Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4114/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X1 vəsatələ məhkəməyə müraciət edərək göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin icraatında (hakim İlkin Əliyev) iddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə 2(001)-3662/2020 saylı mülki iş mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-4114/2020 saylı mülki iş iddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(001)-3662/2020 saylı mülki işlə bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasы Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRАRA АLDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-4114/2020 saylı mülki iş iddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(001)- 3662/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin və həmin işlərə bir icraatda baxılsın. Birləşdirilən mülki işdə 2(001)-3662/2020 nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4114/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4114/2020
28.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver