Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-443/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdehin nümayəndəsi, vəkil X9, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ondan aldığı 223301 manatı və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 223331 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 2011-ci ildən tanımışdır. Belə ki, Binəqədi rayon Rəsulzadə Qəsəbəsində əmisi Vidadi Mürsəlovun evinə gedərkən qonşusu olan Sədaqət xanımla salamlaşmışlar. Lakin onunla və ailə üzüvləri ilə yaxın münasibətdə olmamışdır. Təxminən 2013-cü ilin sentyabr ayının sonlarında onun istifadə etdiyi ***-***-**-** saylı nömrəyə, ***-***-**-** saylı nömrədən zəng gələrək Sədaqət olduğunu və mənimlə görüşmək isdədiyini bildirilmişdir. O, isə nə səbəbə görüşmək isdədiyini soruşanda, Sədaqət bildirmişdir ki, borca pul istəyir. Lakin onun borca verəcək pulunun olmadığını dedikdə, başqa tanışının olub-olmadığını soruşmuş və o da, elə bir tanışının olmadığını demişdir. Buna baxmayaraq Sədaqət 3-4 gün sonra ona yenidən zəng edərək ona borca pul tapmaqda köməklik etməsini istəmişdir. O,da görüşməyə razılıq vermişdir. Həmin vaxt mən Nəsimi rayon M.Qaşqay küçəsində yerləşən “Atrabank”ın Nəsimi filialında müdirin müavini vəzifəsində işlədiyindən Sədaqətə işlədiyi “Atrabank”-ın Nəsimi filialına gəlməsini demişdir. Həmin gün Cavabdeh onunla görüşmək üçün işlədiyi banka gəlmişdir. Onunla söhbət edərkən Sədəqət ondan 20 000 (iyirmi min) manat borc pul istəmişdir. Pulun nə səbəbə isdədiyini nə işlə məşqul olduğunu soruşanda Sədaqət ona oğlu ilə gümüş alveri ilə məşğul olduğunu bildirdi. O da ona “qoy fikirləşim görüm sənə hardan borca pul taparam” deyə cavab vermişdir. Bu söhbətdən sonra Sədaqət gündə ona zəng vuraraq pulu nə vaxta tapıb verecəyi barədə maraqlanırdı. 2013-cü ilin oktaybr ayında özünə məxsus 16 000 (on altı min) manat pulumu əlbəəl Sədaqətə vermişdir. Həmin pulu Sədaqət ona bir ay müddətinə qaytarmışdı. Bir müddət sonra Sədaqət mənə zəng vuraraq ona yenidən pul lazım olduğunu dedi. O da əvvəlki pulu qaytardığına görə inandığından xx xxxxxx 2013-cü il tarixdə “Bank Respublika”dan iki il müddətində 37 500 (otuz yeddi min beş yüz) manat pul kredit götürərək Səbail rayonunda keçmiş “26-lar bağının” yanında Sədaqətə vermişdir. Sədaqət isə aldığı pulun kreditini hər ay vaxtı- vaxtında ödəmişdir. Bir neçə gün sonra Sədaqət 18 000 (on səkkiz min) manata yaxın pulla ehtiyac olduğunu bildirmişdir. O, xx xxxxxx 2013-cü il tarixdə “Bank Respublika”dan öz adına 24 ay müddətində ödəmək şərti ilə təxminən 17 000 (on yeddi min) manat məbləqində pulu götürüb Səbail rayonunda keçmiş “26-lar bağının” yanında Sədaqətə vermişdir. Sədaqət isə vaxtı-vaxtmda ödənişləri ödəyirdi. 2014-cü ilin fevral ayında o mənə yenidən zəng vurub işlərinin qaydasında olduğunu, gümüş alverinin dövriyyəsini artırmaq üçün əlavə 45 000 (qırx beş min) manat pul lazım olduğunu dedi. O isə “Nikoyıl Bank” da depozit hesabında pul olduğundan xx xxxxxx 2014-cü il tarixdə ordan 24 ay müddətinə ödəmək şərti ilə 45 000 (qırx beş min) mant məbləğində pulu öz adına götürüb həmin bankın yaxınlığında, Nəsimi rayonu ərazisində zəngləşib Sədaqətə vermiş və pulla bərabər bankın aylıq ödəniş cədvəlini də vermişdir. Sədaqətdə həmin cədvəl əsasında ödənişlərini normal qaydada yerinə yetirmişdir. Bir neçə gün sonra Sədaqət yenə ona zəng edib təxminən 17-18 min manat pul lazım olduğunu demişdir. O da, inandığından yenidən xx xxxxxx 2014-cü il tarixdə “Nikoyıl Bank”da olan depozit hesabımdan 17 200 (on yeddi min iki yüz) manat pulu götürüb ödəniş cədvəli ilə birlikdə bir neçə gün sonra bankım yaxınlığında Sədaqətə vermişdir. Sədaqət də həmin cədvəl əsasında almış olduğu pulun kreditini ödəmişdir. Bundan əlavə təxminən 2014-cü ilin may ayında Sədaqət ona zəng edərək onunla görüşmək isdədiyini deyərək oğlu Sabir ilə birlikdə onun işlədiyi “Atrabank”ın Nəsimi rayon filialına gəlmişlər. Söhbət zamanı X2 gümüş gətirib Bakı şəhərində mağazalara payladığını, artıq özlərinə daimi müştəri tutduqlarını, bu işdə yaxşı qazancın olduğunu bildirdib onlara pul buraxıb, həmin gümüş alverinə yaxşı məbləğdə maya qoysa onu da özlərinə şərik edib qazancın yarısını ona verəcəylərini təklif etdilər. Həmçinin, Sədaqət hər ay hesablaşmaları aparıb 3-4 aydan bir öz aralarında qazancı böləcəyini, qazancın yarısını ona verəcəyini söz vermişdi. Bankdan götürdüyü ödənişləri vaxtı-vaxtında ödəməsinə görə mən həqiqətədn də Sədaqətə inamışdım. Onun təklifi mənə çox əlverişli gəldiyindən bu işdə rahat qazan əldə edəcəyimi fikirləşib, onlarla gümüş alverinədə şərik olmağa razılığımı vermişdim.Belə ki, həmin vaxtdan Sədaqət bankdan götürdüyü kreditin 70% faizini ödəmişdir.Sədaqətdən lazım olan məbləği soruşduğda ona nə qədər dövriyyə yuxarı olarsa qazancında bir o qədər çox olacağını, bu iş üçün 200 000( iki yüz min) manat pul lazım olduğunu demişdir. O isə öz növbəmdə həmin məbləği hissə-hissə düzəldib verəcəyini dedikdə Sədaqət onunla razılaşdı. Daha sonra 2014-cü ilin may ayının ortalarında Sədaqətlə gündüz vaxtları Bakı şəhərində “Atatürk” istirahət parkının yanında zəngləşib görüşərək, avtomobilinin içində rəngli sellofan torbanın içərisindən gətirdiyi 70 000(yetmiş min) manat pulu Sədaqətə vermişdir. Sədaqət də pullu alıb ona təşəkür edərək maşından düşdü və o da, maşını sürüb getmişdir. Bundan təxminən bir neçə gün sonra, 2014-cü ilin may ayının axırlarında yenə Sədaqətlə zəngləşib həmin ünvanda (“Atatürk” istirahət parkının yanında) gündüz vaxtları eyni qayda ilə 50 000(əlli min) manat pulu Sədaqətə vermişdir. Həmin pullar da hamsı 100 manatlıq əskinazlar olmuşdu. Yenə Sədaqət görüşə tək gəlmişdi. Təxminən 1 həftə - 10 gün keçmiş idi ki, Sədaqət ona zəng edərək bir neçə ay əvvəl oğlunun maşınla adam vurması nəticəsində adamın öldüyündən bu işdə çoxlu xərcləri çıxdığına görə sələmə pul götürdüyünü, 80-90 min manat olsa borcunun bağlanacağını, 80 000(səksən min) manatı da onun tərəfindən gümüş alverinə qoyulan maya kimi hesablanacağını, gümüş alverindən ayda 10-15 min qazanc olacağını, həmin pulu yarı böləcəyini, işlərini qaydaya salandan sonra nə vaxt isdəsə verdiyi 200 000 (iki yüz min) manat pulu dövriyyədən çıxarıb ona verəcəyini, hətta narahat olarsa Bakı şəhəri M.Rəsulzadə qəsəbəsində binada olan məzilini onun adına keçirə biləcəyini demişdir. O da Sədaqətə dəfələrlə pul verdiyinə görə şübhələnməmiş və evi öz adına keçirilməsini lazım bilməmişdir. 2014-cü ilin iyun ayının əvvələrində Bakı şəhəri Nərimanov rayonunu “Atatürk” istirahət parkının yanında həmin yerdə gündüz vaxtları Sədaqətlə yenidən təklikdə görüşüb rəngli sellofan torbada 80 000(səksən min) manat pulu Sədaqətə vermişdir. Təxminən bir ay sonra Sədaqət verilən 200 000 (iki yüz min) manat pulun qazancı kimi üç ay dalbadal hər dəfə 3 733(üç min yeddi yüz otuz üç) manat, yəni 11 199(on bir min yüz doxsan doqquz) manat pulu ona vermişdir. Həmin vaxt o Bakı şəhərində olmadığından Sədaqət və oğlu Sabir həmin pulları “Beynəlxalq Bank” da olan şəxsi hesabına köçürmüşlər. Bundan sonra isə Sədaqət mənə pul verməkdən yayınmağa başlamışdır. Sədaqətdən bu barədə soruşanda, üç gün ərzində qazancını verəcəyini dəsə də vədinə əməl etməmiş, ondan qaçıb gizlənmiş, telefon zənglərinə cavab verməmişdir. Onunla əlaqə saxlamaqdan yayınmışdır. Bundan sonra, Sədaqət onu aldatdığından şübhələnib 200 000(iki yüz min) manat puldan qazanc kimi 11 199 (on bir min yüz doxsan doqquz) manat pulu çıxarıb qalan 188 801(yüz səksən səkkiz yüz bir) manat pulunu ondan tələb etməyə başladım. Sədaqət müflis olduğunu hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağını deyirdi. Bundan sonra 2015-ci ildə Sədaqət Şəki rayonunda olan evlərini satıb gümüş alverinə qoyub gəlir götürərək onun pulunu verəcəklərini dedikdə o yenədə inamışdır. Şəki rayonunda olan evlərinə baxmağa getdikdə, evi satmaq istədiklərini, lakin müştəri tapa bilmədiklərini dediklərindən, onlara müştəri tapacağını bildirmiş, daha sonra həmin evi onlardan özü almaq qərarına gəlmişdir. Əldə etdikləri pulu gümüş alqı-satışına qoyub, onun pulunu qaytarsınlar. Həmin evi 40 000 (qırx min) manata Sədaqətdən almağa razılaşdıqdan sonra Sədaqət əri Rafiqlə xx xxxxxx 2015-ci il tarixdə Şəki rayonunda yerləşən notariat kontoruna gedərək, orda rəsmi şəkildə alqı-satqı edərək 40 000 (qırx min) manat pulu Rafiqin “Muğan Bank” ın Şəki filialında açılmış hesabına köçürmüş və həmin evi öz adına rəsmiləşdirmişdir. Lakin onlar həmin evdən çıxmadıqlarından ,onların evdən çıxma tələbi ilə Şəki rayon məhkəməsinə iddia ərizəsi vermiş, bundan sonra Sədaqət yenə də mənə pullarını qaytaraçağma söz versə də amma qaytarmamışdır. O, dəfələrlə onlara zəng etsə də müxtəlif bəhanələrlə görüşməkdən yayınmışlar. xx xxxxxx 2015-ci il tarixdə mən Sədaqətlə telefon əlaqəsi saxlayaraq Maştağada “Embovud”un qarşısında göşərək, Sədaqətin onu aldatdığından şübhələnərək onunla aralarında olan danışığı mobil telefona yazmışdır. Sədaqətdən niyə pulunu vermədiyini soruşanda Sədaqət işləyib qaytaracağını, həqiqətən də ona təxminən 200 000 (iki yüz min) manat verməli olduğunu etiraf etmişdir. Bir neçə ay sonra o Sədaqətin Nərimanov rayon Rəsulzadə qəsəbəsində yerləşən evinə getmişdir. Həmin vaxt Sədaqət və əri Rafiq evdə idilər. O Sədaqətin 3 oğlunu ora çağırmışdır və oğlanları Ziya, Sabir, Zəka da evə gəlmişdilər. O Sədaqətin oğlanlarına analarının 200 000(iki yüz min) manat gümüş alveri adı ilə ondan pul alıb qaytarmadığını dedikdə, Sabir ondan pul almadığını və ona borcu olmadığını, bu işdən xəbəri olmadığını demiş, Ziya bu işə qarışmadığını deyib getmiş, Zəka isə imkanı olmadığından heç bir kömək edə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, çıxıb getmişdir. 2016-cı ilin may ayının ortalarında o, yenidən Sədaqətə zəng edib pulunu isdədim, ya da evi onun adına keçirtdiyi halda pulun 100 000 (yüz min) manatını bağlamağı təklif etdikdə, Sədaqət evin 34 500 (otuz dörd min beş yüz) manat kredit borcunun bağlayacağın təqdirdə evi onun adına keçirəcəyini bildirmişdir. O evi adına keçirsə təxminən 70 000 (yetmiş min) manata yaxın ümumi borcunun azaldığını fikirləşərək razı olmuş həmin məbləğdə pulu (34 500 500 otuz dörd min beş yüz) düzəldib xx xxx 2016-cı il tarixdə saat 11-12 radələrində Sədaqət və oğlu Sabirlə Nərimanov rayonundan eyni adlı parkın kənarında görüşüb 34 500 (otuz dörd min beş yüz) manat pulu aptek sellofanında Sədaqətə vermiş və pulun ödəniş qəbzini gətirib ona verməsini tapşırmışdır. Həmin gün axşam Sabir girovda olan evə görə “Texnikabanka” 29 100 (iyirmi doqquz min yüz) manat pulu ödəməsinə dair xx xxx 2016-cı il tarixli qəbzi gətirib ona verdi. O, pulun hamsını köçürdüyünü soruşanda Sabir, pulun qalanını hissə-hissə ödəyəcəyini demişdir. Sonrakı günlərdə də Sədaqət pullun qalan hissəsini banka ödəyib evi girovdan çıxarsa da verdiyi vədə əməl etməmiş və evi onun adına keçirməmişdir. xx xxx 2016-ci il tarixində 20 radələrində o yenidən Sədaqətin Nərimanov rayonu Rəsulzadə qəsəbəsində yerləşən evinə gedərək iradını bildirəndə Sədaqət və əri Rafiq arasında evin satılması ilə əlaqədar qəti fikirə gəlmədiyini, evi ona satmaqdan imtina etdiyini bildirmişdir. Ona görə də o gəlcəkdə bütün bunları Sədaqətə sübut etmək üçün onun danışıq səsini yazmışdır. Həmin səs yazısında Sədaqət ondan gümüş alveri üçün 200 000 (iki yüz min) manat pulun almasını və həmin pulun qaytarılmamasını etiraf etmişdi. Lakin o yenə də Sədaqətdən pulunu tələb etmişdir. Sədaqət ona zəng vuraraq hamının razı olduğunu və evi onun adına keçəçəyini bildirdi. Ailə üzvlərinin razıllıq sənədlərinə notariat qaydasında imzalamışlar. Bir neçə gün sonra metronun 20 yanvar stansiyasının yaxınlığındakı 20 nömrəli notariat kontoruna evin alqı- satqısı üçün getmişlər. Son anda Sədaqət əri Rafiq, evi satmadığını bildirmiş, bu səbəbdən ev alqısatqı, yəni ona olan borcun yüz min manatının yerinə həmin evin mənim adıma keçirilməsi baş tutmamışdır. Sonra da o Sədaqəti və oğlu Sabirin 190 000 (yüz doxsan min) manat və 34 500 (otuz dörd min beş yüz) manat pul almaları barədə öz xətləri ilə qəbz yazdırıb imzalatmışdır. Bundan başqa o, banklardan öz adına götürüb Sədaqət İiyasovaya verdiyi kreditlərin sonluğunu 25 500 (iyirmi beş min beş yüz) manat pulu öz vəsaiti hesabına bağladığı, həmin pulların da qaytarılmadığına, Cavabdeh gümüş alveri ilə məşğul olmaq üçün aldığı 200 000 (iki yüz min) manat puldan 11.199 (on bir min yüz doxsan doqquz) manatını mənə qazanc halında qaytardığını, ələ keçirilmiş pulun ümumi məbləğinin 223 301( iki yüz iyirmi üç min üç yüz bir) manat təşkil etdiyini qeyd edir.Bundan sonra Nərimanov Rayon Prokurorluğuna müraciət etmişdir. Nərimanov Rayon Prokurorluğu tərəfindən xx xxxxxxxx 2016-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsini 178.3.2-ci maddəsi ilə cinayət işi qaldırılmışdır. xx xxxxxxx 2019-cu il tarixə qədər cinyət işi davam etmiş və xitam verilmişdir.xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı il cinayət işinin xitam qərarı ləvğ edilmişdir.Göstərilən bu xüsusatlar istintaq orqanalrınm qərarlara ilə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında cavabdeh öz imzası ilə yazdığı qəbzdə ondan pul aldığını təsdiq etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X7 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırki mübahisəyə görə 2 il yarim istintaq hərəkətləri davam etdirilmişdi., 223 minin verilməməsinə dair istintaq orqanın qərari yoxdur. Tərəf gümüş alveri ilə məşğul olur. İddiaçıdan ümumilikdə 223 min manat pul almışdır. İstintaq materialları vardır. Məhkəmənin nəzarət qaydasında ləğv olunan qərarlarında sübut olunur ki, cavabdeh 223 min manat pulu iddiaçıdan alıb. Həmçinin özünü əlyazması vardır. Həmin yazı ekspertizada təsdiq olunmuşdur. Səs yazısı da vardır. Bu da ekspertiza olunmuşdur həmin səs cavabdehə məxsusdur. Təsdiq edir ki, 223 min almışdır. Əgər cinayət işi deyildisə 3 il 6 aya niyə istintaq davam etdi. İddia əsaslıdır. İsitnaq orqanın qərarı vardır. Məhkəmə nəzarəti qaydasında da qərar vardır. Cinayət orqanın qərarının iş üçün preyudusial əhəmiyyəti olan qərarı vardır. 3 otaqlı evləri girovdur. İş 2016-dan gedir. Şəkidəki evin alğı-satqısı qanuni olmuşdur. Şəxs özü ali savadlı adam olub, öz hüquqlarını bilmişdir. Həmçinin notarius ona öz hüquqlarını izah etmişdir. Evi Rahilə satmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, əgər borc olsa idi, iddiaçı 40 min ev alqı-satqısına nə üçün vermişdir. Rahil kassaya 40 min ödəyib sonra özü götürüb. Cavabdehə 200 000 pul verilməmişdir. Cavabdeh sadəcə olaraq deyib ki onun borcu vardır. Cavabdehə yazdırılan ərizədə məqsəd fərqli olmuşdur. İddiaçı Sədaqət xanıma demişdir ki, ona kağız versi ki, guya özünün başqasından alacağı pulu vardır. Belə ki, Rahilin kiməsə borcu varmış. Deyib ki, onlara göstərmək istəyir ki, başqasından alacağı vardır. Maraqlıdır ki 200 min manatin pulun verilməsi niyə notariusda rəsmiləşdirilmir. Railin hələ cavabdehə 40 min borcu vardır. Cavabdehin nümayəndəsi, vəkil öz çıxışını ifadə etdiyi eyni məzmunlu tezislə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixində məhkməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddiası həqiqəti əks etdirməyən hüquqlarını müdafiə etdiyi şəxsin və onun oğlunun etibarından sui-istifadə etməklə , onları aldatmış, əvvəlcədə hər şeyi planlaşdırmaqla onlardan məzmunları tam saxtalaşdırılmış qəbzlər almış, guya ki, onların hansısa borcları vardır. Sonra isə iddiaçı cavabdehin səslərini yazaraq, onları saxtalaşdırmış və məhkəməyə sübut kimi təqdim etmişdir. İddiaçının və onun vəkilinin iddiası tam əsasızdır. Cavabdeh Qəmbər qızının iddiaçıya heç bir borcu yoxdur. İddiaçı cavabdehin ona böyük etibarının olmasından istifadə edərək, qəbzləri onlara o adla yazdırmışdır ki, guya ki, kimlərəsə özünün pulunun olmasını sübut etsin.İkincisi cavabdeh və onun oğlu X10 hər zaman və hər yerdə bildirmişlər ki, onların heç bir borcu yoxdur. Üçüncüsü iddiaçının cavabdehin və ya digər şəxslərin səslərini özbaşına yazması və əlavə olaraq, sonradan saxtalaşdırması və məhkəməyə təqdim etməsi kobud qanun pozuntusudur. İddiaçının əməlləri onun öz başına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib, fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri törətməsi kimi, yəni cavabdehin Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozması kimi qiymətləndirilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət işi başlanılmalı və həmin cinayət işi üzrə cavabdeh zərərçəkmiş şəxs qismində tanınmalıdır. Müdafiə tərəfi qeyd olunan iddia üzrə səs yazılması faktı vətəndaşın Konstitusion hüquqlarını kobud surətdə pozduğundan və onun əslində heç bir hüquqi qüvvəsi olmadığından, iddiaçı xahiş etsə belə sübut qismində qəbul edilə bilməz. Cavabdeh tərəf hesab edir ki, iddiaçının vəkilinin tez-tez bu məsələlərlə bağlı Baş prokurorun qəbulunda olacağını bildirməsi məhkəməyə təsir etməkdən, işin qanuni və obyektiv baxılmasına mane olmaqdan başqa bir şey deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, verdiyi bank pullarını öz adına çixartsa da ödənişləri onun özü etmişdir. Şəkidəki ev əldən getmişdir. Az qalmışdır ki, Bakıdakı ev də satılsın. Əgər pul verilibsə iddiaçıya əsas məbləğdən 40000 çıxsın 180 000 qalsın. Bank vasitəsi iə pul alınıb və qaytarılıb. Parklarda pul alınmamışdır. Anas sadəcə Rahilinin qaynanası ilə rəfiqə olduğundan vsitəçi olmuşdur. Bankdan 100-120 min arası pul götürülmüşdür.. İstintaq orqanları tərəfindən səs yazısı axıra kimi verilməlidir. Əlyazmanı birici özü yazmışdır. Münasibətləri olduğundan iddiaçıya demişdir ki, “lap deyirsən bir milyon manat pulu səndən aldığımı yazım” Birinci qaynatasından pul götürmüşdür. 15000 manat faizlə götürmüşdür. Bu adam sonradan anasına deyir ki, parklarda ona nə qədər pul vermişdir. Səs yazmasını orjinalı təqdim edilməlidir ki, anasının səsi hansı vəziyyətdə yazılıb. Anasının qışqırması, qapını açıb düşmək istəməsi. Özü gümüş işi ilə 11 il məşğul olmuşdur. X8muşdur. 3 aylıq 15 min pul almışlar. O pul da qaytarılıb. Pulu da banka qaytarmışdır. Rahilin 35 000 manata münasibətdə aylıq 1600 manat verirdir. 45 000 manata isə 2200 manat. 100- 110 min arası anası pul vermişdir. Aylıq 5 min faiz ödəmişlər. Hər pula 10 faiz əlavə vermişlər. Ardıcıl günə gün 24 ay idisə 21 ay ödəniş etmişdir. O birilərinin 10-15 gün gecikməsi olmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixində məhkəməyə yazılı etirazını ünvanlamış və bildirmişdir ki, onda olan məlumata əsasən iddiaçı oğlu Sabirə kredit götürməkdə köməklik etmiş, lakin bu zaman ondan “Şapka” yəni 10 faizini alıb, həmdə ki, oğlundan kredit faizinin 2 qatını alımışdır. Bununla belə onunla iddiaçı arasında heç bir pul söhbəti olmamışdır. Yəni ondn pul almasını təsdiq edən bir dənə olsun fakt olmamışdır. Onun iddia ərizəsində yazdıqları şər və böhtandan başqa bir şey deyildir. Lakin bununla kifayətlənməyərək iddiaçı, onun həyat yoldaşı ağır xəstəlikdən xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş İlyasov rafiq Sabir oğlu xx xxxxxx 2015-ci il tarixə onlara məxsus Şəki şəhəri, M.F.Axundov pr-ti 253 ünvanında yerləşən, ümumi sahəsi 253 kv.m olan yaşayış evləri İddiaçı 50000 manat rəsmi müqavilədə 40000 manata 2 saylı notariat kontoru vasitəsi ilə satılmışdır. Alğı-satqı zamanı onunmərhum həyat yoldaşı və iddiaçı öz aralarında razılaşmışlar ki, sonuncu evin alınması üçün əri “Muğan Bank” vasitəsi ilə 40000 manat, 10000 manatı isə nəğd formada ödəyəcək. Alğı-satqı müqaviləsi zamanı pul tutulmasın diyənə alğı satqı qiyməti 50000 manat yox, 40000 manat göstərilmişdir. İddiaçı həmin 40000 manat məbləği “Muğanbanka” ödəmiş və həyat yoldaşına həmin pulu Bakı şəhərində yerləşən filiallardan birindən götürməsini bildirmişdir 10000 manatı isə sonradan verəcəyini bildirmişdir. Lakin onun yoldaşı “Muğan Bank”-ın Bakı şəhərində yerləşən filiallarına müraciət etdikdə ona bildirmişlər i, siz İbrahimli Rahil Minnət oğluna etibarnamə verdiyinizdən o, pulu bankdan götürmüşdür. Əslində isə əri İddiaçı etibarnamə verməmişdir. Görünür evin alğı-satqısı zamanı İddiaçı Minnət oğlu onun həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkməsindən istifadə edib öz adına və ya başqa şəxsin adına etibarnamə almışdır. O, qeyd olunan faktla bağlı İddiaçı qarşı məhkəmədə iddia qaldırdığından, Rahil də ona qarşı əsasız iddialar qaldırır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul edilən xx xxxxxxx 2019-cu il tarixli cinayət təqibinə xitam verilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Cinayət işi xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanara ibtidaii istintaq aparılması üçün RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb İddiaçı 2014-cü ilin iyun ayından 2016-cı ilin may ayınadək olan müddətdə Cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov rayonu ərazisində aldadılaraq külli miqdarda 224 500 manat məbləğində pulun ələ keçirilməsinə dair ərizəsi və bununla əlaqədar olaraq Nərimanov RPİ-də toplanmış ilkin tədiqat materialları olmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Cavabdeh ifadə verməkdən imtina etsə də zərərçəkmiş şəxs İddiaçı ilə üzləşdirmə zamanı ifadəsində bildirmişdir ki, özünə kredit pulu almaq məqsədilə onun istəyi ilə Rahilin qayınanası , onu Rahil ilə tanış etmiş, onunla telefonla danışıb, özünü təqdim etmişdir. Sonradan xatırlamadığı tarixdə oğlu Sabir Rahillə görüşmüş və Rahil bankdan kredit götürüb “şapka” aldıqdan sonra pulları Sabirə vermiş, kredit pullarını Sabir ödəmişdir. Bankdan alınan pullarla Sabir gümüş alveri ilə məşğul olmuşdur. Sonradan isə ödəyə bilməmişdir. O, “Atatürk” parkının yanında Rahildən 50.000, 70.000, 80.000 manat məbləğlərində pul almamış və orada onunla görüşməmişdir. Şəki şəhərində onun həyat yoldaşı Rafiqin adına olan evi Rahil borcun yerinə götürmüşdür. Bundan əlavə, onların hazırda yaşadıqları Nərimanov rayonu, Hacıbababəyov küçəsi, ev 3, mənzil 15-də olan evlərinin ipotekada olub-olmadığından xəbəri yoxdur. Rahil aldadıb evi 100000 manata başqasının adına keçirmək istəmiş, Rafiq notariusda sənədləri oxuyanda bunu bilib, evi satmaqdan imtina etmişdir. O, yaşadığı evi ipotekadan çıxarmaq üçün 34500 manat pul almamışdır. O, Yasamalda aşbaz işlədiyi yerdə olarkən Rahil ona zəng vurmuş və onunla görüşmək istədiyini bildirmişdir. O, araya qan düşməsin deyənə cavanları bu işə qarışdırmamış, özü gedib Rahillə görüşmüşdür. Rahil qayınatasının onu öldürdüyünü və hesbat verməli olduğunu deyib, ona pul verməli olduğunu bildirmişdir. O, maşından düşmək istəsə də, Rahil qapını bağladığına görə maşından düşə bilməmişdir. Qayınatasının əl çəkməsi üçün Rahil ona pul borcunun olmasını deməsini istəmişdir. O, da Rahilə yazığı gəldiyi üçün onun dediyini təsdiq etməli olmuşdur. Rahil onun telefonunu qaytarıb , qapını açmış, o da, düşüb getmişdir. Rahilin telefonla onun səsini yazmasını sonradan bilmişdir. Bundan başqa S.S. İlyasova, məhkəmə fonoskopik ekspertizasına təqdim edilmiş kişi və qadın arasında danışıqlarda qadının səsinin ona məxsus olduğu, həmin səs yazısında onun İddiaçı 200000 manatdan yuxarı borcu olması, şikayət etməməsini, həmin pulu ödəyəcəyi və 24ü gələcəyini deyərkən nəyi nəzədə tutması sualına Rahilin evi əllərindən almaq istəməsi kimi cavabını vermişdir. Bundan əlavə S.Cavabdeh səs yazıları yazıldığı gün özünü və ailə üzvlərini İddiaçı borclu hesab etmədiyini bildirsə də, həmin danışıq zamanı İddiaçı ondan 20000 manat pulu “niyə qaytarmırsız” deyəndə onun qaytarırıq, niyə qaytarmarıq, elə şey ola bilər ki, qaytarmayaq “ deməsi barədə sualına “balalarını qana salmamaq üçün bunları demişəm” cavabını vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaı Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 2428 saylı ekspert rəyindən görünür ki, ********* saylı cinayət işi üzrə audio və videoyazıların məhkəmə ekspertizası, nəticəsində auditi, linqvistik və instrumental analiz metodundan istifadə etməklə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsdə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktatorun səsi və nitqi eyni şəxsə İddiaçı məxsusdur. “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqiq hissəsdə verilmiş yazılı mətnində “Q1” kimi işarə olunmuş diktatorun səsi və nitqi eyni şəxsə Cavabdeh Qəmbər qızına məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaı Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 28422 saylı ekspert rəyindən görünür ki,16066133 saylı mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, qeyd kitabçası üzərində “X1 xx.xx.2014, xx.xx.2014, 10.07.201, xx.xx.2014 tarixdə” sözləri ilə başlayıb” ..... qaytarmaq məqsədi ilə almışam lakin məyən cəbblərə görə qaytara bilmirəm və qaytarmamışam. Özüm yazdım öz imzamla təsdiqləyirəm” yazılar və həmin yazıların aşağı tərəfindəki imza Cavabdeh tərəfindən icra olumuşdur. xx.xx.2016-cı il tarixli qeyd kitabçasının səhifəsində qeyd edilən mətnə aşağıdakılar qeyd edilmişdir: Mən İlyasova Sədaqət Qənbər qızı xx.xx.2014, xx.xx.2014, xx.xx.2014cü tarixdə İddiaçı 190 min, 34,500 AZN almışam. Qaytarmaq məqsədilə almışam lakin məyən səbəblərə görə qaytara bilmirəm və qaytamamışam. Özüm yazdım öz imzamla təsdiqləyirəm. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, faktiki olaraq borc münasibətləri mövcud olmuşdur. Bu münasibətlərin mövcudluğu həm iddiaçı, həm cavabdeh həm də cavabdehin polis bölməsində şahid qismində dindirilən oğlu X10 tərəfindən təsdiq edilmişdir. Cavabdeh polis şöbəsində iddiaçı ilə üzləşmə zamanı, ondan borca pul almadığını ona heç bir borcunun olmadığını bildirsə də, bu faktı xx.xx.2016-cı il tarixində qeyd dəftərində öz yazısı və imzası ilə təsdiq etmişdir. İmzanın və xəttin cavabdehə məxsus olub olmamasının müəyyən edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, həmin yazının və imza nümunəsinin Cavabdeh aid olması öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıdan alınan pul vəsaitlərinin ödənildiyini, ondan tələb edilən borc məbləği ilə razılaşmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Odur ki, iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olduğu tədqiq olunmuş aşağıdakı sübutlar əsasında müəyyən olunur. Belə ki, cavabdeh mübahisə ilə bağlı polis orqanında iddiaçı ilə üzləşdirilən zaman iddiaçıdan müxtəlif vaxtlarda pul aldığını və hissə-hissə qaytardığını etiraf etmişdir. Cavabdeh iddiaçıya hər hansı borcu olmadığını bildirsə də, ********* saylı cinayət işinin istintaqı zamanı cavabdehin iddiaçıya 190000 manat və 34500 manat borcunun olduğunun etirafı barədə qəbz təqdim edilmiş və həmin qəbzin cavabdeh tərəfindən yazıldığı ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir. Cavabdeh tərəf həmin qəbzin ona hədə-qorxu ilə yazdırıldığını bildirsə də bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı cavabdehə 234500(200000+34500) manat pul verdiyini sübut edə bilmir. Odur ki, tədqiq olunmuş sübutlar əsasında cavabdehin iddiaçıdan 224500 manat pul aldığı əksi təsdiq olunmadığına görə müəyyən edilmiş hesab edilir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbi baxımından artıq cavabdehin borcun qaytarıldığına və ya olmadığına istinad edirsə həmin halları sübut etmək vəzifəsi yaranır. Bununla bağlı iddiaçı həm iddia ərizəsində, həmdə polis bölməsində verdiyi izahatlarında cavabdehin ona olan borcundan 3 ay boyunca 3733 manat olmaqla ümumilikdə 11199 manat ödəniş etdiyini etiraf edir. Cavabdeh isə bundan artıq məbləğdə pul məbləğinin qaytarıldığını sübut edə bilmir. Belə olduğu təqdirdə məhkəmə o qənaətə gəlir ki, cavabdehin iddiaçıya 213301 (224500-11199) manat məbləğində borcu qalmışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 213301 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 3 manat hissəsi iddiaçıya aid edilməli, 27 manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 213301 (iki yüz on üç min üç yüz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-443/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-443/2021
22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver