tətbiqi mümkün deyildir. Ona görə də iddia müddətinin tətbiqi barədə ərizə təmin edilmir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, hər bir iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlə Cavabdeh1 və Cavabdeh2 qarşı göstərdiyi hüquqi yardıma görə 5000 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 5000 manat olmaqla cəmi 10030 manatın xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək hər il üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasına, 12 saylı PB-nə işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan, böhtan və təhqiredici məlumatlarla əsassız və qanunsuz şikayət verdiyinə, Cavabdeh2 etibarnaməsini ləğv etdirməsinə, əsassız məhkəmə iclasından kənarlaşdırılmasına onun barəsində məlumatları yayılmasına görə böhtan, təhqiredici, yalan məlumatın təkzib edilməsinin Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsinə, Cavabdeh1 10000 manat təzminatın tutulmasına dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 3254 manatın 2017-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək hər il üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq hesablanaraq ödənilmiş 53 manat dövlət rüsumu ilə birlikdə tutulmasına dair qarşlıqlı iddia ərizəsi qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar