Məhkəmə qərarları › İş №2(001)-4257/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4257/2021

23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4257/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçı2 oğlunun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və üçünçü şəxs 1 saylı Bakı Asan Xidmət Mərkəzində ƏN Notariat Kontoruna qarşı “mənzildən istifadə hüququnun itirilməsi və mənzilin hüquqi sənədlərinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə X14 Daşınmaz Əmlakın Dövlət Reysterində ünvan 1 barəsində X5 adına aparılmış qeydiyyat və həmin mənzil barəsində X5 adına 14.09.2007-ci ildə verilmiş ******* N-li çıxarış ləğv edildiyindən, X11 öldükdən sonra həmin mənzil barəsində onun vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına verilmiş 01.07.2015-ci il tarixli, digər cavabdeh Zahirova (Atayeva) Şəbinə Marif qızının (1/3 hissədə) adına verilmiş 27.07.2016-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrinin, Qanun üzərə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsəlik qaydasında ünvan 1 barəsində cavabdehlər X6 (1/3 hissədə) və Cavabdeh1 (1/3 hissədə) adına verilmiş 03.07.2015-ci il tarixli, ******* N-li çıxarışın, Qanun üzərə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsəlik qaydasında ünvan 1 barəsində digər cavabdeh Zahirova (Atayeva) Səbinə Marif qızının (1/3 hissədə) adına verilmiş 05.08.2016-cı il tarixli ******* N-li çıxarışın ləğv edilməsi, Cavabdeh2, Cavabdeh1, Zahirova (Atayeva) Səbinə Marif qızının mənzildə istifadə hüququnun itirilməsi və mənzilin hüquqi sənədlərinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanı Nərimanov rayonu, X12 09 iyul 1965-ci il tarixli qərarı ilə ataları X3 verilmiş, həmin vaxtı verilmiş mənzilin ünvanı 11-ci perevalnaya küçəsi, ev 54, mənzil 16 olmuşdur. Həmin mənzilin verilməsi barədə 19 iyul 1965-ci ildə atalarının adına 38431 saylı order verilmiş, orderdə atalarının və onun ailə üzvü olan 6 nətər ailə üzvünün adı göstərilmişdir. Həmin mənzildə yaşamış ataları X4 1991-ci ildə vəfat etmiş, anaları X10 isə 2005-ci ildə rəhmətə getmişdir. Onlar, eləcə də X1 ailəsi (həyat yoldaşı və 4 uşağı) həmin mənzildə ata-analarının yanında yaşamışlar, bu gün də həmin mənzildə yaşayırlar. Onlar müəyyən səbəblərdən həmin mənzildən qeydiyyatdan hələ 1989cu ildən çıxsalar da bu onların həmin mənzildə yaşamamağı ilə deyil, tamamilə başqa səbəblə bağlı olmuşdur, lakin onlar həmişə həmin mənzildə yaşamışlar. Onlar yaşadıqları mənzilin sənədlərinin hələdə rəhmətlik atalarının adına olan order olduğunu bilmiş, mərhum bacıları X7 həmin mənzili hansı vaxt, hansı sənədlər əsasında öz adına özəlləşdirməsindən onların məlumatı olmamışdır, yalnız onlara qarşı məhkəmədə iddia qaldırıldıqdan sonra bu barədə məlumatları olmuşdur. R.Atayeva həmin mənzildə yaşamaya-yaşamaya, həmin mənzildə yaşayan və mənzilin orderində adları göstərilən şəxslərin xəbəri olmadan, ərazi üzrə MKİS-dən saxta arayışlar əldə edərək Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək göstərmişdir ki, mənzilin icarədarı olmuş ataları X4 öldükdən sonra həmin mənzildə o özü və iki övladı yaşayır, mənzildə başqa heç kim yaşamır, ona görə də, mənzil kirayə müqaviləsinin onun adına dəyişdirilməsini istəmişdir. Bakı şəhəri İH MKT Departamenti 23.02.2007-ci ildə 35/8 N-li sərəncam verərək ünvan 1-nin icarə müqaviləsinin X5 adına dəyişdirmişdir. Halbuki, Roza Atayeva ailə həyatı qurduqdan sonra həmin mənzildən köçmüş, nə o, nə də onun uşaqları və həyat yoldaşı bir gündə olsun həmin mənzildə yaşamamışlar, həmin mənzildə 1965-ci ildən bu günə kimi onlar yaşamışlar. 14.09.2007-ci ildə R.Atayeva öz adına həmin mənzil barəsində ******* N-li çıxarış almış, R.Atayeva 2011-ci ildə vəfat etmişdir. Roza Atayevanın həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh1 öz vərəsəlik hüququndan istifadə edərək 03.07.2015-ci ildə hər biri həmin mənzilin 1/3-nə hüquq əldə edərək öz adlarına ******* N-li çıxarış almışlar. Digər cavabdeh Zahirova (Atayeva) Səbinə Marif qızıda adına verilmiş 27.07.2016-ci il tarixli qanun üzərə vərəsəlik Şəhadətnaməsi əsasında həmin mənzilin 1/3-nə hüquq əldə edərək öz adına 05.08.2016-cı il tarixli ******* N-li çıxarış almışdır. Cavabdehlərin pasport qeydiyyatında qalması onların mülkiyyətində olan mənzilinə hüququnun həyata keçirilməsinə maneə törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də qanunvericiliyin tələblərini nəzərə alaraq öhdəliyini yerinə yetirməyən cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı1, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. 1 saylı Bakı Asan Xidmət Mərkəzində ƏN Notariat Kontoru məhkəməyə məktub göndərərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Digər cavabdehlər isə gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 19.07.1965-ci il tarixli 38431 nömrəli orderdən görünür ki, ünvan 2 X2 xüsusi mülkiyyətində olmuşdur. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 23.02.2007-ci il tarixli sərəncamına əsasən, X4 ölümü ilə əlaqədqar 07.05.1992-ci il tarixdə ünvan 2 ünvanında pasport qeydiyyatdan çıxarılmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ünvan 2 X7 xüsusi mülkiyyətindədir və bu hüquq ona 14.09.2007-ci ildə verilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ünvan 2 Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu hüquq ona 03.07.2015-ci ildə verilmişdir. -1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2017-ci il tarixli qərarına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı Cavabdeh2, vətəndaş X13 və Cavabdeh1 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə sərəncamın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.12.2017-ci il tarixli qərarına əsasən, iddiaçıların şikayəti təmin edilməmiş, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2017-ci il tarixli qərarı dəyidirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01.05.2018-ci il tarixli qərarına əsasən, iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.12.2017-ci il tarixli qərarı ləğv edilmiş və baxılması üçün təkrar Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.09.2018-ci il tarixli qərarına əsasən iddiaçılaın apellyasiya şikayəti təmin edilmiş, 1 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26.07.2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh “Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin ünvan 2-nın icarə müqaviləsinin dəyişdirilməsi haqqında” 23 fevral 2007-ci il tarixli, 35/8 saylı sərəncamının ləğv edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2018-ci il tarixli qərarı ilə üçüncü şəxs Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli qərardadı ilə mülki iş üzərə icraata xitam verilmiş və tələblə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə X14 Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə müraciət etmələri, bundan imtina edildikdə isə müvafiq olaraq ərazi aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmələri qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.09.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli qərardadı qismən ləğv edilmiş, yəni 03.07.2015-ci il tarixli 0699166-saylx çıxarışın ləğv olunması və mənzilin hüquqi sənədlərinin əvvəlki vəziyyətə qaytarılması tələblərinə aid iş üzərə icraata xitam verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə işə mahiyyəti üzrə baxilması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.08 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysterində ünvan 1 barəsində X5 adına aparılmış qeydiyyat və həmin mənzil barəsində X5 adına 14.09.2007-ci ildə verilmiş ******* N-li çıxarışın ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə X14 Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1-saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli qərarına əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25.08 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Beləliklə, müəyyən edildi ki, cavabdehlər mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, həmin mənzildə formal olaraq qeydiyyatdadırlar. Müəyyən edildi ki, onlar həmin ünvanda yaşamırlar. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaları iddiaçıların həmin mənzil üzərindəki sərəncam hüququnun həyata keçirməsinə mane olur. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanından istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində ünvan 1 barəsində X5 adına aparılmış qeydiyyat və həmin mənzil barəsində X5 adına 14.09.2007-ci ildə verilmiş ******* N-li çıxarış ləğv edildiyindən, X11 öldükdən sonra həmin mənzil barəsində onun vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına verilmiş 01.07.2015-ci il tarixli, digər cavabdeh Zahirova (Atayeva) Şəbinə Marif qızının (1/3 hissədə) adına verilmiş 27.07.2016-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri, Qanun üzərə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsəlik qaydasında ünvan 1 barəsində cavabdehlər X6 (1/3 hissədə) və Cavabdeh1 (1/3 hissədə) adına verilmiş 03.07.2015-ci il tarixli, ******* N-li çıxarış, Qanun üzərə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsəlik qaydasında ünvan 1 barəsində digər cavabdeh Zahirova (Atayeva) Səbinə Marif qızının (1/3 hissədə) adına verilmiş 05.08.2016-cı il tarixli ******* N-li çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına verilmiş 01.07.2015-ci il tarixli, digər cavabdeh Zahirova (Atayeva) Şəbinə Marif qızının (1/3 hissədə) adına verilmiş 27.07.2016-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri, Qanun üzərə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsəlik qaydasında ünvan 1 barəsində cavabdehlər X6 (1/3 hissədə) və Cavabdeh1 (1/3 hissədə) adına verilmiş 03.07.2015-ci il tarixli, ******* N-li çıxarış, Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsəlik qaydasında ünvan 1 barəsində cavabdeh Zahirova (Atayeva) Səbinə Marif qızının (1/3 hissədə) adına verilmiş 05.08.2016-cı il tarixli ******* N-li çıxarış ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar