Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4070/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs “X2” Şirkətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 30 aprel 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs “X2” Şirkəti Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. - 150 və 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. - 152.1 və 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən isə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki halda iddia ərizəsində iddiaçı qismində İddiaçı göstərilmiş, iddia ərizəsi də onun nümayəndəsi və vəkili X1 tərəfindən imzalanmışdır. Lakin, iddia ərizəsində həm də “X2” Şirkəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində göstərilmiş, iddia tələbi məhz “X2” Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması və s. təşkil edir. Belə olan halda iddia ərizəsi həm də “X2” Şirkətinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı, iddia ərizəsinə imza səlahiyyətlərini təsdiq edən sübut əlavə edilməli idi ki, hazırda iddia ərizəsi yalnız X1 tərəfindən imzalanmaqla onun “X2” Şirkətinin adından iddia ərizəsi imzalamaq səlahiyyətinin təsdiqinə dair sübut iş materiallarında mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs “X2” Şirkətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4070/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4070/2021
30.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver