Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4362/2025 04.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı «ümumi istifadədə olan yolda aparılan tikintinin sökülməsi, tikinti materiallarının götürülməsi və tikinti altındakı yola aid torpağın zəbtdən azad edilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 8 ünvanında onunla qonşuluqda yerləşən ümumi istifadədə olan yolda aparılan tikintinin sökülməsi, tikinti materiallarının götürülməsi və tikinti altındakı yola aid torpağın zəbtdən azad edilməsi, həmin yolun zəbt edilməsinə Cavabdeh2 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini hazırlıq iclasında geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X1 iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, habelə İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı «ümumi istifadədə olan yolda aparılan tikintinin sökülməsi, tikinti materiallarının götürülməsi və tikinti altındakı yola aid torpağın zəbtdən azad edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4362/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4362/2025
04.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver