Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4172/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “inzibati xəta haqqında protokola görə ödənilmiş məbləğin geri tələb olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “inzibati xəta haqqında protokola görə ödənilmiş məbləğin geri tələb olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən inzibati xəta haqqında protokola görə onun tərəfindən ödənilmiş 256 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 18 avqust 2017-ci il tarixdə AL-745 saylı “Daxili lizinq” müqaviləsinə əsasən cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə 2013-cü il buraxılışlı, “Runna” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Runna” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada cərimələnmişdir. Bu faktı Azərbaycan Respublikası X4 İdarəsi tərəfindən təqdim olunmuş qərarların surəti və DYPİ-nin elektron portalından çıxarışı təsdiq edir. Belə ki, DYPİ-nin elektron portalında 18 avqust 2017-ci il tarixli protokol nömrəsi İXP ******* inzibati xəta ilə əlaqədar 60 manat əsas, 36 manat dəbbə pulu olmaqla cəmi 96 manat; 26 avqust 2017-ci il tarixli protokol nömrəsi İXP ******* inzibati xəta ilə əlaqədar 60 manat əsas, 36 manat dəbbə pulu olmaqla cəmi 96 manat; 17 sentyabr 2017-ci il tarixli protokol nömrəsi İXP ******* inzibati xəta ilə əlaqədar 40 manat əsas, 24 manat dəbbə pulu olmaqla cəmi 64 manat, ümumilikdə 256 manat cərimə cavabdehin adına qeyd olunmuşdur. Mülkiyyət hüququ ilə MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokol əsasında yaranmış cərimə MMC tərəfindən ödənilmişdir. Həmin cərimə ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulur. Göründüyü kimi, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Həmçinin, cavabdeh iddiaya dair etirazını da məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AC 690074 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Runna” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdir; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2017-ci il tarixli, AL-745 saylı “Daxili lizinq” müqaviləsinin və müqaviləyə əlavənin təsdiq edilmiş surətlərindən görünür ki, əsasən lizinq verən lizinq obyekti olan “Runna” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqaviləyə əsasən lizinq müqaviləsinin ümumi məbləği 9.550 manat, müddəti isə 36 ay təşkil edir. Müqavilənin 6-cı bəndinə əsasən lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək; müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etmək; lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq; mütəmadi olaraq lizinq obyektini yoxlamaq lizinq alanın öhdəliklərinə aid edilmişdir. Müqavilənin 7.1.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir. Müqavilənin 11.2-ci bəndinə əsasən Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Müqaviləyə əlavəyə əsasən 18 avqust 2017-ci il tarixdə lizinq verənlə lizinq alan arasında lizinq obyekti olan “Runna” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil-təslimi aparılmışdır; Bakı şəhər X4 İdarəsinin 18 avqust 2017-ci il tarixli və 26 avqust 2017-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən cəmi 120 (60+60) manat məbləğində cərimə edilmişdir; Bakı şəhər X4 İdarəsinin 17 sentyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir; X1 əldə edilmiş çıxarışlardan görünür ki, Cavabdeh 18 avqust 2017-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən 60 manat əsas, 36 manat dəbbə pulu olmaqla cəmi 96 manat, 26 avqust 2017-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən 60 manat əsas, 36 manat dəbbə pulu olmaqla cəmi 96 manat, 17 sentyabr 2017-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən 40 manat əsas, 24 manat dəbbə pulu olmaqla cəmi 64 manat ümumilikdə isə 256 manat məbləğində məbləğində inzibati qaydada cərimə edilmişdir; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 17 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, sonuncuya onun tərəfindən lizinq obyekti olan “Runna” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar Azərbaycan Respublikası X4i tərəfindən inzibati qaydada cərimələndiyi, ümumilikdə 256 manat məbləğində olan cərimənin MMC tərəfindən ödənildiyi bildirilmiş və yaranmış borcun 7 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda inzibati xəta protokollarının ödənilməsinə dair yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; 14 fevral 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Baş X4 İdarəsinə inzibati xəta haqqında protokollar üzrə ümumilikdə 256 manat məbləğində cərimə ödənilmişdir; 03 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, lizinq obyektinin istismarı zamanı yol verdiyi inzibati xətalarla əlaqədar hesablanmış cərimələri ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçı tərəfindən cavabdehin əvəzinə ümumilikdə ödənilmiş 256 manat məbləğində inzibati cəriməni iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 256 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 256 (iki yüz əlli altı) manat məbləğində puı vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4172/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4172/2022
08.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver