Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4255/2022 13.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs kimi Səbail rayon İcra Şöbəsini cəlb etdiyi “icra məmurunun hərəkətlərindən şikayət”i 13 iyun 2022-ci il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Mehdiyev X1 rayon İcra Şöbəsini cavabdeh qismində, Səbail rayon İcra Şöbəsini isə üçüncü şəxs qismində cəlb etməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3720/2010 saylı icra vərəqəsi icra edildiyindən Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mübariz Abbasovun icra hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun 17 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ilk öncə o qeyd olunur ki, şikayətdə iddiaçı və cavabdeh göstərilməklə, şikayət iddia ərizəsi formasında tərtib edilmişdir. Digər tərəfdən, şikayətdə cavabdeh qismində Binəqədi rayon İcra şöbəsi, üçüncü şəxs qismində Səbail rayon İcra Şöbəsi göstərildiyi halda, qərarından, hərəkətlərindən şikayət verilmiş şəxs Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmurudur. Belə olan halda Binəqədi rayon İcra Şöbəsinə yönələn tələb müəyyən edilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qüvvədə olan mülki prosessual qanunvericilikdə icra məmurunun qərarından verilmiş şikayət düzgün tərtib olunmadıqda onun qaytarılmasına dair norma nəzərdə tutulmadığından hesab edirəm ki, analoji münasibətləri, yəni, iddia ərizəsinin qaytarılması barədə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə istinad olunmalıdır. Həmin maddənin tələbinə əsasən əgər iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, icra məmurunun hərəkətlərindən şikayət ərizəsində “şikayət verən şəxs, barəsində şikayət verilən şəxs və ya qurum” göstərilməli olduğu halda, iddiaçı və cavabdeh göstərildiyindən, habelə, cavabdeh kimi göstərilmiş Binəqədi Rayon İcra Şöbəsinə qarşı yönələn tələb göstərilmədiyindən, şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs kimi Səbail rayon İcra Şöbəsini cəlb etdiyi “icra məmurunun hərəkətlərindən şikayət”i ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4255/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4255/2022
13.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver