Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4346/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X1 Respublikası Kiyev Biznes və Texnologiya Universitetinin mexanika fakültəsini əyani olaraq bitirmişdir. Onun 2020-ci ildə imtahandan kəsiri olduğu və akademik borcu yarandığı üçün həqiqi hərbi xidmət məsələsi meydana çıxmışdır. İddiaçı hərbi komissarlıqda cavabdeh X5 ilə tanış olmuşdur. O, söhbət əsnasında iddiaçıya bildirdi ki, bu məsələni həll edə bilər. Bu məqsədlə cavabdeh X3 2020-ci ilin yanvar ayında iddiaçının kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, M.Şərifi küçəsi, 24/25, 7 saylı evin 305-ci mənzilində anası X2 və qızı Sevinc Qarayevanın yanında iddiaçıdan əvvəlcə 3000 manat, sonra 2000 manat, daha sonra isə 5700 manat, cəmi 10700 manat almışdır. Lakin o, iddiaçının oğlunun hərbi xidmət məsələsini həll etmədi və həmin pulun 2700 manatını iddiaçıya qaytardı. İddiaçı dəfələrlə ondan aldığı və yerdə qalan 8000 manat pulu Cavabdeh istəsə də, o, müxtəlif bəhanələrlə bu pulu iddiaçıya qaytamaqdan imtina etdi. İddiaçı 06 oktyabr 2020-ci il tarixdə bu pulu almaq məqsədilə onun yaşadığı evə getdi. Onun ailə üzvləri polis çağırdılar. Polislər gəlib iddiaçını Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı bölməsinə apardılar. Bölmədə iddiaçıdan yazılı izahat aldılar. İddiaçı verdiyi izahatda Cavabdeh pulunu tələb etdi. Cavabdeh polis bölməsində təhqiqatçı İsmət Musayevə izahat verərək iddiaçıdan 06 oktyabr 2020-ci il tarixdə 7000 manat borc pul aldığını və hissə-hissə qaytardığını etiraf etdi. Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 6-cı bölməsinin təhqiqatçısı polis kapitanı İsmət Musayevin 05 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Bundan sonra cavabdeh X5 2020-ci ilin noyabr ayından başlayaraq hər ay 800 manat qaytarmaq şərti ilə 10 ay müddətində iddiaçıya 8000 manat qaytaracağı barədə 06.10.200-ci il tarixli iltizam yazmışdır. Lakin həmin vaxtdan bu günə kimi cavabdeh Afıq Hüsdynov həmin pulu iddiaçıya qaytarmamışdır. Eyni zamanda o, iddiaçıya bildirmişdir ki, bu pulu heç vaxt ona qaytarmayacaq. İddiaçı Afıq Hüseynova ondan aldığı 8000 manat pulun qaytarılması barədə 02 iyun 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmiş, lakin o, bu xəbərdarlığa heç bir məhəl qoymamışdır. İddiaçı da məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan Cavabdeh Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis kapianı İsmət Musayevə verdiyi izahatdan görünür ki, o, İddiaçı 7000 manat pul aldığını etiraf edir, lakin həmin pulun onun tərəfindən geri qaytarılmasını bildirir. İş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı borc almış və söz vermişdir ki, hər ayın 1-dən 10na qədər, 10 ay müddətində, hər ay 800 manat olmaqla, cəmi 8000 manat məbləğində pulu İddiaçı ödəyəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəlləsinin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən isə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləlilklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 8000 manat məbləğində pul cavabdeh Hüseynov Afı̇ q Mehralı oğlundan tutularaq İddiaçı Baxşeyı̇ ş qızına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh Hüseynov Afı̇ q Mehralı oğlundan tutularaq İddiaçı Baxşeyı̇ ş qızına ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4346/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-4346/2022
13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver