Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4101/2024 29.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı “Layla” mebel salonuna qarşı “maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 29 may 2024-cü il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Layla” mebel salonuna qarşı “maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(001)-3242/2024 saylı qərardadı ilə müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdeh “Layla” mebel salonunun ünvanı natamam olaraq ünvan 1 ünvanda olmasını təsdiq edən sübut təqdim edilməməsi, həmçinin ərizədə “Layla” mebel salonunun hüquqi şəxs olub olmaması qeyd olunmamış, onun VÖEN, telefon nömrələri, elektron poçt ünvanı qeyd olunmaması əsası ilə İddiaçı cavabdeh “Layla” mebel salonuna qarşı “maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hazırda iddiaçı qeyd edilən qərardadda göstərilən nöqsanları aradan qaldırmadan yenidən eyni əsaslarla məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı məhkəmənin yuxarıda qeyd edilən qərardadında iddia ərizəsinin geri qaytarılmasına əsas olmuş halları aradan qaldırmadan, təkrar eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh “Layla” mebel salonun hüquqi ünvanı ünvan 2yd etsə də, lakin cavabdehin hüquqi statusu ilə bağlı (hüquqi şəxsin mövcudluğu, ünvanı və s.) iddia ərizəsinə heç bir rəsmi sənəd əlavə etməmişdir. Bu hal isə məhkəmə iclasları barədə tərəfin lazımi qaydada məlumatlandırılması mümkünsüz edir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Digər tərəfdən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosesual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prossesual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-in 9-cu, 14.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi qanunvericiliyə əsasən hüquqi şəxsə qarşı iddialar hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hazırki işdə iddiaçı cavabdehin hüquqi ünvanı ilə bağlı rəsmi sənəd əlavə etməsə də, iddia ərizəsində cavabdeh “Layla” mebel salonunun hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu ərazisində olduğunu qeyd etmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, iddia ərizəsinə əsasən İddiaçı ilə cavabdeh “Layla” mebel salonu arasında nisyə alqı-satqısına dair müqavilə öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Hazırda elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölümündən çıxarışdan görünür ki, İddiaçı qeydiyyat ünvanı ünvan 4zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. (MPM 45.1) Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı cavabdeh “Layla” mebel salonuna qarşı “maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya ümumi qaydada istehlakçı hüquqlarının pozulması ilə bağlı (özünün qeydiyyatda olduğu) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə, ya da cavabdehin hüquqi statusu müəyyən edildikdən sonra, cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 149,152,263 və 264-maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Layla” mebel salonuna qarşı “maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ümumi qaydada istehlakçı hüquqlarının pozulması ilə bağlı (özünün qeydiyyatda olduğu) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə, ya da cavabdehin hüquqi statusu müəyyən edildikdən sonra, cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4101/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4101/2024
29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver