Məhkəmə qərarları › İş №2(001)-400/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-400/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-400/2023 17.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər ünvan notariat ofisinə, Cavabdeh4, Cavabdeh2 Oqtay qızına və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər ünvan notariat ofisinə, Cavabdeh4, Cavabdeh2 Oqtay qızına və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı 1973-cü ildə X24 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından 5 övladı olmuş, X24 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. O.M.Həsənov vəfat etdikdən sonra ondan miras əmlak olaraq Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 19 saylı evin 9 saylı mənzili, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və Mercedes Benz-180 minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı əmlaklar qalmışdır. Mərhum X2 Təhminə Əlisəfa qızından əvvəl də başqa qadınla ailə həyatı qurmuş və onun həmin nikahından Cavabdeh4 və Yusubova (Həsənova) Raya Oqtay qızı adlı övladları olmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaklardakı payını müəyyən etmək üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Lakin bu qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6653/2015 saylı qətnaməsilə apellyasiya şikayəti təmin edilmiş və İddiaçı Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və Mercedes Benz-180 minik markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/2 hissədə mülkiyyət hüququ müəyyən edilmişdir. Bu qətnamə qanuni qüvvəyə minsə də, uzun müddət iddiaçı xəstəliyi ilə əlaqədar bu qətnamənin icrası ilə maraqlanmamışdır. Lakin bu yaxınlarda Cavabdeh4 İddiaçı qarşı daşınmaz əmlakdakı payların naturada bölünməsi barədə məhkəməyə iddia ərizəsi verərkən iddiaçıya məlum olmuşdur ki, bu əmlaklarla əlaqədar ünvan notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamələr verilərkən onu bu əmlakdakı payı nəzərə alınmamış, şəhadətnamələrdə bütün əmlakın X4na məxsus olması müəyyən şdilmişdir. Bu məlumatı aldıqdan sonra o, ünvan notariat ofisinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini təqdim etmişdir. Lakin notarius bu şəhadətnamələrin yalnız məhkəmə qaydasında ləğv edilməsinin mümkün olmasını iddiaçıya bildirmişdir. Hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən, ləğv edilməlidir. Ona görə də ünvan notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-99 saylı, xx.xx.2018-ci il tarixli 2V-41 saylı, xx.xx.2018-ci il tarixli 2V-42 saylı, xx.xx.2021-ci il tarixli 2V-157 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrin və bu şəhadətnamələr əsasında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair Cavabdeh4 Oktay qızının və Cavabdeh3 Oktay qızının adına DƏDR tərəfindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh4 iddia tələbinə iddia müddətinin təbiq olunması barədə vəsatətindən müəyyən olunur ki, onun mərhum atası X13 ölümündən sonra cavabdehlərdən X5, X23, X18, Cavabdeh3, X14 və atasının həyat yoldaşı olmuş şəxs İddiaçı Əlisafa qızı onlara miras əmlakları öz adlarına qanunsuz rəsmiləşdirmək üçün vərasəlik şəhadətnaməsi verilməsi ilə bağlı ilk öncə ünvan notariat kontoruna müraciət etmiş, lakin 20 saylı notariat kontoru 3 aylıq müddəti ötürmələrini, müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmələrini bildirərək onlara imtina vermişdir. Sonra cavabdehlər X5, X23, X18, Cavabdeh3, X14 və İddiaçı Əlisafa qızı 3 saylı Bakı Asan xidmət mərkəzinin notariat kontoruna müraciət etmiş, notariat kontoru digər vərəsə olaraq onun və iş üzrə digər cavabdeh X7 qanun üzrə vərəsə olmalarını nəzərə almadan X5, X23, X18, Cavabdeh3, X1 Təhminə Əlisafa qızının adına öz paylarından imtina etmiş və İddiaçı qanunsuz olaraq verilmiş vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 19 saylı evin 9 saylı mənzilinə, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən çıxarış və Mercedess Benz-180 minik marakalı **-UN-*** dövlət nömrə nişanlı avtomobilə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. O, Cavabdeh4 və Cavabdeh2 Oqtay qızı iş üzrə cavabdehlərə və 3 saylı Bakı Asan xidmət mərkəzinin notariat kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qanun üzrə verilmiş vərəsəlik şəhadətnamələrin, həmin şəhadətnamələrin əsasında verilmiş çıxarışların, eləcədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi bütövlükdə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-528/2016 saylı qətnaməsinə əsasən onun və iş üzrə digər cavabdeh Yusubova (Həsənova) Sevinc Oqtay qızının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ünvan notariat kontoruna tapşırılması qət edilmişdir. Digər cavabdehlər tərəfindən həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə verilən kassasiya şikayətləri Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 19 saylı evin 9 saylı mənzili, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq səhəsi və Mercedess Benz-180 minik marakalı **- UN-*** avtomobil mərhum ataları X10 onlara miras qalmış və həmin əmlaklara dair cavabdehlərlə bərabər ona vərəsəlik şəhadətnaməsi verilərək hər birinin payı 1/7 hissədə müəyyənləşdirilmiş, həmin əmlaklara dair ona DƏDRX-dən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-528/2016 saylı qətnaməsinə əsasən atası X13 vərəsəsi kimi o, xx.xx.2018-ci ildə ünvan notariat ofisi tərəfindən Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 19 saylı evin 9 saylı mənzilinə, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq səhəsinə və Mercedess Benz-180 minik marakalı **-UN-*** avtomobilinə miras əmlakından 1/7 hissədə pay almışdır. Buna baxmayaraq iş üzrə iddiaçı və onun qızları X5, X23, X18, Cavabdeh3, X14 və İddiaçı Əlisafa qızı ona həmin əmlaklardan istifadə etməyə imkan vermədikləri üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1/7 hissədə mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 19 saylı evin 9 saylı mənzilinin və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsinin aralarında naturada bölünərək ayrılması, bölünməsi mümkün olmadıqda 1/7 hissədə mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 19 saylı evin 9 saylı mənzilinin və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsinin və atasından miras qalmış və vərəsəlik şəhadətnaməsi əsasında 1/7 hissədə payı olan Mercedess Benz-180 minik marakalı **-UN-*** avtomobilinin də açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaitinin aralarında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, hal-hazırda həmin iş Binəqədi Rayon Məhkəməsinin icraatındadır. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi onun iddia ərizəsinin təmin edilməməsidir. xx.xx.2017-ci il tarixdən, yəni onların 3 saylı Bakı Asan xidmət mərkəzinin notariat kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanun üzrə verilmiş vərəsəlik şəhadətnamələrinin, həmin şəhadətnamələrin əsasında verilmiş çıxarışların, eləcə də nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair qətnaməsi çıxandan məlum idi ki, onlara şəhadətnamə vermilmişdir. Əgər iddia ərizəsində göstərdiyi kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onun Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 06 ha torpaq sahəsindən və Mercedess Benz 180 minik markalı **-JN-*** qeydiyyat nişanlı avtomobil üzərində ½ hissədə mülkiyyət hüququ müəyyənləşdirilmişdirsə niyə bu müddət ərzində yəni artıq 5 ilə yaxın müddət ərzində onlara verilən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması və həmin əmlaklarda payının müəyyən olunması barədə məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi iddiaçının 3 saylı Bakı Asan xidmət mərkəzinin notariat kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qanun üzrə verilmiş vərəsəlik şəhadətnamələri, həmin şəhadətnamələrin əsasında verilmiş çıxarışların, eləcə də nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə Ali Məhkəmənin yekun qərarının olmasından və onlara xx.xx.2018-ci il tarixdə həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsindən məlumatı olduğu halda təxminən 5 il müddət keçdikdən sonra məhkəməyə müraciət edərək vərəsəlik şəhadətnamlərinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. İddiaçı hazırkı iddia ərizəsini xx.xx.2018-ci il tarixdən sonra, yəni vərəsəlik şəhadətnaməsi onlara verildiyi gündən 1 il müddətinə məhkəməyə müraciət etməli olduğu halda o, təxminən 5 il müddət keçdikdən sonra məhkəməyə müraciət edərək müddəti ötürərək vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişdir. Ona görə də İddiaçı Əlisafa qızının ona, Bakı şəhər 20 saylı notariat ofisinə və X15 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə, birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi barədə iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsini qəbul etməyib, vəsatətinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, mirasda olan payından imtinası məhkəmənin qətnaməsinə əsasən ləğv olunmuş, daha sonra o, notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, hamı kimi onunda miras əmlakda 1/7 hissədə payı müəyyən edilmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər ünvan notariat ofisinə və Cavabdeh2 Oqtay qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh ünvan notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayədəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh2 Oqtay qızı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər ünvan notariat ofisinin nümayəndəsinin və Cavabdeh2 Oqtay qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Maddə 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. AB N 002463 saylı xx.xx.2007-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Mercedes Benz-180 minik markalı Sedan tipli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil X13 mülkiyyətindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-7122D KOD 00400026 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ 159346 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X24 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü tarixdə 107 saylı akt qeydi tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ № 721874 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 216 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)- 6653/2015 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək İddiaçı Əlipaşa qızının Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və Mercedes Benz 180 minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 1/2 payda mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 67/31746 saylı məktubundan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-6653/2015 saylı qətnaməsindən kassasiya şikayəti verilmədiyindən xx.xx.2015-ci il tarixli qətnamə Azərbaycan Respublikası MPM-nin 393-cü maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6653/2015 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə icra vərəqəsi verilərək, icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında xx/xx-7024-1 saylı, xx.xx.2016-cı il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. ünvan notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli reyestrdə 2V-41 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi Cavabdeh4 miras əmlakdan 1/7 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə X17 verilmiş seriya nömrəsi JN:712D, Kod:00400026 olan şəhadətnaməyə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. ünvan notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli reyestrdə 2V-42 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi Cavabdeh4 miras əmlakdan 1/7 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş 10.043.2007-ci il tarixli AB002463 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020181F530891, mühərrikin nömrəsi **********9230 və buraxılış ili 1996 olan Mercedes Benz C180 minik markalı **-UN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. ünvan notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli reyestrdə 2V-99 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi qızı X19 miras əmlakdan 1/7 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə X17 verilmiş seriya nömrəsi JN:712D, Kod:00400026 olan şəhadətnaməyə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. Göstərilən miras əmlakın 1/7 hissəsinə xx.xx.2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras əmlakın qalan 5/7 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. ünvan notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrdə 2V-157 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi Cavabdeh3 miras əmlakdan 1/7 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DT və XK tərəfindən xx.xx.2003-cü il tarixdə X17 verilmiş seriya nömrəsi JN:7122D Kod:00400026 olan şəhadətnaməyə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın 2/7 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, qalan 4/7 hissəsi açıq saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 0,06 ha torpaq sahəsinin 1/7 hissəsinə Cavabdeh3 xx.xx.2022-ci il tarixdə, 1/7 hissəsinə Cavabdeh4 Oktay qızının xx.xx.2022-ci il tarixdə, 5\7 hissəsinə X16 xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3468\2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək ünvan notariat kontoru tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-2597 № ilə qeydiyyata alınmış Cavabdeh3 miras əmlakdan ona çatası paydan bacısı X6 xeyrinə imtina edilməsi barədə ərizəsi və Bakı şəəhəri 20 saylı notariat kontoru tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-2556 № ilə qeydiyyata alınmış X8 miras əmlakdan ona çatası paydan bacısı X9 xeyrinə imtina edilməsi barədə ərizəsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)- 6653/2015 saylı qətnaməsi ilə İddiaçı Əlipaşa qızının Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində və Mercedes Benz 180 minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobildə ½ payda mülkiyyət hüququ müəyyən edilsə də, ünvan notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixli 2V-41 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli 2V-42 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli 2V-99 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli 2V-157 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və Mercedes Benz 180 minik markalı **- UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin miras qoyanın paylı mülkiyyətində olması nəzərə alınmamış, nəticədə iddiaçının həmin əmlaklara dair mülkiyyət hüquqlarına müdaxilə olunmuşdur. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Belə ki, Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh4 ünvan notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Cavabdeh4 ünvan notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. X11 ünvan notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Cavabdeh3 ünvan notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-157 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 0,06 ha torpaq sahəsinə dair Cavabdeh3 və Cavabdeh4 Oktay qızının adına mülkiyyət hüquqlarının qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışlar ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar