Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4309/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən 1 mərtəbəli tikili vəfat etmiş nənəsi X5 tərəfindən vəsiyyətnamə ilə vəfat etmiş atası X2 verilmişdir. Lakin buna baxmayaraq, bibisi Səkinə İsmayılova da həmin evdə yaşamaq üçün iddia irəli sürmüş və yekunda Gədəbəy rayon məhkəməsində keçirilən məhkəmə prosesində iddiası təmin olunmuşdur. Bundan sonra anası X3 qətnamədən şikayət vermək məqsədilə Gədəbəy rayonuna getmiş və qətnaməni əldə etdikdən sonra geri qayıdarkən avtobusda tanımadığı, özünü polis kimi təqdim edən Azər (cavabdeh) adlı şəxslə tanış olmuşdur. Həmin şəxs məsələnin həllində köməklik göstərə biləcəyini bildirib, vəsiyyətnamənin verilməsinin lazım olduğunu və bunun üçün 1200 manat məbləğində vəsaitin tələb edildiyini demişdir. Cavabdeh anası ilə əlaqə saxlamaq üçün ***-***-**-** nömrəli mobil telefon nömrəsini vermişdir. Anası evə qayıtdıqdan sonra bu barədə ona məlumat vermiş, həmin şəxsə güvəndiyini bildirmişdir. Daha sonra cavabdehlə əlaqə saxlayaraq ertəsi gün görüşmək üçün razılaşmışlar. 20 may 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında görüşmüş, cavabdehə tələb olunan sənədləri (vəsiyyətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surətləri, doğum haqqında şəhadətnamə və s.) təqdim etmiş, həmçinin 1200 manat məbləğində pulu nağd şəkildə ona vermişdir. Pulu saydıqdan sonra cavabdeh gözləməklərini söyləyərək sağollaşmışdır. Təxminən 1-2 gün sonra cavabdeh onunla yenidən əlaqə saxlayaraq sənədlərin 2 günə hazır olacağını, lakin evin adına keçirilməsi üçün arayış lazım olduğunu və bu sənədin hazırlanması üçün 300 manat tələb olunduğunu bildirdi. Həmçinin, bibisinin qalib gəldiyi məhkəmə qətnaməsinin şikayət verilib ləğv edilməsi üçün əlavə olaraq 1000 manat lazım olduğunu demişdir. Buna görə də 04 iyun 2024-cü il tarixdə cavabdehə məxsus 41272093 0318 9838 nömrəli kart hesabına 1000 manat, 10 iyun 2024-cü il tarixdə isə eyni hesaba 300 manat məbləğində pul köçürmüşdür. Daha sonra yenə cavabdeh onlara gözləməyi bildirmiş, lakin məsələ uzandıqca verdiyi vədləri yerinə yetirməmişdir. Bu səbəbdən pulu geri tələb etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina elmişdir. Uzun müddət davam edən etirazlardan sonra 12 sentyabr 2024-cü il tarixdə cavabdeh ondan aldığı 2500 manatın yalnız 900 manatını geri qaytarmışdır. Onun barəsində Sabunçu rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, istintaq gedişində cavabdeh ona vurduğu maddi ziyanın 800 manatını hissə-hissə olmaqla qaytarmış, lakin hazırki günə qədər qalan 800 manatı ödəməmişdir. Sabunçu rayon Polis İdarəsinin İŞ-nin 1 yanvar 2025-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərar qəbul elmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh öz izahatında ondan pul aldığını etiraf etmiş, lakin ona nağd qaydada verdiyi 1200 manat pulun 1100 manat olduğunu demişdir. Ondan aldığı borclarla bağlı sübut qismində səs yazıları və “whatsapp” tətbiqində mesajları vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İŞ-nin 01 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh tərəfindən pulunun ələ keçirilməsi ilə bağlı Sabunçu rayon prokurorluğuna daxil olmuş müraciəti baxılıb tədbir görülməsi və qərar qəbul edilməsi üçün Sabunçu RPİ-nə göndərilmiş; Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı anası X4 rayonundan tanıyır, təxminən 2-3 ay əvvəl toya getmək məqsədi ilə Gədəbəy rayonuna getmiş, orada olarkən Təranə Abdullayeva ona qaynanasından vəsiyyətnamə ilə ərinə ev qaldığını, lakin qaynanasının həmin evi başqa şəxslərə də verdiyini, bu səbəbdən halhazırda məhkəmə prosesinin getdiyini bildirmiş və ondan vəsiyyətnamənin təsdiqi ilə bağlı kömək istəmiş və ona bunun 1100 manata başa gələcəyini və oğlunun onunla əlaqə saxlamasını bildirmişdir. Daha sonra təxminən 3 gün sonra Elvin ona zəng etmiş və razılaşmışdırla, səhərisi günü Elvinlə görüşmüş və Elvin 1100 manat pulu ona nağd şəkildə vermiş, daha sonra Elvinə sənədlərlə bağlı yenidən pul lazım olduğunu bildirmiş və Elvin 04 iyun 2024-cü il tarixdə 1000 manat və 10 iyun 2024-cü il tarixdə 300 manat məbləğində pulu onun kartına göndərmişdir. Bundan sonra Gədəbəy rayon məhkəməsi həmin evin başqa şəxsə verilməsi haqqında qətnamə çıxarmışdır. O, məsələnin alınmayacağını görüb 900 manatını onun kartına göndərmiş, lakin daha sonralar maddi vəziyyəti pisləşdiyi üçün qalan pulu geri qaytara bilməmişdir. Qalan pulu isə qısa zamanda geri qaytaracağını bildirmişdir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, araşdırma müddətində Cavabdeh İddiaçı maddi ziyandan 800 manatı hissə-hissə olmaqla geri qaytarmışdır. Araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh izahatında vəsiyyətnamənin təsdiqi ilə bağlı köməklik göstərəcəyini bildirərək X1 Abdullayevdən ümumilikdə 2400 (1100+1000+300=2400) manat məbləğində pul aldığını etiraf etmiş və məsələni həll edə bilməyəcəyini görüb həmin məbləğin 900 manatını İddiaçı məxsus karta yükləmiş, sonradan isə hissə-hissə olmaqla 800 manat məbləğində pulu iddiaçıya ödəmişdir. Beləliklə Cavabdeh İddiaçı 2400 manat məbləğində pul alması, eləcə də həmin puldan ümumilikdə 1700 (900+800) manat məbləğini qaytarması sübuta yetirildiyi üçün, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 700 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin təmin edilməmiş hissəsi olan 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində isə, iddiaçı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 700 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı qaytarılmalı, idda qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində olan dövlət rüsumunun 29 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 29 (iyirmi doqquz) manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4309/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4309/2025
21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver