Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4075/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Mı̇ rzəbala oğlunun Cavabdehlər Cavabdeh2 Mı̇ rzəbala qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 4, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdehlər İddiaçı Mı̇ rzəbala oğluna, Cavabdeh2 Mı̇ rzəbala qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 4, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Mı̇ rzəbala oğlu cavabdehlər Cavabdeh2 Mı̇ rzəbala qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 4, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X5 cavabdehlər İddiaçı Mı̇ rzəbala oğluna, Cavabdeh2 Mı̇ rzəbala qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 4, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Mı̇ rzəbala oğlunun vəkili və nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=1905834Vəkil2 iddia ərizəsini müdafiə edib Mirzəbala Ağabala oğlu ilə Raya Qəhrəman qızının birgə nikahından altı övladları olmuşdur: xx.xx.1976-cı il təvəllüdlü X12, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1966-cı il təvəllüdlü X13, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı. Mirzəbala Ağabala oğlu 1995-ci ildə notarial qaydada daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X50 küçəsi 2 saylı evin, 20 saylı mənzilini almış və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Mənzil beş otaqdan ibarət olmaqla, ümumi sahəsi 97,48 m2 təşkil edir. xx.xx.2002-ci il tarixdə Mizəbala Ağabala oğlu beyin damar trombozu diaqnozu ilə Bakı şəhərində vəfat etmişdir. Mirzəbala Ağabala oğlunun vəfatından sonra Cavabdeh2 özündən başqa digər vərəsələrin olmadığını bəyan etməklə təsdiqlənmiş ərizəsi əsasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda vərəsəlik işi açılmış, sonradan digər vərəsə olan anası Raya Qəhrəman qızının vərəsəlik dairəsinə daxil edilməsi barədə xx.xx.2006-cı il tarixli ərizəsi nəzərə alınmaqla hər iki vərəsəyə mərhum Mirzəbala Ağabala oğlundan miras qalmış Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilə ½ hissədə paylar müəyyən edilmiş, sonradan elə xx.xx.2006-cı il tarixdə də Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda Cavabdeh2 ½ hissədə olan payını 4/Ə2-352 reyestr nömrəli mənzilin bağışlanmasına dair müqavilə ilə anası Raya Qəhrəman qızına bağışlamış, notariat kontoru tərəfindən Raya Qəhrəman qızına 2V-57 nömrəli xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mənzilin bağışlanmasına dair müqavilə əsasında Raya Qəhrəman qızının adına seriya MH, № ******* nömrəli, **********44-05101-093010 reyestr nömrəli xx.xx.2006-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. xx.xx.2011-ci il tarixdə Raya Qəhrəman qızı Bakı şəhərində miokardın degenerasiyası səbəbilə vəfat etmişdir. xx.xx.2013-cü il tarixdə X12 ünvan 3 anası Raya Qəhrəman qızının vəfatından sonra Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin miras qaldığını və X6, Cavabdeh4, İddiaçı və Cavabdeh5 vərəsə olduqlarını bəyan edərək vərəsəlik işi açılmışdır. Vərəsəlik işində Cavabdeh4, İddiaçı və Cavabdeh5 “xx.xx.2011-ci ildə ölmüş anam Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmişəm və miras əmlaka qarşı heç bir iddiam yoxdur. Mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəm.” məzmununda, kompyuter üsulu ilə çap edilərək imzalanmış və sonradan notarius tərəfindən təsdiqlənmiş, digər vərəsə Cavabdeh2 “2011-ci il oktyabr ayının 10-da vəfat etmiş anam Raya Qəhrəman qızından miras qalmış əmlaka oğlu X7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazılmasına razılıq verirəm.” məzmununda, kompyuter üsulu ilə çap edilərək imzalanmış və sonradan notarius tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsi əsasında vərəsə X7 adına Bakı şəhəri 11 saylı notariat kontorunun notariusu tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə X12 ürəyin kəskin işemik xəstəliyinin digər formaları diaqnozu ilə Bakı şəhərində vəfat etmişdir. X12 xx.xx.2017-ci il tarixdə X8 ilə nikah münasibətlərinə daxil olmuşdur. Cavabdeh6 ərinin vəfatından sonra Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin miras qaldığını Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən ünvan 4 **********722 nömrəli, 8İ-5722 reyestr nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmiş və həmin ərizədə Cavabdeh10 və Cavabdeh9 başqa digər vərəsələrin olmadığını bəyan etmişdir. Digər iki vərəsə miras əmlakda olan paylarını anaları B.P.Samanovanın xeyrinə imtina etmişlər. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh6 2V-177 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi təmin edilmiş və sonradan o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən **********44-05101-093010 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişdir. Mülkiyyət hüquqları ilə X9 məxsus Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə özü, Cavabdeh2, Cavabdeh10, Cavabdeh9, X20, X35 yaşayış yeri üzrə qeydiyyatda olduğundan əvvəlcədən düşünülmüş məqsədinə nail olmaq üçün X11 və X21 pasport qeydiyyatından çıxartmaq məqsədilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 2-1(112)-4645/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə həmin şəxslərin pasport qeydiyyatından çıxarılmasına nail olmuşdur. Bundan sonra Cavabdeh2 sonradan İddiaçı dediyinə görə Cavabdeh6 evi satmaq istədiyini, evin satılmasına notarial qaydada razılıq ərizəsinin verməsini, mənzilin satışından əldə olunacaq pul məbləğindən ona bir otaqdan ibarət yeni mənzilin alması vədini vermiş, Sədaqət Bibixanımın vədinə inanaraq Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin satılmasına Bakı şəhəri 11 saylı notariat ofisində razılıq vermiş, sonradan Cavabdeh6 Bakı şəhəri 51 saylı notariat ofisində Bakı şəhəri 8-ci mkr., S.SAxundov küçəsi 2 saylı evin 20 saylı mənzilini daşınmaz əmlakın AN-İ № ******* nömrəli 4Ə-689 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə 80000 manata Cavabdeh8 satmaqla özgəninkiləşdirmişdir. Cavabdeh8 mənzilə çıxarış əldə etdikdən sonra iddiaçının daimi olaraq yaşadığı Bakı şəhəri 8-ci mkr, S.Axundov küçəsi 2 saylı evin, 20 saylı mənzilə gəlmiş, qapını döymüş, özünü mənzilin yeni mülkiyyətçisi kimi təqdim etmiş və mənzili xoşluqla boşaltmalarını tələb etmişdir. Baş vermiş bu hadisəyə inanmayaraq iddiaçının qardaşı Cavabdeh4 notariat ofislərindən mənzilin satılıb-satılmamasını dəqiqləşdirmək üçün müraciət etmiş, həmin vaxt İlqar mənzilə dair Bakı şəhəri 26 saylı notariat kontorunda Mirzəbala Ağabala oğlundan İddiaçı adına vəsiyyətnamənin olmasını, mənzilin Cavabdeh6 tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisində satılmasını bilmişdir. Bundan sonra iddiaçı dərhal xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisinə Mirzəbala Ağabala oğlunun adından vəsiyyətnamənin olub-olmaması barədə rəsmi ərizə ilə müraciət etmiş, Bakı şəhəri 26 saylı notariat ofisinin X-101 nömrəli xx.xx.2022-ci il tarxili elektron notariat informasiya sistemindən əldə edilmiş məlumata əsasən Mirzəbala Ağabala oğlu tərəfindən xx.xx.1995-ci il tarixdə İddiaçı adına vəsiyyətnamə verildiyi, həmin vəsiyyətnamə Qeydiyyat və Notariat Baş İdarəsinin arxivinə təhvil verildiyindən vəsiyyətnamənin və digər məlumatların əldə edilməsi üçün Arxiv İdarəsinə müraciət edilməsi xahiş olunmuşdur. Sonradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxinə rəsmi ərizə ilə müraciət olunmuş və Dövlət Notariat Arxivinin 05/01-S- 40/13 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu ilə vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmadığı, dublikatın üzərində müvafiq qeyd aparılaraq rəsmi qaydada təqdim edilməsi təmin edilmiş, Mirzəbala Ağabala oğlunun 2V-76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli Bakı şəhəri 26-cı dövlət notariat kontorunda dövlət notariusu N.L.Qafarovun iştirakı ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini İddiaçı vəsiyyət etməsi barədə vəsiyyətnamə aşkar olunmuşdur. Əqdin məzmununa əsasən vəsiyyətnamənin bir nüsxəsi Bakı şəhəri 26-cı dövlət notariat kontorunda saxlanılması, ikinci nüsxəsi isə vəsiyyətedən Mizəbala Ağabala oğluna şəxsən təqdim edilməsi müəyyən edilmişdir. Təqdim edilmiş notariat sənədlərinin təhlili zamanı Bakı şəhəri 26 saylı dövlət notariat kontorunun 76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyyətnaməsi “Elektron notariat” X1 çıxarışdakı məlumata əsasən xx.xx.2011-ci il tarixdə sistemə daxil edilmişdir. Bakı şəhəri 11 saylı dövlət notariat kontoruna qarşı iddia tələbinin əsası kimi notarius İ.X.Mütəllimov Azərbaycan Respublikası NK-nin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 83-cü bəndində göstərilən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməli, notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilməsi vəzifə səlahiyyətləri üzrə və 104-cü bəndinə göstərilən vəzifə səlahiyyəti üzrə notarius şəhadətnamə verənə qədər mirasın qorunmasını təşkil etməklə, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslərin olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlamalı olduğunu bilərək, lakin vəzifə səlahiyyətlərini aşaraq Notariat haqqında Azərbaycan Respublikası Qanununun notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədlərin tələb edilməsini tənzimləyən imperativ hüquq norması olan 36-cı maddənin tələblərinə əməl etməyərək hərəkətsizlik nümayiş etdirmək yolu ilə xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum Mirzəbala Ağabala oğlundan İddiaçı vəsiyyət edilən miras əmlakın qorunmasını təmin etmədən, miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlamalı olduğu təqdirdə yoxlamadan, xx.xx.2006-cı il tarixli Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda Cavabdeh2 ərizəsi əsasında açılmış vərəsəlik işi üzrə Bakı şəhəri 26-cı dövlət notariat kontorunun dövlət notariusu N.L.Qafarovun iştirakı ilə tərtib və təsdiq edilmiş 2V-76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyyətnamənin olub-olmadığını müəyyən etməli olduğu halda müəyyən etməmişdir. Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun notariusu İ.X.Mütəllimov tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndi ilə təsbit edilən dövlət vərəsəlik hüququna təminat verir müddəasının və həmin müddəadan törənən və notariusun peşə faəliyyətini tənzimləyən normativ hüquqi aktın tələblərini, yəni, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin, Azərbaycan Respublikası NK-nin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 83-cü və 104-cü bəndlərini kobud pozmuşdur. Nəticə etibarı ilə vəsiyyətnamə üzrə vərəsə İddiaçı qanunverici tərəfindən tənzimlənən imperativ xarakterli müddət çərçivəsindəki zaman ərzində öz hüququndan ondan asılı olmayan səbəbdən istifadə etməməsi əsas olmaqla nəticə etibarı ilə mülkiyyət hüququ, o cümlədən qanunla qorunan xüsusi mülkiyyət hüququ və onun barəsində sərəncam vermək hüquqlarından məhrum olmasına səbəb olmuşdur. Cavabdeh2 qarşı iddia tələbinin əsası kimi xx.xx.2006-cı il tarixli Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizədə göstərdikləri yalan və həqiqətə uyğun olmayan məlumatlar əsas götürülməklə və Raya Qəhrəman qızının Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizədə göstərdikləri yalan və həqiqətə uyğun olmayan məlumatlar əsasında 2V-57 reyestr nömrəli xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi icra olunmuş və sonradan Cavabdeh2 ½ hissədə payını anası Raya Qəhrəman qızına bağışlamasına dair 4Ə/2-352 reyestr nömrəli xx.xx.2006-cı il tarixli mənzilin bağışlanmasına dair əqd tərtib və təsdiq edilərək nəticə etibarı ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli xx.xx.2006-cı il tarixli alınmış çıxarış Azərbaycan Respublikasının MM-nin 1133-cü, 1243-cü, 1300-cü, 1301-ci, 1255-ci, 324.5-ci və 339.3cü maddərinin tələblərinin pozulmasına görə etibarsız hesab olunaraq ləğv edilməlidir. Cavabdehlər X10, Cavabdeh4, Cavabdeh2 qarşı iddia tələbinin əsası kimi xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum Raya Qəhrəman adına olan Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzil - miras əmlakla xx.xx.2013-cü il tarixli vərəsəlik işi üzrə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun notariusu X23 iştirakı ilə tərtib və təsdiq edilmiş Cavabdeh5 7E/3737 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsi, İddiaçı 7E/3761 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsi, Cavabdeh4 7E/3764 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsi və Cavabdeh2 7E/3833 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsi və o cümlədən İddiaçı 7E/3761 reyestr nömrəli xx.xx.2013-cü il tarixli ərizəsi və nəticə etibarı ilə X7 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ********** qeydiyat nömrəli xx.xx.2013-cü il tarixli X7 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış Azərbaycan Respublikasının MM-nin 1133-cü, 1243-cü, 1300-cü, 1301-ci, 1255-ci, 324.5-ci və 339.3-cü maddələrinin tələblərinin pozulmasına görə etibarsız hesab olunmaqla ləğv edilməlidir. Cavabdeh ünvan 4 qarşı iddia tələbinin əsası kimi İddiaçı subyektiv vərəsəlik hüququ çərçivəsində Azərbaycan Respublikası NK-nin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 82-ci bəndinin, Azərbaycan Respublikası MM-nin 1147.1-ci maddəsinin tələblərinə zidd olaraq bu halda miras qoyan X7 adına olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzili ilə bağlı açılmış vərəsəlik işi miras qoyanın yaşayış yeri və yaxud mirasın açıldığı yer üzrə Binəqədi rayon ərazisində fəaliyyət göstərən notariat ofisinin ərazi yurisdiksiyası üzrə açılmalı olduğu təqdirdə, məlum olmayan səbəbdən Bakı şəhərinin Suraxanı rayonunun inzibati ərzisində fəaliyyət göstərən notariat ofisində icra olunduğundan həmin Məcəllənin 1133-cü, 1243-cü, 1300-cü, 1301-ci, 1255-ci, 324.5-ci və 339.3-cü maddələrinin tələblərinin pozulduğundan etibarsız hesab olunmaqla ləğv edilməlidir. Cavabdeh6 qarşı iddia tələbinin əsası kimi xx.xx.2017-ci il tarixdə Cavabdeh6 ilə nikah münasibətlərinə daxil olmuş xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində vəfat etmiş mərhum X7 adına olan miras əmlakla bağlı ünvan 1 ünvanında yerləşən və fəaliyyət göstərən ünvan 2q edilmiş 8İ-5722 reyestr nömrəli xx.xx.2021-ci il tarixli **********722 nömrəli miras qəbul edilməsi barədə ərizə, Cavabdeh10 8İ-3060 reyestr nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizə və Bakı şəhəri 11 saylı notariat ofisində tərtib və təsdiq edilmiş Cavabdeh9 8İ-4253 nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsi və nəticə etibarı ilə Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu C.M.Məmmədov tərəfindən tərtib və təsdiq edilmiş 2V-177 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmnlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən alınmış **********44-05101-093010 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış mərhum Mirzəbala Ağabala oğlunun Bakı şəhəri 26cı dövlət notariat kontorunun dövlət notariusu N.L.Qafarovun iştirakı ilə tərtib və təsdiq edilmiş 2V-76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyyətnaməsi üzrə vərəsə İddiaçı miras əmlaka subyektiv vərəsəlik hüququ əsasında çıxış etməsi və vəsiyyətnamə üzrə vərəsə olaraq mirası qəbul edib bugünkü gündə də şəksiz ona sahib olmasını və idarə etməsini nümayiş etdirməsi qəbul edilmiş mirasa mülkiyyət hüquqlarının pozulmasının ehtiva etməsinin əsası və səbəbi ilə Azərbaycan Respublikasının MM-nin 1133-cü, 1243cü, 1300-cü, 1301-ci, 1255-ci, 324.5-ci və 339.3-cü maddəsinin tələblərinin pozulmasına görə etibarsız hesab olunmaqla ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Cavabdeh8 qarşı iddia tələbinin əsası kimi Cavabdeh6 ilə Cavabdeh8 arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2022-ci il tarixli Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı beş otaqdan ibarət ümumi sahəsi 97,48 m2 təşkil edən mənzilini likvid dəyərindən də aşağı qiymətə, 80000 manata özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi və nəticə etibarı ilə Cavabdeh8 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin çıxarışı Azərbaycan Respublikası MM-nin 1133-cü, 1243-cü, 1300cü, 1301-ci, 1255-ci, 324.5-ci və 339.3-cü maddələrinin tələblərinin pozulması ilə bağlanıldığına görə etibarsız hesab olunmaqla ləğv edilməlidir. Belə ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Bu halda faktiki mülkiyyətçi olan İddiaçı iradə ifadəsi zədələndiyindən bu Məcəllənin 339.1- 339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən mübahisələndirilməklə etibarsız sayılması tələbindən çıxış edilir. İşin halları ilə və eyni zamanda Mülki Məcəllənin sadalanan imperativ xarakterli maddi hüquq normalarının tələbləri İddiaçı zərərçəkən olaraq iradə ifadəsinin zədələnmiş olduğu hallarını sübut edir. Bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Ona görə də Cavabdeh2 Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinin, Raya Qəhrəman qızının Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinin, 2V-57 reyestr nömrəli xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 ½ hissədə payının anası Raya Qəhrəman qızına bağışlamasına dair 4Ə/2-352 reyestr nömrəli xx.xx.2006-cı il tarixli mənzilin bağışlanmasına dair müqavilənin, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli xx.xx.2006-cı il tarixdə alınmış çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsinə, cavabdehlər X7, Cavabdeh4, Cavabdeh2 anaları Raya Qəhrəman qızının xx.xx.2011-ci il tarixdə vəfatından sonra Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzili ilə bağlı xx.xx.2013-cü il tarixli vərəsəlik işi üzrə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun notariusu X23 iştirakı ilə tərtib və təsdiq edilmiş Cavabdeh5 7E/3737 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, o cümlədən İddiaçı 7E/3761 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, Cavabdeh4 xx.xx.2013-cü il tarixli 7E/3764 nömrəli ərizəsinin, Cavabdeh2 7E/3833 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, nəticə etibarı ilə X7 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ********** qeydiyat nömrəli xx.xx.2013-cü il tarixli X7 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsinə, Bakı şəhəri 35 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində vəfat etmiş mərhum X7 adına olan əmlakla bağlı tərtib və təsdiq edilmiş Cavabdeh6 8İ-5722 reyestr nömrəli xx.xx.2021-ci il tarixli **********722 nömrəli mirasın qəbul edilməsi barədə ərizəsinin, Cavabdeh10 8İ-3060 reyestr nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, Bakı şəhəri 11 saylı notariat ofisində tərtib və təsdiq edilmiş Cavabdeh9 8İ-4253 nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu C.M.Məmmədov tərəfindən tərtib və təsdiq edilmiş 2V-177 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən alınmış **********44-05101-093010 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsinə, Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2022-ci il tarixli Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı beş otaqdan ibarət, ümumi sahəsi 97,48 m2 təşkil edən mənzilinin 80000 manata özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin və Cavabdeh8 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin çıxarışının etibarsız hesab olunmaqla ləğv edilməsi barədə qətnamə, Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun vəzifəli şəxsinin qanuna zidd əməllərində Azərbaycan Respublikası CM-nin 308, 309 və 314-cü maddələrinin tərkibinin əlamətləri olmasına əsaslı şübhələrin olması əsası və səbəbi ilə xüsusi qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı Mı̇ rzəbala oğlu iddia ərizəsini müdafiə edib, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddia ərizəsini qəbul edib, nümayəndəsi və vəkili Vəkil2 izahatını təsdiq edib, izahatında göstərmişdir ki, X24 ilə anası Raya Qəhrəman qızının birgə nikahından altı övladları olmuşdur: xx.xx.1976-cı il təvəllüdlü İddiaçı, xx.xx.1976-cı il təvəllüdlü X12, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1966-cı il təvəllüdlü X13, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh4. X24 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X50 küçəsi 2 saylı evin, 20 saylı beş otaqlı mənzilini aldıqdan sonra o, valideynləri və bacı-qardaşları ilə birlikdə bu mənzildə yaşamağa başlamışdır. Nənəsinə ayrılan hal-hazırda da dövlət mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, daimi olaraq o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X50 küçəsi 2 saylı evin, 20 saylı mənzilində yaşamış və yaşayır, evin kiçik övladı kimi valideynlərinin qayğısına qalmış, mərhum valideynlərinə, mərhum qardaşı Ağabalaya xəstə yatağında qulluq etmişdir. 2002-ci ildə atası, 2011-ci ildə anası vəfat etmişdir. O, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X50 küçəsi 2 saylı evin, 20 saylı mənzilində daimi yaşadığından miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin atasının ölümündən sonra o, natariat kontoruna dəvət olunmamışdır. Onlar atalarına məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X50 küçəsi 2 saylı evin, 20 saylı beş otaqlı mənzilində mehriban yaşadıqlarından vərəsələr arasında mübahisə olmamışdır. Ona görə də onlar analarının ölümündən iki il sonra notaraiat kontoruna gedib mənzili böyük qardaşları Ağabalanın adına sənədləşdirmişlər. Mənzilin kommunal xidmətləri onun tərəfindən ödənildiyindən o, 2007-ci ildə apardığı ödənişlər barədə bəzi qəbzləri də saxlamışdır. Həmin qəbzlərdən mənzildə 8 nəfərin yaşaması təsdiq olunur. Bundan başqa atasına və anasına məxsus əmanət kitabçaları da ona verilmişdir. O da qardaşları kimi ailə qurduqdan sonra öz həyat yoldaşını bu mənzilə köçürmüşdür. Onun bu mənzildə bir övladı anadan olmuşdur. Bütün qohumları və qonşuları onun Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X50 küçəsi 2 saylı evin, 20 saylı beş otaqlı mənzilində daimi yaşamasını təsdiq edə bilərlər. Onun həyat yoldaşı işləmədiyindən, o, həyat yoldaşına tək küçəyə belə çıxmasına icazə vermədiyindən həyat yoldaşı daimi olaraq mənzildə olur. Ona görə də alıcı Elşən mənzili alarkən mənzilə baxmış olsaydı heç olmasa onun həyat yoldaşını evdə görməli idi. 2022-ci ilin aprel ayında, Elşən mənzili boşaldaraq ona təhvil verilməsini deməyə gələrkən, o, daimi yaşadığı mənzilin satılmasını bilmiş, daha sonra qardaşı İlqar mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini ona vəsiyyət etməsini demişdir. Bundan sonra o, rəsmi qaydada müraciət edərək vəsiyyətnamənin olub-olmamasını, qüvvədə olub-olmamasını soruşmuş və Bakı şəhəri 8ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin atası tərəfindən hələ 1995-ci ildə ona vəsiyyət etməsini və vəsiyyətnaməsini ləğv etməməsini, yəni vəsiyyətnamənin qüvvədə olmasını öyrənmişdir. Atasının ölümündən sonra notarius onu dəvət etməmiş, vəsiyyətnamənin olmasını ona elan etməmişdir. Daha sonra mənzilə dair sənədləşmə aparılarkən də, notariat hərəkətlərini aparan notariuslar elektron sistemdə qeydiyyatı aparılan vəsiyyətnaməni gördükləri halda bu barədə ona məlumat verməmişlər. Beş otaqdan ibarət, birinci mərtəbədə yerləşən mənzilin 80000 manat satılması da inandırıcı deyildir. Belə ki, onun müraciəti əsasında aparılan qiymətləndirmə nəticəsində mənzilin qiymətinin 230000 manat olması müəyyən edilmişdir. Atasının vəsiyyətnaməsi barədə bilmiş olsaydı o, mənzildə olan payından imtina etməzdi. Anasının ölümündən iki il sonra notariat kontoruna dəvət olunarkən bütün vərəsələr arasında mübahisə olmadığından o, da notarius tərəfindən tərtib olunan imtina barədə ərizənin mətnini oxumadan imzalamışdır. Mərhum atasından miras qalan mənzili o, vəsiyyətnamə üzrə yeganə vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Ona görə mülkiyyətçi kimi pozulmuş hüquqlarının bərpa edilərək iddia tələblərinin təmin edilməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X5 iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, o, 1986-cı ildə nikaha daxil olaraq ərinin evinə köçmüş və daimi olaraq gəlin köçdüyü evdə yaşayır. 1995-ci ildən etibarən valideynləri, bacısı Sədaqət və qardaşları Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilində yaşayırlar. Qardaşları ailə qurduqdan sonra öz həyat yoldaşlarını bu mənzilə köçürmüş, bu ünvanda İlqarın 2, Rövşənin 1, Əlibalanın 2 övladı anadan olmuşdur. Bacısı Sədaqət ailə qurmamışdır. Qardaşı Ağabala da bir müddət bu mənzildə yaşamışdır. Ağabalanın arvadı Bibixanım tez-tez öz valideynlərinin evinə getdiyindən onun qızlarını faktiki olaraq onlar böyütmüşlər. Daha sonra Ağabala onların nənələrinə məxsus dövlət mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşamışdır. Bibixanım xəstə əri Ağabalanın qayğısına qalmadığından qardaşları Ağabalanı 2017-ci ildə Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilinə gətirmişlər. O, ərinin evində yaşasa da, daim atasının evinə gəlib-getmişdir. Valideynlərinin ölümündən sonra o, notariat kontoruna dəvət olunmamışdır. xx.xx.2022-ci il tarixdə qardaşı arvadı ona zəng edərək Bibixanımın Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini satmasını, alıcının onları mənzildən çıxarmaq üçün gəlməsini bildirmişdir. Bundan sonra o, Bibixanıma zəng edərək mənzilin həqiqətən satılmasını öyrənmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh6 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizələrini qəbul etməyib izahatında göstərmişdir ki, iddia ərizələrində Cavabdeh6 qarşı hər hansı iddia tələbin yönəldilməsi konkret olaraq bildirilməmişdir. Bundan əlavə mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərin etibarsızlığı fəslində qeyd edilən hansı əqdə aid olduğu göstərilməmişdir. Həmin Məcəllənin 337.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddia tələblərində qeyd edilən əqdin hansı əsaslarla və niyə etibarsız olması bildirilməmiş, əqdin uydurma və yalan eyni zamanda qeyri-ciddi əqdlər sırasına aid olması iddia ərizəsində göstərilməmişdir. Cavabdeh6 məxsus hazırda mübahisələndirilən mənzil qanuni əsaslarla onun mülkiyyətinə keçmiş, daha sonra Cavabdeh6 mənzili notarial qaydada təsdiq olunan müqavilə bağlayaraq mənzili satmışdır. Məlumdur ki, hər bir daşınmaz əmlakla bağlı olan məsələlər elektron qaydada aparılır. Əgər daşınmaz əmlakla bağlı sənədlərdə hər hansı bir problem olarsa bu asanlıqla bilinir. Göründüyü kimi Cavabdeh6 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etdiyi zaman iddiaçı və cavabdehlər bu məsələyə dair hər hansı bir formada müdaxilə etməmişlər. Mübahisəli mənzilin ucuz və ya baha qiymətə satılması alqı-satqı müqaviləsinin tərəflərinin iradə ifadəsidir. Cavabdeh6 ilk əvvəl mənzili 120000 manata təklif etmiş, sonra tərəflər 80000 manata razılaşmışlar. Nəzərə almaq lazımdır ki, bina yeni tikili deyildir, şəhərin mərkəzi hissəsindən xeyli aralı məsafədə yerləşir. Ona görə də İddiaçı və 3-cü şəxs X3 iddia ərizələrinin əsassız hesab edilib rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh8 vəkili və nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=1905834Vəkil3 iddia ərizələrini qəbul etməyib izahatında göstərmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Notariat haqqında Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. Notariat haqqında Qanuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli, əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı, özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1,338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhtəri də əsassızdır. Mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alqı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Mənzilin əvəzinə pulun verilməsi faktının əlavə hər hansı sənədlə təsdiq olunması mövcud qanunvericilikdə nəzərdə tutulmur və bu hal tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlaka dair əqd bağlanarkən müqavilə tərəfləri səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuşdur. Göründüyü kimi mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin tərəfləri həmin əqdləri öz razılaşdırılmış iradə ifadələri əsasında bağlamışlar, həmin müqavilər bağlanarkən müqavilə mübahisə edilməmiş, həmin əqd hərhansı şərtdən aslı edilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı tərəfindən ərizə verilərkən MPM-nin 149-cu maddəsinin tələblərinə risayət olunmamışdır. Belə ki, iddiaçının digər cavabdehlərə qarşı tələblərinin nədən ibarət olması məlum deyildir. Ona görə də iddia ərizələrinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh8 iddia ərizələrini qəbul etməyib vəkili və nümayəndəsi Vəkil3 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, o, Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini Cavabdeh6 xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 80000 manata almışdır. İlk əvvəll B.P. Salmanova mənzili 120000 manata satdığını bildirsə də, qarşılıqlı razılıq əsasında o, mənzili 80000 manata almışdır. xx.xx.2022-ci il tarixdə o, aldığı mənzilə gedərək mənzildə olan şəxslərdən mənzili boşaldaraq ona təhvil vermələrini tələb etmişdir. Həmin vaxt İlqar sənədin səhv olması səbəbindən mənzilin satıla bilməməsini, Rövşən isə mənzilin satılmasının mümkün olmamasını ona demişdir. Əlibala getməyə yerinin olmadığını dediyindən o, Əlibalaya kirayə mənzil tutması üçün 350 manat vermişdir. Lakin mənzil boşaldılaraq ona təhvil verilmədiyindən o, Cavabdeh4 və İddiaçı ailə üzvləri ilə birlikdə mənzildən çıxarmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mənzili alarkən mübahisənin olması ona məlum olmadığından və o, vicdanlı alıcı olduğundan iddia ərizələrinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizələrini qəbul edərək izahatında göstərmişdir ki, o, 1995-ci ildən etibarən valideynləri, qardaşları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilində yaşayır, ailə qurmamışdır. Qardaşları ailə qurduqdan sonra öz həyat yoldaşlarını bu mənzilə köçürmüş, bu ünvanda İlqarın 2, Rövşənin 1, Əlibalanın 2 övladı anadan olmuşdur. Qardaşı Ağabala da bir müddət bu mənzildə yaşamışdır. Ağabalanın arvadı Bibixanım tez-tez öz valideynlərinin evinə getdiyindən onun qızlarını faktiki olaraq o, böyütmüşdür. Daha sonra Ağabala onların nənələrinə məxsus dövlət mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşamışdır. Bibixanım xəstə əri Ağabalanın qayğısına qalmadığından qardaşları Ağabalanı 2017-ci ildə Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilinə gətirmişlər. Bundan sonra Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzili kirayə verilmiş, əldə olunan vəsait Ağabalanın dərmanlarına sərf olunmuşdur. Mənzil beş otaqlı olduğundan onlar hər biri mənzilin bir otağından istifadə etmişlər. Mənzildə yalnız o, qeydiyyatda olmuşdur. Qardaşları nənələrinin mənzilində qeydiyyatda olsalar da, daimi olaraq Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə yaşamışlar. 2002-ci ildə ataları Mirzəbala vəfat etmişdir. 2006-cı ildə o, anası ilə birlikdə notariat kontoruna müraciət edərək atasından miras qalan Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilinə dair mirası qəbul etmişlər. Daha sonra o, öz payını anasına bağışlamışdır. Atalarının mülkiyyətində olan mənzilə dair mirası qəbul edərkən onlar atalarının Rövşənə vəsiyyətnaməsinin olmasını bilməmiş, bu barədə onlara notarius tərəfindən məlumat verilməmiş, başqa vərəsələrin olub-olmaması soruşulmadığından, onlarda bu barədə notariusa heç bir söz deməmişlər. 2011-ci ildə anası Raya vəfat etmiş, 2013-cü ildə vərəsələr arasında heç bir mübahisə olmadığından onlar birlikdə notariat kontoruna gedib analarından miras qalan Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilə dair paylarından böyük qardaşları Ağabalanın xeyrinə imtina etmişlər, o, isə öz payına dair Ağabalanın adına şəhadətnamə verilməsinə razılıq vermişdir. 2021-ci ildə qardaşları Ağabala vəfat etmişdir. 2022-ci ilin aprel ayında Bibixanım ona mənzili satmaq istəməsini deyib, bu barədə qardaşlarına heç bir söz deməməsi üçün ona Qurana əl basıb and içməsini, mənzili satdıqdan sonra ona bir otaqlı mənzil alacağını demişdir. O, Bibixanımla razılaşaraq notariat kontorunda mənzilin satılmasına dair razılıq ərizəsi vermişdir. Mənzil satılmamışdan bir həftə əvvəl Bibixanım xalça yumaq bəhanəsi ilə mənzili tərk etmiş, özünün yaşadığı otağın qapısını qıfılla bağlamışdır. Mənzili alan Elşən mənzilə gəldikdən sonra o, qardaşlarının qorxusundan işdən çıxdıqdan sonra mənzilə qayıtmamışdır. Bibixanım bacısının əri Akiflə birlikdə Nərimanov rayonunda Metroparkın arxasında 5 mərtəbəli evin 5-ci mərtəbəsində kirayə 3 otaqlı mənzil tutmuş, o, Bibixanım və qızları ilə birlikdə həmin mənzildə bir həftə yaşamışdır. Həmin vaxt o, Cavabdeh8 də evin yaxınlığında görmüşdür. Bibixanım mənzilin pulunun alıcı tərəfindən hələ verilmədiyindən mənzil ala bilmədiyini ona demişdir. Daha sonra o, Bibixanımın qızları ilə danışıqlarını eşidib ona mənzil alınmayacağını başa düşüb Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə qayıtmış, qardaşlarına hadisə barədə danışmışdır. Bundan sonra mərhum atasının İddiaçı Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair vəsiyyətnamə qoymasını bilmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra Bibixanım ona zəng edərək vədinə əməl edəcəyini demişdir. Lakin artıq o, Bibixanımın vədinə inanmır. Ona görə də iddia ərizələrinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizələrini qəbul edərək izahatında göstərmişdir ki, bacı, qardaşları ilə birlikdə onlar daimi olaraq atalarının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilində yaşamışlar. Ailə qurduqdan sonra o, həyat yoldaşını bu mənzilə köçürmüş, bu mənzildə onun 2 övladı olmuşdur. Mənzil beş otaqlı olduğundan hər biri mənzilin bir otağında ailələri ilə birlikdə yaşayır, birgə təsərrüfat aparırlar. O, qardaşları ilə birlikdə dövlət mülkiyyətində olan nənələrinə ayrılmış mənzildə qeydiyyatdadırlar. 2002-ci ildə ataları Mirzəbala Ağabala oğlu, 2011-ci ildə anaları Raya Qəhrəman qızı vəfat etmişdir. Böyük qardaşları Ağabala 2017-ci ilədək subay olmuş və 1997-1998-ci illərdə vəfat edən nənələrinə məxsus Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşamışdır. 2013-cü ildə vərəsələr arasında mübahisə olmadığından, onlar Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin böyük qardaşları Ağabalanın adına sənədləşdirilməsinə razılıq vermişlər. Ağabala Bibixanımla ailə qursa da, onunla uzun müddət nikaha daxil olmamışdır. Ağabalanın qızlarını onun bacıları saxlamışlar. Bibixanım tez-tez öz valideynlərinin evlərinə gedir, uşaqlarını özü ilə aparmırdı. 2017-ci ildə Ağabalanın səhhəti pisləşmiş, Bibixanım ərinin qayğısına qalmadığından o, qardaşları ilə birlikdə Ağabalanı yaşadıqları Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə gətirmişdir. Bundan sonra Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzili kirayə verilmiş, əldə olunan vəsait Ağabalanın müalicəsinə sərf olunmuşdur. 2017-ci ildən başlayaraq Bibixanım Ağabalanın yanına gəlib 3-5 gün qalıb getmiş, Ağabalanın müalicə xərclərini, yas və dəfn mərasimini ilə bağlı xərcləri o, qardaşları ilə birlikdə çəkmişdir. 2022-ci ilin aprel ayında o, işdə olarkən həyat yoldaşı zəng edərək mənzilin satılmasını, yeni mülkiyyətçinin onları mənzildən çıxarmaq üçün gəməsini ona demişdir. Bundan sonra o, mənzilin həqiqətən satılmasını öyrənmək üçün notariat kontoruna müraciət etmiş və mənzilin satılması ilə yanaşı mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair qardaşı Rövşənə vəsiyyət etməsini bilmiş və bu barədə Rövşənə demişdir. Cavabdeh8 mənzili almamışdan əvvəl mənzilə baxmamışdır. Mənzilə baxmış olsaydı həmin mənzildə bir neçə ailənin yaşamasını görərdi. Birinci mərtəbədə yerləşən beş otaqlı mənzilin 80000 manata satılması da inandırıcı deyildir. Onlar atalarının vəsiyyətnaməsi barədə yalnız mənzil satıldıqdan sonra bilmişlər. Atalarının ölümündən sonra notarius onları dəvət edib vəsiyyətnaməni elan etməmişdir. Atasının vəsiyyətnaməsi barədə bilmiş olsaydı o, mənzildə olan payından imtina etməzdi. Mərhum atasının iradə ifadəsinin həyata keçməsi üçün iddia ərizələrinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh5 iddia ərizələrini qəbul edərək izahatında göstərmişdir ki, o da bacı-qardaşları ilə birlikdə Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində yaşayır. Onun da bacı-qardaşları kimi atalarının Rövşənə vəsiyyətnamə yazmasından məlumatı olmamışdır. Məlumatı olmuş olsaydı atasının iradəsinin həyata keçməsi üçün payından Rövşənin xeyrinə imtina edərdi. Atasının ölümündən sonra o, notariat kontoruna dəvət olunmamış, ona vəsiyyətnamə elan olunmamışdır. Onalar bir mənzildə yaşadıqlarından, vərəsələr arasında mübahisə olmadığından mənzilin böyük qardaşlarının adına sənədləşməsinə razılıq vermişlər. Həmin vaxt qardaşlarının onların ziyanına hər hansı bir qərar qəbul etməyəcəyinə inanmışlar. Bibixanım mənzili satmaq istəməsini onlara deməmişdir. Bu barədə o da, Elşən mənzilə gələrkən bilmiş, Elşənə onun ailəsi ilə birlikdə getməyə yerinin olmadığını demişdir. Onların şikayətini araşdıran polis əməkdaşı ona mənzildən çıxmasını demiş, bundan sonra o, Elşəndən araşdırma aparmaq üçün vaxt istəmişdir. Elşən ona verilməsi üçün polisə 250 manat pul vermişdir. O da atasının iradəsinin həyata keçməsini istəyir. Qardaşı Rövşən də onlarla birlikdə daimi olaraq Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində yaşayır. Rövşən ailənin kiçiyi olduğundan daim valideynlərinin, xəstə yatağında yatarkən qardaşı Ağabalanın qayğısına qalmışdır. Ona görə də iddia ərizələrinin təmin edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunan məhkəmə iclasında cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X23 nümayəndəsi və vəkili Vəkil4 iddia ərizələrini qəbul etməyərək izahatında göstərmişdir ki, İ.A.Məmmədov 2010-cu ildən etibaraən Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu vəzifəsində işləyir, Mirzəbala Ağabala oğlunun vəsiyyətnaməsi Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir. Cavabdehlər Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 4, Bakı şəhəri 51 saylı notariat ofisinə, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Bakı şəhəri 11 saylı notariat ofisinin, Bakı şəhəri 35 saylı notariat ofisinin, Bakı şəhəri 51 saylı notariat ofisinin nümayəndələrinin, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, İddiaçı iddia ərizəsi qismən təmin edilməli, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs E.M.Şıxməmmədovanın iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. (Konstitutsiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cü maddəsinin İ, İİ, İİ, İV, Vİİ hissələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Maddə 1191. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir. Maddə 1224.0. Vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür: 1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; 1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; 1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. Maddə 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1323. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. xx.xx.1958-ci il tarixli İE 243938 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Mirzəbala Ağabala oğlu ilə Raya Qəhrəman qızı nikaha daxil olmuş, bu barədə xx.xx.1958-ci il tarixli 332 saylı nikah akt qeydi tərtib olunmuşdur. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 7 Mirzəbala Ağabala oğlunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmiş və bu barədə 464 saylı reyestr kitabının 67272 səhifəsində 30 № 23907 saylı xx.xx.1995-ci il tarixli qeydiyyat aparılmışdır. Mirzəbala Ağabala oğlunun Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsindən müəyyən olunur ki, Mirzəbala Ağabala oğlu mülkiyyətində olan ünvan 7ni İddiaçı vəsiyyət etmişdir. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ № 126950 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Mirzəbala Ağabala oğlu xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 193 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Raya Qəhrəman qızının ünvan 3 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə vəfat etmiş həyat yoldaşı Mirzəbala Ağabala oğlunun ondan başqa vərəsəsinin mərhumun qızı Cavabdeh2 olmasını bildirib miras qalmış Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh2 ünvan 3 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə vəfat etmiş X24nun ondan başqa vərəsəsinin mərhumun həyat yoldaşı Raya Qəhrəman qızının olmasını bildirib miras qalmış Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş Mirzəbala Ağabala oğlunun vərəsələri ünvan 7ndə yaşayan qızı Cavabdeh2 və Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan həyat yoldaşı Raya Qəhrəman qızıdır və onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.1995-ci il tarixli 30\23907 saylı qeydiyyat vəsiqəsinə və xx.xx.2006-cı il tarixli arayışına əsasən Mirzəbala Ağabala oğluna məxsus Bakı şəhəri X50 küçəsi 2 saylı evin ümumi sahəsi 97,48 m2 olan 5 otaqlı 20 saylı mənzilindən ibarətdir. Hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli mənzilin bağışlanılmasına dair müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.1995-ci il tarixli 30\23907 saylı qeydiyyat vəsiqəsinə, xx.xx.2006-cı il tarixli 11/8223 saylı arayışına və xx.xx.2006-cı il tarixli 2V-57 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, adına keçmiş Bakı şəhəri S.S.S.Axundov küçəsi 2 saylı evdə yerləşən ümumi sahəsi 98,48 m2 olan 5 otaqdan ibarət 20 saylı mənzilin ½ hissəsini anası Raya Qəhrəman qızına bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X50 küçəsi 2 saylı evin ümumi sahəsi 98,48 m2 olan 5 otaqlı 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə Raya Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ № 506145 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Raya Qəhrəman qızı xx.xx.2011-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1081 saylı ölüm akt qeydi tərtib olunmuşdur. 1 saylı Mənzil Kommunal İstismarı Sahəsinin arayışından müəyyən olunur ki, Raya Qəhrəman qızı Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olmaqla yaşamış, ölümü ilə əlaqədar xx.xx.2011-ci il tarixdə həmin evdən qeydiyyatdan çıxarılmış, həmin ünvanda qeydiyyatda olmaqla X12, İddiaçı, X16, Cavabdeh5, Cavabdeh4, X26, Cavabdeh10 və X27 yaşayırlar. 72 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2013-cü il tarixli arayışından müəyyən olunur ki, Raya Qəhrəman qızı ünvan 7ndə qeydiyyatsız yaşamış, xx.xx.2011-ci il tarixdə vəfat etmiş, xx.xx.2006-cı il tarixdə açılmış qeydiyyat vəsiqəsi onun adınadır. Bu ünvanda Cavabdeh2 başqa heç kim qeydiyyatda yoxdur. X7 ünvan 3 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan anası Raya Qəhrəman qızının xx.xx.2011-ci ildə vəfat etməsini, miras əmlakın Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilindən ibarət olmasını, ondan başqa vəsələrin Cavabdeh2, Cavabdeh4, İddiaçı və Cavabdeh5 olmasını bildirib, göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh5 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh5 xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka qarşı heç bir iddiası yoxdur, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İddiaçı Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka qarşı heç bir iddiası yoxdur, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Cavabdeh4 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka qarşı heç bir iddiası yoxdur, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2013cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası Raya Qəhrəman qızından miras qalmış əmlaka miras qoyanın oğlu X7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazılmasına razılıq vermişdir. Cavabdeh2 ünvan 3 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan anası Raya Qəhrəman qızının xx.xx.2011-ci ildə vəfat etməsini, miras əmlakın Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilindən ibarət olmasını, ondan başqa vəsələrin X12, Cavabdeh4, İddiaçı və Cavabdeh5 olmasını bildirib, göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş Raya Qəhrəman qızının vərəsələri Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olan oğlu X12 və ünvan 7ndə qeydiyyatda olan qızı Cavabdeh2dır və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli 01/1283 saylı arayışına əsasən Raya Qəhrəman qızının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X50 küçəsi 2 saylı evin ümumi sahəsi 97,48 m2 olan 5 otaqlı 20 saylı mənzilindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X50 küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli № AZ-İİ № 202764 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə X8 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1209 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Salmanova soyadı verilmişdir. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 176929 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 284 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Cavabdeh6 ünvan 4 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olmuş əri X7 xx.xx.2021-ci il tarixdə vəfatından sonra ondan qalan miras əmlakın Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X50 küçəsi 2 saylı evin 20 saylı mənzilinin olmasını, miras qoyanın ondan başqa Cavabdeh10 və Cavabdeh9 qanun üzrə vərəsələri olmasını bildirib göstərilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh9 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakdan ona çatası hissəsindən Cavabdeh6 xeyrinə imtina etmişdir. Cavabdeh10 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakdan ona çatası hissəsindən Cavabdeh6 xeyrinə imtina etmişdir. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində qeydiyyatda olan Cavabdeh6 miras əmlakda tam hissədə pay almış, şəhadətnamə verilmiş miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə X10 verilmiş dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X50 küçəsi 2 saylı evin ümumi sahəsi 97,48 m2 olan 5 otaqlı 20 saylı mənzilindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X50 küçəsi b 2, 8-ci mikrorayon 20 saylı mənzilə dair Cavabdeh6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli kitabın 18211 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X50 küçəsi 8-ci mikrorayon 2 saylı evin, 20 saylı mənzilində Cavabdeh6, xx.xx.1965-ci il təvəllüdlü X20, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh9, xx.xx.1986-cı il təvəllüdlü X35 daimi qeydiyyatdadırlar. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4645/2022 saylı qərarından müəyyən olunur ki, iddia təmin edilərək ünvan 5 ünvanından üçüncü şəxslər X11 və X21 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin satılmasına razı olmasını bildirmişdir. Cavabdeh9 Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh9 Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilin satılmasına razı olmasını bildirmişdir. Cavabdeh10 Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh10 qeydiyyatda olduğu Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilin satılmasına razı olmasını bildirmişdir. Satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ №1042007 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X50 küçəsi b 2, 8-ci mikrorayon 20 saylı ünvanında yerləşən ümumi sahəsi 97,48 m2 olan mənzili 80000 manata alıcıya satmışdır. Cavabdeh8 Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 1 gün müddətində adına elektron çıxarışın qeydə alınması ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli X-101 saylı məktubundan müəyyən olunur ki, İddiaçı elektron notariat informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Mirzəbala Ağabala oğlu tərəfindən xx.xx.1995-ci il tarixdə İddiaçı adına vəsiyyətnamə verilməsi bildirilmişdir. Elektron notariat X1 çıxarışdan müəyyən olunur ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat kontorunda vəsiyyət edən ünvan 7ndə qeydiyyatda olan Mirzəbala Ağabala oğlu tərəfindən vəsiyyətnamə üzrə vərəsə ünvan 7ndə qeydiyyatda olan İddiaçı adına verilmiş vəsiyyətnamə xx.xx.2011-ci il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmaması bildirilərək vəsiyyətnamənin surəti İddiaçı təqdim olunmuşdur. 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 287 saylı arayışdan müəyyən olunur ki, İddiaçı, Cavabdeh4, X40, X45, Məmmədova Hicran Əli qızı, X28 və X17 Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə qeydiyyatsız yaşayırlar. İddiaçı məhkəməyə təqdim etdiyi mənzil kommunal xidməti üçün 2007-ci ilə aid ödəniş qəbzlərindən müəyyən olunur ki, ünvan 7 ünvanı üzrə kommunal ödənişlər Mirzəbala Ağabala oğlunun adından 8 nəfər ailə tərkibi üçün aparılmışdır. Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/S 44-620/22 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından müəyyən olunur ki, ünvan 7nin bazar dəyəri 230000 manat, likvid dəyəri 210000 manat təşkil edir. Məhkəmə iclasında şahid X36 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr. 196 saylı evin 32 saylı mənzilində yaşayır. Ona görə də bilir ki, qonşusu Rövşən daimi olaraq ailəsi ilə birlikdə Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzilində yaşayır. Həmin mənzildə Rövşəndən başqa İlqar, Ağabala, Əlibala və onların bacılarının yaşamasını, Ağabalanın vəfat etməsini bilir. Məhkəmə iclasında şahid X41 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr. 196 saylı evin 162 saylı mənzilində 1971-ci ildən yaşayır. Ona görə də bilir ki, qonşusu Rövşən daimi olaraq ailəsi ilə birlikdə Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzilində yaşayır. O, Rövşəndən başqa bu mənzildə İlqarın, Ağabalanın, Əlibalanın və onların bacılarının yaşamasını, Ağabalanın vəfat etməsini bilir. Məhkəmə iclasında şahid X37 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr. 32 saylı evin 154 saylı mənzilində 2001-ci ildən yaşayır. Həmin vaxtdan Rövşəni tanıyır və bilir ki, Rövşən daimi olaraq ailəsi ilə birlikdə Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzilində yaşayır. Rövşəndən başqa o, İlqarı, Əlibalanı və onların bacısını qonşu kimi tanıyır. Bu yaxınlarda o, Rövşənin xəbəri olmadan yaşadığı mənzilin Ağabalanın arvadı tərəfindən satılmasını eşitmişdir. Məhkəmə iclasında şahid X29 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr.196 saylı evin 160 saylı mənzilində 1993-cü ildən yaşayır. Rövşəni 1995-ci ildən tanıyır və bilir ki, Rövşən daimi olaraq Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzildə yaşayır. Həmin mənzildə Rövşən ailəsi ilə, İlqar ailəsi ilə, Əlibala ailəsi ilə, Ağabala ailəsi ilə, Sədaqət yaşayır. Bu yaxınlarda o, mənzilin satılmasını, Rövşənin isə atasının vərəsəsi olmasını eşitmişdir. Məhkəmə iclasında şahid X25 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr.196 saylı evin 129 saylı mənzilində 1996-cı ildən yaşayır. Həmin vaxtdan Rövşəni və ailəsini tanıyır. Rövşən valideynləri, bacı-qardaşları ilə birlikdə Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzildə yaşayır. Rövşən həmişə valideynlərinin qayğısına qalmışdır. Rövşən qonşularla daha çox ünsiyyətdə olduğundan onu bütün qonşular tanıyır. Bu yaxınlarda o, qonşulardan Rövşənin yaşadığı mənzilin Rövşənin məlumatı olmadan satılmasını eşitmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr.196 saylı evin 164 saylı mənzilində doğulduğu gündən yaşayır. Rövşəni, onun valideynlərini və qardaş-bacılarını uşaqlıqdan qonşu kimi tanıyır. Belə ki, 1995-ci ildən Rövşən əvvəl öz valideynləri, qardaş-bacıları ilə, daha sonra öz ailəsi ilə qonşu binada, yəni ünvan 7ndə daimi olaraq yaşayır. Həmin ünvanda hal-hazırda Rövşən ailəsi ilə, İlqar ailəsi ilə, Əlibaba ailəsi ilə və Sədaqət yaşayr. Rövşənin qardaşı Ağabala bir müddət həmin mənzildən köçmüş, lakin ölümündən əvvəl yenə də mənzilə qayıtmışdır. Ağabalanın qızlarından biri onun oğlu ilə birlikdə 83 saylı məktəbdə təhsil alımışdır. 8-ci mikrarayonda Ağabalanın başqa bir mənzilidə vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-4073\2022 saylı qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Mı̇ rzəbala oğlunun cavabdehlər Cavabdeh2 Mı̇ rzəbala qızına və qeyrilərinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair 2(001)-4075/2022 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı Cavabdeh8 cavabdeh İddiaçı Ağabala oğluna və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə 2(001)-4073\2022 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun V.Quliyevin şikayəti üzrə 2017-ci il 7 sentyabr tarixli Qərarı). Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Yuxarıda istinad olunan maddi hüquq normalarına əsasən, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Mirzəbala Ağabala oğlu mülkiyyətində olan ünvan 7ni Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən, oğlu İddiaçı vəsiyyət etmiş və bu vəsiyyətnamə dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Məhkəmə araşdrıması zamanı tərəflərin izahatları, şahid ifadələri, mənzilin yerləşdiyi yerin MKİS-nin arayışı, kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərlə, cavabdeh E.M.Mirzəyevin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etdiyi İddiaçı mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı daimi yaşayış yeri ünvan 7dir. Məhkəmə qeyd edir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vəsiyyət edən Mirzəbala Ağabala oğlunun ölümündən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış etməmiş, bu barədə müvafiq protokol tərtib edilməmiş, İddiaçı adına verilmiş vəsiyyətnamə xx.xx.2011-ci il tarixdə Elektron notariat X2 daxil edilsə də, sonradan həmin mənzillə bağlı notariat hərəkətləri aparan notariuslarda vəsiyyətnamənin mövcud olması barədə vərəsəyə və ya notariat hərəkətlərini aparmaq üçün müraciət edən şəxslərə vəsiyyətnamə barədə məlumat verməmiş, Suraxanı rayonunda yerləşən Bakı şəhəri 35 saylı notariat ofisinin notariusu isə xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasqoyanın Binəqədi rayonunda yaşamasını, mənzilin Binəqədi rayonu ərazisində yerləşməsini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu isitinad olunan Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə vəfat etmiş X24nun ondan başqa vərəsəsinin mərhumun həyat yoldaşı Raya Qəhrəman qızının olmasını bildirib miras qalmış Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edərkən Bakı şəhəri 11 saylı notariat kontorunun notariusu vəsiyyətnamə və ya qanun üzrə digər vərəsələrin olmasının müəyyən edilməsi barədə araşdırma aparmadan mirasqoyanın ölümündən 4 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş vərəsəyə xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bakı şəhəri 11 saylı notariat kontorunun notariusu xx.xx.2013-ci il tarixdə həmin daşınmaz əmlakla bağlı miras qoyan Raya Qəhrəman qızının vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən də, artıq elektron sistemdə olan vasiyyətnamə barədə yenidən vərəsələrə məlumat verməmiş, yenidən bütün vərəsələrin dairəsini müəyyən etməmiş, yenidən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirməklə, vərəsələrdən miras əmlakda olan paylarından imtina etmələri barədə özünün tərtib etdiyi eyni məzmunlu ərizələr almışdır. Baxmayaraq ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilmir, vərəsə isə vərəsiləyə çağırıldığını bildiyi və ya bilməli oldğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina etmək hüququna malikdir. Nəticədə vəsiyyətnamə üzrə vərəsə olan İddiaçı tərəfindən faktiki olaraq miras əmlakın qəbul edilməsi faktı notarius tərəfindən vaxtında müəyyən edilməmişdir. Belələliklə, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, atasının vəsiyyətnaməsi barədə 2022-ci ilin aprel ayının sonunda məlumatı olan İddiaçı Mı̇ rzəbala oğlu mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə vəsiyyət edən Mirzəbala Ağabala oğlunun ölümündən sonra da daimi yaşamaqla miras əmlaka faktiki sahiblik edərək mirası faktiki olaraq qəbul etmiş, İddiaçı mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payından imtina etməsi barədə tərtib edilmiş formal xarakter daşıyan ərizəsi isə iddiaçının artıq qəbul etdiyi miras əmlaka dair yaranmış özünün mülkiyyət hüququndan imtina etməsi kimi qəbul edilə bilməz. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafisinə də təminat vermişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, R.M. Salmanov xx.xx.2002-ci il tarixdə vəfat etmiş X24ndan sonuncunun vəsiyyətnaməsi əsasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair mirası faktiki olaraq qəbul etdiyindən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edildiyi üçün notariat orqanlarının öz vəzifələrini icra edərkən yol verdikləri pozuntular vərəsənin dövlət tərəfindən qorunmasına təminat verilən mülkiyyət hüququndan məhrum edilməsi üçün əsas olmadığından, Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair tərtib olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, mirasın qəbulundan imtina edilməsi barədə ərizələr, bağlanmış bağışlama və alqı-satqı müqavilələri etibarsızdır. Belə ki, bu ərizələr tərtib edilərkən, əqdlər bağlanarkən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin mülkiyyətçisi olan İddiaçı iradə ifadəsi mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5.-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh6 Cavabdeh8 aldığı 80000 manat satıcı tərəfindən alıcıya geri qaytarılmalıdır. Məhkəmə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bağlanmış əqdlərə əsasən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair DƏDR-də mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi tələbləri ilə bağlı qeyd edir ki, DƏDRdə qeydlər şəhadətnamələr və əqdlər əsasında aparıldığından həmin şəhadətnamələrin və əqdlərin etibarsızlığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından aparılmış qeydlər ləğv edilməlidir. Ona görə İddiaçı iddia tələbləri bu hissədə qismən təmin edilir. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 iddia tələbləri ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlir ki, E.M. Şıxməmmədovanın özünün də izahatında qeyd etdiyi kimi o, nikaha daxil olduqdan sonra ərinin evində yaşadığından, valideynlərinin ölümünü bildiyi halda vərəsə olaraq mirası qəbul etməsi üçün heç bir tədbir görmədiyindən hazırkı iddia ərizəsində qeyd olunan tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də məhkəmə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs E.M.Şıxməmmədovanın ödədiyi dövlət rüsumunu özünə, İddiaçı ödədiyi dövlət rüsumunu isə Cavabdeh6 aid edir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə İddiaçı vəkili və nümayəndəsi F.N. Qasımzadənin iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Raya Qəhrəman qızının ünvan 3 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilsin. Cavabdeh2 ünvan 3 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilsin. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2006-cı il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin ½ hissəsinin bağışlanılmasına dair müqavilə etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarış ləğv edilsin. X7 ünvan 3 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilsin. Cavabdeh5 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilsin. İddiaçı Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilsin. Cavabdeh4 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilsin. Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2013cü il tarixli ərizəsi etibarsız hesab edilsin. Cavabdeh2 ünvan 3 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilsin. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən X7 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli 2V- 51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X7 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-cü il tarixli ******* saylı çıxarış ləğv edilsin. Cavabdeh6 ünvan 4 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilsin. Cavabdeh9 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilsin. Cavabdeh10 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilsin. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh6 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V-177 reyesrt nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən Cavabdeh6 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilsin. Satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X22 Elşən Mayıl oğlunun adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarış ləğv edilsin. Cavabdeh6 80000 manat alınaraq Cavabdeh8 verilsin. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 cavabdehlər İddiaçı Mı̇ rzəbala oğluna, Cavabdeh2 Mı̇ rzəbala qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 4, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi təmin edilməsin. Cavabdeh6 dövlət rüsumuna görə 100 manat İddiaçı Mı̇ rzəbala oğlunun xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4075/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4075/2022
11.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver