Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4253/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat su filtrinin qalıq dəyərinin, 184 manat məbləğində peniyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 614 manat pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli “Su filtrlərinin satış” müqaviləsinə əsasən iddiaçı cavabdehə nümayiş etdirdiyi “Qorxmazoğlu” markalı su təmizləmə filtrlərini 700 manata satır, cavabdeh isə ilkin ödəniş olaraq 100 manat ödədikdən sonra 600 manat məbləğində pulu xx xxxx 2020-ci il tarixə kimi ödəməli idi. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımi qaydada, qanunvericiliyə və müqavilə şərtlərinə uyğun şəkildə, yerinə yetirərək müqavilənin predmeti olan su filtirini tam istifadəyə yararlı vəziyyətdə cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etməyərək, borclu olduğu məbləğin 400 manatını bu günə kimi ödəməmişdir. Cavabdeh sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə ödəniş etmişdir. Bundan əlavə tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli “Su filtrlərinin satış” müqaviləsinin 2.5-ci maddəsinə əsasən alıcı ödənişi müəyyən edilmiş müddətdə həyata keçirmədikdə, satıcı hər gecikdirilmiş günə görə növbəti ödəniş məbləğindən 2% məbləğində penya əlavə edir. Hesab edilir ki, ödənişin edilməli tarixdən, yəni xx xxxxx 2020-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixə, yəni xx xxxx 2020-ci il tarixə kimi gecikdirilən günlərin sayına görə 184 manat (100 m (aylıq ödəniş) x 2%=2 m x 92 gün=184) məbləğində cərimə məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın borcun tutulması hissəsində qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Belə ki, məhkəmədə iddia qaldırdıqdan sonra müəyyən ödəniş etmiş və hazırda onun əsas bocru 100 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qisməntəmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı (satıcı) iləCavabdeh (alıcı) arasında bağlanmışxx xxxxxx 2020-ci il tarixli “Su filtrlərinin satış” müqaviləsindən görünür ki, satıcı qiyməti 700 manat, ilkin ödəniş 100 manat olmaqla “Qoxmazoğlu Su” təmizləmə texnologiyaları sistemini alıcıya nisyə satmağı, alıcı isə satıcıya məhsulun dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən alıcı ödənişi müəyyən edilmiş müddətdə həyata keçirir, əks təqdirdə satıcı hər gecikdirilmiş günə görə növbəti ödəniş məbləğindən 2% məbləğində penya əlavə ediləcəkdir; xx xxxxxx 2020-ci tarixli arayışdan görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə 700 manat məbləğində su filtri satılmışdır. İlkin ödəniş 100 manat edilməklə, xx xxxxxx 2020-ci il tarixdə 100 manat, xx xxxxx 2020-ci il tarixdə 100 manat, xx xxxx 2020-ci il tarixdə 100 manat, xx xxxxxx 2020-ci il tarixdə 100 manat, xx xxxxxx 2020-ci il tarixdə 100 manat ödəniş etmişdir. 100 manat isə bu günkü günə qədər ödənməmiş qalmışdır. xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən Cavabdeh 100 manat məbləğində əsas borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixli “Su filtrlərinin satış” müqaviləsi üzrə cərimənin məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və həmin müqavilə üzrə cərimə azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2020-ci il tarixli “Su filtrlərinin satış” müqaviləsi üzrə əsas borc 100 manat, cərimə borcu 20 manat olmaqla, cəmi 120 manat manat məbləğində borc Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 12 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2020-ci il tarixli “Su filtrlərinin satış” müqaviləsi üzrə Cavabdeh100 (bir yüz) manat məbləğində borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 120 manat (bir yüz iyirmi) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 12 (on iki) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4253/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4253/2020
28.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver