Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4514/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh oğluna (Magaram Godjaev) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 321* manat borcun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15* manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, o, *1 oktyabr 2*22-ci il tarixdə özünə məxsus “Kia Cerato” markalı, 9*-RK-*29 dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilinə xeyli ziyan dəymişdir. O, avtomobilini təmir etdirmək üçün Abşeron rayonu, Masazır kəndində dəmirçi-malyar işləyən cavabdehin yanına gətirmiş, cavabdeh avtomobilin təmirinə görə özü üçün 3*** manat, elektrik işləri üçün isə usta haqqı olaraq 25* manat həmin ustaya verilməli olduğunu bildirmiş, onlar razılaşmışlar. *7 oktyabr 2*22-ci il tarixdə o, avtomobilini cavabdehin işlədiyi sexə gətirmiş, cavabdehə 2** manat beh vermiş, səhəri gün Masazır kəndində cavabdehə 1*** manat, 29 oktyabr 2*22-ci il tarixdə 1*** manat, *1 noyabr 2*22-ci il tarixdə 4** manat vermiş, *1 dekabr 2*22-ci il tarixdə 15* manat pulu ödəniş terminalı vasitəsilə cavabdehə göndərmiş, *8 dekabr 2*22-ci il tarixdə Masazır kəndində 15* manat pulu əlbəəl cavabdehə vermişdir. Beləliklə, cavabdehə ümumilikdə 29** manat pul verməsinə baxmayaraq, *7 yanvar 2*23-cü il tarixdə cavabdehin işlədiyi sexə gəldikdə avtomobilində heç bir təmir işləri aparılmadığını görüb onu verdiyi vəziyyətdə geri götürmüş, sonradan müəyyən etmişdir ki, avtomobilin 1 ədəd, dəyəri 11* manat olan akkumlyatoru, 1 ədəd, dəyəri 5* manat olan sütun rezini, 8* manat dəyərində 4* litr 95 oktanlı benzin yanacağı və 1 ədəd, dəyəri 7* manat olan təkəri də cavabdeh tərəfindən oğurlanmışdır. Beləliklə, oğurluq nəticəsində ona ümumilikdə 31* manat maddi ziyan dəymişdir. O, həm pulunun həm də avtomobilindən oğurlanmışların geri qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona heç nə qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib, tələbini dəqiqləşdirərək cavabdehdən 29** manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh məhkəmə iclasına gəlmədiyindən, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında ünvanına bildiriş göndərilməsinə baxmayaraq, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Həmçinin cavabdehə məxsus (qohumlarına) mobil telefon nömrələrinə SMS bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan qiyabi qətnamə ilə təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 23 aprel 2*24-cü il tarixli, *5/4734/di saylı məktubunda göstərilmişdir ki, Gürcüstan vətəndaşı Magaram Godjaev sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi C.X.Hacıyev tərəfindən qəbul edilmiş 21 avqust 2*23-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki:
1. İddiaçı 21 mart 2*24-cü il tarixdə ərizə ilə polisə müraciət edərək, *7 oktyabr 2*22-ci il tarixdən *7 yanvar 2*23-cü il tarixədək olan müddətdə özünə məxsus avtomobili təmir etmək üçün təhvil verdiyi Cavabdeh oğlunun onun etibarından sui-istifadə etdərək 29** manat pulunu aldadaraq ələ keçirdiyini, bundan əlavə avtomobilinin 8* manat dəyərində 4* litr Aİ-95 markalı benzin yanacağını, 1 ədəd 11* manat dəyərində akkumlyatorunu, 1 ədəd 5* manat dəyərində stoyka rezinini və 1 ədəd 7* manat dəyərində təkərini gizli olaraq talayıb, ümumilikdə 31* manat əmlakını oğurladığını bildirmiş, qanuni tədbir görülməsini xahiş etmişdir.
2. Araşdırma zamanı izahatı alınmış X1 vermiş olduğu izahatında avtomobilin təmiri ilə bağlı İddiaçıla 3*** manata razılaşdıqlarını, Turalın ona 2** manat beh verdiyini, səhəri gün işlədiyi sexdə Turalın ona 1*** manat, həmçinin ehtiyat hissələrinə görə 15** manat pul verdiyini, onun həmin puldan 15* manatını elektrik ustasına verdiyini, lakin Turalın ona verdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini, avtomobilin üzərindəki akkumlyatoru öz avtomobilinə qoyduğunu, yanacağı öz avtomobilinə tökdüyünü, rezini və təkəri də pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Abşeron rayon Məhkəməsinin 3(*12)-828/2*23 nömrəli, 15.*5.2*23-cü il tarixli qərarına əsasən X1 Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 16* saat ictimai işlər tənbeh tədbiri tədbiq edilmişdir. Məhkəmənin mülki iş üzrə tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2, 14.2.6 və 14.2.7-ci maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biri kimi başqa şəxslərə zərər vurulması və əsassız varlanma göstərilmişdir. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 385.1-ci maddəsində göstərilmişdir ki, ohdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1*91.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1*91.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1*92.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1*96.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1*97.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 8*-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh həqiqətən də iddiaçıdan avtomobili təmir etmək adı ilə iddiaçıdan pul almış, aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, bu, iş materiallarında olan 21 avqust 2*23-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda cavabdehin öz izahatı ilə təsdiqini tapır. Bununla da, cavabdehin iddiaçının hesabına əsassız varlandığı müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının tələbində haqlı olması, iddianın irəli sürülmüş həddə təmin edilməsi nəticəsinə gəlməsi üçün kifayət hesab edir. 49 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilən həddə mütənasib hissəsi cavabdehə aid edilməli, cavabdehdən 49 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 241 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan (Mageram Godjaev) 29** manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi kimi 49 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 1* (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Binəqədi rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
X5