Məhkəmə qərarları › İş №2(001)-4265/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4265/2022

14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4265/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı barəsində tərtib olunmuş İPX ******* saylı protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsini araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı barəsində tərtib olunmuş İPX4663213 saylı protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmasını xahiş edir. Azərbaycan Respublikası İXM-nin 125.1.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 126.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İstinad olunan normalardan müəyyən olunur ki, barəsində inzibati protokol və ya qərar tərtib olunan şəxs həmin inzibati protokolu və ya qərarı Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən mübahisələndirmək hüququ vardır. Yəni İddiaçı iddia ərizəsini deyil, qərardan şikayətini məhkəməyə təqdim etməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçının hazırkı iddia ərizəsi, iddia tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmasına yolverilməməsi əsası ilə qəbul edilməkdən imtina edilməlidir. İddiaçıya barəsində tərtib olunan inzibati protokolu və ya qərarı Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən mübahisələndirmək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153.2., 153.2.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı barəsində tərtib olunmuş İPX4663213 saylı protokolun ləğv edilməsinə dair iddia ərizəsi qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar