Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-425/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə 27 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “VAZ 21074” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 1700 manat və X2 aldığı az-ağır dərəcəli bədən xəsarətlərinə görə isə ödənilmiş 1500 manat olmaqla, cəmi 3200 manat pulun, habelə ödənilmiş 52,4 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 yanvar 2019-cu il tarixdə “Mercedes Benz C240” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ 21074” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı X3 az-ağır dərəcəli bədən xəsarətləri almışdır. İddiaçı dəymiş ziyanı aradan qaldıraraq, “VAZ 21074” markalı avtomobilə görə 1700 manat, X2 aldığı xəsarətlərə görə isə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı narkotik vasitələrdən istifadə edərək nəqliyyat vasitəsini idarə etdiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiklərini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, təmin edilməsinə etirazının olmadığını bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddianın etirafı qəbul edilməli və iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilsin. “VAZ 21074” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 1700 manat və X2 aldığı az-ağır dərəcəli bədən xəsarətlərinə görə isə ödənilmiş 1500 manat olmaqla, cəmi 3200 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52,4 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-425/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-425/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver