Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4017/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə ödənilməli olan lakin ödənilməmiş 1065 manat pulun və ödənilməmiş 32 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki fərdi qaydada qızılların alqı-satqısı ilə məşğul olur. Cavabdeh isə özünü ona Bakı şəhəri 100 nömrəli məktəbdə müəllimə kimi fəaliyyət göstərdiyini bildirmişdir. Cavabdeh ilə münasibətləri 2022-ci ilin sentyabr ayında yaranmışdır. Belə ki, Cavabdeh ondan sentyabr ayında ümumi dəyəri 1365 manat dəyərində qızıl aksesuarlarını alıb yaxın bir müddət ərzində yəni, guya məktəbdə qarşıdan gələn müəllimlər günü münasibəti ilə məktəbdə işləyən digər müəllimələrin qızıl isdədiklərini və bir-iki aya ödənişi qaytaracağı barədə şifahi şəkildə bildirmişdir. O da öz növbəsində həmin insanın söylədiyi məktəbdə işlədiyini nəzərə alaraq yaxın zaman ərzində ümumi dəyəri 1365 manat olan qızıl aksessuarlarını cavabdehin özünə vermişdir. Cavabdeh isə bugünə kimi dediyi müddət ərzində yalnız 310 manatı onun kart hesabına ödəmişdir. Söylədiyi müddət başa çatdıqdan sonra özündən pulu istəmək məcburiyyətində qalmışdır. Bu haqda aralarında olan telefon yazışmalarından da görmək olar. Cavabdeh isə öz növbəsində ona yalan vədlər verərək bu məsələni uzatmaq qərarına gəlmişdir. Və bugünə kimi 1365 manatdan yalnız 310 manatını ona ödəmişdir. Hazırda isə 1065 manat borcu qalmaqdadır. Cavabdeh pul isdədikdə lazımsız müxtəlif bəhanələrlə borcu verməkdən boyun qaçırmışdır. Özü ilə əlaqə saxlamaq mümkün olmadıqda cavabdehin oğlu anasının telefonunu açaraq “Birdə anamı narahat eləmə!” söyləyib daha sonra ona qarşı nalayiq ifadələrlə təhqir edib şəxsiyyətini alçaltmışdır. Cavabdeh isə istədiyi sadəcə olaraq geridə qalan 1065 manat olan pulun geri qaytarılması olmuşdur. Lakin müddətin bitməsinə baxmayaraq cavabdeh məbləğin bir hissəsini ödəmişdir. Geridə qalan 1065 manatı isə bugünə kimi ödəməmişdir. Bütün bunları nəzərə alaraq isə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini, iddiaçıya 1065 manat pul boclu olduğunu və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-yə yazdığı ərizə ilə bağlı Xurmayə adlı tanışından 1375 manat pulun alınması ilə bağlı göstərdiyi xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan, məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; Cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1065 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1065 (min altmış beş) manat məbləğində borc və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4017/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4017/2023
31.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver