Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4502/2021 13.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X31 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 13 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 68000 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Xəzər Rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi 16.03.1988-ci il tarixdə iddiaçının mərhum atası X5 adına ilkin qeydiyyatdan keçmişdir. X8 7 saylı Dövlət notariat kontorunun 21.04.1988-ci il tarixli, kn-1-23 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər Rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evinin 2 otağını X1. Digər hissəsi isə X5 mülkiyyətində qalmışdır. İddiaçı və onun digər ailə üzvləri həmin evdə onunla birlikdə yaşamışdılar. İddiaçının mərhum atası X8 27.04.1995-ci ildə rəhmətə getmişdir. Bundan sonra onun ailə üzvləri, o cümlədən iddiaçı mərhumun miras əmlakını faktiki qəbul edərək idarə etməyə başlamışdır. Aralarında olan razılaşmaya əsasən gələcəkdə vərəsəlik işi açılarsa hamının payı qeyd ediləcək və payı veriləcəkdi. Həmçinin aralarında razılaşmaya əsasən bu məsələlərlə iddiaçının qardaşı X15 məşğul olacaqdı. Lakin iddiaçının qardaşı X15 06.11.2009-cu ildə vəfat etdiyindən vərəsəlik işinin açılması və payların müəyyən edilməsi təxirə salınmışdır. Məlum olmuşdur ki, Bakı şəhəri, 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 27.04.1995-ci il tarixdə vəfat etmiş X4 miras qalmış yuxarıda göstərilən fərdi yaşayış evi vərəsəlik qaydasında mərhumun nəvələri X16 və Cavabdeh1 keçmişdir. Həmin vərəsəlik işi zamanı bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, 27.04.1995-ci il tarixdə vəfat etmiş X5 ölümündən 9 il keçməsinə baxmayaraq notariat işində hər hansı bir sübut olmadan onun vərəsələri kimi yalnız X20 və Cavabdeh1 tanınmışdır. Digər tərəfdən Xəzər rayon İcra Nümayəndəliyi Mənzil-Kommunal Təsərrüfat İdarəsi Mənzil İstismar sahəsinin arayışında ünvan 1 ünvanında yalnız 3 nəfərin qeydiyyatda olmasını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 055-25059-1218 nömrəli, 20.09.2018-ci il tarixli və Xəzər RİHB-nın Şüvəlan qəsəbəsi inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 112 nömrəli, 14.09.2018-ci il tarixli məktublarında isə əksinə ünvan 1 ünvanında daha çox şəxsin, o cümlədən iddiaçının da qeydiyyatda olduğunu qeyd edilir. Həmçinin cavabdehlər X20 və Cavabdeh1 notariat işində olan ərizələrində digər vərəsələlərin olmaması barədə yalan ərizə verərək, vərəsələrin dairəsini qəsdən gizlətmişlər. Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən digər vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmiş və nəticədə qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunmuşdur. Vərəsəlik işini etibarnamə əsasında Cavabdeh3 aparmışdır. Bundan sonra, AR DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X20 və Cavabdeh1 RX Seriyalı, ******* №li, ********** qeydiyyat nömrəli, 26.11.2014-cü il tarixli çıxarış verilmişdir. Bundan sonra, 1 saylı ASAN Xidmət Mərkəzinin notariat kontorunda 11 yanvar 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər Rayonu Şüvəlan qəsəbəsi Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi cavabdehlər X20 və Cavabdeh1 tərəfindən digər Cavabdeh3 satılmışdır. Daha sonra 4 saylı ASAN Xidmət Mərkəzinin notariat kontorunda 9 mart 2018-ci il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi Cavabdeh3 tərəfindən X3. Bundan sonra Natiqə Əliyeva, Xalidə Əsgərova, Kamilə Babayeva, İddiaçı, Rəfiqə Əliyeva, Nəzirə Yaqubova və İradə Əlizadə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Aytən Əliyev və Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 26.11.2014-cü il tarixli çıxarışın etibarsız hesab olunması, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə Natiq Məmmədov arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, 27.04.1995-ci ildə ölmüş X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində iddiaçıların miras paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli 2(005)-1758/2019 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, Bakı şəhəri 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Aytən Əliyev və Cavabdeh1 adlarına verilmiş RX seriyalı, ******* saylı ********** qeydiyyat nömrəli, 26.11.2014-cü il tarixli çıxarışın ləğv olunması, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə Natiq Məmmədov arasında bağlanmış 09.03.2018- ci il tarixli, ANİ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, 27.04.1995-ci il tarixdə ölmüş X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqın küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində İddiaçı 1/2 hissədə miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə Natiq Məmmədov arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55.000 manat, Cavabdeh3 isə Natiq Məmmədova 136.000 manat məbləğində pulun qaytarması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Natiq Məmmədov ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3535/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X9 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-ci il tarixli qətnaməsinin 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv edilməsi, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X19 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X19 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55.000 manat, Cavabdeh3 isə X11 136.000 manat məbləğində pulu qaytarması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar X17, X12, X13, İddiaçı, X18, X14 və X10 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru, Cavabdeh3, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, X19 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X19 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(102)-431/2021 saylı qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhməmə qətnaməsi ilə sübuta yetirilir ki, cavabdehlər qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi əldə edərək miras əmlakın satışını həyata keçirmiş və bununla 136000 manat məbləğində gəlir əldə etmişlər. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən görünür ki, iddiaçının miras əmlakda ½ hissədə payı olmuşdur. Cavabdehlər qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi əldə edərək miras əmlakın satışını həyata keçirmiş və bununla iddiaçıya 68.000 manat məbləğində maddi ziyan vurmuşlar. Xüsusilə qeyd etmək lazımdır ki, vərəsəlik işini etibarnamə əsasında hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh3 aparmışdır. Bununla bağlı mülki iş materiallarında Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsi də mövcuddur. Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 27.04.1995-ci il tarixdə ölmüş X4 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istədiyini bildirmişdir. Yəni, Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.06.2014-cü il tarixli, 2(003)-1855/2014 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X30 hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, X5 27.04.1995-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizə üzrə ərizəçinin nümayəndəsi hazırki mülki iş üzrə cavabdeh olan şəxs Cavabdeh3 olmuşdur. Sonradan həmin qətnamədən yuxarı intansiyaya verilmiş şikayət təmin edilmiş və müəyyən edilmişdir ki, həmin iş üzrə ölüm şəhadətnaməsi qanunsuz yolla əldə edilmişdir. Bu fakt bir daha onu sübut edir ki, Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Cavabdehlər yuxarıdakı faktalara əsasən iddiaçının pullarını mənimsəmişlər. Burada əsassız varlanmanın əlamətləri mövcuddur. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyat ünvanları üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Digər Cavabdeh3 iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq etirazda göstərmişdir ki, Əzizbəyov Rayonu Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş 27.02.1988-ci il tarixli 2 saylı qərarı ilə mərhum Əliyev Kamiyanın istifadəsində olan 4823 kv.metr torpaq sahəsi Dövlətin xeyrinə alınaraq onda cəmi 600 kv.metr torpaq sahəsi saxlanılmışdır və daha sonra K.Əliyev həmin torpaq sahəsini 21.04.1988-ci il tarixində üzərində yerləşən əmlakın bir hissəsi ilə birlikdə X2. Alğı-satqıdan sonra K.Əliyevin mülkiyyətində 27.04.1995-ci il tarixində vəfat edənə qədər 0.009 ha. istifadəsində olan torpaq sahəsi və ümumi sahəsi 61.6 kv.metr olan 2 otaqlı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi olmuşdur. Yəni vərəsəliyin əmlak predmeti həmin ev idi. Daha sonra Əlibaba Əliyevin və onun vərəsələri olan Aygün və Cavabdeh2ların qəbul etdikləri miras 0.009 ha. istifadəsində olan torpaq sahəsi və ümumi sahəsi 61.6 kv.metr olan 2 otaqlı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqın küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi olmuşdur. Həmçinin onunla 11.01.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın (55 000 manata bağlanmış) alğı-satqı müqaviləsinin predmeti də həmin ev olmuşdur. Müqavilədən cəmi 2 gün sonra 13.01.2015-ci il tarixində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi Azərbaycan Respublikası Prezidentinin 439 saylı Fərmanı imzalayır ki, həmin normativ hüquqi akt əsasında o, qanuni mülkiyyətimdə olan fərdi yaşayış sahəsinin faktiki istifadəsində olan torpaq sahəsini 01.12.2016-cı il tarixində özəlləşdirə bilmişdir və bunun sayəsində torpaq sahəsinin dəyəri xeyli artmışdır. Sonra onunla X19 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında mülkiyyətində olan 0.1963 ha. mülkiyyətimdə olan ümumi sahəsi 61.6 kv.metr olan 2 otaqlı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqın küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evini satmışdır. N.Məmmədov isə öz növbəsində onun qanuni mülkiyyətinə keçmiş artıq yararsız hala düşmüş evi sökərək yerində yenisini tikməyə başlamışdır. İstər onun tərəfindən, istərsə də N.Məmmədov tərəfindən həmin əmlak satın alınan zaman ona dair hər hansı bir iddia olmamışdır. Bu səbəbdən Dadaşova Nətavanın həmin evlə bağlı niyyətindən məlumatsız olmuşdur. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evinin onun tərəfindən vicdanla əldə olunması faktı iddia tələbinə əlavə olunmuş məhkəmə qərarları ilə müəyyən olunmuşdur. Sonda Cavabdeh3 ərizəsində göstərilənləri nəzərə alıb iddianın ona münasibətdə təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(005)-1758/2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şhəəri Ərazi İdarəsi tərəfindən Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 26.11.2014-cü il tarixli çıxarışın ləğv olunması; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması; Cavabdeh3 DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv edilməsi; 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X19 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması; 27.04.1995-ci il tarixdə ölmüş X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə miras payının müəyyən edilməsi; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X19 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmaları; Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55000 manat, Cavabdeh3 isə X11 136000 manat məbləğində pulu qaytarmaları qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(103)-3535/2020 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli, 2(005)-1758/2019 saylı qətnaməsi 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması; Cavabdeh3 DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv edilməsi; 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X19 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X19 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmaları; Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55000 manat, Cavabdeh3 isə X11 136000 manat məbləğində pulu qaytarmaları hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, X17, X12, X13, İddiaçı, X18, X14 və X10 Cavabdeh2, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru, Cavabdeh3, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, X19 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)-431/2021 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(103)-3535/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin halları ilə müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evini 55000 manata Cavabdeh3 satmışlar, Aytən və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarış məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında etibarsız hesab edilərək ləğv edilsə də, onlarla Cavabdeh3 arasındakı alğı-satqı müqaviləsi ləğv edilməmiş, Cavabdeh3 məhkəmə qətnaməsi ilə vicdanlı alıcı hesab edilmişdir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, 27.04.1995-ci il tarixdə ölmüş X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə miras payı müəyyən edilmişdir. Hazırda həmin əmlak üçüncü şəxslərin mülkiyyətində olduğundan əmlakın satışından əldə edilmiş vəsaitin miras payı həcmində hissədi, yəni ½ hissəsi İddiaçı ödənilməlidir. Əmlakın 136000 manata satılması ilə bağlı Cavabdeh3 ilə X19 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin olunmadığından hazırki iddia tələbi 68000 manat pulun, yəni 136000 manatın ½ hissəsinin ödənilməsi hissəsində əsassızdır. Belə ki, Cavabdeh2 və Cavabdeh1 bu hüquqlarının sonradan məhkəmə tərəfindən olmadığı müəyyən edilməsinə baxmayaraq, sözügedən miras əmlakı 55000 manata Cavabdeh3 satdıqlarından və Cavabdeh3 vicdanlı alıcı kimi əmlakı qəbul etdiyindən 55000 manatın ½ hissəsi, yəni 27500 manat məbləğində pul vəsaiti yalnız Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2 – ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. - 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. - 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 27500 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 14 manat hissəsi də Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 27500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Dövlət rüsumunun əvəzi qismində 14 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4502/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4502/2021
13.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver