Məhkəmə qərarları › İş №2(001)-4100/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4100/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4100/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul”tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nıticəsində “Mitsubishi Airtrek” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” **-AG-*** dövlət nişanlı avtomobillərə vurulmuş ziyana görə “xxxx” ASC tərəfindən ödənilmiş 2800 (1550+1250) manat pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iş üzrə tələb olunan bütün sənədlərin məhkəməyə təqdim edildiyinə istinad edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Lakin məhkəmə araşdırılması zamanı yekun qərarın qəbul edilməsi üçün iş materiallarına əlavə edilmiş sənədlərin kifayət etmədiyi ilə bağlı məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, iddiaçıya bununla bağlı bildiriş ünvanlanmış, lakin hər iki tərəf məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, iş materiallarına işin mahiyyəti üçün əhəmiyyət kəsb edən Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar əlavə edilməmişdir və bununla bağlı xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçıya bildiriş göndərilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 149.2.3-cü və 149.4-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmadığından iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah edilməlidir ki, müvafiq sənədləri əlavə etməklə, eyni zamanda məhkəmədən hazırki iddia ərizəsi üzrə əlavə edilmiş sənədləri götürərək ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar