Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4407/2020 11.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə qarşı xx xxxx 2020-ci tarixli onlayn iclasın qərarının, xx xxxx 2020-ci il tarixli, 6 nömrəli əmrin və xx xxxx 2020-ci il tarixli bildirişlərin etibarsız sayılması və sair tələblərinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdehnə qarşı xx xxxx 2020-ci tarixli onlayn iclasın qərarının, xx xxxx 2020-ci il tarixli, 6 nömrəli əmrin və xx xxxx 2020-ci il tarixli bildirişlərin etibarsız sayılması və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu X5 adlı şəxs tərəfindən ödənilmiş, lakin həmin şəxs iş üzrə tərəf deyil və onun hər hansı bir iddiaçının adından hərəkət etmək səlahiyyətinin olması iş materialları (etibarnamə) ilə də öz təsdiqini tapmır. Odur ki, bu səbəbdən hesab edirəm ki, iddia ərizəsinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Bundan əlavə, xx xxxx 2020-ci il tarixli, 215 nömrəli müqavilə əsasında X3 (hüquqi yardım göstərilən şəxs) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün vəkil X6 tərəfindən xx xxxxxx 2020-ci il tarixli vəkil orderi iddia ərizəsinə əlavə edilsə də, orderdə qeyd edilən hüquqi yardım göstərilən şəxsin adı iddiaçılar siyahısında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi” haqqında xx xxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən həmin Məcəlləyə əlavə edilmiş 108.3-cü maddənin tələbinə görə, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.1—ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsinə İddiaçı22 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçılara izah edilməlidir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra onlar, təkrarən məhkəməyə müraciət edə bilərlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə qarşı xx xxxx 2020-ci tarixli onlayn iclasın qərarının, xx xxxx 2020-ci il tarixli, 6 nömrəli əmrin və xx xxxx 2020-ci il tarixli bildirişlərin etibarsız sayılması və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, onlar, qərardadda göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4407/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4407/2020
11.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver