Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4357/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi, maddi ziyan və mənəvi zərər” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi, maddi ziyan və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.000 manat məbləğində pulun, aldığı pulu vaxtında qaytarmadığından mənəvi ziyana görə 3.000 manat və ödənilmiş 138 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən iki ilə yaxındır ki, uzaq qohumluq əlaqələri olan Cavabdeh ondan iş quraraq pul qazanmaq adı ilə hissə-hissə 16.000 manat pul aldı. Hətta yaxşı qazanc verəcəyinə və 16.000 manat məbləği hansı tarixdə qaytarmaq lazım olduğu zaman 1 ay öncədən dediyi zaman qaytaracağına inandırdığından, 16.000 məbləğin 6.000 manatını bibisindən borca götürüb Cavabdeh vermişdi. Bir müddət ona qazanc adı ilə xırda bir məbləğ xeyir vermişdir. Hazırda isə 16.000 manat məbləğində pulunu geri tələb etsə də cavabdeh heç bir əsas olmadan pulunu qaytarmaqdan imtina edir. Bununla bağlı 2023-cü ilin fevral ayında Daxili İşlər Nazirliyinə şikayəti əsasında Cavabdeh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş və orada ona 16.000 manat borcunun olmasını müstəntiqin dediyinə görə etiraf etmişdir. Lakin ona həmin zaman zəng çatmadığına görə cavabdehin izahatı alınarkən o, cavabdehlə rastlaşmamışdır. Bundan sonra isə cinayət işinin qaldırılmasını tələb etsə də, bildirdilər ki, mülki iş olduğu üçün məhkəməyə müraciət edə bilər. Cinayət işinin rədd edilməsi qərarını tələb etsə də bildirdilər ki, ona heç bir sənəd verə bilmirlər. Yalnız məhkəmə tərəfindən iş materialları tələb edildiyi halda iş materiallarını məhkəməyə təqdim edə bilərlər. Cavabdehdən ona olan borcunun qaytarılmasını tələb etsə də, cavabdeh borcu qaytarmaqdan bu günə kimi boyun qaçırır. Artıq məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin və pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunsun. Cavabdehin ona olan borcunu qaytarmaması, razılaşma öhdəliklərinin yerinə yetirilməməsi ilə bərabər həm də onun mülkiyyət hüquqlarının pozulmasına dəlalət edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, həqiqətən də tərəflər arasında 16.000 manat məbləğində pul məsələsi mövcud olmuşdur. Lakin iddiaçı iddia ərizəsinə əlavə etdiyi, cavabdehlə aralarındakı votsap yazışmalarının skrin edilmiş yalnız üç vərəqəsini əlavə etmişdir, vəkili və nümayəndəsi olduğu Cavabdeh iddiaçı ilə aralarındakı yazışmaların qeydə alındığı votsap yazışmalarını skrin edilmiş formada çap edərək ona təqdim etmişdir ki, hazırda da o, həmin skrinləri etirazına əlavə edir. Həmin yazışmalardan isə məlum olur ki,cavabdeh özünə məxsus olan iki Kapitalbank kartı (6728 və 3501 sonluqlu) vasitəsi ilə iddiaçının həyat yoldaşı Əsgərov Səbuhiyə məxsus olan X8 2832 sonluqlu bank kartına, Kapitalbankın 8686 sonluqlu bank kartına, iddiaçının bacısının əri Kərim Ağayevin adına olan Kapitalbankın 2932 sonluqlu bank kartına və iddiaçının yaxını Bahar Əliyevanın adına olan Rabitəbankın 6026 sonluqlu bank kartlarına ümumilikdə 10.600 manat məbləğində vəsaitləri xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək olan dövr ərzində ödəmişdir. 500 manat məbləğində vəsaiti isə iddiaçının həyat yoldaşı Səbuhi Əsgərova cavabdehin qaynanası X3 ***-***-**-** 2022-ci ilin dekabr ayında ünvan 1 ünvanında yerləşən evində vermişdir. Buna dair votsap yazışmasının skrini də mövcuddur, iddiaçının özündə də bu yazışmalar mövcuddur və həmin sənədləri məhkəməyə təqdim etməməsi məqsədli şəkildə edilmişdir ki, bu da iddiaçı tərəfindən ədalətsiz və qərəzli mövqe sərgilənməsinin bariz nümunəsidir. Məhz bu səbəbdən də cavabdehin qaynanası X1 məhkəmədə şahid qismində dindirilməsi zəruridir. Cavabdeh iddianı qismən qəbul edir və bu günə iddiaçıya 4.900 manat borcu qaldığını etiraf edir. İddiaçı vəkili və nümayəndəsi olduğu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(001)-4357/2023 saylı mülki iş üzrə iddianın qismən, cavabdehdən iddiaçının xeyrinə 4.900 manat pul tutulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı cavabdehin etirazını qəbul etməyərək bildirmişdir ki, 10.599 manat məbləğ ona, 500 manat da yoldaşına verilmişdir. Sonuncu dəfə noyabr ayında ödəniş edilib. Lakin həmin məbləğ borc məbləğinin qaytarılması kimi yox, qazanc kimi verilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, tərəflər arasında noyabr ayından yəni, sonuncu ödəniş tarixindən sonra yazışmalar var. Həmin yazışmalarda cavabdeh ana məbləğin ödənilmədiyini qeyd edir. Həmin yazışmalar tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qismən qəbul edərək, etirazında göstərilən məzmunda izahat verdi və cavabdehdən 4.900 manat məbləğində pulun tutulmasına etiraz etmədiyini bildirdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, tərəflər arasında qazanc barədə heç bir razılaşma olmamışdır. Söhbət faizdən gedir ki, bu da qanuna zidd, hüquqdan sui-istifadədir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsapp” adlı sosial şəbəkədə Günel-Dilşad adlı istifadəçinin cavabdehlə olan yazışmalarından görünür: Günel-Dilşad adlı istifadəçi: xx.xx.2020, 12:08 – Jalə 15-dən başlayım verim də, 6.000 bibinindi. İddiaçı xx.xx.2020, saat 12:09 – Kişiyə heç nə deyə bilmərəm. Günel-Dilşad adlı istifadəçi xx.xx.2020, saat 12:09: 10.000-i sənə başlayaq 15 dənə. İddiaçı xx.xx.2020, saat 12:09 – Qoy Səbuhi gəlsin deyim, papası ilə danışsın. Günel-Dilşad adlı istifadəçi xx.xx.2020, saat 13:08, 13:09, 13:10: Jalə mənim ilik tapılıb. 10.000 lazımdı bu gün qoyum, evi qoymuşuq pulu 3 günə verəcəklər. 10.000 lazımdı saat 5-ə kimi. Həm satırıq, həm də banka qoyuruq. Necə tapmaq olar onu 1 həftəlik kimdənsə? Üstündə Dilşad xala faizini də verəcək. Jalə kimdənsə tapmaq olar 2-ci günə kimi? İddiaçı: xx.xx.2020, saat 13:10, 13:11, 13:12 – Oy heyif evdən, nə mənada yəni əziyyətiniz var o evdə. Amma sağlıq daha vacibdir. İşdən ancaq maraqlana biləcəm, görüm qızların tanışları var. Soruşub sənə xəbər edərəm. Axşam işə gedəcəm. Nə cavab versələr yazacam. X6 and olsun qızıllarım bankdadır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: ********** nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:57də 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) ********** nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:37də 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 182467549 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:29-da 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 600 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 193133044 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:47-də 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 194599081 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:26-da 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 204278729 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 09:09-da 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 499 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 215062679 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12:26-da 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 600 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 216406310 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:22-də 416973******6728 nömrəli kart hesabından 526163******6026 nömrəli kart hesabına 200 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 216756948 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:52-də 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 217928448 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:34-də 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 1.100 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 227117812 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:01-də 416973******6728 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 228028357 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:45-də 416973******6728 nömrəli kart hesabından 416973******2932 nömrəli kart hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) ********** nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 23:26da 416973******3501 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******3501 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 232278894 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:03-də 416973******3501 nömrəli kart hesabından 521367******2832 nömrəli kart hesabına 200 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******3501 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 239847079 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:59-da 416973******6728 nömrəli kart hesabından 416973******8666 nömrəli kart hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 240502390 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:27-də 416973******6728 nömrəli kart hesabından 416973******8666 nömrəli kart hesabına 200 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 242815324 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:58-də 416973******6728 nömrəli kart hesabından 416973******8666 nömrəli kart hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 244037295 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:31-də 416973******6728 nömrəli kart hesabından 416973******8666 nömrəli kart hesabına 600 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 254750257 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:15-də 416973******6728 nömrəli kart hesabından 416973******8666 nömrəli kart hesabına 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 255246712 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 14:32-də 416973******6728 nömrəli kart hesabından 416973******8666 nömrəli kart hesabına 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 256441082 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:24-də 416973******6728 nömrəli kart hesabından 416973******8666 nömrəli kart hesabına 900 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 268607582 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 14:04-də 416973******6728 nömrəli kart hesabından 416973******8666 nömrəli kart hesabına 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) 276558402 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:45-da 416973******6728 nömrəli kart hesabından 416973******8666 nömrəli kart hesabına 1.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. (Məxaric edilmiş məbləğ "xxxx" ASC-də Cavabdeh məxsus 416973******6728 nömrəli kart hesabından çıxarışda öz əksini tapmışdır) Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsapp” adlı sosial şəbəkədə olan yazışmalardan görünür: +994 55 206 71 45 əlaqə nömrəsindən xx.xx.2022-ci il tarixdə, 20:56-da 521367******2832 nömrəli kart hesabı, ATB bank məlumatı cavabdehə göndərilmişdir. Jalə adlı istifadəçidən xx.xx.2022-ci il tarixdə, 17:57-də 416973******8666 nömrəli kart hesabı, kapitalbank məlumatı cavabdehə göndərilmişdir. Həmçinin yazışmalardan görünür ki, cavabdeh yuxarıdakl qəbzlərin fotoşəklini iddiaçıya göndərmiş, iddiaçı isə qarşılığında təşəkkür etmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən məhkəməyə cəmi 149 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-6/2-11073/73 nömrəli məktubundan görünür ki, İddiaçı BMCMİ-nə daxil olmuş müraciəti üzrə Baş idarədə araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin dekabr ayında tanışı İddiaçı 16.000 manat borc almış, sonraki müddətdə 11.200 manat pulu geri ödəsə də, qalan 4.800 manat pulu geri qaytara bilmədiyi üçün İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilərək İddiaçı pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı izah edilməklə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (tərəflər arasında münasibətlər yaranan dövrdə qüvvədə olan maddi hüquq normaları): 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər tanışdırlar və onlar arasında borc münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdehə qaytarılmaq şərtilə 16.000 manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin məbləğin 10.599 manatını özünə məxsus kart hesablarından iddiaçının ona göndərdiyi kart hesablarına ödəmiş, 500 manatını isə qaynanası vasitəsilə iddiaçının ərinə əlbəəl çatdırmışdır. Hazırda cavabdehin iddiaçıya 4.901 manat borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia 16.000 manat pulun tutulması hissəsində qismən təmin edilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 4.901 (16.000-11.099) manat borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilməlidir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə onu da vurğulamağı lazım bilir ki, cavabdeh tərəfindən 16.000 manat borc məbləğindən 11.099 manatının iddiaçıya ödənilməsinə baxmayaraq, hazırda iddiaçı tərəfindən verilmiş borc məbləğinin bütövlükdə cavabdehdən tələb edilməsi öz hüququndan sui-istifadə kimi qəbul edilməlidir. Bundan əlavə, məhkəmə iddiaçı tərəfin “cavabdeh tərəfindən ödənilmiş məbləğin borc məbləğinin qaytarılması kimi deyil, qazanc kimi verilməsi” dəlillərini əsassız hesab edir və bu dəlillərlə bağlı qeyd edir ki, tərəflər arasında gəlir götürmək məqsədilə hər hansı iş qurulması halı iş materialları ilə öz təsdiqini tapmamış, əksinə sübutlardan müəyyən olundu ki, cavabdeh sağlamlıq ilə əlaqədar əmələ gələn problemə görə iddiaçıdan borc pul istəmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin 3.000 manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4.901 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 38 manatı İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.901 (dörd min doqquz yüz bir) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4357/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4357/2023
20.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver