Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4106/2021 18.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ərzaq və pul” tələbi barədə mülki işə 18 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərzaq və kitab-dəftər üçün verdiyi 300 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, qızı Arzu Gülməmmədova 2008-ci ildə cavabdehlə ailə həyatı qurmuş, birgə nikahlarından 2 uşaqları olmuşdur. 2015-ci ildə qızı ilə cavabdeh arasındakı nikah məhkəmə qaydasında pozulmuş, uşaqların analarının yanında saxlanmaları qərara alınmışdır. Sonradan cavabdehin iddiası əsasında məhkəmə qərarı ilə ona uşaqlarla ünsiyyət vaxtı müəyyən edilmiş, lakin cavabdeh uşaqları görməkdən imtina etdiyi üçün məhkəmə qətnaməsi icra olunmamışdır. Buna baxmayaraq, cavabdeh onun qızından xəbərsiz uşaqları məcbur apararaq 3 ay 20 gün özü ilə saxlamışdır. Uşaqlar anaları ilə əlaqə saxlayıb atalarının evindəki yeməyi yeyə bilmədiklərini bildirdiklərindən o, dözə bilməyib 20 manat dəyərində 3 ədəd Siyəzən toyuğu, 24 manat dəyərində 3 ədəd kənd toyuğu, 1 kiloqramı 3 manat olmaqla 3 kiloqram bud dubu, 1 kiloqramı 3 manat olmaqla 4 kiloqram toyuq içalatı, 1 kiloqramı 8 manat olmaqla 3 kiloqram toyuq filesi, 1 qabı 3 manat olmaqla 4 qab qanad dibi, 1 kiloqramı 10 manat olmaqla 0,5 kiloqram “Sevimli dad” sosisləri, 1 kiloqramı 2 manat olmaqla 2 kiloqram qarabaşaq, 1 kiloqramı 2 manat olmaqla 2 kiloqram yumru düyü, biri 5 manat olmaqla 2 banka şokolad yağı, biri 3 manat olmaqla 2 ədəd “Adikto” şokoladı, biri 1,5 manat olmaqla 2 ədəd “Alpen Gold” şokoladı, biri 5 manat olmaqla 2 qutu “Tess” çayı, ümumi dəyəri 10 manat olan “Sport”, “Moskva” və xırda fiqurlu peçenyelər, biri 3 manat olmaqla 2 qutu xurma, biri 4 manat olmaqla 3 qutu badam, biri 5 manat olmaqla 2 qutu fıstıq, biri 1 manat olmaqla 2 qutu qara kişmiş, biri 1 manat olmaqla 2 qutu sarı kişmiş, 1 kiloqramı 2 manat olmaqla 5 kiloqram konfet, 1 kiloqramı 2 manat olmaqla 5 kilqoram daş konfetlər, şokolad alıb uşağın ayaqqabı və paltarlarını və uşağın özünün işləyib qazandığı 65 manat məbləğində pulu ərzaq və kitab-dəftər almaq üçün vermişdir. 06 fevral 2021-ci il tarixdən məhkəmə qərarı ilə uşaqlar yenidən analarının yanına qaytarıldıqlarından o, hazırda aldığı ərzaq və verdiyi pulun əvəzini cavabdehdən tələb edir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçının göstərdikləri tamamilə əsassız və yalandır. İddia ərizəsində göstərilənlərə dair heç bir sübut mövcud deyil. İddiaçı aldığı məhsulların ödəniş qəbzini təqdim edərsə o, tələbdə göstərilən pulu ödəməyə razıdır. Lakin, iddiaçıda həmin qəbz belə mövcud deyil. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb tamamilə əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, əsassız olduğundan iddian rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ərzaq və pul” tələbi barədə iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4106/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4106/2021
18.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver