Məhkəmə qərarları › İş №2(001)-4033/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4033/2023

28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4033/2023 28.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə) miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpası tələbinə dair ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə, daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 qalan miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mərhum atası 10 may 1930-cu il tarixində anadan olmuş və xx.xx.1991-ci il tarixində dünyasını dəyişmiş X5 olaraq mərhum atasından qalan miras əmlak üzərində vərəsəlik hüququnun tanınması ilə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Cavabdehna müraciət etmişdir. Müraciətinə cavab olaraq, Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edərək vərəsəlik işinin açılmasına imtina etmişdir. O hesab edir ki, mərhum atasından qalan miras əmlakın varisi olaraq hesab edir ki, qeyd edilən miras əmlaka dair Cavabdeh tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmiş, lakin vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İV-ЖГ seriyalı 323542 nömrəli “olum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1991-ci il tarixdə ölmüşdür. AZ-T seriyalı 246454 nömrəli “doğum haqqında şəhadətnamə” nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı atası X5, anası isə X2r. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən də Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 20-də xx.xx.1982-ci il tarixdən qeydiyyatdadır. AZ-İİ seriyalı 187551 nömrəli “olum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “ ... O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir”. Məhkəmə mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab edilməli və uzadılmalıdır. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, ərizəçi İddiaçı atası X3 ölümündən sonra faktiki köhnə Binəqədi qəsəbəsi 1-ci Komsomolsk, ev 23 yeni qaydalarla Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 20-də qeydiyyatdadır və yaşayır və bu səbəbdən də məhkəmə imkan verir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəbdən ötürüldüyünü hesab etsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı xx.xx.1991-ci il tarixdə ölmüş atası X3 miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı xx.xx.1991-ci il tarixdə ölmüş atası X3 miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilsin və buraxılmış müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar