Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4029/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi ilə, İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və X4 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti cavabdehlər Cavabdeh1 və X4 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək olaraq 1.205 manat məbləğində pul vəsaitnin və 30,40 manat dövlət rüsumunun iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində Cavabdeh1 ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X4 məxsus “Hyundai Sonata” minik markalı, **-SV-*** dövlət nömrəli nişanlı avtomobili idarəetmə hüququ olmadan (etibarnamə hadisədən sonra, yəni xx xxxxx 2019cu il saat 12:44-də əldə edilib) idarə edərkən yanlış manevr etmiş və nəticədə X2 idarə etdiyi “Mercedes Benz E270” minik markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuşdur. ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Məmişov X7 Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Mercedes Benz E270” minik markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobilə 1.205 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1467/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şahadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkən X5 1.205 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq nümayəndənin iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdelər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AD seriyalı 385200 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-SV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobil X3 mülkiyyətindədir; xx xxxxxx 2018-ci il tarixli sığorta nüqaviləsinin surətindən görünür ki, “Hyundai Sonata” minik markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat həcmində, sağlamlığıa vurulan zərərə görə isə 50.000 manat həcmində ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətində icbari sığorta növündə sığorta edilmişdir; xx xxxxxx 2018-ci il tarixli Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X6 özünə məxsus “Hyundai Sonata” minik markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini Cavabdeh1 etibar etmişdir. Etibarnamə xx xxxx 2019-cu il tarixədək qüvvədədir; xx xxxxx 2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir; xx xxxxx 2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; xx xxxxx 2019-cu il tarixli Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X6 (etibarnamə əsasında nümayəndəsi X8) özünə məxsus “Hyundai Sonata” minik markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini Cavabdeh1 etibar etmişdir. Etibarnamə xx xxxxx 2021-ci il tarixədək qüvvədədir; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx xxxxx 2019cu il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində X5 məxsus “Mercedes Benz E270” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hyundai Sonata” minik markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, bu barədə xx xxxxx 2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, hadisə nəticəsində əmlaka zərər vurulmuşdur; xx xxxx 2019-cu il tarixli əmlaka dair qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz E270” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri 1 ədəd stop – 120 manat, 1 ədəd bufer kant – 35 manat, 1 ədəd bufer xrom – 40 manat, 1 ədəd bufer – 360 manat, 1 ədəd stop altı bığ – 60 manat olmaqla, cəmi 615 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin qeyd olunan avtomobilin dəmirçi işinə - 260 manat, rəngsaz işinə - 250 manat, oboyşik işinə - 80 manat olmaqla cəmi 590 manat məbləğində vəsait hesablanmışdır. Ümumi məbləğ 1205 manat təşkil edir; xx xxx 2019-cu i tarixli İC AA 1467/19 saylı işə dair Sığorta aktından görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən 1.205 manat məbləğində sığorta ödənişinin X5 ödənilməsi qərara alınmışdır; xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən Cəlal Məmmədovun hesabına cəmi 1.205 manat məbləğində ödəniş köçürülmüşdür; İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış tələbnamədən görünür ki, cavabdehdən dəymiş zərərə görə 1.205 manat məbləğində vəsaitin 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; xx xxxxx 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxx 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə olmadan, X3 mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-SV-*** dövlət nömrəli nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz E270” minik markalı, **-SS-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə 1.205 manat məbləğində zərər dəymiş, həmin məbləğdə sığorta ödənişi ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkən şəxs X2 hesabına köçürülmüşdür. Göründüyü kimi, “Hyundai Sonata” minik markalı, **-SV-*** dövlət nömrəli nişanlı avtomobili sahibi – cavabdeh X9 həmin avtomobilin hadisə baş verən tarixdə etibarnamə olmadan, yəni hüquqazidd olaraq digər Cavabdeh1 tərəfindən idarə edilməsində təqsirli olması, sonuncu tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi və nəticədə üçüncü şəxsin əmlakına zərər vurulması iş materialları ilə təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdehlərin birlikdə məsuliyyət daşıması, iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehlərə qarşı iddia tələbi əsaslıdır və cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 1.205 manat məbləğində sığorta ödənişinin əvəzi X10 “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulmalııdr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu və ödəniş qəbzinə əsasən 0,4 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada iddiaçı X10 “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 1.205 (bir min iki yüz beş) manat məbləğində sığorta ödənişinin əvəzi X10 “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydadaX10 “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0.40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4029/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4029/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver